Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə68/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   73

 
269 
Yəmənlilər tərkibində narkotik maddə olan bu bitkinin yarpağını 
çeynəməyi xoşlayırlar. Daxili bazarda kat yarpağı yüksək qiymət-
ləndirilir. 
Texniki bitkilərdən pambıq və tütün əkinləri üstünlük təşkil 
edir. Burada uzun lifli Sudan pambığı (Lambert növü) becərilir. 
Tütün  əsasən Hədramautda yetişdirilir. Bostançılıq və  tərəvəzçilik 
yəmənlilərin qədim peşələrindən sayılır. 
Heyvandarlıq kənd təsərrüfatının ən zəif inkişaf etmiş sahəsidir. 
Təbii yem bazasının çox məhdud olması bu sahənin inkişafını ləngidir. 
Ərəb ölkələrinin  əksəriyyətindən fərqli olaraq Yəməndə qaramalın 
zebu cinsinin saxlanması xüsusi əhəmiyyət kəsb edir. Dəvə saxlanıl-
masının da əhəmiyyəti böyükdür. Yəmənin Qırmızı  dəniz,  Ədən 
körfəzi sahilləri balıq və digər dəniz sərvətləri ilə zəngindir. Balıqçılıq 
donanması müasir texniki avadanlıqla təchiz olunub. Ovlanan balığın 
xeyli hissəsi qurudulduqdan sonra ixrac olunur. Ölkə özünü ərzaq 
məhsulları ilə yalnız 50 faiz təmin edə bilir. 
 Sənayenin aparıcı sahələri. Yəmən sənayesi rüşeym halın-
dadır. Son illərdə xarici kredit və xüsusi kapital qoyuluşu hesabına 
bəzi sahələrin inkişafı üçün imkanlar yaranmışdır. 
 Neft  hasilatı  və ilkin emal müəssisələri hasilat sənayesində 
üstün yer tutur (ehtiyatı 550 mln. ton, illik hasilat təqribən 20 mln. 
tondur). Ölkədə  həmçinin xörək duzu, dəmir filizi və  bəzək daşları 
çıxarılır. Səna,  Ədən,Taiz,  İbb,  Əl-Mükəllə  şəhərlərində yerli 
miqyasda iri görünən istilik elektrik stansiyaları tikilmişdir. Mədən 
sənayesi neft, təbii qaz, daşduz, tikinti materialları  çıxarılmasına 
əsaslanır. Emaledici sənaye gətirilmə  və yerli xammala istinad edir. 
Ədən yaxınlığında yerləşmiş  Əl-Bureyk və  Mərib  şəhərlərindəki 
neftemalı zavodları ölkənin ən mühüm sənaye müəssisələridir. Mərib 
Əl Səlif istiqamətində neft kəməri çəkilmişdir. Yeyinti sənaye çörək 
bişirmə, konserv, sərinləşdirici içkilər,  şirniyyat, küncüt, pambıq 
yağı, süni buz və s. istehsal edən müəssisələrlə təmsil olunmuşdur. 
Yüngül sənayeyə  məxsus müəssisələr,  əsasən kənd təsərrüfatı 
məhsullarının emalı  və  əhali tərəfindən çox işlənən məmulatların 
istehsalı üzrə ixtisaslaşmışdır. Bunların içərisində pambıqtəmizləmə 
zavodları, gön-dəri məmulatları istehsal edən müəssisələr, toxuculuq, 
xalçaçılıq və tikiş fabrikləri, mebel, siqaret, kibrit istehsal edən 
müəssisələr xüsusilə əhəmiyyətlidir. 
Sənətkarlıq inkişaf emiş sahədir. Burada zərgərlik,dəri aşılama, 
 
270
dulusçuluq, tikiş, çəkməçilik peşələri xüsusilə seçilir. Səna və Ədən 
ölkənin ən böyük sənətkarlıq mərkəzləridir. Lakin son illərdə ənənəvi 
Yəmən sənətkarlığının  əhəmiyyəti xarici ölkələrdən ucuz malların 
ölkəyə gətirilməsi ilə əlaqədar xeyli azalmışdır. 
Nəqliyyatı və xarici ticarəti. Yəmənin nəqliyyatı zəif inkişaf 
etmişdir. Geniş ərazi tutmuş dağlıq bölgələr indiyədək ölkənin başqa 
rayonları ilə faktiki olaraq yalnız karvan yolları və cığırlar vasitəsilə 
əlaqə saxlayır. Ölkədə  dəmir yolu xətti olmadığından daxili 
əlaqələrdə  əsas işi avtomobil nəqliyyatı yerinə yetirir. Yəmən port-
larına daxil olan yüklərin ölkə daxilində paylanmasında və əks daş-
ınmalarında avtomobil nəqliyyatı  həlledici rol oynayır. Avtomobil 
hərəkət edə bilən yolların uzunluğu 20,0 min km-dir. Bunun 11 min 
km-i bərkörtüklü yollardır. Ölkənin avtomobil parkı 400 min 
avtomobillə  təmsil olunub ki, bununda təqribən 40 faizi yük 
avtomobilləridir. 
Dəniz nəqliyyatı çox zəif inkişaf etmişdir. Yəmən Respublikası 
bayrağı altında, mexaniki mühərrik və yelkənlə işləyən bir neçə kiçik 
gəmi üzür. Dənizlə daşınan iri həcmli yüklərin əksəriyyəti fraxt
*
 ol-
unmuş gəmilərlə daşınır. Ölkənin ən böyük dəniz portu Ədəndir. Bu 
porta böyük okeanın gəmiləri və neft tankerləri daxil ola bilər. 
Əhəmiyyətinə görə ölkənin ikinci portu Hodeyda, üçüncü isə  Əl-
Mükəllədir. 
Hava nəqliyyatı yaranmaq üzrədir. 1961-ci ilə kimi ölkədəki 
bütün təyyarələr şəxsən məlikə məxsus olduğundan onun ailəsinə və 
yaxın adamlarına xidmət edirdi. Xarici ölkələrlə hava əlaqəsi Efio-
piya aviasiya şirkətinin Asmara-Hodeyda-Taiz xətti fəaliyyətə ba-
şladıqdan sonra mümkün olmuşdur. Hazırda «Yəməniyyə» adlanan 
milli aviaşirkəti fəaliyyət göstərir. Səna,  Ədən və  Əl-Mükəllə 
şəhərlərində beynəlxalq dərəcəli təyyarə portları var. 
Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarətin rolu 
böyükdür. Ölkənin  ərzaq məhsullarına olan tələbatının təqribən 70 
faizi idxal olunur. Ölkənin vahid milli pulu yoxdur. Alış-veriş 
işlərində Yəmən rialı və  Yəmən dinarından istifadə olunur. Ölkənin 
xarici borcu 6, daxili borcu isə 7 mlrd. ABŞ dolları  qədərdir. Fars 
                                      
*
  Fraxt – yükün, yaxud sərnişin daşınması müqabilində  nəqliyyat vasitəsi 
sahibinə verilən haqq. 


 
271 
körfəzində baş vermiş müharibə ölkənin maliyyə  həyatına böyük 
zərər vurmuşdur. Belə ki, Yəmən rəhbərliyi bu müharibədə  İraq 
tərəfində durduğundan rəsmi  Ər-Riyad Yəmənə göstərdiyi maddi 
yardımı xeyli azaltmış və Səudiyyə Ərəbistanında işləyən təqribən 1 
mln. yəmənli ərəbi ölkəsindən çıxartmışdır. 
 
III HİSSƏ 
 
ORTA ŞƏRQ DÖVLƏTLƏRİ 
 
 
ƏFQANISTAN İSLAM RESPUBLİKASI 
 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqe. Cənubi-Qərbi Asiyanın Orta Şərq adlanan 
bölgəsində yelləşmiş  Əfqanıstan  şimaldan Türkmənistan, Özbəkistan 
və Tacikistan, şimali-qərbdən Çin və Hindistan, şərqdən və cənubdan 
Pakistan, qərbdən və cənub-qərbdən İranla həmsərhəddir. Əfqanıstan 
dənizlərdən çox uzaq yerləşmiş Asiya ölkələrindəndir. Ona yaxın 
olan İran körfəzi ölkənin cənub-qərb sərhədlərindən 500 km aralıdır. 
Sahəsi 652 min kv. km-dir. Bu göstəriciyə görə dünyanın 40-cı 
dövlətidir. Ölkənin Pakistan ilə  sərhədi mübahisəli bir yerdir. Bu 
sərhəd  Əfqanıstan tərəfindən rəsmi  şəkildə tanınmayıb. Siyasi 
ədəbiyyatda bu sərhədi Dürand xətti də adlandırırlar. B.Britaniyanın 
xarici işlər nazirliyinin katibi olmuş Dürand 1893-cü ildə 
Əfqanıstanla Pakistan sərhədini (daha doğrusu, o vaxt İngiltərə 
müstəmləkəsi olmuş Hindistan) zorla Əfqanıstan hökumətinə  qəbul 
etdirmişdir. 
Səth quruluşu və faydalı qazıntıları. Relyefinə görə Əfqanıs-
tan dağlıq ölkədir.  Ərazisinin təqribən 80 faizini dağlar və yaylalar 
təşkil edir. Düzənliklər ölkənin kənarlarındadır. Ölkənin  şimal-
şərqində Hindiquş dağlıq qurşağı yerləşmişdir.  Əncuman aşırımı ilə 
şərq və  qərb hissələrə ayrılmış Hindiquşda  ən hündür zirvələr onun 
şərq bölgələrindədir. Ölkənin  ən hündür nöqtəsi Novşah zirvəsidir 
 
272
(7455 m.). 
Hindiquş dağ sistemi mürəkkəb oroqrafik vahid olan orta 
hündürlüklü silsilələrlə  əhatələnmişdir.  Şimalda bu dağlar Baktriiya 
düzənliyinə keçir. Ölkənin mərkəzi hissəsi mürəkkəb səth quruluşu 
olan Həzəracat yaylasından ibarətdir. 
Cənubi  Əfqanıstan axarsız düzənliklərdən ibarətdir. Burada 
«dəşt» adlanan səthi daşla örtülü səhralarla yanaşı, «kəvir» adlanan 
səthi gillə örtülü səhralara da rast gəlmək olar. Dəşte-Namib, Dəşte-
Mərq və digər səhralar  Şimali Afrika və  Ərəbistan yarımadasındakı 
susuz əraziləri xatırladır. Ölkənin ən böyük kəvirləri isə Həməksar və 
Qaudi Zirradır. Pakistan sərhədi boyu Gərmsər və Reqistan adlanan 
qumlu səhralar yerləşmişdir. 
Ölkənin geoloji quruluşunun mürəkkəbliyi faydalı qazıntıların 
da müxtəlifliyinə  səbəb olmuşdur.  Ərazidə  təbii qaz, neft, mis, 
qurğuşun, dəmir filizi, sink, qızıl, kömür, duz və s. yataqlarının 
olması məlumdur. Bu yataqların əksəriyyəti hündür dağlıq rayonlarda 
yerləşdiyindən onlardan səmərəli istifadə müəyyən çətinliklərlə 
bağlıdır. Əfqanıstan hələ qədimdən qiymətli daşlar sayılan lazurit və 
zümrüdlə zəngin olub. Bu yataqlar əsasən Bədəxşan vilayətindədir. 
İqlimi və hidroqrafiyası. Mürəkkəb səth quruluşuna malik 
olan  Əfqanıstanın iqlimi də mürəkkəbdir. Ölkənin iqlimi kəskin 
sutkalıq və illik temperatur tərəddüdü ilə  səciyyələnən quru 
subtropikdir. Qışda ölkəyə  şimaldan Arktikadan soyuq, yayda isə 
İrandan və Pakistandan quru və isti hava kütlələri daxil olur. 
Yağıntıları azdır. Qış  və yaz aylarında düşən yağıntıların miqdarı 
əksər rayonlarda 100-300 mm-dən artıq olmur. Dəşte-Mərq səhrasına 
isə il ərzində 40-50 mm yaıntı düşür. Ölkəyə  ən çox (800 mm) 
yağıntı onun cənub-şərqinə düşür. Yağıntılar az düşdüyündən 
Əfqanıstanın kənd təsərrüfatı süni suvarmadan çox asılıdır. 
Dənizə  çıxışı olmayan Əfqanıstan qapalı hövzədə yerləşir. 
Çayların  əksəriyyəti ölkənin daxili rayonlarından başlayır və ölkə 
daxilində qurtarır. Daxili hövzəyə aid edilməyən  ən böyük çayları 
Kokça və Kunduzdur. Amudəryaya tökülən bu çaylar sularını Aral 
dənizinə axıdılır. Su sərvətləri ilə  Əfqanıstanın  şərq və  cənub-şərqi 
nisbətən yaxşı  təmin olunmuşdur. Buradan axan Kabil çayı 
Əfqanıstanın məhsuldar Kabil, Cəlalabad vahələrinin suvarılmasında 
mühüm  əhəmiyyət kəsb edir. Sərhəd çayı olan Amudərya ölkənin ən 
sulu çayıdır. O, üuxarı axınında Pənc adlanır. Ölkənin daxili 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə