Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Talıbov və İbrahimov  

52 


lifin sonrakı  tədqiqatlarında (Oganesian, 2011)  və 

Qafqaz florasında yayılan bitkilərin növ tərkibinin 

dəqiqləşdirilməsi ilə  əlaqədar təqdim edilən  əsərdə 

(Конспект флоры Кавказа, 2012) bu növün hələlik 

Azərbaycanda, yalnız Naxçıvan Muxtar Respubli-

kası ərazisində yayılması qeyd olunmuşdur.  

Aparılan araşdırmalar zamanı müəyyən olun-

muşdur ki, A. festucaceum (Jaub. & Spach) Boiss. 

növü  əsasən Ordubad rayonu ərazisində  dəniz sə-

viyyəsindən 700-1400 metr yüksəkliklərdə daşlı- 

çınqıllı yamaclarda yayılmışdır.  

7.  A. glumaceum (Jaub. & Spach) Boiss. 

1846, Diagn. Pl. Or. ser. 1, 7: 75; Boiss., 1875, Fl. 

or., 4, 835;

 

Кузнецов,



 

1902,  Мат  Фл.  Кавк.. 4, 

1:191;  Гроссгeйм, 1932, Фл.  Кавк., 3:217; Грос-

сгeйм, 1949, Опр.  раст.  Кавк., 593; Линчевский 

1952,  Фл.  СССР, 18:350; - Statice Hohetıackeri 

Ledeb., 3: 469, p.p., non jaub. et Sp.; Прилипко, 

1957,  Фл.  Азерб. 7: 51; Гроссгeйм, 1967, Фл. 

Кавк. 7: 188; Doğan, Akaydın, 2007, Journ. Linn. 

Soc. London (Bot.), 154, 3: 413.- Statice glumacea 

Jaub. et Spach, 1843, Ann. Sei. Nat. (Paris), sér. 2, 

20: 251. - Zarlı tıs-tıs 

15- 40 sm diametrində olan kolcuqdur. Yastığı 

olduqca sıx, yarpaqları ərpsiz, xətti-bizvari və sərt-

dir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli 5-11 

sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici 

geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. 

Kasacığın borusu damar boyu tükcülü, büküyü ağ 

olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq 

qırmızıdır. Çox dəyişkən növdür. Avqust-sentyabr 

ayında çiçəkləyir, sentyabr-oktyabrda toxumları ye-

tişir. Kserofitdir. İran-Turan coğrafi elementinə da-

xildir. 


Şərqi Türkiyədən təsvir edilmişdir. 

Typus: «East Anatolia, № 3130, Tournefort» 

(holo. P). 

N.Kuznetsov, N.Buş  və A.Fominin (Кузне-

цов,  Буш,  Фомин, 1902) əsərində Zarlı  tıs-tısın 

Biçənək kəndi ətrafında yayıldığı qeyd edilmişdir. 

“Беченагъ. VI, 1871, Радде!  Беченагъ – 

Такали. 10. VII. 1871, Медв.!“  



Yayılması:  Şahbuz rayonunun Biçənək, Kən-

gərli rayonunun Çalxanqala və Ordubad rayonunun 

Gənzə kəndi ilə Soyuqdağ arasında olan ərazilərdə 

dəniz səviyyəsindən 1000 (1500)- 2500 (2700) metr 

hündürlüklərdə daşlı-qayalı yamaclarda, seyrək me-

şəliklərdə yayılmışdır.  



Ümumi yayılması: Qafqaz, Şərqi Anadolu, 

Cənub, Qərbi Asiya, Türkiyənin şimal-şərqi.   



A. glumaceum (Jaub. & Spach) Boiss. növü 

polimorfdur. Aparılan ekspedisiyalar zamanı ərazi-

də növün bir-birindən fərqlənən bir çox formaları-

nın yayıldığı müəyyən edilmişdir. Gələcəkdə topla-

nılan herbari nümunələrinin hər tərəfli öyrənilməsi 

zamanı, bəzi formaların müstəqil növlərə ayrılması 

zərurətinin meydana çıxması mümkündür. Muxtar 

respublikanın Arazboyu ərazilərindən toplanılan 

herbari nümunələrinin təhlili zamanı da bu dəyiş-

kənlilyi aydın müşahidə etmək mümkündür. Buna 

görə  də  A. araxanum Bunge növünün tədqiqinə 

xüsusi ehtiyac var. 



8.  A. sahendicum Boiss. & Buhse. 1860, 

Nouv. Mеm. Soc. Nat. Moscou, 12: 183; Boiss., 

1875, Fl. or., 4, 835; А. glumaceum var. 

sahendicıım  Кusn.  Кузнецов, 1902, Мат.  Фл. 

Кавк., 4, 1 : 193; Гроссгейм, 1949, Опр.  раст. 

Кавк., 593; Линчевский, 1952, Фл.  СССР, 18: 

351;,  Гроссгейм, 1967, Фл.  Кавк.  изд. 2, 7: 188; 

Rechinger, Schiman- Czeika, 1974, in Fl. Iran. 108: 

117. - Sahend tıs-tısı 

Yastıqvari formalı 15- 30 sm diametrində 

kolcuqdur. Yastığı boş və kiçikdir. Yarpaqları yaşıl, 

yastı üçtilli, xətti-bizvari və kənarları kələkötürdür. 

Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli 2-7 

sünbülcüklüdür. Sünbülcük tək çiçəklidir. Kasacıq 

qıfvari, büküyü ağ və çılpaq damarlıdır. Tacı parlaq 

çəhrayıdır.  İyun (iyul)- avqust (sentyabr) ayında 

çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir. 

Kserofitdir. İran-Turan coğrafi elementinə daxildir. 

İran  İslam Respublikasında Təbriz  şəhərinin 

cənubunda Sahend dağından təsvir edilmişdir. 

Typus: «Kuh-e Sahand (ргоре Tabriz), № 574, 

leg. 20 Juni 1847. Buhse» (holo. G). 

Yayılması:  Şahbuz rayonunun Biçənək kəndi 

ətraf ərazilərində, Zəngəzur silsiləsinin daşlı-qayalı 

yamaclarında dəniz səviyyəsindən 1000 (1500) -

2700 metr hündürlüklərdə yayılmışdır. Bu növə 

bəzən subalp qurşaqlarda seyrək palıd meşəliklə-

rində də rast gəlinir.  



Ümumi yayılması: Qafqaz, Cənub Qərbi Asi-

ya, İranın şimal-qərbi. 



A. glumaceum (Jaub. & Spach) Boiss. növünə 

yaxın olub, ondan çiçək saplaqları və çiçəkyanlıqla-

rının çılpaq olması və seyrək sünbülcükləri ilə fərq-

lənir. Həmçinin,  A. sahendicum Boiss. & Buhse. 

növü üçün əsas xarakterik əlamətlərdən biri çiçək-

yanlıqlarının tünd qırmızımtıl-qonur rəngdə olma-

sıdır.  

9. A. puberulum Boiss. et Bal. 1859, in Boiss. 

Diagn. Pl. Or. ser. 2, 4: 62; A. echinus v. 



puberulum Boiss. 1879, Boiss., 1875, Fl. or.,  4, 

841;  Гроссгейм, 1967, Фл.  Кавк.  изд. 2, 7: 187; 

Doğan, Akaydın, 2007, Journ. Linn. Soc. London 

(Bot.), 154, 3: 408.- A. glumaceum auet. non (Jaub. 

et Spach) Boiss. – Tükcüklü tıs-tıs 

Yaşıl yarpaqları  qısa budaqlıdır. Yarpaqları 

demək olar ki, oturaqdır, məxməri tükcüklüdür. 

Aşağı yarpaqları yastı, qalanlar isə az və ya çox 

dərəcədə nazik və  çılpaq olub, bizvaridir. Oxları 

tükcüklü olub, qısadır nadir hallarda uzunluğu yar-

paqların uzunluğuna bərabərdir. Sünbülü qısa olub, 

3-5 sünbülcükdən ibarətdir. Çiçəkaltlıqları bütün-

lüklə  və ya əsasən otvaridir. Yuxarı hissədə onlar 



Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə