Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə69/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   73

 
273 
rayonlarından  Əfqanıstan miqyasında bol sulu sayılan Hilmənd çayı 
axır. Bu çayın suvarma əhəmiyyəti çox böyükdür. 
 Torpaq və bitki örtüyü.  Əfqanıstanda su qıtlığı ilə yanaşı 
məhsuldar tolrpaq qıtlığı da mövcuddur. Dağların  əksər yamacları 
torpaq örtüyündən tamamilə  məhrumdur. Boz torpaqlar daha geniş 
yayılmışdır.  Əfqanıstanda 3500 növ bitki yayılmışdır, bunun xeyli 
hissəsi endemik bitkilərdir. 
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Əfqanıstan zəngin tarixi keçmişə malik ölkələrdən biridir. 
Arxeoloji tədqiqatlar nəticəsində  aşkar edilmişdir ki, onun şimalı 
Daş, cənubi isə Tunc dövründən etibarən məskunlaşmışdır. 
Əfqanıstan ərazisində yaşayan xalqların tarixi qonşu İran, Orta Asiya, 
Pakistan xalqlarının tarixi ilə  sıx bağlıdır. Müxtəlif dövrlərdə, 
eramızdan  əvvəl VI minillikdən eramızın XVII əsrinə  qədər müasir 
Əfqanıstanın  ərazisi yerləşdiyi regionun və dünyanın daha güclü 
dövlətlərinin, məsələn,  Əhəmənilər, Makedoniyalı  İskəndər, Yunan, 
Bəlx, Kuşan, Sasani, Əmir Teymur, Böyük Moğol, Səfəvi, Nadir şah 
Əfşarın hakimiyyəti altında olmuşdur. 
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra, Əfqanıstanın 
şərq hissəsində Dürrani adlanan müstəqil dövlət yaranır. Bu dövləti 
özlərini puştu (əslində paşto) adlandıran  əfqanların Dürravni 
qəbiləsinin başçısı  Əhməd  şah yaradır. Onun qonşu dövlətlərlə 
apardığı müharibələr nəticəsində Dürranilər dövlətinin sərhədi xeyli 
genişlənir. Lakin bir tərəfdən iri feodalların didişməsi, digər tərəfdən 
Yaxın və Orta Şərqdə  hərbi-siyasi və iqtisadi mövqeyini 
möhkəmlətməyə çalışan  İngiltərə vahid Əfqanıstan dövlətinin 
yaradılmasına hər vasitə ilə mane olurdu. 
1838-ci ilin oktyabrında  Əfqanıstanı  zəbt etmək niyyətilə 
İngiltərə (ingilislər Hindistana qısa yol əldə etməyə can atırdılar) 
onunla müharibəyə başlayır və ölkənin bəzi  əyalətlərini zəbt edir. 
1842-ci ildə ölkənin hər yerində güclənmiş xalq hərəkatı London 
rəsmilərini məcbur edir ki, qoşunlarını Əfqanıstandan çıxarsın. 1878-
ci ildə İngiltərə ikinci dəfə Əfqanıstana qarşı işğalçılıq müharibəsinə 
başlayır.  Əfqanıstanda yaşayan xalqların inadlı müqaviməti 
İngiltərəni  Əfqanısçtanı müstəmləkəyə çevirmək arzusundan əl 
çəkməyə məcbur edir. 
 
274
1919-cu ilin əvvəllərində Hindistandan Əfqanıstan  ərazisinə 
qoşun çıxaran İngiltərə Türküstana hücum etmək istəyirdi. 1919-cu il 
fevralın 20-də ölkə əmiri Həbibulla xan öldürülür, fevralın 21-də isə 
onun oğlu  Əmənulla xan Əfqanıstanın  əmiri olur. Həmin ilin 28 
fevralında o, ölkənin müstəqilliyini elan edir. Lakin İngiltərə 
Əfqanıstanın müstəqilliyini tanımaqdan imtina edirdi. Üçüncü 
İngiltərə – Əfqanıstan müharibəsi 1919-cu il mayın 3-də başladı. 
Əvvəlki iki müharibədə olduğu kimi canlı qüvvə  və  hərbi texnika 
cəhətdən üstünlük ingilislər tərəfində idi. Lakin sərhəd rayonlarında 
yaşayan puştu tayfalarının ingilislərin  əleyhinə üsyanları, habelə 
Hindistanın özündə azadlıq hərəkatının genişlənməsi təcavüzkarın 
vəziyyətini çətinləşdirdi. 1919-cu il iyunun 3-də  İngiltərə – 
Əfqanıstan arasında müvəqqəti barışıq, avqustun 8-də isə Pakistanın 
Ravalpindi  şəhərində ilk sülh müqaviləsi imzalandı  və ölkə krallıq 
üsul-idarəsilə müstəqil dövlət kimi idarə olunmağa başlandı. 
1973-cü il iyulun 18-də  Məhəmməd Davudun rəhbərliyi 
altında baş vermiş çevriliş  Məhəmməd Zahirşah hakimiyyətini 
devirir, ölkənin adı dəyişdirilib Əfqanıstan Respublikası elan olunur. 
Yeni hökumət əsaslı dəyişikliklər həyata keçirəcəyini xalqa vəd etsə 
də,  əslində heç bir sosial, iqtisadi və ictimai-siyasi problemlər həll 
olunmur. 1978-ci il aprelin 27-də (hicri tarixilə 1357-ci ilin saur 
ayının 7-də) Əfqanıstan Xalq Demokratik Partiyasının və Əfqanıstan 
İnqilab  Şurasının rəhbərliyi altında ölkədə daha bir inqilab (bəzi 
mənbələrə görə çevriliş) baş verir. 
Üç gündən sonra ölkənin adı yenidən dəyişdirilir və Əfqanıstan 
Demokratik Respublikası adlanan dövlətin yaradılması elan olunur. 
Həmin ilin sonlarına yaxın sabiq sovet qoşunları  Əfqanıstana 
yeridilir. Bu, ölkənin daxili problemlərini daha da çətinləşdirir. Geniş 
kütlələr tərəfindən çox pis qarşılanan sovet ordusu daxili problemləri 
daha da kəskinləşdirdi.  Əfqanıstan ilə  əlaqədar qarşısına qoyduğu 
məqsədə nail olmayan sovet hökuməti 1989-cu ilin 15 fevralınadək 
qoşunlarını oradan çıxarır. 
1992-ci ildə Əfqanıstanda yeni çevriliş baş verir və hakimiyyət 
talibançılar (mədrəsələrdə oxuyan tələbələr) hərəkatının  əlinə keçir. 
Onlar dövlətin adını yenidən dəyişir və ölkə  Əfqanıstan  İslam 
Respublikası adlandırılır. Talibançılar ölkə konstitusiyasının 
fəaliyyətini dayandırır və  vətəndaş müharibəsinə başlayırlar. Ölkə 
paytaxtını ələ keçirdikdən sonra, onlar nəzarət etdikləri ərazilərdə öz 


 
275 
idarəçilik qurumlarını yaradırlar. 
2001-ci il noyabr ayının 17-də ölkədə baş vermiş antiterror 
çevriliş  nəticəsində talibançıların hakimiyyəti devrilir və dekabrın 
21-dən hakimiyyət yeni təşkil olunmuş keçid hökumətinin  əlinə 
keçir. 
2001-ci ilin payızında Nyu-Yorkda baş vermiş terror 
hadisələrindən sonra ABŞ hökuməti  Əfqanıstana sülh məqamlı 
qüvvələrini göndərir, dünyanın bir sıra dövlətləri, o cümlədən, 
Azərbaycan Respublikası sülhü təmin etmək məqsədilə  Əfqanıstana 
kiçik hərbi kontingentini göndərmişdi. 
Dövlət quruluşu. 2004-cü ilin əvvəllərində ölkənin 
Ümumxalq məclisi (Loya Cirkəsi) növbəti iclasında Əfqanıstan yeni 
konstitusiyasını  qəbul edir və ölkənin prezidenti vəzifəsinə keçid 
hökumətinin başçısı Həmid Karsay seçilir.  
Azərbaycən Respublikası ilə münasibətlər. Əfqanıstan-Azər-
baycan  əməkdaşlığının tarixi qədim zamanlara təsadüf etsə  də, bu 
əsasən mədəni sahələrə aid olmuşdur. Sabiq sovet dövlətindən 
Əfqanıstanda yüzlərlə azərbaycanlı mütəxəssis çalışmışdır. 
Əfqanıstanın təbii sərvətlərinin tədqiq olunmasında, mütəxəssis 
kadrların hazırlanmasında Azərbaycanın rolu böyük olmuşdur. 
Yüzlərlə  əfqanlı  gənc Bakının ali təhsil ocaqlarında müxtəlif 
ixtisaslara yiyələnmişlər. 
Əfqanıstan  İslam Respublikası Azərbaycan Respublikasının 
dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. 
Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci ilin 21 dekabrında 
tanımış  və 1994-cü il noyabrın 16-da iki ölkə arasında diplomatik 
əlaqələr yaranmışdır. 
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı 
səfirliyi yeni zamanda Əfqanıstan  İslam Respublikasında akreditə 
olmuşdur. 
Əfqanıstan 
İslam Respublikasının Rusiya 
Federasiyasındakı səfirliyi isə yeni zamanda öz ölkəsini Azərbaycan 
Respublikasında təmsil edir. 
Rəsmi diplomatik münasibətlər yaradıldıqdan sonra iki ölkə 
arasında yalnız bir sənəd – Ticarət-iqtisadi, Elmi-texniki və  Mədəni 
əməkdaşlıq haqqında Protokol imzalanmışdır. Lakin buna 
baxmayaraq ölkə  rəsmiləri arasında beynəlxalq təşkilatlar 
çərçivəsində çoxsaylı görüşlər olmuşdur.  İslam Konfransı  Təşkilatı, 
EKO, BMT və digər beynəlxalq hökumətlərarası  təşkilatların 
 
276
iclaslarında ölkə başçılarının görüşləri müntəzəm olaraq keçirilir. 
Belə görüşlərdən biri 2001-ci ildə ulu öndərimiz Heydər  Əliyev və 
Əfqanıstan prezidenti Həmid Karzay arasında (İstambul, EKO 
təşkilatının toplantısında) xüsusi olaraq təşkil edilmiş iki ölkə 
arasındakı münasibətlərin geniş müzakirəsi aparılmışdır. Bundan 
başqa 2005-ci ilin may ayının 9-da Əfqanıstan İslam Respublikasının 
prezidenti H.Karzay yolüstü Bakıda səfərdə olmuşdur. 
2005-ci il aprelin 21-22-də Bakı  şəhərində TRASEKA 
Dövlətlərarası komissiyanın iclası keçirilmişdir.  İclasda  Əfqanıstan 
İslam Respublikasının nəqliyyat naziri İnayətullah Qasimi iştirak 
etmişdi. 
Hazırda Azərbaycandan  Əfqanıstanın paytaxtı Kabil şəhərinə 
birbaşa hava nəqliyyatı  əlaqəsi yaradılmışdır.  Əfqanıstanda daxili 
vəziyyət stabil olmadığından hər iki ölkə arasında iqtisadi 
əməkdaşlıqın lazımi səviyyədə inkişaf etməməsinə baxmayaraq, bu 
sahənin inkişafı üçün potensial imkanlar böyükdür. 
  
 
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
Əfqanıstan tarixində  əhalinin siyahıya alınması  işləri ilk dəfə 
1979-cu ildə aparılmışdır. O vaxt burada 15,5 mln. nəfərin yaşadığı 
qeydə alınmışdı.  Əfqanıstan təbii artımı böyük olan ölkələrdən biri 
olsa da, burada əhalinin ümumi sayı  zəif artır. Bunun səbəbi həm 
ölkədə  təqribən 20 il müddətində  vətəndaş müharibəsinin davam 
etməsi, həm də qeyri-stabilliklə  əlaqədar köçüb gedənlərin sayının 
çox olmasındadır. BMT-nin müvafiq sənədlərində Əfqanıstanda 25,6 
mln. nəfərin (2005-ci il) yaşaması qeyd olunur. Bu göstəriciyə görə 
Əfqanıstan dünya ölkələri içərisində 53-cü yeri tutur. 
Ölkə üzrə orta sıxlıq hər kv. km-ə 40 nəfərə yaxındır. Əhalinin 
xeyli hissəsi mənimsənilən torpaq sahələri, mühüm şəhərlər, çay 
vadiləri və dağ  dərələrində  məskunlaşmışdır. Kabil və  Qəndahar 
vadiləri, Hərirud düzənliyi, Məzari-Şərif, Bəqlan, Cəlalabad 
bölgələrində əhali nisbətən sıxdır. 
Əfqanıstanda həm xarici, həm də daxili miqrasiya mövcuddur. 
1978-ci il aprel inqilabından sonra ölkə  ərazisini tərk etmiş 4 mln. 
nəfərdən artıq  əfqan müxtəlif səbəblər üzündən xaricə,  əsasən 
Pakistana, İrana və Hindistana getmişdir. Köçəri və yarımköçərilər də 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə