Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə65/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

 
257 
si rüşeyim halında idi. İndi isə ölkədə iri sənaye müəssisələri 
fəaliyyət göstərir. Əvvəllər yalnız kənd təsərrüfatı ölkəsi kimi tanınan 
Ürdündə hazırda sənaye sahələri kənd təsərrüfatını 13 dəfə üstələyir. 
Ölkə sənayesinin sürətli inkişafını ləngidən səbəblər çoxdur: 

 
Ölkədə qiymətli faydalı qazıntıların, xüsusilə yanacaq sərvətlərinin 
olmaması; 

 
Sənayenin inkişafına təkan verə biləcək daxili bazarın məhdud 
olması; 

 
Kapitalın çatışmazlığı və ixtisaslı mütəxəssislərin az olması; 

 
Energetika və nəqliyyat şəbəkəsinin zəif inkişafı; 

 
Ölkənin xarici sərmayələrdən və dünya bazarından asılılığı və s. 
Sənaye sahələri içərisində fosfor kübrələr istehsalı  və onunla 
əlaqəli olan sahələr nisbətən yaxşı inkişaf etmişdir. Mədən sənayesi 
öz növbəsində kimya sənayesinin inkişafına təkan vermişdir. 1982-ci 
ildə  Əqəbə  şəhərində fosfat əsasında mineral gübrələr istehsal edən 
zavod işə salınmışdır. Sonradan yenidən qurulmuş və müasir texniki 
avadanlıqla təmin olunmuş bu müəssisə 1 ildə orta hesabla təqribən 
1,8–2,0 mln. ton fosfat, 600 min ton kükürd, 150 min fosfat turşusu 
istehsal etmək qüvvəsinə malikdir. Kimya sənayesi müəssisələrində 
yuyucu tozlar, müxtəlif növ sabunlar, şampun və s. istehsal olunur. 
Ölkənin özündə neft çıxarılmasa da, Əz-Zərqa  şəhərində iri 
neft emalı müəssisəsi fəaliyyət göstərir. BMT Təhlükəsizlik 
Şurasının qərarına  əsasən Ürdün yeganə dövlət idi ki, ona daxili 
tələbatını ödəmək üçün İraqdan neft idxal etmək icazəsi verilmişdir. 
İraq nefti kəmər vasitəsilə  Əz-Zərqa  şəhərindəki müəssisəyə 
göndərilir. Bu müəssisənin istehsal etdiyi neft ölkənin neft 
məhsullarına olan tələbatını ödəmək qüdrətinə malikdir.  
Ölkədə metal emalı  sənayesi hələlik rüşeym halındadır. Bu 
sənayenin müəssisələri ildə 150 min ton dəmir çərçivələr, metal 
hissələr istehsal edən bir neçə kiçik müəssisə  fəaliyyət göstərir. Bu 
müəssisələrdə az miqdarda çuqun, boru və alüminium istehsal olunur. 
Xidmət sahələri sənaye, tikinti və  kənd təsərrüfatının bəzi 
sahələrinin inkişafı ölkənin elektrik enerjisinə olan tələbatını 
artırmışdı.  İqlimin quraqlığı  və çaylarda suyun azlığı hidrostansiya 
vasitəsilə ucuz elektrik enerjisi əldə etməyə imkan vermir. Ona görə 
də elektrik enerjisi xaricdən baha qiymətə gətirilən yanacaqla işləyən 
istilik elektrik stansiyalarında  əldə olunur. Təbii ki, Ürdün elektrik 
 
258
enerjisinə olan tələbatını tam ödəyə bilmir. 
Son illərdə ölkədə idxal olunmuş hissələrdən avtomobil və 
məişət texnikası (soyuducular, radio-televiziya cihazları) yığan 
müəssisələr tikilib istifadəyə verilmişdir. Ürdündə yeyinti sənaye 
müəssisələri çoxdur. Bunların içərisində nisbətən böyükləri Nab-
lusdakı zeytun yağı istehsal edən zavod, Əmmanda meyvə 
konservləri və şirələr istehsal edən müəssisə, Əqəbədə şəkər istehsal 
edən zavoddur. 
Kənd təsərrüfatının aparıcı sahələri. Ürdündə su 
mənbələrinin azlığı üzündən torpağın cəmi 14-15 faizi becərilir. 
Əkinçilik kənd təsərrüfatının əsas sahəsidir. İordan çayının dərəsi isə 
əsas  əkinçilik rayonu hesab edilir. Ölkədə  əsasən taxıl, meyvə, 
tərəvəz,  şəkər qamışı, tütün, zeytun, üzüm, arpa, qarğıdalı  və s. 
becərilir. Zeytun becərilməsi ölkənin kənd təsərrüfatında mühüm 
əhəmiyyət kəsb edir. Onun ən yaxşı növlərindən konserv hazırlanır, 
zeytun yağı  çəkilir. Sənayedə zeytundan sabun bişirmədə istifadə 
olunur. 
Becərilən torpaqların çox hissəsini dəmyə  əkinləri təşkil edir. 
Əkin sahələrinin ancaq 10 faizə yaxını suvarılır. Təbii ki, quraq 
keçən illərdə  kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli azalır. 
Ürdünün kənd təsərrüfatında tərəvəzçilik mühüm əhəmiyyət kəsb 
edir. Ölkənin torpaq-iqlim şəraiti tərəvəzin qonşu ölkələrə nisbətən 3-
4 həftə tez yetişməsinə imkan verir. Bu isə tərəvəzin qonşu ölkələrin 
bazarlarına erkən çıxarmağa və baha satılmasına səbəb olur. Ölkədə 
kənd təsərrüfatının intensivləşdirilməsi, məhsuldarlığın artırılması  və 
əhalinin kənd təsərrüfatı  məhsulları ilə  təmin edilməsindən ötrü 
müəyyən dövlət tədbirləri həyata keçirilir. 
Heyvandarlıq ekstensivdir. Yem otları az əkildiyindən mal-
qara ilboyu açıq otlaqlarda saxlanılır. Maldarlıqla əsasən köçəri həyat 
sürən  əhali məşğul olur. Ölkədə  dəvə saxlanılmasına xüsusi fikir 
verilir. Böyük şəhərlərin  ətrafında quşçuluq fermaları  və broyler 
təsərrüfatı yaranmaq üzrədir. 
Ölkə daxili istehsal hesabına tərəvəz və quru subtropik 
meyvələrə olan tələbatını tam ödəyə bilsə  də, dənli bitkilələ olan 
tələbatının cəmi 30-35 faizini, ət və süd məhsullarına olan tələbatını 
ancaq yarıya qədərini ödəyə bilir. 
Nəqliyyat və xarici ticarəti. Ölkənin müasir nəqliyyat 
şəbəkəsi  əslində daxili tələbatı tam ödəmək iqtidarında deyil. 


 
259 
Ürdünün  əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır. Bərkörtüklü 
avtomobil yolların ümumi uzunluğu 10 min km-ə yaxındır. Ötən 
əsrin axırlarından başlayaraq həm avtomobil parklarının, həm də 
parklardakı avtomobillərin sayının çoxalması hiss olununr. Bu da öz 
növbəsində beynəlxalq marşrutlarla da yük və sərnişin daşınmasının 
artmasına səbəb olmuşdur. Ölkəyə avtomobil göndərilməsində 
Yaponiya  şirkətlərinin rolu böyükdür. Əmman-Əqəbə,  Əmman-
Yerusəlim,  Əmman-Dəməşq yolları, demək olar ki, birinci dərəcəli 
yollardır. 
Ölkədə  dəmir yollarının ümumi uzunluğu 600 km qədərdir. 
Suriya sərhədindəki Dərya  şəhərindən ölkənin cənubundakı  Əqəbə 
şəhərinə  qədər uzanan dəmir yol xətti  şübhəsiz bütün ehtiyacları 
ödəmək iqtidarında deyil. Ölkənin həm dəmir yol xəttinin, həm də 
vaqon parkının müasirləşdirilib yenidən qurulmasına ehtiyac var. 
Dəməşqdən Məkkəyə  qədər Hicaz dəmir yolunun da yaradılması 
layihəsi müzakirə olunur. Dəmir yoluna nisbətən hava nəqliyyatı 
daha inkişaf etmiş hesab edilir. 1963-cü idə ölkədə «Aliyə» adlanan 
milli aviaşirkət yaradıldı. Bu şirkətin təyyarələri  əsasən beynəlxalq 
səfərlərə xidmət edir. Əmman və  Əqəbə  şəhərlərində beynəlxalq 
dərəcəli aeroportlar fəaliyyət göstərir. Ölkədə  dəniz nəqliyyatı 
lazımınca inkişaf edə bilməmişdir. Ölkənin iqtisadiyyatında mühüm 
rol oynayan xarici ticarət əlaqələr Qırmızı  dənizdə yerləşmiş  Əqəbə 
limanı vasitəsilə də həyata keçirilir. 
Xarici ticarət ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb 
edir. Ürdün sənaye malları, yanacaq və  ərzaq məhsullarının böyük 
əksəriyyətini idxal edir. İdxal olunan məmulatlarının dəyəri hər il 
artdığından ölkənin xarici ticarət dövriyyəsi də artır. 2005-ci ildə ölkə 
ixracatının dəyəri 3,5 mlrd. ABŞ dollarına bərabər olmuşdur. Bunun 
22 faizini fosfat tərkibli materialların, 15 faiz potaşın, 8 faizi fəraş 
meyvə və tərəvəzin payına düşür. Həmin il idxalatın dəyəri 5,6 mlrd. 
dollara bərabər olmuşdur. Bunun 18 faizi müxtəlif maşın və 
avadanlıqların, 12 faizi yanacağın, 10 faizi ərzağın payına düşür. 
Ölkənin ticarət  əlaqələrində  tərəf müqabilləri Hindistan, Səudiyyə 
Ərəbistanı, ABŞ, Almaniya və digər dövlətlərdir. Dövlətin milli pulu 
Ürdün dinarıdır. Təqribən 0,8 dinar 1 ABŞ dollarına bərabər tutulur. 
 
260
YƏMƏN
*
 RESPUBLİKASI 
 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqe. Ərəbistan yarımadasının cənub və  cənub-
qərbində yerləşmiş Yəmən Rıespublikası şimaldan və şimal-şərqdən 
Səudiyyə  Ərəbistanı,  şərqdən Oman dövlətləri ilə  həmsərhəddir. 
Səudiyyə Ərəbistanı ilə sərhədlərinin xeyli hissəsi demarkasiya (yəni 
sərhəd nişanları qoylmamış) olunmamışdır. Yəmən coğrafi və  hərbi 
strateji mövqeyi əlverişli olan ölkələrdən biridir. Qərbdən 500 km 
məsafədə  Qırmızı  dənizə,cənubdan və  cənub-şərqdən 1200 km 
məsafədə  Ərəbistan dənizi və Oman körfəzinə  çıxışı var.Dənizlərdə 
yerləşmiş  və ona məxsus adalarla birlikdə sahəsi 532 min kv.km-
dir.Bu göstəriciyə görə dünyanın 48-ci ölkəsidir. 
Yəmən sözünün meydana gəlməsinin müxtəlif yozumu var. 
Qədim mənbələrə görə bu söz Ərəbistan yarımadasının cənubunda 
yaşamış sami tayfalarından olan qəbilə başçıları  Yəmən ibn Kəhtan 
və ya Yəmən ibn Heydərin adı ilə bağlıdır. Başqa mənbələrə görə bu 
ad ölkənin Məkkədəki müqəddəs Kəbəyə münasib coğrafi mövqeyi 
ilə izah olunur. Belə ki, «yaminan» - sağ  tərəf deməkdir. Bir sıra 
tədqiqatçılar ölkənin adını «yumn» - xoşbəxtlik sözü ilə 
əlaqələndirirlər. Yeri gəlmişkən xatırladaq ki, qədim 
coğrafiyaşunaslar və tarixçilər Yəməni «Arabia Feliks»(Xoşbəxt 
Ərəbistan) adlandırmışlar. 
Səth quruluşu və faydalı qazıntıları.  Səth quruluşu çox 
mürəkkəbdir. Bu ərazidə bir-birindən fərqlənən beş  təbii-coğrafi 
bölgə aydın seçilir: 
1.
 
Sahilboyu təpəli düzənlikləri əhatə edən Tihamə ovalığı; 
2.
 
Cəbəl adlanan dağlıq hissə; 
3.
 
Mərkəzi yaylalar; 
4.
 
Qurumuş çay dərələri ilə kəsilmiş Ərəbistan dənizinin və Oman 
körfəzinin sahil zolağı; 
5.
 
Hədramaut vadisi. 
Yəmən  ərazisinin təqribən 15 faizini tutan Tihamə ovalığı 
                                      
*
 Ərəbcə adı «Əl – Cumhuriyyət –əl Yəməniyyə»dir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə