Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə70/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   73

 
277 
daxil olmaqla Əfqanıstan  əhalisinin xeyli hissəsi kənd yerlərində
təqribən 25 faizi isə şəhərlərdə yaşayır. 
Əfqanıstanda 30-dan artıq millətin və xalqın nümayəndəsi 
yaşayır. Antropoloji cəhətdən  Əfqanıstanın  əhalisi cənub 
avropoidlərin hind-pamir qrupuna aid edilir. Ölkənin cənub və şimal-
şərq hissələrində  İran,  şimal-qərbində isə türk dilli xalqlar 
məskunlaşmışlar. Şərqdə Pakistanla sərhəd boyunca hind-ari qrupuna 
aid edilən xalqlar yaşayır. 
Əfqanıstanda say etibarilə  ən böyük xalq puştulardır. Onlar 
Əfqanıstan-Pakistan sərhədi boyunca geniş ərazidə, əsasən Hindiquş 
silsiləsinin cənubunda məskunlaşmışlar. Taciklər sayca Əfqanıstanın 
ikinci xalqıdır. Hazırda ölkədə taciklər yaşayan üç sahə ayrılır: Herat 
vadisi; Bədəxşan vilayəti; Pəncşer, Qorbənd və Salanq çaylarının 
dərələri. 
Sayca ölkənin üçüncü xalqı olan özbəklər  Əfqanıstanda 
Hindiquş silsiləsindən  şimalda qədim zamanlarda yaşayırdılar. 
Həzaralar  əsasən Kabil – Herat-Həzəracat dağlıq rayonu arasında 
olan  ərazilərdə  məskunlaşmışlar. Türkmənlər isə Türkmənistan 
Respublikası ilə  sərhədin yaxınlığında yaşayaraq köçəri və ya-
rımköçəri həyat sürürlər. Bu xalqlardan başqa Əfqanıstan ərazisində 
əfşar, qızılbaş, qırğız, brahuilər və başqa xalqların nümayəndələri 
yaşayır. 
Əfqanıstanın dövlət dili puştu və  dəri (bəzi mənbələrdə dari 
yazılır) dilləridir. 1936-cı ilə  qədər dövlət dili yalnız dəri dili (buna 
farsi-kabuli də deyilir) olmuşdur. 1936-cı ildən puştu dili ikinci, 
1964-cü ildən isə birinci dövlət dili statusu qazanmışdır.  Əslində 
ölkədə yaşayanlar 30-dan artıq dildə danışır. Əhalinin 90 faizi puştu 
və ya dəri dilində, ya da iki dildə danışa bilir. Lüğət tərkibinə görə bu 
dillər bir-birindən uzaq olsalar da, hər ikisi İran dilləri qrupuna aid 
edilir. 
Əfqanıstan  əhalisinin, demək olar ki, hamısı müsəlmandır. 
İslam dininin sünni məshəbi geniş yayılmışdır. Ölkənin ictimai və 
siyasi həyatında İslam dininin rolu çox böyükdür. 
Kabil ölkənin  ən böyük şəhəridir. Qədim  şəhər olan Kabil 
mühüm nəqliyyat qovşağında yerləşir.  Şəhərin  əhalisi 3 mln. nəfərə 
yaxındır. Puştulardan başqa  şəhərdə taciklər, özbəklər, həzaralar və 
digər xalqların nümayəndələri də yaşayır. 1504-cü ildən Böyük 
Moğolların, 1773-1818-ci illərdə Dürrani dövlətinin paytaxtı 
 
278
olmuşdur.  İngiltərə-Əfqanıstan müharibələri zamanı  şəhər ingilis 
qoşunları tərəfindən işğal edilir. 1880-ci ildən Əfqanıstan dövlətinin 
paytaxtıdır. 
Kabil eyniadlı çayın sahilində,1800-1900 metr yüksəklikdə 
yerləşir.  Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. 
Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və  səciyyəvi 
Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş 
kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin 
binası, parklar, iri yaşayış  məhəllələri yerləşir. Kabil şəhəri cənub-
qərb istiqamətində böyüyür. Kabil ölkənin siyasi, mədəni mərkəzi 
olmaqla yanaşı, həm də iqtisadi mərkəzidir. Şəhərdə avtomobil təmiri 
zavodu, asfalt-beton zavodu, yeyinti və yüngül sənaye müəssisələri, 
əczaçılıq fabrikləri və s. vardır. Ölkənin iqtisadi və mədəni həyatında 
mühüm  əhəmiyyəti olan digər  şəhərlər Məzari-Şərif (rəvayətə görə 
Həzrət  Əlinin qəbrinin burada olması güman edilir. Məzari–Şərif 
şərafətli qəbir deməkdir), Herat, Qəndahardır. 
 
 
4. İqtisadiyyatı 
 
Əfqanıstan dünyanın  ən geridə qalmış ölkələrindən biridir. 
Ölkədə adambaşına düşən milli gəlir ildə 100 dollara yaxındır (2006). 
İqtisadiyyatı zəif inkişaf etmiş Əfqanıstanın geriliyinə səbəb tarixən 
onun aqrar ölkə olması və buradakı vətəndaş müharibəsi olmuşdur. 
Kənd təsərrüfatının aparıcı sahələri.  Əfqanıstanın aqrar 
quruluşundakı gerilik kənd təsərrüfatında texniki təchizatın aşağı 
səviyyəsi ilə izah olunur. Kənd təsərrüfatında görülən işlərin 
əksəriyyəti  əvvəllər olduğu kimi, hələ  də  əl ilədir.  Əkinçilik süni 
suvarmaya möhtacdır.  İqlimin çox quraq olması, atmosfer 
yağıntılarının fəsillər üzrə qeyri-bərabər düşməsi  əkin sahələrinin 
suvarılmasını  tələb edir. Ölkədə ümumi əkin sahəsi 4,5 mln. 
hektardır, bunun 2,6 mln. hektarı suvarılan torpaqlardır. Lakin 
ölkədəki münaqişələr ucbatından bu torpaqlardan səmərəli istifadə 
olunmur. 
Suvarma  əkinçiliyi Hilmənd çayı hövzəsində, Kabil çayı  və 
onun qollarının vadilərində,  şimalda Hərirud çayı vadisindədir. 
Əfqanıstan bitkiçiliyində taxılçılıq  əsas yer tutur. Buğda ölkənin 
bütün rayonlarında becərilir. Bu onunla izah olunur ki, ölkədə 


 
279 
nəqliyyat  şəbəkəsi zəif inkişaf etdiyindən, hər bölgə ilk növbədə öz 
çörəyi ilə özünü təmin etməyə çalışır. Buğda ilə yanaşı Əfqanıstanda 
qarğıdalı, çəltik və arpa da yetişdirilir. 
Texniki bitkilər Şimali Əfqanıstanda geniş yayılmışdır. Pambıq 
və tütün əkinləri nisbətən geniş sahədə becərilən texniki bitkilərdir. 
Pambıq ölkədə ötən  əsrin 50-ci illərindən becərilir.  Əvvəllər bu 
sahənin inkişafı  həm pambıq parça müəssisələrini xammalla təmin 
etmək, həm də dünya bazarında pambığın satış qiymətinin 
yüksəlməsi ilə əlaqədar idi. Ən məhsuldar illərdə Əfqanıstanda 150-
160 min ton pambıq yığılırdı. Hazırda isə bu sahədə  də geriləmə 
vardır. 
Bağçılıq və üzümçülük ölkədə ənənəvi təsərrüfat sahəsi sayılır. 
Bu sahədə  əmtəəlik püstə, badam, qoz, üzüm və meyvə istehsalı 
mühüm əhəmiyyət kəsb edirdi. Vətəndaş müharibəsi digər sahələrdə 
olduğu kimi üzümlüklər və bağlara da böyük zərər vurmuşdur. 
Cəlalabad irriqasiya kompleksinin suyu ilə suvarılan torpaqlarda 
sitrus meyvələri və zeytun becərilməsinə xüsusi fikir verilir. 
Heyvandarlıqla həm köçəri, həm də oturaq həyat tərzi sürən 
kəndlilər məşğul olur. Mövsümi otlaqlar axtarmaq məqsədilə 
köçərilər adətən eyni istiqamətdə  hərəkət edərək, yay aylarında 
Hindiquş  və digər dağlıq rayonlara qalxır, qışda isə Hind və  Pənc 
çaylarının dərələri ilə  aşağı – ovalıqlara enirlər. Heyvandarlıqla 
oturaq həyat tərzi sürən kəndlilər də  məşğul olur. Ölkədə aqrar 
bölmədə ümumi məhsulun 30 faizi heyvandarlığın payına düşür. Bu 
sahədə qaragül dərili qoyunçuluq, xüsusilə  əhəmiyyətlidir. 
Əfqanıstan qaragül dərisinin mühüm ixracatçısıdır. Ölkədə xarici 
valyuta gəlirinin artıb-azalması qaragül qoyunçuluğunun 
vəziyyətindən çox asılıdır. Qoyunçuluğun bu növü ekstensiv 
istiqamətdədir. Qaragül dərili qoyunçuluq ölkənin  şimal və  şimal-
qərbində Fəryab, Bəlx vilayətlərində daha yaxşı inkişaf etmişdir. Ən 
məhsuldar illərdə ölkədə 1,3-1,4 mln. ədəd qaragül dərisi istehsal 
olunur. Dünya bazarında onun alıcıları çoxdur. Qaragül dərisi 
dövlətin  əsas xarici gəlir mənbəyi olduğundan,  ən yaxşı otlaqlar bu 
sahə üçün ayrılır. 
Sənayenin aparıcı sahələri. Əfqanıstanda sənaye müəssisələri 
ilk növbədə  kənd təsərrüfatı xammalına  əsaslanır. Müharibə 
nəticəsində  əksəriyyəti dağıdılmış fabrik-zavod müəssisələrinin 
tikintisinə ötən  əsrsn 50-60-cı illərində başlanılmışdır. Bu sahədə 
 
280
Əfqanıstana xarici ölkələr, o cümlədən sabiq Sovet İttifaqı da kömək 
etmişdir. Tərkibində azərbaycanlılar olan sovet mütəxəssisləri 
Əfqanıstanda 100-dən artıq müxtəlif obyekt tikilib istifadəyə 
vermişlər. Bu mütəxəssislərin ölkədə apardıqları geoloji kəşfiyyat 
işləri nəticəsində neft, təbii qaz, mis, dəmir filizi, qrafit və s. yataqları 
aşkar edilmişdir. 
Toxuculuq tarixən inkişaf etmiş  sənaye sahələrindən biridir. 
1978-ci il inqilabına qədər Heratda əyirici fabrik, Qəndaharda yun və 
pambıq parça toxuculuğu, Bəlxdə toxuculuq fabrikləri fəaliyyət 
göstərirdi. Toxuculuq sənayesinin  ən böyük müəssisələri dövlətə 
məxsus idi. Hazırda bu müəssisələrin  əksəriyyəti öz fəaliyyətini 
dayandırmışdır. Xalçaçılığın  Əfqanıstanda tarixi çox qədimdir. Bu 
sənət ölkənin  şimal və  şimal-qərb rayonlarında daha yaxşı inkişaf 
etmişdir. Xalçaçılıqla ölkədə yaşayan türkmənlər və taciklər daha çox 
məşğul olurlar. 
Kustar sənətkarlıq  əhalinin  ən mühüm məmulatlara olan 
tələbatını ödə-məkdə xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin  əsas 
məhsulları metaldan hazırlanmış  mətbəx qab-qacağı, səbət, mebel, 
xalça-palaz, naxış tikmələr, təsbeh, şirniyyat və s. istehsalıdır. Kustar 
sənətkarlıq  əhalinin işlə  təmin edilməsində  də mühüm rold oynayır. 
Bu sahənin bir sıra məhsulları ixrac olunur. 
Nəqliyyatı və xarici ticarəti. Ötən əsrin ikinci onilliyinə qədər 
karvan yolları ölkənin yeganə  nəqliyyat yolları sayılırdı. Bunun bir 
səbəbi də ölkənin səth quruluşunun mürəkkəbliyinin müasir nəqliyyat 
şəbəkəsinin inkişaə etdirilməsinə maneçilik törətməsidir. Nəqliyyat 
probleminin həlli məsələlərində sabiq SSRİ-nin və ABŞ-ın rolu 
böyük olmuşdur.  
 Əfqanıstanda dəmir yol və su nəqliyyatı olmadığından 
avtomobil nəqliy-yatı mühüm əhəmiyyət kəsb edir. Kabil-Qəndahar-
Herat, Kabil-Calalabad, Kabil-Pulu Xumru istiqamətində olan yollar 
ən intensiv yollardır. Avtomobil yolları  Əfqanıstanı çay limanları, 
həmçinin Türkmənistan,  İran, Pakistanla əlaqələndirir. Kabil-Şerxan 
yolu Hindquş dağlarını  kəsib keçərək ölkənin  şimal və  mərkəz 
rayonlarını əlaqələndirir. Yolun əsas hissəsi 2700 metr uzunluğunda 
olan tuneldir. Bu tunel 3500 metr yüksəklikdən Salanq aşırımından 
keçir. 
2007-ci ilin avqust ayının 26-da Əfqanıstan və Tacikistan 
arasında sərhəd çayı olan Pənc üzərində uzunluğu 700 metr olan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə