Xristianliq tarixi



Yüklə 128,49 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü128,49 Kb.
#31126


 

QARABAĞIN 

XRISTIANLIQ TARIXI 

 

Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz 



qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan 

- Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur. Yuxarı 

Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən 

Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, 

həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı 

aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik 

dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni 

vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət 




şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, 

ictimai və mədəni tarixini hərtərəfli əks etdirir. 

Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul 

edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ 

ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən 

xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər - 

alban xristian dini abidələri yaradılmışdır. 

Qarabağ ərazisində ayrı-ayrı dövrlərdə müxtəlif dinlər biri 

digərini əvəz etmişsə də, bunlar öz tarixi-etnik torpağına bağlı 

olan yerli xalqın tarixi taleyində baş verdiyindən, dinin özü və 

dini inanclar dəyişsə də, xalq bir qayda olaraq adət-ənənə 

özəlliyini, milli xüsusiyyətini qoruyub saxlamışdır. Ancaq bu 

həmişə və hər yerdə eyni olmamışdır. 

Bu regionun əsas əhalisi gəlmə ermənilərdən fərqli olaraq, 

mənşə, dil və mədəniyyət etibarı ilə min illərlə Böyük Qafqaz 



dağları ilə Araz çayı arasında yaşamış türk mənşəli və Qafqaz 

dil qrupuna mənsub olan etnik qruplardan ibarət olmuşdur. 

Zaman və dövrün təsirindən asılı olaraq, müxtəlif həyat tərzi, 

dini ideologiya mövcud olmuş, bununla əlaqədar mənəvi 

mədəniyyətin fərqli xüsusiyyətləri meydana çıxmışdır. 

Azərbaycanın digər ərazilərindən fərqli olaraq, Qarabağ 

ərazisində dini ayrılığın davam etməsi bölgədə sonralar böyük 

dəyişikliklərin yaranmasına gətirib çıxarmışdır. Albaniyada 

xristianlığın müsəlmanlıqla əvəz olunduğu zaman Qarabağın 

dağlıq ərazisində yaşayan və xristianlıq dini ideologiyasına 

etiqad etməkdə davam edən avtoxton albanların xristian 

olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu 

erməni ailəsi köçürülmüşdür. Onlar yerli xristian albanları 

qriqoryanlaşdıraraq, assimilyasiya etmiş, hayklar adlandırmış, 

ərazini isə “hayk ölkəsinin bir hissəsi” kimi qələmə vermişlər. 



Beləliklə, tədqiqatlar Yuxarı Qarabağın maddi və mənəvi 

mədəniyyətinin Azərbaycanın maddi və mənəvi 

mədəniyyətinin tərkib hissəsi olduğunu aydın şəkildə göstərir 

və bu barədə əks fikirlərin əsassız olduğunu sübut etməyə 

əsas verir. 

Abidəllər 

Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş 

alimlər bu abidələrin bir çox xarakterik xüsusiyyətlərinə və 

memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq 

abidələrindən fərqləndiyini bildirib. Həmin abidələri bütün 

tarixi sübutlara görə, xalqımızın milli mədəni irsinə aiddir. 

Həmin abidələr sırasında Laçın rayonunda yerləşən Ağoğlan 

monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd 

rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs 




Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər 

monastırlarını göstərmək olar. 

“Ağoğlan monastr kompleksi IX əsrdə inşa edilib. Möhkəm 

bazalt daşdan tikilmiş bu monastr məharətli konstruktiv 

həllinə görə alban xristian memarlığı abidələri içərisində 

xüsusi yer tutur. 

Xudavəng monastr kompleksi Kəlbəcər rayonunun ərazisində, 

Tərtərçayın sol sahilində yerləşən Xotavəng və ya Xudavəng 

monastr kompleksi Xaçın Alban knyazlığının dini mərkəzi olub. 

Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif 

mərkəzi fəaliyyət göstərib. Alban knyazı tərəfindən inşa 

edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə qonşu 

xalqların kilsələrindən fərqlənir. 

Müqəddəs Yelisey Məbəd kompleksi Dağlıq Qarabağın Ağdərə 

rayonunda yerləşib. Dəniz səviyyəsindən 2000 metr 



yüksəklikdə, uca bir dağın zirvəsində tikilib və qala divarları ilə 

əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə qoyulub. 

Qandzasar monastr kompleksi isə Ağdərə rayonunun Vəngli 

kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış 

məşhur Qandzasar monastrı Qafqaz Albaniyası xristian 

memarlığının ən görkəmli abidələrindən biridir. Uzun müddət 

Alban xristianlarının iqamətgahı olmuş monastr dinin baş 

xəzinəsi mənasında Gəncəsər adlanlandırılıb”. 

Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun 

mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu 

olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından 

danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da 

o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində 

yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək 

xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi. 



Lakin Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni 

şəkildə öz tarixlərinin izlərini yaratmaq məqsədi ilə Alban 

abidələrini mənimsəmək, milli mənsubiyyətini dəyişmək 

yolunu tutublar. Ən çox mənimsənilməyə məruz qalan 

abidələr isə xristianlıq dövrü abidələridir. Bu da ondan irəli 

gəlir ki, bu tipli abidələr üzərindəki xristian dininin rəmz və 

simvolları, eləcə də daş və divar rəsmləri içərisindəki buna 

bənzər rəsm nümunələrini əsas götürərək bunları 

erməniləşdirməyə çalışırlar. Bu da öz növbəsində tarixin 

saxtalaşdrılmasına gətirib çıxarır. 

Azərbaycanın xristianlıq dövrü abidələrinin ermənilər 

tərəfindən mənimsənilməsi faktlarını gürcü tarixçisi A. 

Çavçavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində 

dolğun şəkildə əks etdirmişdi. O yazır: "... Ermənilər aborigen 

albanları süni şəkildə qriqoryanlaşdıraraq vaxtilə sığındıqları 

Azərbaycan torpaqlarını "Hay ölkəsi"– Şərqi Ermənistan 




adlandırırlar". Lakin tədqiqatçılar göstərir ki, hətta xristianlıq 

dövrü abidələri belə nə erməni dininə (qriqoryanlıq), nə də 

erməni mədəniyyətinə və mənşəyinə uyğun gəlir. Belə ki, 

Azərbaycan ərazilərindəki Alban-xristian abidələrinin tarixi-

arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox 

xüsusiyyətlərini aydınlaşdırmağa kömək edir.Xristianlıq dövrü 

alban abidələrinin ermənilər tərəfindən mənimsənilməsinin 

bir səbəbi də, Rusiyanın köməyi vasitəsi ilə 1836-cı ildə Alban 

Apostol kilsəsinin ləğv edilərək Erməni Qriqoryan kilsəsinə 

tabe edilməsidir. Rusiya çarlarının Qafqazdakı siyasəti, 

ermənilərə verdikləri önəm nəticəsində Alban kilsələrinin 

mərkəzi əsassız olaraq ermənilərin qriqoryan kilsəsinə verildi. 

Bununla da Alban dini rəhbərliyi Eçmiədzinə köçürüldü. 

ALBANIYA 



Albaniya müasir Azərbaycan, hazırkı Ermənistan və 

Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan 

ərazilərində mövcud olmuş tarixi dövlətdir. Eramızdan əvvəl 

təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində 

Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə 

Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV 

əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban 

dövləti mövcudluğunun sonuna qədər bu və ya digər 

dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. 

Görkəmli qafqazşünas tarixçi Yevgeni Krupnov yazırdı: 

"Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və 

məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin 

tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz 

Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar  




məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında 

məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." 

Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan 

tayfalardan ibarət idi. 

Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasın­da 

utilər, qarqarlar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar, 

amardlar, ariaklar, anariaklar,amazonkalar, qellər, və leqlərin  

adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk 

dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk 

əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə 

Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV 

əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni 

türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, 

barsillərin  və s. Qafqaz Albaniyasına axını başlamışdır. 

Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – 



qafqazdilli, türkdilli]və bir qədər də irandilli əhalidən ibarət 

idi. 


Mütəxəssislər qeyd edirlər ki, "Alban" adını türkdilli tayfalarla 

bağlamaq daha uyğun variantdır. Çünki hal- hazırda  Orta 

Asiyadakonkret olaraq Qazaxıstanda  alban adlı türkdilli qəbilə 

yaşayır. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar 

nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa 

olması birmənalı şəkildə sübut edilmişdir. 



ALBANIYADA DIN 

Qafqaz Albaniyasında xristianlıq  eramızın 54 - 57 -ci illərində 

apostol Müqəddəs Yeliseyin  təbliğ fəaliyyətindən sonra 

yayılmışdır. 

Bu səbəbdən Alban kilsəsi  apostol kilsəsi adlandırılır. 

Qafqazda , eləcə də bütün xristian dünyasında olan qədim 

xristian kilsələrindən biri alban kilsəsidir. 



Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq 

dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban 

ənənəsinə görə, eramızın ilk əsrlərinin başlan­ğıcın­da 

yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri  

(apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk 

xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi 

xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd 

edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən 

Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin  və Müqəddəs 

Faddeyin şagirdi Müqəddəs Yeliseyin  adı ilə bağlıdır. IV əsrə 

kimi davam edən bu dövrü şərti olaraq siryanipərəst dövrü 

adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin 

və alban hökmdarı Urnayrın  adları ilə bağlıdır. 

Xristianların I-II əsrlərdə Yerusəlimdən Şimal-Şərqdə və 

Şərqdə geniş təbliği həvari Müqəddəs Paveldən  sonra 

həvarilərdən Müqəddəs Fomanın, Müqəddəs Andreyin, 




Müqəddəs Varfolomeyin,  həvari Müqəddəs Fomanın  qardaşı 

Ardayın (Adday-Fadday-Faddey) və Müqəddəs faddeyin 

şagirdləri – Müqəddəs Yeliseyin  və Marın adları ilə bağlıdır. 

Bu həvarilər və onların şagirdləri Suriyada  (mərkəz – 

Antioxiya), kiçik ellin dövləti olan Osroyenada  (mərkəz – 

Edessa) , Nisibində, Mesopotamiyada  (İkiçayarasında), Kiçik 

Ermənistanda, eləcə də Şərqdə və Şimal-Şərqdə – İranda  

(Sələvkiyə – Ktesifonda), Cənubi Qafqaz ölkələrində – 

Gürcüstanda , Albaniyada təbliğat aparırdılar. 

Xristianlığın Albaniyaya nüfuz etməsi, burada erkən xristian 

icmasının yaranması, həm həvari Müqəddəs Varfolomeyin , 

həm də həvari Müqəddəs Faddeyin  adları ilə bağlıdır. Moisey 

Kalankatlı  xəbər verir: 

"Lakin, ədalət günəşinin çıxdığı vaxt yetişdikdə, xilasımız, 

dərkedilməz varlıq – Atamızın şöhrət və mahiyyətinin işığı 



hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt 

ayrılmadığı varlığın şöhrətinə sahib olduqda, o, öz müqəddəs 

və sevimli şagirdlərini [dini] təbliğ etmək üçün dünyanın hər 

yerinə göndərdi. Şərq sakinlərinin bəxtinə Ermənistana gəlib, 

Artaz vilayətində Ermənistan hökmdarı Sanatrukun əzabla 

öldürdüyü həvari Faddey düşdü". - Moisey Kalankatlı, I, VI 

Alban tarixçisi Moisey Kalankatlı daha sonra yazır: 

"Onun (Faddeyin) şagirdi Müqəddəs Yelisey (Elişe) Yerusəlimə  

qayıdaraq, onun əzabları haqqında ...digər həvarilərə danışır... 

Yelisey orada Yerusəlimin ilk patriarxı, [İsanın] qardaşı 

Müqəddəs Yakov  tərəfindən təyinat alır. Yeliseyin payına 

Şərq düşür"- Moisey Kalankatlı, I, VI 

Burada müəllif "digər həvarilər" dedikdə Müqəddəs Faddeyin, 

Yeliseyin və başqa həvarilərin fəaliyyətlərinin eyni zaman 

çərçivəsində, yəni I—II əsrlərdə baş verdiyini göstərmək 



istəyir. Gördüyümüz kimi, bu mətndə Şərq dedikdə, Albaniya 

nəzərdə tutulur. Moisey Kalankatlının işlətdiyi "Şərq", "Şərq 

ölkəsi", "Şimal-Şərq" anlayışlarının tədqiqi onların Albaniyanı, 

Yerusəlimə nisbətlə xristian dünyasının Şərq hüdudlarında 

yerləşən albanlar ölkəsini bildirdiklərini sübut edir. 

Xristianlığın Albaniyada təbliğinin ilk siryanipərəst dövründə 

İncil kəlamları Yaxın və Orta Şərqin bütün ölkələrində olduğu 

kimi, siryani (arami) dilində yayılırdı. Bu, yalnız həvarilər və 

onların şagirdlərinin deyil, həm də Suriya missionerlərinin 

fəaliyyəti ilə bağlı idi. Moisey Kalankatlı  öz əsərində 

siryanipərəst dövr haqqında mühakimə yürütmək imkanı 

verən məlumatları təqdim etmişdir; Suriya rahiblərinin IV-V 

yüzillərdə Albaniyadakı fəaliyyəti, xristian abidələri üzərindəki 

arami yazıları haqqında olan xəbərlər belə məlumatlardandır. 




Xristianlığın  "yunanpərəst" II mərhələsi, yuxarıda qeyd 

etdiyimiz kimi, bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa 

da, müddəti və xüsusiyyətləri baxımından fərdi cəhətlərə 

malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. 

Tədqiqatlar göstərir ki, alban, erməni və iber kilsələrinin 

imperiya kilsəsi ilə münasibətləri "siyasi şəraitlə bağlı 

işıqlandırılmalıdır; başqa sözlə desək, ölkənin [Şərqi Roma] 

imperiyasından siyasi asılılıq dərəcəsi kilsənin asılılığı 

səviyyəsində özünü göstərməlidir". Məlumdur ki, bu asılılıq 

Ermənistanda daha çox, İberiyada  isə nisbətən az idi; 

Albaniyanın isə heç bir asılılığı yox idi. Ona görə də ellinpərəst 

Maarifçi Qriqori  və onun nəvəsi Müqəddəs Qriqorisdən  

sonra alban kilsəsi Yerusəlim kilsəsi ilə münasibətlərini davam 

etdirirdi. Bütün bunlar elmdə hakim olan fikrin – ilk xristian 

təbliğatçılarının Albaniyaya Ermənistandan göndərilməsi 

fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil Albaniyası 




vilayətlərində fəaliyyət göstərən xristian təbliğatçılarının 

Ermənistandan, sol sahil Albaniyasının şimal – qərb 

vilayətlərinə (yəni İori və Alazan çayları arasındakı vilayətlərə) 

göndərilənlərin isə İberiyadan  gəlmələri fikrinə də aiddir. 

Məlum olduğu kimi, Sasanilər  öz tabeliklərində olan Cənubi 

Qafqaz xristian xalqlarına sabit münasibət bəsləmirdilər. 

Xristianlığın Şərqi Roma imperiyasında  qələbəsi (IV əsrin 

əvvəlində) bu münasibəti daha da gərginləşdirdi. Sasani 

dövləti ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif 

xristian təriqətləri müdafiə edilməyə başlanıldı. 

Moisey Kalankatlının  məlumatına görə, alban arşaki 

hökmdarları Urnayr, II Vaçe, III Vaçaqan  müxtəlif bütpərəstlik 

dinlərinin köklərini kəsmək üçün şiddətli mübarizə aparırdılar. 

V əsr Aquen məclisində  qəbul edilmiş qanunların ikisi 




xristianlığaqədərki dinlərin qalıqlarının təqib olunmasına həsr 

edilmişdi. 

VIII əsrdən etibarən Azərbaycanın Şimal hissəsi ərəblərin və 

İslamın təsir dairəsinə düşdü. Lakin Albaniya əhalisinin xeyli 

hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə  birlikdə 

dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər. Qonşu 

xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini 

etiqadından kənara çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət 

göstərirdi; bu cərəyanların qriqorian təriqətinə düşmən olan 

üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban 

kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik 

hüququnun pozulmasında Erməni Qriqorian kilsəsi  xüsusi rol 

oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən 

erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər 

dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də 

Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar. Cənubi 




Qafqazda özlərinə arxa axtaran Əməvilər ermənilər və 

albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, 

alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait 

yaradırdılar. Erməni katolikosu İlya xəlifə Əbd ül-Malikə 

aşağıdakı məzmunda bir məktub yazmışdı: 

Erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən 

sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq 

yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa 

başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli 

əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli 

ilə albanların bütün ədəbi abidələrini dağıdıb Alban 

mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi 

məhv etmişlər. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, 

sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə 

görülmüşdür. Qriqoryan kilsə xadimləri Arran   ədəbi 



abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara  

çevirirdilər. 

İ.P.Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni 

erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin 

başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o 

zamandan sonrakı erməni monofızit katolikosu Yegi 

xalkedonçuluq edən Alban katolikosu Nersesi  (Bakuru) ərəb 

xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və 

knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən 

müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq 

(pravoslav, yunanpərəst, gürcüpərəst) hərəkatı ermənipərəst 

monofızitlər tərəfındən yatırılmışdır". 

Bütün bu çətinliklər və ağır mübarizə şəraitinə rəğmən Alban 

Həvari Kilsəsi öz varlığını 1836 – cı ilə kimi qoruya bilmişdir. 

Lakin 1836 -cı ildə Rusiya  tərəfindən erməni Qriqorian 



kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 

Bununla belə, 2003 -cü ildə Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsində  Alban Həvari Kilsəsi yenidən qeydiyyata alınaraq 

fəaliyyətini bərpa etmişdir. 

Alban xaç daşları 

Azərbaycan Respublikası və indiki Ermənistan Respublikasının 

müxtəlif bölgələrində toplu və tək halda yayılmış xatirə daşları 

və stellalar olan alban xaç daşlarının memarlıq-kompozisiya, 

konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolik 

özümlülüyündən ayrılmazdır. Qafqaz Albaniyasının erkən və 

yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki 

müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks 

olunmuşdur. Alban xaç daşlarnın obrazları bir çox əsrlər 

ərzində, əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi 

şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkül 



etmişdi. Xaç daşlarının bütün özümlülüyü, orijinallığı və 

erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir. Alban 

qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının 

yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın quruluşu 

haqqında təsəvvürlər və bütpərəstlik simvolikasının təsvirləri 

qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynamışdır. 

Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolu olan xaç 

onların yeni xristian dininə aid olduğunu təsdiq edir. 

Alban xaç daşları plastikliyi, fikir dərinliyi və əsrlər ərzində 

formalaşmış xalq etiqadı və ənənələri əsasında yaranmış 

memarlıq, inəsənət və dini simvolikanın üzvi sintezi 

nəticəsində meydana çıxan memarlıq-bədii məsələlərin 

həllindəki cəsarətliliyi ilə heyrət doğurur. 

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ 

xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük 



rolu olmuşdur. O zamankı insanların günəş obrazını yerdə, 

torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə 

qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki 

formasının meydana gəlməsinə səbəb olmuşdur. 

Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox 

klassik ənənələrinə uyğunlaşdırılırdı. Belə ki, alban xaçları 

xristianlığaqədərki elementlər və dini ayinlərlə birbaşa 

bağlıdır. 

Xaç obrazı, alban xaç daşlarında sanki müxtəlif bir-birinə 

aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban 

xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların 

və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən 

işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə 

yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi 

əks olunmuşdur. 



Mütəxəssislər Cənubi Qafqaz ərazisinə səpələnmiş alban xaç 

daşlarını əsasən dörd qrupda cəmləşdirirlər ki, onlar da Xaçın, 

Artsak, Cuğa və Yenivəng xaç daşlarıdır. Xaçın xaç daşları 

Xaçın alban knyazlığı dövründən yadigar qalmış xaç daşları 

əsasən Kəlbəcər rayonu ərazisində tədqiq edilmişdir. Bu 

tədqiqatı ilk dəfə memarlıq elmləri doktoru D. A. Axundov və 

fəlsəfə elmləri namizədi M. D. Axundov aparmışdır. Xaçın xaç 

daşlarının ən maraqlı nümunəsi Xudavəng monastır 

kompleksində yanaşı olan iki xaç daşıdır. 

Artsak xaç daşları tarixi Artsak vilayəti ərazisində yerləşən xaç 

daşlarıdır. Onlardan ən məşhuru və elmi ədəbiyyatda böyük 

marağa səbəb olanı xaçvari Artsak xaçdaşıdır. Xaçvari şəkilli 

Artsak xaçdaşı (1633-cü il) olduqca maraqlı və orijinaldır, o 

Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar 

çərçivəsində həll olunmuşdur (haqqında danışılan xaçdaş hələ 

SSRİ dövründə Eçmiədzinə aparılmış və bu gün də dünyaya 




erməni təfəkkürünün bədii nümunəsi kimi təqdim 

edilməkdədir). Onun forması daş xaç şəkilli olmasına 

baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik 

dominantı xaçın ortasındakı üç dairədən ibarət böyük xonça 

təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş 

həndəsi hörmə şəklində həll olunmuşdur. 

Cuğa xaç daşları əsasən Güney Azərbaycanla sərhəddə, Araz 

çayı sahilindədir. Maraqlı və özümlülü həllə malik Cuğa 

xaçdaşlarının əksəriyyətində eyni bir təsvir olunur: qarşı-

qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə 

örtülmüşdür, onların adətən açıq ağızları yana çevrilmişdir. İki 

əjdaha arasında qanadlı halə, yaxud da haləyəbənzər saçı olan 

kişi başı təsvir olunmuşdur. İkonaqrafik əlamətlərinə görə o, 

İsanın başına oxşayır. D.A.Axundov qeyd edir ki, bu mürəkkəb 

təsvirdə bir neçə din və etiqadın (zərdüştlük, mitraizm, 

xristianlıq, islam) birləşməsindən yaranan simvolik qrup alban 




sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian 

qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib – bir xaç və ya 

xaçlar bunu təsdiq edir. Bu təsvirdə İsanı əvvəlki dinlərin qalığı 

olan əjdahalar mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını 

bir qədər açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyi 

təsvirlər buna sübutdur. Bu xristian-bütpərəst kompozisiyalar 

bir xalq içərisində müxtəlif dinlərin mövcud olması 

nəticəsində yaranmışdır. Cənubi Qafqazda yeganə belə xalq 

Qafqaz albanları idi. 

Yenivəng xaç daşları əsasən Qərbi Azərbaycan (indiki 

Ermənistan Respublikası) ərazisindəki Yenivəng alban 

monastırının ərazisində və Azərbaycan Respublikasının qərb 

rayonlarından aşkarlanmışdır. Yenivəng xaçdaşları da 

kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır. Bu 

daşların əksərində birinci planda tanrı fiquru yerləşir. 



Yenivəng (ermənilər hazırda bu məbədi Noravəng adı ilə 

dünyaya qədim erməni məbədi kimi təqdim edirlər) 

xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın 

təpəsində və əsasında kişi (güman ki İsa) sifətinin təsviridir. 

Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar 

yerləşir. Xristian simvolikası baxımından ən son və kamil 

Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban 

yazıları olan bu xaçdaşları əraziyə ermənilərin 

köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da 

alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti 

öldürülmüşdür. Bu xaç daşlarından görünür ki, erkən orta 

əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və 

Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının 

törəmələridir. Qeyd edilməlidir ki, haqqında bəhs etdiyimiz bu 

alban stelalarının mühüm bədii sənət nümunəsi və tarixi 



əhəmiyyəti olanları hələ SSRİ dövründə xüsusi canfəşanlıqla 

Ermənistana daşınmışdı. 

Qarabağ Alban memarlığı 

Alban memarlığınn nümunələri Azərbaycan Respublikası, 

Ermənistan Respublikası və Dağıstan ərazilərində aşkarlanmış 

və tədqiq edilmişdir. Alban memarlıq nümunələrinin 

dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qala və 

istehkamlar və dini xarakterli tikililər olan kilsə və 

monastırlardır. Türk tayfalarının alban dövlətinin idarə 

olunmasında, onun mədəniyyətinin və memarlığının 

inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox 

tarixçilər alban memarlığından danışarkən "Alban-türk 

memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam 

qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu 

tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir 



hissəsi isə sonradan İslamı qəbul etmişdi. Alban mədəni irsinə 

məxsus müdafiə tikililərindən öz möhtəşəmliyi ilə bu gün də 

seçilən Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala və 

başqalarını göstərmək mümkündür. 

Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin 

əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. 

Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd 

kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan 

məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras 

monastrı (IV əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs 

Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar 

məbədi (XIV əsr), Qərbi Azərbaycan (Hazırda Ermənistan 

respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, 

Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar 

məbədi, Yenivəng məbədi, Sənain məbədi alban məbəd 



memarlığının dövrümüzə qədər çatmış ən gözəl 

nümunələridir. 

Alban memarlıq sənəti özünəməxsus mürəkkəb koloriti, 

texnikası, təkrarolunmaz gözəlliyi və üslubu ilə həmişə maraq 

doğurmuş və seçilmişdir. Həmişə diqqət çəkən yenilik öz 

məzmununa görə maraq doğurduğundan digər Qafqaz 

xalqları da qədim alban mdəniyyətindən faydalanaraq 

özlərinin memarlıq və mədəniyyətləini inkişaf etdirmişlər. 

Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün 

növləri inkişaf etmişdi. Alban xristianlığının ilk dövrü üçün 

xarakterik olan kilsə tikililəri idi. Bu kilsələr uzunsov ibadət zalı 

olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ 

məbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Albaniyada 

xristianlığın memarlığı üslubunda dairəvi məbədlər deyilən 

xüsusi memarlıq da yayılmışdı və bu üslub yalnız albanlara 



aiddir. Bunun da öz səbəbi var. Belə ki, Albaniyada dairəvi 

məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və 

tədqiqatçıların fikrincə bu məbədlər günəşə ibadət edən 

albanlar tərəfindən, yəni hələ xristianlığın tam 

mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı 

dövrlərdə tikilib. Bu cəhət erkən xristianlıq dövrü alban 

xaçlarında da özünü göstərir. Albaniyada xristian 

memarlığının ən kütləvi forması isə sovmələrdir. Sovmələr 

karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, 

onlar əslində memorial tikililərdir. Albanlarda həm mehrablı, 

həm də mehrabsız sovmələrə rast gəlinir. Sovmələrin divarı 

bir qayda olaraq zərif naxışlara malik nişan daşları ilə 

bəzədilirdi. Alban dövrünün ən mürəkkəb tikililəri isə 

bazillikalar və monastırlar hesab olunur. Bir çox tədqiqatçılar 

hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara 

məxsusdur. Çünki alban dövrü memarlıq abidələrinin divarları 




üzərindəki elementlər yalnız bu dövr abidələrinin 

özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir. 



XAÇIN KNYAZLIĞI 

Orta əsrlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində 

mövcud olmuş xristian Alban məlikliyi. XII-XIII əsrlər Arsax-

Xaçın knyazlığının yüksəliş dövrü oldu. Qədim Albaniyanın bir 

hissəsi olan bu knyazlığın mərkəzi Xaçınçayın və qismən 

Tərtər çayının hövzələrində yerləşirdi. Alban Mehranilər 

sülaləsinin nümayəndələrindən, xələflərindən biri Həsən-Cəlal 

(1215-1261) bu knyazlığın hökmdarı idi. Həsən-Cəlalın 

Mehranilər sülaləsinə mənsub olduğunu təsdiqləyən dəqiq 

şəcərələr də mövcuddur. Beləliklə, Xaçın knyazlığının 

hökmdarı olmuş Həsən-Cəlalın vaxtilə hökmranlıq etmiş alban 

Mehranilər sülaləsi ilə həm bilavasitə genetik (qohumluq) 

əlaqəsi, həm də böyük bir dövr ərzində – VII əsrdən XIII 



əsrədək alban hökmdarının siyasi hakimiyyətinin varisliyi 

izlənməkdədir. Həsən-Cəlal Xaçın və qismən Arranın süveren 

knyazı olub, gürcü çarlığından asılı deyildi. Bu Arsax-Xaçın 

hökmdarı erməni, gürcü və fars sinxron (eyni dövrə aid olan) 

mənbələrdə, habelə epiqrafik yazılarda ali titullarla qeyd 

olunmuş, "knyazlar knyazı", "əzəmətli, parlaq hökmdar", 

"Xaçın ölkələrinin knyazı", "Xaçının və Arsax ölkələrinin 

əzəmətli knyazı", "çar", "Albaniya çarı", "Albaniyanın əzəmətli 

sahibi", "tacdar" adlandırılmışdır. Həsən-Cəlal özünü "mütləq 

hökmdar" titulu ilə nəzərə çatdırırdı. Gəncəsər məbədinin 

daşüstü yazısında oxuyuruq: "Arsax ölkəsinin və Xaçın 

hüdudlarının təbii mütləq hökmdarı". Bu hökmdarın ən 

təmtəraqlı titulu Gəncəsər monastırında, 1240-cı ildə tərtib 

olunmuş daşüstü yazıda göstərilmişdir: "Mən, Allahın müti 

qulu, Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş əraziləri 

olan yüksək və böyük Arsax ölkəsinin təbii mütləq hökmdarı 




Həsən-Cəlal...". şübhəsizdir ki, Həsən-Cəlalın həmin tarixi 

mərhələnin nüfuzlu hakim sülalələri ilə qohumluq əlaqələri 

Xaçın-Arsax hökmdarının yüksək mövqeyini səciyyələndirir. 

Həsən-Cəlalın hökmranlıq illərini Albaniyanın iqtisadi, siyasi və 

mədəni intibahı dövrü kimi qiymətləndirmək mümkündür. Bu 

yüksəliş ədəbiyyatda, mülki tikintidə, memarlıqda, sitayiş 

qurğularının yaradılmasında öz əksini tapmışdı. Gəncəli 

Kirakos məhz bu zaman özünün "Tarix" əsərini yazmışdı. Öz 

hakimiyyətinin böyük alban Mehraniləri ilə varislik əlaqəsini 

sübut etməyə can atan, alban hökmdarının hakimiyyətinin 

fasiləsizliyini qeyd etməyə çalışan Həsən-Cəlalın göstərişi ilə 

Moisey Kalankatlının "Albanların tarixi" əsərinin 

(salnaməsinin) yazılışı davam etdirildi, salnaməyə dörd yeni 

fəsil əlavə olundu. Həmin fəsillərdə Həsən-Cəlalın hökmranlıq 

illəri, onun hakimiyyəti dövründə Gəncəsər kompleksinin 

tikintisi öz əksini tapmışdır. Bu əməllə alban tarixi-ədəbi 




ənənəsi dirçəldildi. Həsən-Cəlal bir çox ölkələrin əsrlər ərzində 

yaradılmış maddi-mənəvi dəyərlərini tarix səhnəsindən 

çıxarmı. monqollarla yaxşı münasibətlər qura bilmiş, monqol 

xanlarının alban xalqına müsbət münasibət bəsləməsini təmin 

etmişdi. Alban xalqı ağır tarixi sınaqlar dövründə etnik 

özünüdərkini qoruyub saxlaya bildi. Alban dilini, ərazi, siyasi 

və dini vəhdətini mühafizə etdi. Arsax-Xaçın knyazlığının 

əhalisi XII-XIII əsrlərdə müxtəlif tipli yazılı abidələri alban 

dilində yaradırdı (qədim Albaniyanın düzənlik hissəsinin 

əhalisi də vaxtilə arran-alban, türk, fars və ərəb dillərində 

ünsiyyətdə olmuş, yazılı abidələr yaratmışdır). Gəncəsər 

monastır kompleksi Həsən-Cəlalın təkidi ilə inşa edilmişdir. 

Gəncəsər monastırının qədim hissələri Həsən-Cəlalın 

hakimiyyəti zamanından xeyli əvvəl mövcud idi və Xaçın 

hakimləri olmuş Cəlairilərin nəsli məzarlığı kimi fəaliyyət 

göstərmişdir. Həsən-Cəlalın özü 1261-ci ildə burada dəfn 




edilmişdir. Gəncəsər baş kilsəsi 1216-cı ildən 1238-ci ilədək 

alban patriarx katolikosu Nersesin məsləhəti və Həsən-Cəlalın 

göstərişi ilə tikilmişdir. Hökmdar özü bu kilsəni "Albaniyanın 

taxt-tac kilsəsi" adlandırırdı. Kilsədə olan daşüstü yazıda 

bildirilir ki, bu kilsə albanlar üçün inşa edilmişdir. Bu kilsədə 

cəmi 84 daşüstü yazı mövcuddur. Hazırda Dağlıq Qarabağda, 

Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər 

monastır kompleksi orta çağların alban memarlığının incisidir 

və erməni memarlığında həmin abidənin bənzəri yoxdur. 

Həsən-Cəlalın yaşadığı dövr Qafqaz tarixində zənginliyi ilə 

fərqlənir. Həmin tarixi dövrü bir sıra həməsr tarixçilər ətraflı 

təsvir etmişlər. Onlardan bəzisi (məsələn, Gəncəli Kirakos) 

həmin dövrdə baş vermiş hadisələrdə yaxından iştirak 

etmişdir. 1227-ci ildə və yaxud bir qədər sonra Cəlaləddin 

Məngburnunun vəziri Gərəf əl-Mülk tələb olunan vergiləri 

yığaraq Xaçın qalasına yaxınlaşdı. Həsən-Cəlal bu qalada qərar 




tutmuşdu. O, 20 min dinar ödəmək və əsirləri azad etməklə 

yaxasını qurtara bildi. 1236-cı ildə bir çox knyazların sırasında 

Həsən-Cəlal da monqollara itaətini bildirdi. İtaət edəcəklərini 

bildirmiş hakimlərin mülklərinə toxunulmadı. Müəyyən 

müddət ərzində onlardan vergi alınmadı. Tezliklə monqolların 

Xaçın üzərinə amansız yürüşü başlandı. Hətta alınmaz qalalar 

belə monqolların güclü təzyiqi və atəşi qarşısında davam 

gətirə bilmədi. "Torpaq həlak olmuş adamların meyitləri ilə 

örtülmüşdü, qan su yerinə axırdı, heç kəsə aman verilmirdi, 

sümük qalaqları bu hadisədən sonra uzun müddət ərzində 

daşlardan əmələ gəlmiş dağları xatırladırdı". Monqolların 

yürüşündən xəbər tutan Həsən öz vilayətinin sakinləri ilə 

birlikdə Koxanaberd qalasına sığındı. Monqollar qalanı 

mühasirəyə aldılar və qalanın çətinliklə ələ keçiriləcəyini 

anlayaraq mühasirədə olanlarla danışıqlara başladılar. 

Monqollar "əlavə ərazilərlə birgə Xaçın hökmdarına onun 




ölkəsini təqdim etdilər". Həsən-Cəlal nəhayətsiz vergilər 

verməyin labüdlüyünü irəlicədən başa düşərək tez-tez onun 

ölkəsinə gələcək monqol çaparlarının qəbul olunması üçün 

müəyyən hazırlıq tədbirləri gördü, monqolları hər bir şeylə 

bolluca təchiz etdi və öz təbəələrinin canını qurtardı. Güman 

etmək olar ki, Cormağunun oğlu Bora-Nainin Həsənin qızı 

Ruzukanla evlənməsi əhvalatı həmin zamanla bağlıdır. Bu 

dövr ərzində Həsən-Cəlal monqol Ali baş komandanlığının 

etibarını qazana bilmişdi və ona müəyyən qədər təsir 

göstərmək iqtidarında idi. Lakin bütün bunlar Həsən-Cəlala 

qarşıdakı ağır sınaqlardan yaxa qurtarmaqda yardım etmədi. 

Sonralar Cəlalın həyatında fəlakətli rol oynamış Arqunun və 

Buqayın başçılığı ilə monqol vergiyığanları gəldilər. Buqay 

bütün alban zadəganlarının iştirakı ilə Həsəni bir çox cəzalara 

məruz qoydu, onun alınmaz qalalarını dağıtdırdı. Həsən yalnız 

Buqaya xeyli qızıl və gümüş verdikdən sonra ondan yaxasını 




qurtara bildi. Nəhayət, Həsən-Cəlal özü üçün qüdrətli 

himayəçi tapmağa müvəffəq oldu. Qızıl Orda xanı Batının 

oğlu, xristian Sartak tezliklə öz həmdinlərinin müdafiəçisinə 

çevrildi. Həsən-Cəlalın irsi mülkləri olan "Cəraberd, Akana və 

Qarqar onun özünə qaytarıldı". Xaçın hökmdarı alban 

katolikosu Nerses üçün mühüm imtiyazlar almağa nail oldu. 

Cəlalın Sartakla əlaqəsi alban hökmdarının vəfatınadək davam 

etdi. Arqunun məkrli əməlləri Həsən-Cəlalı uzaq səyahətə 

çıxmağa – Ali monqol xaqanı Munkenin sarayına getməyə 

vadar etdi. 1255-ci ildə – Batı xanın vəfatı ilində Sartak 

Munkenin sarayına getdi. Munke Həsən-Cəlalın knyazlıq 

etməsi, mülkə sahib olması haqqında fərman verdi. Arqun 

Monqolustana çağırıldı, ağır ittihamnamə ilə məhkəməyə 

verildi. 1256-cı ildə Arqunla yaxşı münasibətlərdə olan Smbat 

Orbelian Munkenin sarayına səfəri zamanı Arqunu azad etdirə 

bildi. Nəticədə Arquna qarşı düşmən münasibətdə olan iki 




hakim edam olundu, keçmiş müttəhim isə əvvəlki 

səlahiyyətləri ilə Qafqaza qayıtdı. Həsən-Cəlal yalnız beş ildən 

sonra vətəninə dönə bildi. Lakin tezliklə o, Arqun tərəfindən 

ələ keçirildi və dözülməz işgəncələrə məruz qaldı. Həsənin qızı 

Ruzukan atasını xilas etmək üçün "böyük və şərəfli hökmdar, 

xristianların ümidi və pənahgahı olan" Hülakunun arvadı 

Doquz xatunun yanına getməyə tələsdi (Hülakunun arvadı 

xristian idi). Bundan xəbər tutan Arqun Həsəni gecə ikən 

öldürmək üçün sərəncam verdi. Həsən-Cəlalı oynaqlarından 

hissə-hissə doğradılar. Həsən-Cəlalın oğlu Atabəy qətlə 

yetirilmiş atasının cəsədinin hissələrini almağa və Gəncəsərə 

aparmağa müvəffəq oldu. Həsən-Cəlalın cəsədi 1261-ci ildə 

Gəncəsərdəki nəsli məzarlıqda torpağa tapşırıldı. Təqribən 

bütün sonrakı alban katolikosları və Həsən-Cəlal nəslinin 

nümayəndələri Gəncəsərdə dəfn olunmuşdular. Bunu məzar 

lövhələri üzərindəki yazılar təsdiqləyir. XV əsrdə alban Həsən-




Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahanşahdan "məlik" 

titulu aldı. Sonralar Cəlalilər nəsli beş muxtar alban feodal 

knyazlığına – məlikliyinə parçalandı (Gülüstan, Cəraberd, 

Xaçın, Vərəndə, Dizaq məliklikləri). "Məlik" titulu soyadlarına 

əlavə edilirdi (Məlik-Yeqanov, Məlik-Şahnazarov və s.). İslamı 

qəbul etmiş bu soyadlar Azərbaycan soyadları hesab edilirdi. 

Əlamətdardır ki, məlikliklər yalnız Qarabağ üçün səciyyəvidir, 

yəni bu siyasi qurumlar əzəldən Qarabağda meydana 

gəlmişdir. Sonralar XVII-XIX əsrlərdə məliklərə İrəvanda, 

Sünikdə, Şəkidə də təsadüf olunur ki, bu da şübhəsiz, həmin 

məliklərin miqrasiyası ilə bağlıdır. Erməni tarixşünaslığında 

dəfələrlə, həqiqətin əksinə olaraq, məliklik institutunu 

"erməni gerçəkliyi" üçün səciyyəvi hadisə kimi qələmə vermək 

cəhdləri olmuşdur. Azərbaycan, habelə erməni feodal 

nəsillərinin tədqiqi sübut edir ki, Kiçik Asiya və İrandakı 

erməni mühitində məliklər mövcud olmamışdır. Bu siyasi 




qurumlar yalnız son orta çağlarda Xaçın vilayətində yaşamış 

alban feodal nəsilləri üçün xasdır. Özü də həmin nəsillər 

Həsən-Cəlal nəsli ilə, daha qədimlərdə isə alban Mehranilər 

və alban Arşakilər sülalələri ilə bağlıdır. Erməni tarixçiləri 

məliklərin erməni mənşəli olduqlarını sübut etməyə çalışaraq, 

XVII-XIX əsrlərdə İrəvandan, Sünikdən və Qafandan olan məlik 

nəsillərini nümunə kimi irəli sürürlər. Lakin məlumdur ki, bu 

məliklərin hamısı Arsaxdan – Qarabağdan çıxmışlar. Məlik 

istilahına gəldikdə isə qeyd olunmalıdır ki, bu istilah 

Qaraqoyunlu hərbi-köçəri əyanlarının ictimai-hüquqi 

normalarının doğurduğu nəticələrdən biridir. Erməni 

gerçəkliyi üçün işxan, tanuter, paron istilahları səciyyəvidir. 

Aydın şəkildə görünür ki, XV əsrdə alban feodal əyanları məlik 

istilahını, məlik institutunu xüsusi məqsədlə qəbul etmişdilər 

və bu hal onların özlərini ermənilərdən fərqləndirmək 

istəyinin nəticəsi olmuşdur. Əlamətdardır ki, Həsən-Cəlal nəsli 




XV əsrədək Xaçında dünyəvi hakimiyyətə malik olmuş, XV 

əsrdən (nəslin beş məlikliyə parçalanmasından) sonra isə bu 

nəslin nümayəndələri Gəncəsərdə yerləşən Alban avtokefal 

(müstəqil) apostol kilsəsinin patriarx-katolikosları vəzifələrini 

yerinə yetirmişdilər. Yəni onlar bu zamandan etibarən – 1836-

cı ildə Alban kilsəsinin ləğv olunmasınadək Arsax-Xaçın 



knyazlığının ruhani rəhbərlərinə çevrilmişdilər. 

Yüklə 128,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə