Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   ...   5   6   7   8   9   10   11   12   13

Naxçıvan  Muxtar  Respubliкası  Florasında

 

55 



sı, o cümlədən də Naxçıvan Muxtar Respublikası 

florasına yenidən daxil edilir.  



13.  A.vedicum Mirzoeva. Мирзоева,  1955, 

Докл. АН АрмССР, 21, 4: 183; Гроссгейм, 1932, 

Фл.  Кавк.  изд. 1, 3: 216; Гроссгейм, 1967,Фл. 

Кавк.  изд. 2, 7: 185. Doğan, Akaydin, 2007, Bot. 

Journ. Linn. Soc. (London), 154: 411.- A. araxa-

num auct. non Bunge – Vedi tıs-tısı   

25 sm diametrində  sıx yastığa malik kolcuq-

dur. Yarpaqları 2-3 sm uzunluqda, 1 mm enində 

olub, sərtdir, bizvaridir, çılpaqdır, aşağı  tərəfdən 

kənarları boyunca seyrək və qısa kirpikciklidir, çox 

hallarda bənövşəyi ucluqludurlar. Çiçək saplaqları 

sadə, kövrək və  kələ- kötür olub, təxminən 15 sm 

uzunluqda və ya çox hallarda yarpaqlardan hündür-

dürlər. Sünbülcüklərin uzunluğu 10-11 mm olub, 

kifayət qədər uzunsünbül çiçək qrupunda toplan-

mışlar. Çiçəkaltlıqları  çılpaqdır. Xarici çiçəkaltlığı 

7-9 mm uzunluqda olub, daxili çiçəkaltlığından 

uzun, nadir hallarda isə ona bərabər olur. Xarici 

çiçəkaltlığı adətən kasacığın uzunluğunun yarısına 

bərabərdir, uzunsov-neştərşəkillidir,  əsasından baş-

layaraq tədricən itiləşir, nadir hallarda isə ikiyə 

bölünmüş ucluqla qurtarır. Daxili çiçəkaltlıqları 

kasacığın borucuğundan uzundur və yuxarı tərəfdən 

kütvari itiləşmiş  qısa ucluğa malikdir. Kasacığın 

uzunluğu 10-11 mm-dir. Kasacığın borucuğu 6- 7 

mm uzunluqda olub, sıxılmış tükcüklüdür. Kasacı-

ğın büküyü 4 mm enindədir. Ləçəkləri çəhrayıdır 

və bir qədər kasacıqdan hündürə qalxırlar. May 

(iyun) ayında çiçəkləyir, iyulda toxumları yetişir. 

Kserofitdir. İran-Turan coğrafi elementinə daxildir. 

Lectotypus «Вединский р-н, Боз-Бурун, фри-

гана  на  каменистых  известняковых  скл., 900-

1000 м, 28 V 1948 [А. Ахвердов, Н. Мирзоева]» 

(ERE (№ 58305), cum isolectotypo). 

Yayılması. Muxtar respublika ərazisində daşlı-

çınqıllı yamaclarda və əhəngdaşlı torpaqlarda yayıl-

mışdır. Ümumiyyətlə, bu növə aşağı və orta dağlıq 

qurşaqlarda 800-1500 (1700) m hündürlüklərdə dağ 

bozqırlarında və friqanoid bitkiliyində rast gəlinir.  

Azərbaycan Respublikası, o cümlədən də Nax-

çıvan Muxtar Respublikası florasına yenidən daxil 

edilir.  



Ümumi yayılması:  Cənubi Qafqaz,  Cənub-

Qərbi Asiya, Türkiyənin şimal-şərqi. 

N.V.Mirzoyevaya görə  (Мирзоева,  1955) 

A.tenuiflorum Boiss. növünə çox yaxın olub, ondan 

qısa tükcüklü və tez qırılan çiçək saplaqları, sərt 

qısa tükcüklü sünbül oxu, sünbülcüklər arası  mə-

safə, uzun xarici çiçək yanlığı  və s. ilə  fərqlənir.  

Bəzi  ədəbiyyat məlumatlarında (Конспект  флоры 

Кавказа, 2012) isə  A. calvertii növünə çox yaxın 

olduğu qeyd edilmişdir. 

14.  A. hohenackeri (Jaub. & Spach) Boiss. 

1846, Diagn. Pl. Or. sеr. 1, 7: 75; Boiss., 1875, Fl. 

or., 4, 834; Кузнецов, 1502, Мат. Фл. Кавк. 4, 1 : 

189;  Гроссгейм, 1932, Фл.  Кавк., 3 : 217; 

Гроссгейм, 1949, Опр.  раст.  Кавк., 592; Лин-

чевский 1952, Фл.  СССР. 18: 348; Прилипко, 

1957,  Фл.  Азерб. 7: 48, табл. 4; 1967, в  Гроссг. 

1967,  Фл.  Кавк.  изд. 2, 7: 187; Rechinger, 

Schiman- Czeika, 1974, in Fl. Iran. 108: 114; 

Doğan, Akaydın, 2007, Journ. Linn. Soc. London 

(Bot.), 154, 3: 413.- Statice hohenackeri Jaub. et 

Spach, 1843, Ann. Sei. Nat. (Paris), sér. 2, 20: 251, 

tab. 92. - Hohenaker tıs-tısı 

Diametri 25- 35 sm olan yastıqvari formalı 

kolcuqdur. Yastığı  sıx, yarpaqları çoxsaylı  ərpli 

nöqtələr hesabına göyümtül və bizvari-xəttidir. Çi-

çəkləri son sünbüldə toplanıb, ikicərgəli 7-9 sün-

bülcüklüdür. Sünbülcük tək çiçəklidir. Çiçəkaltlıq-

ları  qırmızımtıl, daxildəkilər qırmızı haşiyəlidir. 

Kasacığın büküyü ağ olub, qara-bənövşəyi damar-

lıdır. Tacı açıq-qırmızıdır. May-iyun ayında çiçək-

ləyir, iyul-avqustda toxumları yetişir. Kserofitdir. 

İran- Turan coğrafi elementinə daxildir. 

Talışdan təsvir edilmişdir.   

Typus: «Crescit in provincia Talysch in col-

libus apricis in tractu Suwant alt. 4000 ped., Ho-

henacker» (holo. P, iso. LE). 

N. Kuznetsov, N. Buş  və A Fominin (Куз-

нецов,  Буш,  Фомин, 1902) əsərində Hohenaker 

tıs-tısının Şahbuz və Qarababa kəndlərinin ətrafında 

yayıldığı qeyd edilmişdir. 

“Горы  бл.  Шахбузъ  и  Карабаба,  Нахиче-

ванского  у.  Эриванской  губ. 27. VI. 1901, Фо-

мин”.  


Yayılması.  Muxtar Respublikanın  Şahbuz və 

Ordubad rayonu ərazisində  dəniz səviyyəsindən 

700- 1500 m hündürlüklərdə  çınqıllı yamaclarda, 

əhəngli torpaqlarda yayılmışdır. Növə daha çox 

friqanoid bitkiliyində rast gəlinir.  

Ümumi yayılması:  Qafqaz, Talış (Zuvand), 

Cənub-Qərbi Asiya, Cənub- Şərqi Anadolu, İran. 

Çox dəyişkən növdür. Tipik A. hohenackeri 

(Jaub. & Spach) Boiss. növü ancaq Talışda və İra-

nın  şimalında yayılmışdır. Naxçıvan Muxtar Res-

publikasında Hohenaker tıs-tısı A. vedicum növü ilə 

birlikdə yayılmasına baxmayaraq onları asanlıqla 

ayırmaq mümkündür. Belə ki, təbiətdə  A. vedicum 

növü Hohenaker tıs-tısına nisbətən tez çiçəkləyir. 

Sect. 3. Tragacanthina  Bunge.  1872,Mém. 

Acad. Sci. Pétersb. Ser.7,18, 2: 54 

Sünbülcüklər bir, nadir hallarda iki və ya çox 

çiçəklidir. Sünbülcüklər adətən dağınıq olub, seyrək 

sünbüllərdə toplanmışdır. Çiçək saplaqları sadə  və 

ya budaqlanmışdır. Kasacıq əyrisinin damarları da-

xildən çılpaq və ya tükcüklüdür. Aşağı  və yuxarı 

yarpaqlar kəskin fərqlənir. Yuxarı yarpaqların kə-

narı adətən hamar, bizvari və ya iynəvari olub, ti-

kanlıdır. Aşağı yarpaqların kənarları isə  kələ-kötür 

olub, genişdir, yastıdır,  ətlidir və az tikanlıdır. Er-

kən məhv olur, tez və asan tökülürlər.     




Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə