Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   ...   5   6   7   8   9   10   11   12   13

Talıbov və İbrahimov  

56 


15.  A. quinquelobum Bunge. 1872, Mem. 

Acad. Sei. Petersb. (Sei. Phys. Math.), ser. 7, 18, 2: 

56; Boiss., 1875, Fl. or., 4, 848; Кузнецов, 1902, 

Мат.  Фл.  Кавк., 4, 1: 197; Гроссгейм, 1932, Фл. 

Кавк., 3: 216; Гроссгейм, 1949, Опр. раст. Кавк., 

592;  Линчевский, 1952, Фл.  СССР, 18:367; 

Прилипко, 1957, Фл.  Азерб. 7: 53; Гроссгейм, 

1967,  Фл.  Кавк.  изд. 2, 7: 188; Rechinger, 

Schiman-Czeika, 1974, in Fl. Iran. 108: 134; 

Dogan, Akaydın, 2007, Journ. Linn. Soc. London 

(Bot.), 154, 3: 402. -A. karelinii auct. non 

(Stschegl.) Bunge - Beşdilim tıs-tıs 

30-40 sm. diametrində seyrək və yarımkürəşə-

killi yastığa malik kolcuqdur. Yarpaqları yaşıl, üç-

tilli, kənarları kirpikli və  kələ-kötürdür. Xarici 

çiçəkaltlığı daxili çiçəkaltlığından çox qısadır. Da-

xili çiçəkaltlıaltlıqları kasacıq borucuğuna bərabər 

və ya bir azca ondan qısadırlar. Kasacığın büküyü-

nün pərdələri kəsimlidir və  qısalmış damarcıqlar 

arasında yerləşmişlər. Çiçək saplaqları budaqlıdır, 

çılpaqdır və ya aşağı hissədən qısa tükcüklü olub, 

yarpaqlardan çox hündürdürlər. Sünbülün oxu azca 

kələ- kötür olub, qırılandır. Sünbülcüklər  9- 10 mm 

uzunluqdadırlar. Kasacığın uzunluğu 10 mm-ə  qə-

dərdir. Kasacıq borucuğu 6-7 mm uzunluqda olub

çılpaqdır və büküyü 1,5-2 mm enindədir. Tacı par-

laq çəhrayı, ləçəkləri isə çəhayıdır. May-iyun ayın-

da çiçəkləyir, iyun-iyulda toxumları yetişir. Kse-

rofitdir. İran-Turan coğrafi elementinə daxildir. 

İranın Xorasan əyalətindən təsvir edilmişdir.  

Typus: «In rupibus dolomiticis aridis prope 

Schachrud prov. Chorassan occidentalis, leg. Bunge 

et Bienert» (holo LE; iso. G, P). 

N. Kuznetsov, N. Buş  və A Fominin (Куз-

нецов,  Буш,  Фомин, 1902) əsərində Beşdilim tıs- 

tısının Sədərək kəndi  ətrafında  şoran və daşlı  əra-

zilərdə yayıldığı qeyd edilmişdir. 

«По  солончакам  и  каменистым  местам,  бл. 

д. Сардарак, Эриванской губ. 20.V.1900. Фомин, 

По  сухим  холмам  бл.  Сардарак, 5. VI.1903. 

Гриневецк». 

Yayılması. Sədərək və Ordubad rayonu ərazi-

sində  dəniz səviyyəsindən 700-1500 m hündürlük-

lərdə  əhəngli daşlı  və  çınqıllı yamaclarda rast gə-

linir. Muxtar respublika ərazisində beşdilim tıs- tıs 

əsasən aşağı  və orta dağlıq qurşaqlarda quru ya-

maclarda (friqanoid bitkiliyində) yayılmışdır.  

Endemik və nadir növ kimi (DD) İranın (Jalali, 

Jamzad, 1999) və (VU) Türkiyənin (Ekim, Koyun-

cu və s., 2000) Qırmızı Kitabına daxil edilmişdir. 

Ümumi yayılması: Qafqaz, Cənub-qərbi Asiya. 

A. karelinii (Stschegl.) Bunge növünə çox ya-

xın olub, ondan xarici çiçək yanlığı qısa olması (bu 

çiçək yanlığı daxili çiçəkyanlığından 2 dəfə qısadır) 

və kasacığın  əyriliyinin pərləri ilə  fərqlənir. Kasa-

cığın bu pərləri qısalmış damarcıqlar arasında 

yerləşmişdir.  



16.  A. karelinii (Stschegl.) Bunge. 1872, 

Mem. Acad. Sci. Petersb. (Sci. Phys. Math.), ser. 7, 

18, 2: 58; Boiss., 1875, Fl. or., 4, 847;- Statice 

karelinii Stschegl. 1851, Bull. Soc. Nat. Moscou, 

24, 4: 475.- Acantholimon szovitsii Boiss. & Buhse, 

1860, Nouv. Mem. Soc. Nat. Moscou, 12: 184- A. 

quinquelobum auct. non Bunge: Кузнецов, 1902, 

Мат. Фл. Кавк., 4, 1 : 197; Гроссгейм, 1932, Фл. 

Кавк., 3 : 216; Гроссгейм, 1949, Опр. раст. Кавк., 

592;  Линчевский, 1952, Фл.  СССР, 18: 366; 

Прилипко, 1957, Фл.  Азерб. 7: 52; Гроссгейм, 

1967,  Фл.  Кавк.  изд. 2, 7: 190, p. max. р.; 

Rechinger, Schiman- Czeika, 1974, in Fl. Iran. 108: 

134; Bokhari, 1972, Notes Roy. Bot. Gard. Edinb. 

30: 69; Bokhari & Edmondson, 1982, Fl. Turk. 7: 

485; Doğan, Akaydin, 2007, Bot. Journ. Linn. Soc. 

(London), 154: 402.- A. curviflorum auct. non 

Bunge: Bokhari, 1972, Notes Roy. Bot. Gard. 

Edinb. 30: 69; Bokhari & Edmondson, 1982, Fl. 

Turk. 7: 484.- A. quinquelobum var. curviflorum 

sensu Doğan & Akaydin, l. c.:402.- Karelin tıs-tısı. 

8-20 sm hündürlüyündə, 30-35 sm diametrində 

seyrək yastığı olan kolcuqdur. Xarici çiçəkaltlığı 

daxili çiçəkaltlığından bir qədər qısadır. Daxili 

çiçəkaltlıqları kasacığın yarısının uzunluğundan bir 

qədər artıqdır. Kasacıq büküyünün pərdələri iti və 

ya azacıq iti sonluqludur. Onların ortası boyunca 

paylanmış damarcıqlar kasacığın büküyünün kəna-

rına çatır və ya ondan uzundurlar. Çiçək saplaqları 

süpürgəvari sünbülcüklüdür və yarpaqlardan xeyli 

hündürdür. Sünbülün oxu çılpaq olub, tez qırılandır. 

Sünbülcüklər  ensiz və nazik olub, 10 mm uzunluq-

dadırlar. Kasacıq 10 mm-ə  qədər uzunluqda olub, 

çılpaqdır və narın qırışıqlı 2 mm enində büküyə 

malikdir. Tacı parlaq çəhrayıdır. May- iyun ayında 

çiçəkləyir, iyulda toxumları yetişir. Kserofitdir. 

İran- Turan coğrafi elementinə daxildir. 

Naxçıvan Muxtar Respublikası  ərazisindən 

toplanılan nümunələrə əsasən təsvir olunmuşdur. 

Typus: «Nachitschewan, Kowalensky, 1850» 

(holo. LE, iso. G, P). 

A.Bunqe (Bunge, 1872) tıs-tıslarla  əlaqədar 

apardığı  tədqiqatlarda  A. karelinii (Stschegl.) Bun-

ge. növünün yayılma arealının Naxçıvan Muxtar 

Respublikası ərazisi olduğunu qeyd etmişdir. 

 Habitat in salsuginosis prope Nacbitschewan, 

in valle Alindsha (Buhse!), in collibus aridis circa 

Nacbitschewan (Szovits! Kowalensky!) v. s. sp. 

N.Kuznetsov, N.Buş  və A Fominin (Кузне-

цов, Буш, Фомин, 1902) əsərində də mövcud olan 

herbari fondunda saxlanılan nümunələrdə Karelin 

tıs- tısının Naxçıvan Muxtar Respublika ərazisində 

yayılması göstərilmişdir.  

“По  сухим  холмам  бл.  Нахичевани.  Кова-

левский.  № 397. Щович!  Нахичевань.  30. VI. 

1893.  Липск.!  Бл.  Нахичевани.  В  долин  Алинд-

жа. Бузе! Ордубад. 8.I.1890. Радде!  28.VI.1893. 



Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə