Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə67/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

 
265 
1993-cü ilin aprelində başa çatır. Amma bir ildən sonra, 1994-cü ilin 
mayında seperatçı əhval-ruhiyyəli ərəb şeyxləri Şimal ilə Cənub aras-
ında vətəndaş müharibəsi törədirlər. Həmin ilin iyulunda Şimali 
Yəmənin qoşun hissələri, Cənubun qoşunlarını  məğlub edir və 
müharibə dayandırılır. 
Ölkənin fəaliyyətdə olan konstitusiyası 1991-ci ildə  qəbul 
edilsə də, vətəndaş müharibəsindən sonra, daha doğrusu, 1994-cü ilin 
sentyabrında o müəyyən dəyişikliklərə  uğrayır. Məsələn, ölkədə 
prezident və vitse-prezident vəzifələri bərqərar olunur, 
qanunvericilikdə islama, şəriətə istinad ön plana çəkilir. 1991-ci il 
konstitusiyasında qəbul olunmuş çoxpartiyalı prinsip dəyişmir. 
Dövlət quruluşu. Dövlət quruluşuna görə Yəmən respublikadır. 
Dövlətin başcısı yeni Konstitusiyaya əsasən ümumi səsvermə yolu ilə 
iki dəfədən çox olmamaq şərtilə 7 il müddətinə seçilən prezidentdir. O, 
eyni zamanda ölkədəki silahlı qüvvələrin ali baş komandanıdır. 
Qanunverici hakimiyyət ikipalatalı parlamentə  məxsusdur. Yuxarı 
palata Məşvərət  Şurası (111 yer) prezident tərəfindən təyin edilir. 
Nümayəndələr palatasının deputatları (301 yer) 7 il müddətinə 
seçilirlər. Deputatlar hökumətin tərkibini təsdiq etmək, müvafiq 
qərarlar qəbul etmək hüquqlarına malikdirlər. İcraedicilik hakimiyyəti 
prezidentə 
və Baş nazirin rəhbərlik etdiyi hökumətə 
məxsusdur.İnzibati cəhətcə ölkə 17 əyalətə bölünür. 
Yəməndə bir neçə siyasi partiya fəaliyyət göstərir.  Əsas par-
tiyalar: Ümumxalq Konqresi, İslahat  İslam Qrupu, İslah, Yəmən 
Sosialist Partiyasıdır. Adı  çəkilən ilk iki partiya hakimiyyətdə 
olanlar, sosialistlər isə onlara müxalifətdə duranlardır. Səudiyyə 
Ərəbistanının rəsmi dairələri tərəfindən dəstəklənən  İslah Partiyası-
nın ölkənin siyasi həyatındakı mövqeyi ildən-ilə genişlənir. Müxtəlif 
istiqamətli bloklardan yaradılmış bu partiyada aparıcı rol «Müsəlman 
qardaşları» təşkilatına məxsusdur. 
Yəmən BMT-nin, Ərəb Ölkələri Cəmiyyətinin,  İslam Konfransı 
Təşkilatının, başqa beynəlxalq və regional təşkilatların üzvüdür. 
Azərbaycan Respublikası ilə münasibətləri. Azərbaycan Res-
publikası ilə  Yəmən Respublikası arasında diplomatik münasibətlər 
1992-ci ilin fevralın 25-də yaradılmışdır. İkitərəfli əlaqələr, əsasən dip-
lomatik yazışmalar səviyyəsində olsa da, beynəlxalq təşkilatlarda iki 
ölkə arasında məhsuldar əməkdaşlıq həyata keçirilir. 
Yəmən Respublikası Birləşmiş Millətlər Təşkilatı  və  İslam kon-
 
266
fransı  Təşkilatı  çərçivəsində Ermənistan Respublikasının Azərbaycana 
qarşı  təcavüzü ilə bağlı  qərarların qəbul edilməsində Azərbaycanı 
birmənalı olaraq dəstəkləyir. Yuxarıda adı  çəkilən təşkilatların həyata 
keçirdiyi bir sıra siyasi tədbirlərdə iki ölkənin nümayəndələri arasında 
müxtəlif səviyyələrdə görüşlər keçirilmişdir. 
  
 
3. Əhalisi və şəhərləriı. Paytaxtın qısa səciyyəsi 
 
2005-ci ilin əvvəlləri üçün Yəməndə yaşayanların sayı 20,0 
mln. nəfəri ötmüşdür. Bu göstəriciyə görə dünyanın 58-ci ölkəsidir. 
Yəmən təbii artımı böyük olan ölkələrdən biridir. Onun əhalisinin 
ümumi sayı hər il 2,5-2,6 faiz artır. Əhalinin 90 faizini ərəblər təşkil 
edir. Bundan başqa ölkədə Hindistan və Pakistandan gəlmələr somali, 
yəhudi, həbəş və b. xalqların nümayəndələri yaşayır. Mütəxəssislərin 
fikrincə təqribən 2,0 mln. yəmənli ölkə sərhədindən kənarda yaşayır. 
Yerli  ərəblər qədim zamanlardan Cənubi  Ərəbistanda yaşamış  ərəb 
tayfalarının nəsilləridir. 
Yəmənlilər antropoloji xüsusiyyətlərinə görə Aralıq dənizi 
tipinə aid edilsələr də, onların sifət cizgilərində  Şərqi Afrika və 
Cənubi Asiya irqlərinin izlərinə təsadüf etmək olar. Tihamə ərəbləri 
uzun müddət Şərqi Afrikanın müxtəlif ölkələrindən gələn tünd rəngli 
adamlarla qarışdığından onlarda zənci və efiop irqinə  mənsub 
əlamətlər nəzərə çarpır. 
Ölkə üzrə əhali çox qeyri-bərabər yerləşib. Əhalinin sıxlığı hər 
kv.km.-də 37 nəfərdən bir qədər artıqdır. 20,0 mln. nəfərin 65 faizi 
Cəbəl dağlıq bölgəsində  cəmlənmişdir.Burada orta sıxlıq 200 nəfərə 
çatır. Ölkənin  şərq hissəsində isə orta sıxlıq 3 nəfərə  qədər enir. 
Yəməndə köçəri və yarımköçəri həyat tərzi keçirən əhalinin sayı ildən-
ilə azalır.Hazırda onların sayı 100 min nəfərdən artıq deyil. 
Yəmən Respublikasının rəsmi dövlət dili ərəb dilidir.Əhali 
ərəb dilinin Yəmən dialektində danışır.Əhali qrupları arasında 
Yəmən dialektinin müxtəlif danışıq tərzi yayılmışdır. Cənubi Yəmən 
dialekti üstünlük təşkil edir. Böyük şəhərlərdə ingilis dili də işlədilir. 
İslam dövlət dini səviyyəsindədir. İslam dini VII yüzilliyin ortalarına 
yaxın qəbul edilmişdir. Ölkə müsəlmanlarının yarıdan çoxu sünni, 
qalanları  şiədir.  Şiələr Zeydi təriqətinin tərəfdarlarıdırlar. Ölkənin 
şimali qərbində və dağlıq bölgələrində yaşayanların əksəriyyəti Zeydi 


 
267 
təriqətli şiələr, qalan yerlərdə yaşayanlar isə sünni müsəlmanlardır. 
Ölkə  əhalisinin 2/3 hissəsi kənd yerlərində yaşayır. Daxili miq-
rasiya kəndlərdən  şəhərlərə, həmçinin dağlıq rayonlardan intensiv 
əkinçiliyin inkişaf etdiyi Tihamə, Hədramaut bölgələrinədir. Uzun tarixi 
dövr  ərzində  Yəmənin dünyanın başqa ölkələri ilə iqtisadi, mədəni 
əlaqələrinin zəif olması,  şəhərlərin özünəməxsus orta əsr görkəminin 
saxlanılmasına səbəb olmuşdur. Yalnız ölkənin paytaxtı Sənanın,Taizin 
və dəniz sahillərində yerləşmiş bəzi şəhərlərinin görkəmində türk milli 
memarlıq üslubunun əlamətləri aydın seçilir. Yəmənin böyük şəhərlərinə 
Səna,  Ədən, Taiz, Hodeyda aid edilir. Səna ölkənin siyasi, Ədən isə 
iqtisadi mərkəzidir. 
Bütün göstəricilərə görə  Səna ölkənin  ən böyük şəhəridir. 
Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış  Səna dəniz səviyyəsindən 
2150 metr hündürlükdə, qərbdən və  şərqdən dağlarla  əhatə olunan 
geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna 
ölkənin  əsas siyasi-inzibati, mədəni-maarif və  sənaye mərkəzidir. 
Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri,  əsas 
sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal 
emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. 
Səna müasir tələblərə cavab verən  şosse yolları vasitəsilə Taiz, 
Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında 
beynəlxalq dərəcəli təyyarə meydanı var. Paytaxtda milli ənənələrə, 
incəsənətə çox böyük qayğı ilə yanaşırlar. Sənanın ən milli koloritli 
yeri-köhnə  şəhərdir. Köhnə  şəhər YUNESKO-nun qərarına  əsasən 
memarlıq abidəsi kimi qorunur. 
 Əhəmiyyətinə görə ölkənin ikinci şəhəri  əvvəllər Cənubi 
Yəmənin paytaxtı olmuş  Ədəndir.  Əhalisinin sayı 500 min nəfəri 
ötmüş  şəhərin çox əlverişli mövqeyi var. Süveyş kanalı istifadəyə 
verildikdən sonra (1869-cu il) Ədənin bir port kimi əhəmiyyəti çox 
artmışdır. Ədəndə ən inkişaf etmiş məhəllə Krater adlanır. İri dövlət 
müəssisələri, banklar, sığorta idarələri bu məhəllədədir. Ədən ölkədə 
həm də ikinci böyük mədəni-maarif mərkəzidir.  Şəhərdə  bələdiyyə 
kitabxanası, arxeoloji muzey, radioteleviziya mərkəzi, idxal olunan 
nefti emal edən iri müəssisə, gəmi təmiri zavodu, yüngül və yeyinti 
sənaye müəssisələri fəaliyyət göstərir. 
 
4. İqtisadiyyatı 
 
 
268
BMT-nin təsnifatına görə Yəmən iqtisadi cəhətdən zəif inkişaf 
etmiş ölkələr qrupuna aid edilir.Ölkənin daxili məcmu məhsulunun 
illik dəyəri 11,0 mlrd., milli gəlirin adambaşına düşən payı isə 700 
ABŞ dollarından bir az artıqdır.Ölkə  təsərrüfatının geri qıalmasının 
səbəbləri çoxdur. İqtisadi inkişafa yeddi ilə  qədər davam edən 
vətəndaş müharibəsi mənfi təsir göstərmişdir. 
İqtisadi artım tempi 1990-2001-ci illərdə 5,6 faiz olmuşdur. 
Sonrakı illərdə bu rəqəm 3,5-ə enmişdir. İqtisadi siyasət ölkənin ger-
iliyinin aradan qaldırılmasına yönəldilmişdir.  Əhalinin üçdə-bir 
hissəsi yoxsulluq həddindən aşağı  səviyyədə yaşayır. Ümumdaxili 
məhsulun 20 faizi kənd təsərrüfatı və balıqçılığın, 35 faizi sənayenin, 
45 faizi isə xidmət sahələrinin payına düşür. 
Kənd təsərrüfatının aparıcı sahələri. Ölkədə Afrika darısı, 
arpa, buğda, qarğıdalı, çəltik və,s  əkilir. Məhsuldar illərdə 1,2 mln. 
tona yaxın taxıl  əldə edilsə  də, bu təlabatını ödəmir. Darı  və kalış 
yerli torpaq-iqlim şəraitinə uyğunlaşdığından suvarma tələb etmir. 
Onları  həm quru çay dərələrində, həm də  mərkəzi yaylalarda 
becərirlər. Bağçılıq inkişaf etmişdir. Burada xarici bazar üçün xurma, 
banan, ananas, papayya
*
, manqo, daxili bazar üçün üzüm, ərik, nar, 
gavalı, əncir və.s yetişdirilir. 
Yəməni dünya bazarında tanıdan onun məşhur qəhvəsidir. 
XVII yüzillikdən burada qəhvə  dənindən istifadə olunur.Yəmən 
qəhvəsi Avropa ölkələrinə Mokko portundan daşındığı üçün onun ən 
qiymətli növünü «Mokko» adlandırmışlar. Dünya ölkələrində 
qəhvənin bu növü çox yüksək qiymətləndirilir. Qəhvə ağacları 1200-
2000 metr yüksəkliklər arasındakı terraslarda
**
 yetişdirilir. Bar verən 
ağacdan bir ildə 6-7 kq məhsul  əldə olunur. Yəməndə yetişdirilən 
qəhvənin tərkibində kofeinin faizi yüksəkdir.  Əhalinin yoxsul 
təbəqəsi qəhvə qabığından və onun emalından qalan tullantıdan 
«kişr» adlanan içki hazırlayır. 
Qəhvə  əkinləri hesabına genişləndirilən kat kolları  əsasən 
Mərkəzi yaylalarda və Taiz şəhəri  ətrafında geniş yer tutur. 
                                      
*
  Papayya  – xarici görünüşünə görə meyvəsi yemişə oxşayan ağac. Onu 
bəzən yemiş ağacı da adlandırırlar. 
**
 Terras – (latınca torpaq , yer mənalarını bildirir) – dağ yamacları, göl və 
dəniz sahillərinin pilləvars relyef formaları. Terraslardan əkin yerləri, 
yolların çəkilişi və s. məqsədi üçün istifadə olunur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə