Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə72/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   73

 
285 
əhəmiyyətinin daha bir sübutudur. Ölkədə yeraltı sular kəhrizlərdən 
başqa quyular vasitəsilə  də  səthə  çıxarılır. Xuzestan, Fars, Esfəhan 
əyalətlərində artezian quyularından geniş istifadə edilir. 
 Torpaq və bitki örtüyü.Təbii şəraitin sərtliyi ölkənin torpaq 
örtüyündə  də özünü biruzə verir. İranda torpaqların məhsuldar qatı 
çox zəifdir,  əksər yerlərdə isə  çınqıllı  və ya duzludur. Quru səhra 
iqlimi, ana suxurların çınqıllı olması, duzluluğu və yeraltı suların şor 
olması  məhsuldar torpaq qatı yaratmır. Ölkədə müxtəlif torpaq 
növləri: dağ yamaclarında daşlı-çınqıllı, çay dərələrində  ağır gilli 
torpaqlar yayılmışdır.İqliminin quraqlığı, yağıntıların qıtlığı, bitki 
örtüyünün zəifliyi ucbatından  İran  ərazisinin geniş hissəsində 
özünəməxsus torpaq əmələgəlmə prosesi gedir. Bu cür torpaqlara 
ekstraarid torpaqlar deyilir. İqlim  şəraiti  əlverişli olan dağlıq 
ərazilərdə torpaq əmələgəlmə prosesi daha fəal gedir. Dağ 
yamaclarında şabalıdı-dağ, yüksək rütubətli yerlərdə boz-çəmən, dağ-
çəmən torpaqları yayılmışdır. 
Coğrafi mövqe, relyefin müxtəlifliyi, iqlimin və torpaq 
şəraitinin fərqli cəhətləri İranda rəngarəng floranın əmələ gəlməsinə 
səbəb olmuşdur. Ölkənin bitki örtüyünün tərkibi müxtəlif (6 min 
növdən artıq) olsa da, geniş  əraziləri  əhatə edən səhra və quru 
çöllərin kserofit bitkiləri üstünlük təşkil edir. İran ərazisinin təqribən 
bir faizində,  əsasən Xəzər sahilində, Elburs və Boqrovdağın 
yamaclarında dəniz səviyyəsindən 2500 metr yüksəklikdə  sıx enli-
yarpaq, Cənubi Azərbaycan dağlarında, Araz çayı vadisində isə 
seyrək meşələr yayılmışdır. 
İranın fauna aləmi Mərkəzi Asiya və Aralıq dənizi zoocoğrafi 
yarıməyalətinə aid edilir. Ölkə balıq ehtiyatı ilə də zəngindir. Mirvari 
ovu öz əhəmiyyətini hələ də saxlamışdır. İran körfəzi dünya mirvari 
ovunun mərkəzi sayılır. Bu körfəzdə qiymətli sədəf alınan mollyusk 
növləri də vardır. 
  
 
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Müasir  İranın  ərazisi qədim məskunlaşma ocaqlarından biri 
olub. Eramızdan  əvvəl IV minillikdə  İranın Xuzestan, Lurestan və 
digər əyalətlərində məskunlaşan əhali taxıl becərməyə və qoyun,keçi 
 
286
saxlamağa başlayır. Ölkənin cənub-qərbinin  əlverişli aqroiqlim 
şəraiti isə buranın əkinçilik və heyvandarlığın ilk ocaqlarından birinə 
çevrilməsinə  səbəb olmuşdur. Eramızdan  əvvəl III minilliyin 
əvvəllərində  İranın cənub-qərbində ilk sinifli cəmiyyətin meydana 
gəlməsi də əkinçilik və heyvandarlıq mədəniyyətinin inkişafı ilə izah 
olunur.  Əvvəlcə ayrı-ayrı  şəhər-dövlətlər, sonralar isə Xuzestan 
əyalətində Elam dövləti meydana gəlir.  Şumer və Akkadi 
(Mesopotamiya) mədəniyyətinin təsiri altında olan bu dövlət e.ə. VII 
əsrdə Midiya dövlətinin hakimiyyəti altına düşür və müstəqilliyini 
itirir. 
E.ə. II minilliyin sonunda İran ərazisinə şimaldan Hind-Avropa 
tayfalarının  İran qrupuna aid edilən pars və irandilli xalqların 
əcdadları hesab olunan ari tayfaları  gələrək ölkənin mərkəz və  qərb 
rayonlarında məskunlaşırlar. Midiya və pars qəbilələrinin birləşməsi 
nəticəsində  qədim dünyanın iri dövlətlərindən olan Əhəmənilər 
(b.e.ə. 558-330) hakimiyyəti yaradılır.  Əhəmənilər dövlətinin 
sərhədlərinin getdikcə genişlənməsinə baxmayaraq, Makedoniyalı 
İskəndər bu dövləti süquta yetirir. 
Eramızın III əsrində İranda Sasanilər sülaləsi çox qüvvətlənir. 
Qonşu  əraziləri zəbt etməklə  sərhədlərini genişləndirir. Lakin 
Əhəmənilər kimi bu dövlətin daxilində  də ziddiyyətlər mövcud idi. 
Eramızın VII əsrində Sasanilərin yaratdığı dövlət  ərəblər tərəfindən 
darmadağın edilir.Bundan sonra İran  ərazisi  Ərəb xilafətinin, 
Səlcuqların, Çinqizxan və Hülaküxanın, Əmir Teymurun yaratdıqları 
imperiyaların tərkibində olub. Orta əsrlərdə  İranda hakimiyyət 
Səfəvilərin  əlinə keçir. Bu dövlətin paytaxtı  əvvəlcə  Təbriz, sonra 
Qəzvin, daha sonra isə Esfahan şəhəri olur. Səfəviləri Qacarlar 
sülaləsi (1796-1925) əvəz edir, paytaxt Tehran şəhərinə köçürülür. 
Avropada kapitalizmin inkişaf etdiyi bir şəraitdə geri qalmış 
feodal quruluşlu  İran bu ölkələr üçün istismar obyektinə çevrilir. 
İngiltərə, ABŞ, Rusiya, Fransa və Almaniya İranı özlərinin xeyrinə 
müqavilələr bağlamağa vadar edir, ona ağır  şərtlərlə borc verməklə, 
ölkənin iqtisadi həyatına, daxili və xarici siyasətinə müdaxilə etmək 
imkanı əldə edirlər. 
İmperializm zülmünün güclənməsi və daxili ziddiyyətlərin 
kəskinləşməsi  İranda inqilab üçün zəmin yaratdı. 1905-ci ildə 
başlanmış inqilabı  hərəkat feodal hakimiyyətinə qarşı yönəlmişdi. 
Lakin  İran xalqı bu və sonrakı inqilabların bəhrəsini görə bilmədi. 


 
287 
1906-cı ildə birinci konstitusiya qəbul edildikdən sonra ölkə 
parlamentli monarxiya elan olunur. 1920-ci ilin may ayında sabiq 
sovet Rusiyası ilə  İran arasında diplomatik münasibətlər təsdiq 
olunur, 1921-ci il fevral ayında isə  hər iki ölkə arasında müqavilə 
imzalanır. Bu, Qərb dövlətlərini, ilk növbədə ABŞ, B.Britaniya və 
Almaniyanı narahat etməyə bilməzdi. B.Britaniya İranda hakimiyyəti 
öz nəzarəti altında saxlamaq məqsədilə ölkədə dövlət çevrilişi etməyə 
nail olur. 1921-ci ildə İranda dövlət çevrilişi baş verir və hakimiyyəti 
Pəhləvilər sülaləsi ələ keçirir. Rza Pəhləvi 1925-ci ildə İran şahı elan 
olunur. İkinci Dünya müharibəsindən sonra Qərb dövlətlərinin İrana 
qarşı münasibətlərində yeni istiqamət meydana gəlir. Bu siyasət ABŞ 
və B.Britaniyanı maraqlandıran sabiq Sovet İttifaqı ilə  sərhəddə 
yerləşən  İranın yalnız hərbi-strateji mövqeyi ilə deyil, həm də onun 
nefti ilə bağlı idi. 
1978-ci ildə qüvvətlənən sosial-iqtisadi çətinliklər  şəraitində 
İranda hökumətə qarşı kütləvi nümayişlər, daha sonra isə mühüm 
istehsal sahələrində (neft sənayesi, nəqliyyat, rabitə  və s.) kütləvi 
tətillər baş verir. İran xalqı siyasi, sosial, iqtisadi və mədəni sahələrdə 
köklü dəyişikliklər tələb edirdi. Mütərəqqi qrup və  təşkilatların, 
həmçinin müsəlman  şiə ruhanilərin  əvvəlcə  İraqda, sonra isə 
Fransada mühacirətdə olan başçısı Ayətullah Müsəvi Ruhulla 
Xomeyninin rəhbərliyi ilə ümumxalq hərəkatı daha da qüvvətlənir. 
İnqilab xarakterli bu hərəkat nəticəsində 1979-cu il fevralın 11-də 
İranda monarxiya rejimi devrilir. Həmin vaxtdan 11 fevral milli 
bayram – İnqilab günü kimi geniş qeyd olunur. 1979-cu il aprelin 1-
də ölkənin adı  dəyişdirilir və dövlət  İran  İslam Respublikası 
adlandırılır. Həmin ilin dekabrında keçirilmiş ümumxalq 
referendumunda  İranın yeni konstitusiyası  qəbul olunur. 
Konstitusiyada ruhanilərin ölkə həyatında rəhbər rolu bir daha təsbit 
edilir. Ölkədə ictimai həyatın bütün sahələrində islam 
fundamentalizmi dərin kök salmışdır. 
1979-cu il inqilabından sonra İranın ABŞ-la münasibətlərində 
«soyuqluq» yaranır.  İraqla müharibə, daha sonra Abu-Musa, Tombe-
Bozorq, Tombe-Kuçek adalarının zəbt edilməsi  ərəb ölkələri ilə 
münasibətlərini gərginləşdirir.  İran  İslam Respublikasının Küveyt 
(1991),  Əfqanıstan (2001) və  İraq (2003) münaqişələrində bitərəf 
mövqeyi əksər dövlətlərlə münasibətlərinin stabilləşməsinə səbəb olur. 
Avropa İttifaqı dövlətləri ilə münasibətləri genişlənir. 
 
288
Dövlət quruluşu. Konstitusiyaya görə dövlətdə ali vəzifələr 
bir-birindən asılı olmayan qanunvericilik, icraedicilik və  məhkəmə 
sistemindən ibarətdir. Bu sistemlər isə ölkənin siyasi və dini 
rəhbərinin nəzarəti altındadır.  İranın dövlət başçısı  əslində 
prezidentdir, lakin prezident Ali Dini Rəhbərə tabedir. 
Konstitusiyaya görə  fəqih, yəni ali dini və ya siyasi nüfuzlu şəxs 
əslində ölkənin bütün həyatına rəhbərlik etməlidir. Ayətullah Ruhulla 
Xomeyni ömrünün axırınadək bu vəzifəni yerinə yetirmişdir. 1989-cu 
ilin 4 uyulunda dövlətin ağsaqqallar  şurası Ayətulla Seyid Əli 
Xameneyini bu vəzifəyə təsdiq edir. 
Birbaşa seçkilər yolu ilə seçilən ölkə prezidentinin səlahiyyət 
müddəti 4 ildir. Eyni adam bu vəzifəni iki dəfə tuta bilər. 2005-ci il 
17 iyunda bu vəzifəyə Mahmud Əhmədinecad seçilmişdir.  İslam 
Şurası  Məclisi adlanan bir palatalı parlament üzvlərinin sayı 290 
nəfərdir. Birbaşa və gizli səsvermə yolu ilə seçilən parlament 
deputatlarının fəaliyyət müddəti 4 ildir. 1989-cu ildə Konstitusiyaya 
edilmiş  dəyişikliklərə  əsasən Baş nazir vəzifəsi ləğv edildiyindən 
icraedici hakimiyyətə Prezident rəhbərlik edir. 
İran  İslam Respublikasının konstitusiyasına və 1981-ci ildə 
verilmiş  fərmana  əsasən ölkədə siyasi partiyaların və qeyri-islam 
təşkilatlarının fəaliyyəti qadağan olunmuşdur. Ölkənin yeganə  və 
nüfuzlu partiyası 1979-cu ildə yaradılmış  İslam Respublikası 
partiyasıdır. Bu partiyaya müxalifətdə duran təşkilatlar isə  İranın 
Azadlığı  Uğrunda Hərəkat,  İran Kürdüstanı Demokratik Partiyası, 
İran Xalq Partiyası, İran Xalq Mühacidlər Təşkilatı və başqalarıdır. 
İnzibati cəhətdən ölkə 25 inzibati əyalətə ayrılmışdır. Tarixi 
Azərbaycan torpaqları  Qərbi Azərbaycan (inzibati mərkəzi Urmiya 
şəhəri), Şərqi Azərbaycan (inzibati mərkəzi Təbriz), Zəncan (inzibati 
mərkəzi Zəncan) və  Ərdəbil (inzibati mərkəzi  Ərdəbil) inzibati 
əyalətlərində birləşir.  Əyalətlər ayrı-ayrı inzibati rayonlara bölünür. 
Rayonlar daxilində kəndlər ayrılır. 
Azərbaycan Respublikası ilə münasibətləri.  İran  İslam 
Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik müna-
sibətlər 12 mart 1992-ci ildən mövcuddur. Hər iki dövlət arasında 
dostluq,  əməkdaşlıq, mehriban qonşuluq barədə Tehranda 1992-ci 
ilin may ayının 7-də Protokol imzalanmışdır.  İran-Azərbaycan 
əlaqələri çoxəhatəlidir. Azərbaycan müstəqillik  əldə etdikdən sonra 
1992-ci ildən başlayaraq qonşu  İran dövləti ilə müxtəlif sahələr – 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə