Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə66/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

 
261 
Qırmızı dənizlə dağ silsilələri arasında ensiz qurşaq kimi uzanır. Ölkə 
daxilində Tihamənin uzunluğu 500 km-ə  qədər, eni isə 40-70 km 
arasında dəyişir. Ovalığın 5-15 km enində olan sahilboyu hissəsi 
həyatsız səhranı xatırladır. Buna baxmayaraq quru çay vadilərinin 
mənsəbində və bəzi buxtaların ətrafında məskunlaşmış yerlərə də rast 
gəlmək olar. 
Cəbəl dağlıq bölgəsi Tihamə ovalığından  şərqə, Səudiyyə 
Ərəbistanı sərhədlərindən ölkənin cənub sərhədlərinə kimi eni 150-200 
km olan dağlardan ibarətdir. Ölkənin  ən hündür dağları  Cəbəl 
bölgəsindədir. Cəbəl-Nebi dağı (hündürlüyü – 3760 m) nəinki 
Yəməndə, həm də bütün Ərəbistan yarımadasında ən hündür dağdır. 
Mərkəzi yaylalar bölgəsi sönmüş vulkan konuslarından ibarət 
dağlıq yerdir. Mərib  şəhəri yaxınlığında bu dağlar çox da yüksək 
olmayan  Şarki adlanan yaylaya keçir. Şarkidə vadi və quru çay 
dərələri çoxdur. Şərqə və şimala doğru yaylanın hündürlüyü azalır və 
o dünyanın ən iri qum səhralarından olan Rub-əl-Xaliyə qovuşur. 
Sahil zolağı bölgəsi ölkənin cənubundakı  dəniz sahillərini 
əhatə edir. Burada hündürlüyü 500-800 metrə çatan alçaq dağlara rast 
gəlmək olar. Bu bölgənin coğrafi mövqeyi təbii  şəraiti  əlverişli 
olduğundan o Yəmənin sıx məskunlaşmış hissəsidir.Ədən,  Əl-
Mukəllə, Şükrə, Zəncibar kimi nisbətən iri şəhərlər bu bölgədədir. 
Hədramaut vadisi bölgəsi  Ərəbistan dənizi sahilinə paralel
ondan 150-250 km aralı yerləşmişdir. Qərbdən  şərqə  tərəf vadi 
ensizləşir.  Ərəbistan səhralarından dağ sistemləri ilə ayrılan 
Hədramaut vadisi yeraltı sularla zəngin olduğundan o ölkənin  ən 
mühüm kənd təsərrüfatı rayonlarından hesab olunur. 
Faydalı qazıntılar da daxil olmaqla Yəmənin təbii sərvətləri 
zəif öyrənilmişdir. XX yüzilliyin tikinci yarısında ABŞ, Almaniya, 
Böyük Britaniya, İsveç, Sovet ittifaqı mütəxəssisləri Yəməndə geo-
loji kəşfiyyat işləri aparsalar da onun nəticəsi böyük olmamışdır. 
Yəməndə dəmir filizi, mis, boksit, qurğuşun,uran, qızıl, gümüş, 
daş kömür, mərmər, gips, kvars qumları, daşduz və bir sıra faydalı 
qazıntılar aşkar edilsə  də, bu sərvətlərdən ancaq daşduz və tikinti 
materiallarının ehtiyatı çoxdur. Tihamə,  Şarki və  Hədramaut tarixi-
coğrafi vilayətlərində neft və  təbii qaz aşkar olunsa da, onlar çox 
dərin laylarda yerləşdiyindən, kommunikasiya sisteminin aşağı 
səviyyəsi və başqa səbəblər üzündən az miqdarda çıxarılır. 
İqlimi və hidroqrafiyası. Yəmən tropik iqlim qurşağında 
 
262
yerləşir. Ölkə iqlimi üçün səciyyəvi xüsusiyyət ondan ibarətdir ki, 
ərazidə iki – lap isti və nisbətən mülayim mövsüm ayrılır.  İsti 
mövsüm aprelin ikinci yarısından başlanır və oktyabra qədər davam 
edir. Onun ilk 40-50 günü xüsusilə dözülməz olur. Yerlilər bunu «Əl-
Ərvaniyə» adlandırır. Bu mövsümdə Tihamədə sutkalıq orta 
temperatur + 30 C dərəcədən artıq olur. Qızmar yay günlərində 
kölgədə temperaturun +40 C dərəcədən yuxarı qalxdığı hallara tez-
tez təsadüf edilir. 
Okyabrın ikinci yarısından aprelin ortalarına qədər davam edən 
mülayim mövsümdə havanın temperaturu aşağı düşür və isti küləklər 
zəifləyir.Yəmən  ərazisində rütubətin və yağıntıların paylanmasında 
kəskin fərqlər var. Tihamədə rütubətlilik 80-90, Ədən körfəzi sahilində 
65-70 faizdir. Şərqə və şimala doğru getdikcə rütubətlilik 50 faizə qədər 
azalır. Tihaməyə il ərzində 100 mm-ə qədər yağış yağır. Lakin elə illər 
də olur ki, ora heç yağış düşmür. Dağətəyi  ərazilərdə  və dağlarda 
yağıntıların miqdarı çoxalır (2000 mm-dək). 
Yəməndə daimi axara malik olan çay yoxdur. Səth suları leysan 
yağışlarından sonra yaranır. Musson yağışları dövründə  dərələrdə  və 
dağətəyi vadilərdə daşlı-çınqıllı sellər əmələ gəlir. Buna görə ölkənin 
səthi vadi və quru çay dərələri ilə örtülüdür. Bunların bəziləri 
yağmurlu dövrlərdə öz sularını  dərələrə  qədər axıdır. Yəmənin su 
ehtiyatı qrunt sularıdır. Bu sular əsasən artezian quyuları vasitəsi ilə 
səthə  çıxarılır. Məişətdə yağış sularını toplayan sututarlardan da 
istifadə olunur. Şarkidə, Vadi-Ədna məcrasında məşhur Mərib bəndi 
tikilmişdir. Ölkədə su probleminin həlli məqsədilə görülən tədbirlərə 
baxmayaraq məskunlaşmış bir çox yerlərdə, xüsusilə ölkənin  şimal-
şərqində «su qıtlığı» açıq-aydın hiss olunur. 
Torpaq və bitki örtüyü. Yəmənin torpaqları  zəif məhsuldar 
torpaqlar kimi tanınır. Ümumiyyətlə, ölkə  ərazisinin çox hissəsini 
səhralar, yaylalar və dağlar tutduğundan onun qiymətli torpaq 
resursları azdır. Ölkənin bitki örtüyü də  zəifdir. Daşqın sularının 
müvəqqəti basdığı yerlərdə, vadilərin  ətrafında akasiya, xurma, ilb
*

küstüm ağaclarına və kat adlanan kollara rast gəlmək olar. Dağlara 
qalxdıqca meşələr çoxalır. Mədəni bitkilərdən dağ ətəklərində buğda, 
                                      
*
  İlb – qol-budaqlı  ağacdır. Gövdəsindən tikinti işlərində istifadə olunur. 
Albalı boyda sarı rəngli meyvəsi yeyilir
.
 


 
263 
yulaf, arpa, qarğıdalı, kat və s. yetişdirilir. Yəmən iqtisadi cəhətdən 
zəif inkişaf etmiş dövlət olduğundan və müvafiq mütəxəssislərlə 
təmin olunmadığından ölkə ekoloji tarazlığına,  ətraf mühitin 
mühafizəsinə lazımı diqqət ayıra bilmir. 
  
2. Qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibəti 
 
Yəmən dünyanın qədim dövlətlərindən biridir. Eramızdan  əvvəl 
bu ərazidə Hədramaut, Səba, Main adlanan dövlətlər mövcud olmuşdur. 
Yeddinci yüzilliyin əvvəllərində  Yəmən  ərazisi  Ərəb xilafətinin 
tərkibinə daxil edilir.O vaxtdan etibarən Yəməndə feodal münasibətləri 
və ərəb-islam mədəniyyəti formalaşır. IX yüzilliyin əvvəllərində Yəmən 
ərazisinin bir hissəsi şiə təriqətli Zeydi
*
 imamlarının təsiri altına düşür. 
Yəmənin sonrakı tarixi tayfalararası münasibətlər, sülalələrin bir-birini 
əvəz etməsi ilə bağlı olmuşdur. 
XIX  əsrin ikinci yarısından etibarən Yəmən tarixində  əsaslı 
dəyişikliklər baş verir. Hələ XIX yüzilliyin əvvəllərindən başlayaraq 
ingilis gəmiləri  Ədən portuna daxil olmağa başlayır və  şəhərin 
Hindistana gedən dəniz yolu üzərində əlverişli mövqeyi onun Böyük 
Britaniyanın hərbi dəniz bazasına çevrilməsinə  səbəb olur. 1839-cu 
ildə Böyük Britaniya Ədən  şəhərini zəbt edir, sonrakı illərdə isə 
bütün ərazini özünün protektoratı elan edir. 
Birinci Dünya müharibəsi qurtardıqdan sonra imam Yəhya Şimali 
Yəmən  ərazisini müstəqil dövlət, özünü isə ölkənin məliki elan edir. 
1934-cü ildə Böyük Britaniya – Yəmən müqaviləsinə  əsasən Böyük 
Britaniya Yəmən məlikliyinin müstəqilliyini,Yəmən məlikliyi isə 
Britaniyanın xeyrinə  Ədən protektoratlığını tanıyır. 1937-ci ildə  Ədən 
rəsmi şəkildə Böyük Britaniyanın müsəmləkəsi elan olunur. 
Cənubi Yəmən vətənpərvərləri 1963-cü ildən ingilis müstəm-
ləkəçilərinə qarşı silahlı mübarizəyə başlayır. Təqribən 4 il yarım 
                                      
*
 Zeydilər- şiə təriqətinin bir qolunu təşkil edirlər.Bu təriqətin adı şiə imamı 
Məhəmməd Bağırın qardaşı Zeyd ibn Əlinin adından götürül-
müşdür.Məhəmməd Bağırın passivliyindən narazı olan şiələr onun 
qardaşı Zeydin başına toplaşmışdılar. Zeydin tərəfdarları  Əli nəslindən 
seçilən imamın başçılığı ilə teokratik dövlət yaratmağa cəhd göstərən 
xüsusi təşkilat yaradırlar
.
 
 
264
davam edən mübarizə  və danışıqlardan sonra 1967-ci ilin noyabrın 
30-da  Ədəndə 128 il dalğalanan ingilis bayrağı endirilir və  Cənubi 
Yəməndə müstəqil dövlət yaradılır.1970-ci ilin noyabrın 30-dan bu 
dövlət Yəmən Xalq Demokratik Respublikası adlanır. 
İngiltərə müstəmləkəçiləri Yəməni iki hissəyə bölməyə nail 
olsalar da, Cənub ilə Şimal arasında minilliklər ərzində formalaşmış 
ailə, etnik, ticarət-iqtisadi  əlaqələrini qıra bilmədilər. Yəmənlilər – 
biz vahid xalqıq deyərkən təkcə yaşadıqları  ərazinin coğrafi 
yaxınlığını deyil, həm də qədim və müasir tarixlərini, din, dil, adət-
ənənələrinin ümumiliyini nəzərdə tuturdular. O da xatırlanmalıdır ki, 
1990-cı ilə  qədər hər iki dövlətin sosial-iqtisadi inkişafı müxtəlif 
istiqamətdə getmişdir. 
1979-cu ildə  Yəmən  Ərəb Respublikası  və  Yəmən Xalq 
Demokratik Respublikası  sərhədində silahlı münaqişə baş verir. Bu 
münaqişə 1981-ci ildə dayandırılır. Lakin 1986-cı ildə  Cənubi 
Yəməndəki hadisələrlə  əlaqədar yenidən kəskinləşir. 1987-1988-ci 
illərdə  hər iki Yəmən dövlətinin rəhbərliyi arasında baş verən danışıq-
lardan sonra vəziyyət normallaşır. Bu danışıqlar nəticəsində  Yəmən 
dövlətləri arasında vətəndaşların sərbəst gediş-gəlişinə icazə verilir. 
Süni surətdə parçalanmış eyni millətin yaşadığı ərazidə əslində 
formal olaraq yaradılmış iki dövlətin birləşməsi həm Şimali, həm də 
Cənubi Yəməndə yaşayanların çoxdankı arzusu idi. Bu dövlətlərin 
birləşməsi gözlənildiyindən də tez oldu. Hər iki dövlətin parlamenti 
birləşmə  ərəfəsində vahid dövlətin konstitusiya layihəsini təsdiq 
etdiyindən 1990-cı il may ayının 22-də yeni dövlət – Yəmən 
Respublikasının yaradılması elan edildi. O vaxtdan 22 may milli bay-
ram – Yəmən birliyi günü kimi qeyd olunur. 
Yeni vahid dövlət yarandıqdan sonra beş  nəfərdən ibarət 
prezident  şurası  və hökumətin tərkibi müəyyən olunur. Bu hadisə 
Yəmən xalqının səbisizliklə gözlədiyi birliyə nail olunması ilə 
yanaşı, həm də müasir dövrdə «Bölünmüş dövlətlərin» demokratik 
yolla birləşməsi təcrübəsində ilk addım atmış dövlət kimi xüsusilə 
əhəmiyyətli idi. Həmin ilin 3 oktyabrında vahid xalqı iki dövlətdə 
yaşamağa məcbur olan Almaniya Federativ Respublikası  və Al-
maniya Demokratik Respublikası da birləşdi. 
İlkin razılaşmalara  əsasən Yəməndə yaradılacaq dövlət struk-
turları  və qanunvericilik hakimiyyəti keçid dövründə, parlament 
seçkilərindən sonra 2,5-2,8 ilə başa çatmalı idi. Parlament seçkiləri 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə