Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   2   3   4   5   6   7   8   9   ...   13

Naxçıvan  Muxtar  Respubliкası  Florasında

 

51 



lanılmış çox da böyük olmayan natamam nüsxəsi 

N.İ.Kuznetsovun məlumatına (Кузнецов,  Буш, 

Фомин, 1902) görə Sankt-Peterburq Botanika Ba-

ğının Herbariumunda R.E. Trautvetterin öz əli ilə 

yazılmış “Ac. sp. nova?” etiketi ilə saxlanılır. 

Müəllif qeyd edir ki, son zamanlar A.Fomin tərə-

findən bu növün tamamlanmış nümunələrini Biçə-

nəkdən xeyli uzaqda, Ayrınc kəndinin yaxınlığın-

dan toplamışdır. Beləliklə, hər iki nümunənin  əsa-

sında (Q.İ.Radde və A.Fomin) o bu növü yeni növ 

kimi R.E.Trautvetterin şərəfinə adlandırmışdır. 

Çünki, R.E. Trautvetter onun yeni növ olduğunu 

bilirdi və vaxtında herbari nüsxəsinin etiketinə 

“nova species“  deyə qeyd etmişdir.  

Ədəbiyyat məlumatlarında (Конспект  флоры 

Кавказа, 2012) bu növü adətən A. araxanum Bun-

ge. növünə aid edirlər. Lakin hər iki növün təhlili 

zamanı aydın olmuşdur ki, A. trautvetteri Kusn. 

növü daha qısa (2.5-3.5 sm uzunluqda) aşağı sallan-

mış və sıx yarpaqları ilə fərqlənir. Bizim fikrimizcə, 

Trautvetter tıs-tısı bu əlamətinə görə daha çox A. 

sahendicum Boiss. & Buhse növünə yaxındır. 

Lakin ondan qonur (tünd qırmızı qonur yox) çiçək-

yanlıqları ilə  fərqlənir.  Ədəbiyyat məlumatlarında 

(Гроссгейм, 1949; Конспект  флоры  Кавказа, 

2012)  A. trautvetteri Kusn. növünə Qafqazda, yal-

nız Biçənək aşırımı  ətrafında yayılması haqqında 

məlumat verilir. 

Tıs-tıs növlərinin öyrənilməsi məqsədilə apa-

rılan təhlillər nəticəsində müəyyən olunmuşdur ki, 

A. trautvetteri Kusn. növü muxtar respublika ərazi-

sində  aşağı  və yüxarı dağlıq qurşaqlarda, daşlı- 

çınqıllı yamaclarda, qayalıqlarda yayılmışdır. Ədə-

biyyat məlumatlarında (Кузнецов,  Буш,  Фомин, 

1902;  Гроссгейм, 1932, 1949; Конспект  флоры 

Кавказа, 2012) Azərbaycanda yalnız Naxçıvan 

Muxtar Respublikası  ərazisində yayılması qeyd 

edilmişdir.  



5. A. caryophyllaceum Boiss. 1846, Diagn. Pl. 

Or. sеr. 1, 7: 78. excl. var.; Boiss., 1875, Fl. or., 4, 

838;  Гроссгейм, 1949, Oпp.  раст.  Кавк., 593; 

Линчевский, 1952, Фл.  СССР, 18: 346; При-

липко, 1957, Фл. Азерб. 7: 47; Гроссгейм, 1967, 

Фл.  Кавк.  изд. 2, 7: 187; Rechinger, Schiman- 

Czeika, 1974, in Fl. Iran. 108: 103; Bokhari & 

Edmondson, 1982, Fl. Turk. 7: 488.- A. acerosum 

auct. non (Willd.) Boiss.: Doğan, Akaydın, 2007, 

Journ. Linn. Soc. London (Bot.), 154, 3: 409. - 



Qərənfili tıs-tıs 

Yarımkürəşəkilli formalı, seyrək yastığa ma-

lik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları 

yaşıl, üçtilli, kənarları kirpikcikli və  kələkötürdür. 

Çiçəkdaşıyıcısı sadə, kələkötür, yuxarısı  zəif qırış-

lıdır. Sünbülcük az dağınıq və eyni çiçəklidir. Kasa-

cıq qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçək-

ləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, 

avqust-sentyabrda toxumları yetişir. Kserofitdir. 

İran-Turan coğrafi elementinə daxildir. 

İraqın şimalından təsvir edilmişdir. 

Typus: «In rupestribus monte Gara [Iraq], 3. 

VIII. 1841, № 368, Kotschy. Ed. Hohenacker 

1843» holo. G, iso. LE, K 



Yayılması:  Muxtar respublika ərazisində  aşa-

ğı, orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyə-

sindən 1200 (1500) – 2400 (2600) metr yüksəklik-

lərdə daşlı- çınqıllı yamaclarda yayılmışdır.  



Ümumi yayılması:  Cənubi Qafqaz, Şərqi 

Anadolu,  İranın  şimal-qərbi,  Şimali  İraq, Cənub- 

Qərbi Asiya. 

Azərbaycanda, yalnız Naxçıvan Muxtar Res-

publikası  ərazisində yayılması qeyd edilmişdir 

(Прилипко, 1957; Гроссгейм, 1932, 1949, 1967; 

Əsgərov, 2011; Конспект флоры Кавказа, 2012). 

6.  A. festucaceum (Jaub. & Spach) Boiss. 

1846, Diagn. Pl. Or. str. 1, 7: 76; Rechinger, 

Schiman- Czeika, 1974, in Fl. Iran. 108: 94;- 

Statice festucacea Jaub. et Spach, 1843, Ann. Sci. 

Nat. (Paris), sér. 2, 19: 254. – Topalaoxşar tıs-tıs 

Sıx yastığa malik kiçik kolcuqdur. Demək olar 

ki, çılpaqdır. Yaz yarpaqları yastı  və ya xətti biz-

şəkillidir. Yay yarpaqları yastı üçkünclüdür, seyrək 

ağ nöqtəlidir. Yarpaqlar 1,5-2,5 (3) sm uzunluqda 

olub, göyümtül - açıq yaşıl rənglidir. Köhnə yar-

paqlar üfüqi yerləşib, aşağı doğru yönəlmişlər. Çi-

çək qrupu 10-15 sm uzunluqda olub, 3-7 çiçəklidir, 

kövrəkdir və yuxarı budaqların sonunda yerləşmiş-

dir. Çiçək oxu tükcüklüdür. Kasacığın borucuğu 6- 

7 mm uzunluqdadır və aydın olmayan 10 qanadlı-

dır. Daxili çiçəkaltlıqları uzunsov və ya uzunsov 

kürəşəkilli olub, bir-birinə  bərabərdirlər. Xarici çi-

çəkaltlıqları neştərşəkilli olub, itiucludurlar və da-

xili çiçəkaltlıqlarının 3/4-nə  bərabərdirlər.  İyun- 

iyul ayında çiçəkləyir, iyul-avqustda toxumları yeti-

şir. Kserofitdir. İran-Turan coğrafi elementinə da-

xildir. 

İranın şimalından təsvir edilmişdir. 

Typus: «Persia, Aucher-Eloy. Herb. Orient. № 

5239» (G). 



Yayılması:  Ordubad rayonu Kotam və Kilid 

kəndlərinin  ətraf  ərazilərində  daşlı-çınqıllı yamac-

larda yayılmışdır. 

Endemik və nadir növ kimi (LR) İranın Qır-

mızı Kitabına daxil edilmişdir (Jalali, Jamzad, 

1999).  


Azərbaycan Respublikası, o cümlədən də Nax-

çıvan Muxtar Respublikası florasına yenidən daxil 

edilir. Naxçıvan Muxtar Respublikası əraisində rast 

gəldiyindən, artıq  İran endemi statusunu itirmiş 

hesab edilir.  

Ümumi yayılması:  Cənubi Qafqaz, Cənub- 

Qərbi Asiya, İran. 



A. festucaceum (Jaub. & Spach) Boiss. növü 

Qafqaz florası üçün ilk dəfə olaraq M.E. Oqanesyan 

(Оганесян, 2007) tərəfindən göstərilmişdir. Müəl-



Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə