Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   ...   5   6   7   8   9   10   11   12   13

Naxçıvan  Muxtar  Respubliкası  Florasında

 

53 



tədricən uzanır. Kasacığın borucuğu azca tükcüklü 

olub, büküyü demək olar ki, ağdır və tünd qırmızı 

damarcıqlıdır. Kserofitdir. İran-Turan coğrafi ele-

mentinə daxildir. 

Türkiyə ərazisindən təsvir olunmuşdur. 

Typus: «Turkey, Kayseri, in regione alpina 

montis Aslandach Cappadociae ad orientem montis 

Argaei, № 599, Balansa» (holo. G). 

N.V.Mirzoyevanın (Мирзоева, 1955) məqa-

ləsində A.Axverdov tərəfindən 12.VIII.1954-cü il-

də Naxçıvan Muxtar Respublikasının  Şərur rayo-

nunun Yengicə  kəndi  ətrafından toplanıldığı qeyd 

edilmişdir. 

“А.Ахвердов,  Даралагез, 12.VIII.1954 г.  в 

окр. с. Енгиджа“. 

Yayılması: Şərur və Sədərək rayonları ərazilə-

rində daşlı-qayalı  və quru yamaclarında dəniz sə-

viyyəsindən 850-2000 metr hündürlüklərdə yayıl-

mışdır.  

Azərbaycan Respublikası, o cümlədən də Nax-

çıvan Muxtar Respublikası florasına yenidən daxil 

edilir.  

Ümumi yayılması: Qafqaz, Cənub Qərbi Asi-

ya, Türkiyə. 

Azərbaycan Respublikasında yayılması, yalnız 

Naxçıvan Muxtar Respublikası ərazisi ilə məhdud-

laşır (Мирзоева, 1955). 

A. glumaceum (Jaub. & Spach) Boiss. növünə 

çox oxşadığından, bəzən müəlliflər tərəfindən düz-

gün olmayaraq A. glumaceum (Jaub. & Spach) 

Boiss. kimi də  təyin olunmuşdur (Мирзоева, 

1955). Lakin  demək olar kiA. puberulum Boiss. et 

Bal. növündə bəzən nadir hallarda çəhrayı haşiyəli 

kasacığa rast gəlindiyi halda,  A. glumaceum (Jaub. 

& Spach) Boiss. növündə kasacığın kənarı  həmişə 

ağ rəngdə olur. Ümumiyyətlə, A. puberulum Boiss. 

et Bal. növü ona yaxın olan növlərdən məxməri 

tükcüklü, demək olar ki, oturaq yarpaqları, çiçək 

qrupunun lentşəkilli oxları  və bir başa tikanlara 

keçən daxili çiçəkyanlıqları ilə fərqlənir.  

Türkiyə ərazisində yayılan bitkilərin xəritələş-

dirilməsi ilə əlaqədar verilən məlumatlarda (Türki-

ye Bitkileri Veri Servisi) da A. puberulum Boiss. et 

Bal. növünün Naxçıvan Muxtar Respublikası ərazi-

sində yayıldığı qeyd edilmişdir. 



10. A. takhtajanii Ogan. 2011, Takhtajania, 1: 

54.- ?А. balansae (Boiss. et A. Huet) Bunge, 1972, 

Mem. Acad. Sei. Petersb. (Sei. Phys. Math.), ser. 7, 

18, 2: 36.- A. armenum auct. non Boiss. et A. Huet: 

Гроссгейм, 1932, Фл. Кавк. изд. 1, 3: 217; Грос-

сгейм, 1949, Опред.  Раст.  Кавк., 593; Линчевс-

кий, 1952, Фл.  СССР, 18: 347; Прилипко, 1957, 

Фл.  Азерб. 7: 47; Гроссгейм, 1967, Фл.  Кавк. 

изд. 2, 7: 186. - A. armenum Boiss. et A. Huet var. 

balansae auct. non Boiss. et A. Huet: Кузнецов, 

1902, Мат. фл. Кавк. 4, 1: 187. - A. armenum var. 

armenum auct.: Doğan, Akaydin, 2007, Bot. Journ. 

Linn. Soc. (London), 154: 411, p. min. p. (pro 

plantae e Kars). - A.  acerosum auct. non (Willd.) 

Boiss. – Taxtacan tıs-tısı 

M.E.Oqanesyanın (Oganesian, 2011) fikrincə 

bu növ Türkiyənin Ərzurum əyalətindən toplanılan 

nümunələrə  əsasən müəlliflər tərəfindən səhv ola-

raq Erməni tıs-tısı  (A. armenum Boiss. et Huet.) 

kimi floralara daxil edilmişdir.  

Typus: «Turkey prope Erzurum, VII, 1853, 

Huet du pavillon (holo. G, iso. K)» 

Həmçinin, müəllif tərəfindən qeyd edilir ki, A. 



armenum  Boiss.  et  Huet.  və    A. balansae Boiss. 

növlərinə ümumiyyətlə Qafqazda rast gəlinməmiş-

dir. O, müxtəlif illərdə toplanılan  A. armenum 

Boiss. et Huet. və A. balansae Boiss. növlərinə aid 

herbari nümunələrini araşdıraraq yeni A. takhtajanii 

Ogan. növünün təsvirini vermişdir. 

Sıx yarımkürəşəkilli yastığa malik, diametri 

15-40 sm olan kolcuqdur. Budaqları sıx yerləşmiş-

dir. Sərt yarpaqları 1(1,5)-2(2,5) mm enində, 

1(1,5)-3 (4) sm uzunluqda olub, bozumtul yaşıl 

rənglidir, çılpaqdır, yastılaşmış üç hissəli və xətvari 

şəkillidir. Çiçək qrupu 8-15 sm uzunluqda olub, 

oxu demək olar ki, düz və ya bir qədər əyilmişdir. 

Çiçəkaltlıqları  qırmızımtıl və  çılpaqdır. Xarici 

çiçəkaltlıqları yumurtavari, itiuclu, ensiz haşiyəli 

olub, daxili çiçəkaltlıqlarının (1/2) 2/3- 3/4 hissə-

sinə  bərabərdir. Daxili çiçəkaltlıqları bir-birinə 

bərabərdir. Kasacıq qıfvari, büküyü ağ  və  qırmızı 

damarlıdır. Tacı parlaq çəhrayıdır. İyun-iyul ayında 

çiçəkləyir, avqustda toxumları yetişir. Kserofitdir. 

İran-Turan coğrafi elementinə daxildir. 

N. Kuznetsov, N. Buş  və A Fomin tərəfindən 

tərtib edilən “Материалы  для  флоры  Кавказа“ 

(Кузнецов,  Буш,  Фомин, 1902) əsərində qeyd 

edirlər ki, müxtəlif müəlliflər (A. Bunqe, RE. 

Trautfetter, Q.İ. Radde, V.İ. Lipiskiy) tərəfindən 

göstərilən A. armenum Boiss. et Huet. növünə Qaf-

qazda rast gəlinməmişdir. “Конспект  флора  Кав-

каза“ (2012) əsərinin 3-cü cildinin 2-ci hissəsində 

də yarpağının eni 2-3 mm olan A. armenum Boiss. 

et Huet. növünün Qafqazda yayılmadığı qeyd edilir. 

Bu növ yarpağın eni 1,3- 2 mm olan A. armenum 

var.  balansae ola bilər. Ona görə  də növün hər-

tərəfli araşdırılmasına böyük ehtiyac vardır.  Ədə-

biyyat məlumatlarında (Конспект флоры Кавказа, 

2012) da qeyd edildiyi kimi A. armenum Boiss. et 

Huet. növü ilə  A. balansae Boiss. növü arasında 

olan fərqliliklər hələ  də tam araşdırılmamış olaraq 

qalmaqdadır.   

Typus: «Armenia, Armavir province, road 

Karakert-Shenik, 2 km WSW Karakert, semi desert, 

1120 m s. m., 17 VI 2010, leg. G. Fayvush et al.» 

(ERE; isotypi — В, G, LE!, TBI, W). 

Yayılması: Muxtar respublika ərazisində daşlı 

yamaclarda və seyrək meşəliklərdə rast gəlinir. 

Ümumiyyətlə, bu növ aşağı  və orta dağlıq qurşaq-



Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə