Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə71/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   73

 
281 
körpünün açılışı olmuşdur. Körpünün tikintisi ABŞ  tərəfindən ma-
liyyələşdirilmiş  və 37 mln. dollara başa gəlmişdir. Bu körpü hər iki 
ölkə arasında iqtisadi əlaqələri genişləndirməklə yanaşı, Mərkəzi və 
Cənubi Asiya arasında İpək yolunun bərpasına xidmət edəcəkdir. 
Xarici ticarət.  Əfqanıstanın ixracatında  ənənəvi məhsullar – 
təbii qaz, qurudulmuş meyvə, pambıq, parça, qaragül dərisi və s., 
idxalatında isə yanacaq, maşın və avadanlıq, nəqliyyat vasitələri, 
ərzaq, çox işlənən istehlak malları, silah (gizli yolla) üstünlük təşkil 
edir. Ticarət əlaqələrinin miqyası o qədər də geniş deyildir. Ölkənin 
pul vahidi əfqanidir.  
 
 
İRAN İSLAM RESPUBLİKASI 
 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqe.  İran
*
  Cənub – Qərbi Asiyada (və ya Orta 
Şərqdə) əlverişli geosiyasi mövqeyə malik olub, sahəsi 1,6 mln. kv. 
km-dir. Ölkənin sahəsi B.Britaniya, Fransa, İtaliya,  İsveçrə kimi 
inkişaf etmiş dövlətlərin birlikdə götürülən  ərazisinə  bərabərdir. 
Avrasiyada bu göstəriciyə görə Rusiya, Çin, Hindistan, Səudiyyə 
Ərəbistanı və İndoneziyadan geri qalır. Sahəsinin böyüklüyünə görə 
dünya ölkələri sırasında 17-ci yerdədir. Ölkə  şimaldan Ermənistan, 
Azərbaycan və Türkmənistan  şimal-şərqdən  Əfqanıstan, cənub-
şərqdən Pakistan, qərbdən  İraq və Türkiyə ilə  həmsərhəddir. 
Şimaldan, cənub-qərbdən və  cənubdan dənizə  çıxışı var. 
Sərhədlərinin ümumi uzunluğu 8 min km-dir, bunun üçdə biri dəniz 
sərhədləridir. Azərbaycan Respublikası ilə 611 km məsafədə 
həmsərhəddir və bu sərhəd əsasən Araz çayı boyuncadır. 
 Səth quruluşu və faydalı qazıntıları.  İran dağlıq ölkədir. 
Dağlar, yaylalar ərazisinin təqribən beşdə dörd hissəsini təşkil edir. 
İranda iki əsas relyef forması xüsusilə seçilir: şimal-qərbdən cənub-
                                      
*
  İran –  qədim fars dilində «aria», «arxiya» sözlərinin dəyişdirilmiş 
forması olub, «nəcib», «əsl nəcabətli» mənalarını bildirir. Keçmişdə yük-
səkvəzifəli şəxslərə verilmiş bu ad sonralar bütün ölkəyə şamil edilmişdir. 
 
282
qərb istiqamətində uzanan dağ silsilələri və  mərkəzdəki yüksək 
düzənliklər sistemi. 
Ölkənin mərkəzində yerləşmiş  İran yaylasının  əsas hissəsini 
Dəşte-Kəvir və Dəşte-Lut səhraları tutur. Şoran tirələrdən ibarət olan 
Dəşte-Kəvir (dəşt- bərk torpağa malik səth, kəvir – şoranlıq) kənd 
təsərrüfatına tamamilə yararsız, nəqliyyat üçün təhlükəli sayılır. 
Dəşte-Lut (lut, yəni bitkisiz) isə Yer kürəsinin  ən bürkülü və quraq 
səhralarından biridir. Dəşte-Kəvirdən fərqli olaraq burada qumla 
örtülü sahələr çoxdur. Dəşte-Lut səhrası üçün səciyyəvi xüsusiyyət 
qum təpələrinin üstünlüyüdür. Bu qum təpələri sütun, qüllə və qalanı 
xatırladan təbii landşaft formaları yaratmışlar. Hər iki səhrada 
yaşayış  məskənlərinə ensiz kənar zolaqlarda rast gəlmək olar. İran 
yaylasını dağlar  əhatə edir. Bu dağların  ən möhtəşəmi Elburs 
sistemidir. Elbursun və eləcə  də bütün İranın  ən hündür dağı 
Dəmavənddir
*
 (hünd. 5604 m.). Dəmavənd iranlılar üçün gözəllik
əzəmət və qüvvət rəmzidir. 
Elburs dağ sistemi mürəkkəb relyefə malik olduğundan,  ərazi 
təsərrüfat fəaliyyətinə müəyyən dərəcədə  cəlb olunmuşdur. Dağ 
keçidlərindən yollar çəkilmiş, yeraltı suların üzə çıxdığı ərazilərdə isə 
intensiv  əkinçilik aparılır. Elburs sistemi şərqdə Türkmən-Xorasan 
dağlarına keçir. Bu dağlar sıldırım yamaclara malikdir, lakin dağlar 
arasındakı məhsuldar vadiləri kənd təsərrüfatı üçün yararlıdır. 
İran yaylasının cənub kənarlarından Zaqros dağ sistemi 
başlayır. Cənub-şərqdə bu dağ sistemi Cənubi  İran dağları ilə  əvəz 
olunur. Ölkənin şimal-qərb hissəsi də dağlıqdır. Burada çökəkliklərlə 
parçalanmış Kordestan, Talış, Boqrovdağ, Qaradağ, Ağrıdağ 
silsilələri uzanır. 
İranın böyük düzənlikləri əsasən ölkənin kənar hissələrindədir. 
Bunlardan təsərrüfat və turizm baxımından  ən mühümü Xəzərsahili 
(və ya Cənubi Xəzər) ovalığıdır. Ölkə ərazisinin cəmi 5 faizini təşkil 
edən bu ovalıqda əhalinin 20 faizi yaşayır. Mesopotamiya ovalığının 
aşağı hissəsi  İran  ərazisinə daxil olur. İran və Oman körfəzlərinin 
sahilləri düzən olsa da, əkinçiliyə yararlı deyildir. 
İran faydalı qazıntılarla zəngin ölkədir. Bunlar içərisində 
mineral enerji sərvətləri, xüsusilə neft və  təbii qaz dünya 
                                      
*
 Dəmavənd – püskürən, tüstüləyən qala mənasını bildirir. 


 
283 
əhəmiyyətlidir. Neft ehtiyatına görə regionda, həm də dünyada 
qabaqcıl mövqeyə malikdir. Ölkənin ən mühüm neft yataqları qərbdə 
və şimaldadır. Xəzər şelfində də neft axtarışı işlərinə başlanılmışdır. 
Ölkədə  təbii qaz ehtiyatı da çoxdur (14 trilyon kub m.). Mineral 
enerji sərvətlərindən kömürün əhəmiyyəti də böyükdür. Ən mühüm 
yataqları şimal dağ massivi və qərbdədir.Son illərdə enerji məqsədilə 
nüvə xammalından istifadəyə meyl güclənmişdir. Bu isə bir sıra Qərb 
ölkələrini, ilk növbədə ABŞ rəsmilərini daha çox narahat edir. İranda 
qara metal (dəmir filizi) və əlvan metal (mis, qurğuşun, sink, qalay, 
sürmə, boksit və s.) filizləri də çıxarılır. Dəmir filizi yataqları əsasən 
Kerman, Semnan, Tehran rayonlarında, əlvan metal filizləri isə şimal 
və  qərb  əyalətlərindədir.  İran tikinti və üzlük materialları (mərmər, 
qranit, yəşəm daşı, gil, gips, əhəng daşı  və s.), qiymətli daşlarla da 
(firuzə, əqiq və s.) zəngin ölkədir. 
İqlimi və hidroqrafiyası. Ölkənin  əksər hissəsinin iqlimi 
subtropik kontinental, Xəzər dənizi sahilində rütubətli, İran və Oman 
körfəzlərinin sahillərində isə tropikdir. İqlimin  əsas xüsusiyyətləri 
ölkənin coğrafi mövqeyi ilə yanaşı, həm də relyefin müxtəlifliyi, 
ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən olunur. İqliminin 
xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay 
temperaturu deyil, eləcə  də çox aşağı  qış temperaturu ilə  əlaqədar 
onun kəskin kontinentallığıdır. 
İranın əksər yerlərində yay ayları çox isti və quraq, qış soyuq 
və  şaxtalı keçir. İlin isti dövründə dağlıq sahələr istisna olmaqla, 
ölkənin hər yerində hava +25-30 
°C-dək qızır, bu isə istilik sevən 
bitkilərin (pambıq, tütün, çəltik və s.) becərilməsinə imkan verir. 
Mütləq maksimum temperatur isə 50 
°C-dək yüksəlir. Qışda ölkənin 
şimalında temperatur mənfi 7-10 
°C, cənubunda isə +15-18 °C təşkil 
edir. Mərkəzi düzənliklərdə – 20
° çatan şaxtalar müşahidə edilir. 
İranın  şimal-qərbindən cənub-şərqinə doğru orta illik ya-
ğıntıların miqdarı azalır. Məsələn, Cənubi Xəzər ovalığına orta 
hesabla 2000 mm yağıntı düşdüyü halda, mərkəz və şərq bölgələrinə 
100-50 mm yağıntı düşür. 
İran yerüstü sularla zəngin deyil. Çayların əksəriyyəti ölkənin 
şimalında Elburs dağ sistemi ilə  Xəzər dənizi arasında qalan ensiz 
zolaqda, cənub-qərbdə Xuzestanda və 
qərbdə 
Cənubi 
Azərbaycandadır.  Ərazisinin digər bölgələrində daimi axara malik 
 
284
çaylar yoxdur. İranın bütün çayları 3 hövzəyə aid edilir. Axımın 18 
faizi Xəzər dənizi, 63 faizi İran körfəzi, 19 faizi axara malik olmayan 
daxili hövzənin payına düşür. Axara malik olmayan daxili hövzə ölkə 
ərazisinin 65 faizini əhatə edir. 
İranda ən böyük çay Karundur (uz. 850 km). Karun çayı İran 
əkinçiliyi tarixində mühüm rol oynamışdır. O, həm də ölkənin 
gəmiçiliyə yararlı yeganə çayıdır. İllik axımın miqdarına görə ikinci 
çay Səfidruddur. Çayın çoxsaylı qolları var, bu qollardan suvarma 
kanalları başlanğıcını götürür. İranın mərkəzi  əyalətlərinin 
suvarılmasında Zayəndərud, şimal bölgələrinin suvarılmasında Araz, 
Qorqan çaylarının  əhəmiyyəti çox böyükdür. Araz çayı  sərhədboyu 
ilə 800 km məsafədə axır. Çay üzərində sabiq sovetlər dövründə 
müştərək su qovşağı inşa edilmişdir. Araz çayı üzərində Azərbaycan 
Respublikası ilə də müştərək irriqasiya kompleksi yaradılmışdır. 
 Ölkədə yerüstü sulara aid edilən göllərin  əhəmiyyəti də 
böyükdür. Göllərin əksəriyyəti (Urmiya, Dəryaçeye-Nəmək, Nəyriz, 
Nəməkzar və s.) axarsızdır. Bəzi göllər isə yayda quruyur və 
şoranlıqlar əmələ gətirir. 
 İranda yerüstü sulardan başqa süni suvarmada və  məişətdə 
mühüm rol oynayan yeraltı suların əhəmiyyəti də böyükdür. Bu sular 
yeraltı kanallar (kəhriz və ya kanat) vasitəsilə yer səthinə  çıxarılır. 
Ölkədə mövcud olan 30 min kəhrizin
*
 20 minindən istifadə edilir. 
İran səyahətçisi  Əli  Əsgər Mohəcərin «Səhranın səması altında» 
kitabında kəhriz haqda belə deyilir: «Kəhriz  İran həyatının 
təcəssümüdür. O, tarlaların susamış qan damarlarına təzə qan vermək 
üçün tələsmədən dərinliklərdən qalxır, tədricən kənd və  şəhərlərin 
ətrafına çəkilir. Kəhriz səs-küylü və arsız dağ çaylarına bənzəmir. O 
heç vaxt öz vücudunu diqqəti cəlb etmək üçün biruzə vermir ki, onun 
xalqa xidmət yolunda necə yorulduğu və zəiflədiyi görünsün. Nəzərə 
çarpmadan özü üçün sakit axır və  həmişə  həyat və ümid mənbəyi 
olmaq səyi ilə çalışır». Bu mənalı sitat İranda kəhrizlə suvarmanın 
                                      
*
  Kəhriz – qrunt sularını yer səthinə  çıxarmaq üçün Yaxın və Orta Şərq, 
Orta Asiya, Azərbaycanda səciyyəvi sayılan quyudur. Texniki cəhətdən 
maili lağım (hünd. 1,0-1,4 m, eni 0,5-0,8 m) şəbəkəsindən ibarətdir. Daş və 
ya bişmiş kərpicdən hörülən bu lağımlar bir-birilə şaquli quyular vasitəsilə 
birləşdirilir. Kəhriz qazılması  İranda xüsusi sənət sayılır və bunun sirri 
atadan oğula ötürülərək davam etdirilir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə