Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

 
57 
körfəz sahili ərazilərdə, vahələrdə, vadilərdə  və s. yerləşməsi ilə 
əlaqədardır. 
BƏƏ-nin əhalisi müxtəlif irqi-etnik qruplardan formalaşmışdır. 
«Neft hay-küyünə» qədər digər ölkələrdən, ilk növbədə  İrandan və 
Şərqi Afrikadan gələnlərin qarışığından formalaşan  İran körfəzi 
sahilinin əhalisi Ərəbistanın daxili rayonlarında yaşayan köçərilərdən 
xeyli fərqlənirdilər. Sahil ərazidə yaşayan  əhalinin görkəmində  və 
bədənlərinin rəngində neqroid, şəhərlərə köçən bədəvilərdə isə 
avropoid irqinə yaxınlıq hiss olunur. 
«Neft hay-küyü» dövründə  BƏƏ  əhalisinin milli tərkibi 
mürəkkəbləşdiyindən  əmirliklər çoxmillətli ölkəyə çevrilmişdir. 
Əhalinin milli tərkibində  ərəblərin üstünlük təşkil etməsinə 
baxmayaraq, yerli ərəblər cəmi 400 min nəfərdir. Qalanlar isə mü-
vəqqəti, yaxud daimi yaşayan mühacirlərdir. Bunlara dövlət 
aparatında, pedaqoji fəaliyyətdə, kənd təsərrüfatında, sənayedə, 
mətbuatda çalışan misirlilər, Fələstin  ərəbləri, iraqlılar, suriyalılar, 
yəmənlilər aid edilir. 
Hindlilər və pakistanlılar ticarətdə özlərinin mövqeylərini 
möhkəmləndirmiş  və  hətta  Əmirliklərdə bir sıra müəssisələr 
tikmişlər. Mehmanxana və restoranlarda bir qayda olaraq 
filippinlilər, yol işlərində  əfqanlar və pakistanlılar çalışır. Orduda 
ürdünlilər, omanlılar, mərakeşlilər və  bəluclar xidmət edir. 
Avropalıların əksəriyyəti ingilislərdir. Ölkədə iranlıların sayı çoxdur. 
Təkcə Dubay və Şərca əmirliklərində onların sayı 50-60 min nəfərə 
çatmışdır. Mühacirlər arasında yalnız  ərəblərin BƏƏ  vətəndaşlığı 
hüququ almağa ixtiyarı var. Ölkə əhalisinin milli tərkibi barədə dəqiq 
məlumatlar yoxdur. 
Ölkənin rəsmi dövlət dili ərəb dilidir. Fars və urdu dilləri də 
geniş yayılmışdır. BƏƏ-nin  əhalisinin 95 faizi İslam dininə etiqad 
edir. Yerli ərəblər arasında sünnilər (80-85 faiz) geniş yayılmışdır, 
Əmirliklərdə yaşayanların 75 faizi savadlıdır. Orta təhsil məcburidir. 
Ölkədə 4 universitet və bir neçə texnoloji kollec fəaliyyət göstərir. 
BƏƏ-də  məşğuliyyət probleminin xüsusiyyətləri  Şərqi 
Ərəbistanın digər  əmirlikləri üçün səciyyəvi olan əlamətləri 
xatırladır.  İqtisadi cəhətdən fəal  əhalinin 80 faizdən çoxu 
immiqrantların payına düşür.  İşləyənlər arasında qadınların xüsusi 
çəkisi 3-4 faizdir. İqtisadi cəhətdən fəal  əhalinin 85 faizdən artığı, 
daha yüksək inkişaf etmiş 3 əmirlikdə Abu-Dabi, Dubay və Şərcada 
 
58
cəmləşmişdir. 
Bizim günlərdə planetimizdə baş verən hər hansı bir hadisə 
çətin ki, insanı heyrətləndirsin. Hətta bu yaxın vaxtlara qədər xəyal 
sayılan Venereya (Zöhrə) və yaxud Marsa uçuş belə, indi heç kəsdə 
təəcub doğurmur. Lakin Ərəbistan səhrasında qısa, cəmi 30-35 il 
müddətində  ən yeni xəritə  və atlaslara belə düşməyən müasir 
şəhərlərin salınması, onların istirahət guşələri, təmizliyi bura 
gələnlərin hamısını təəcübləndirir. Həqiqətən möcüzədir. Möcüzənin 
sirri isə neftdir, «qara qızıl»dır. 
Ölkənin paytaxtı  Abu-Dabinin  işgüzar Dubay, yaxud turizm 
mərkəzinə çevrilən  Şərca ilə qarışıq salmaq olmaz. Bu şəhərlərin 
oxşar cəhətləri yalnız onların küçələrinin enli olması, avtomobillərin 
çoxluğu və təmiziliyidir. 
Şəhərlərdəki dükanlar (supermarketlər) sanki beynəlxalq ərzaq 
və istehlak mallarının sərgisini xatırladır. Yeri gəlmişkən deyək ki, 
dükanların piştaxtalarında digər  ət məhsulları ilə yanaşı,  İslam 
aləmində qadağan edilən donuz əti də  səliqə ilə düzülür. Ölkədə 
spirtli içkilərin qadağan edilməsinə baxmayaraq Səudiyyə Ərəbistanı, 
Liviya və Küveytdə  ən fərqli olaraq BƏƏ-nin mehmanxanalarında 
onu baha qiymətə almaq olar. Məscidlər, yamyaşıl parklar, müasir 
avtomobilqayırma sənayesinin nailiyyətlərini nümaiş etdirən ən yeni 
avtomobillərin enli küçələrdə hərəkəti, şəhərlərə xüsusi yaraşıq verir. 
Binaların və ofislərin ətrafındakı ərazilərin abadlaşdırılması üzrə 
bütün işləri, o cümlədən ümummilli proqram kimi qəbul edilmiş 
yaşıllaşdırmaya sərf olunan vəsaiti dövlət öz üzərinə götürmüşdür. Əl-
Ayn  şəhəri  ətrafında kənd təsərürfatı  təcrübə stansiyasında hər il 1,3 
mln.  ədəd dekorativ və meyvə  ağaclarının tingləri yetişdirilir. 
Yetişdirilmiş  ağac tingləri  şəhərlərin, eləcə  də  əmirliklərin 
paytaxtlarını birləşdirən magistral yolların hər iki tərəfinin 200 metr 
enində yaşıllaşdırılması, həm də  kənd təsərrüfatında meyvəçiliyin 
inkişaf etdirilməsi məqsədilə əhaliyə pulsuz paylanır. 
Ölkənin təhsil sistemində  əl-Ayn  şəhərində (Büreym vahəsi) 
1977-ci ildə tikilib istifadəyə verilmiş universitet mühüm rol oynayır. 
Ölkənin digər ali məktəblərindən fərqli olaraq əl-Ayn universitetində 
qadınlar üçün xüsusi bölmə fəaliyyət göstərir. Bu bölmədə də bütün 
fakültələr təmsil olunmuşdur. Mühazirələri eyni professor-müəllim 
heyəti aparır, qızlar onlar üçün ayrılmış xüsusi günlərdə eyni 
laboratoriyalardan və kitabxanalardan istifadə edirlər. Onlar idman 


 
59 
klublarına getmir. Bunun əvəzində isə qadına ailə həyatında lazım ola 
biləcək peşələrə yiyələnirlər. Universitetdə, demək olar ki, körfəzin 
bütün ölkələrindən gələn qızlar oxuyur. 
 Abu-Dabi  Əmirliyinin və eləcə  də ölkənin  ən iri şəhəri onun 
paytaxtı Abu-Dabidir (əhalisi 750 min nəfər).  Şəhərin köhnə qala 
tikililərinin qalıqlarından Abu-Dabinin 1793-cü ildə salındığı güman 
edilir. Abu-Dabi əmirliyinin sahil adalarının birində yerləşən bu 
şəhər yaxın vaxtlara qədər, yəni 50 il əvvəl o qədər də abad olmayan 
tipik Şərq yaşayış məntəqələrindən biir idi. «Neft dövründən» sonra 
Abu-Dabinin maliyyə  vəziyyəti  əhəmiyyətli dərəcədə yaxşılaşmış, 
şəhər 500 metrlik körpü ilə materikə birləşdirilmiş və sürətlə yenidən 
tikilməyə başlamışdır. 
Şəhərin tikintisində Qərbin ən yaxşı layihə və tikinti şirkətləri 
iştirak edib. Ötən əsrin 80-ci illərinin əvvəllərində tikinti işlərinə yerli 
şirkətlər də qoşulmuşlar.  Şəhərin mərkəz və sahil hissələrində yerli 
və federal hökumət idarələri tərəfindən tutulan çoxmərtəbəli müasir 
binalar ucaldılmışdır. Burada bankların, sığorta şirkətlərinin binaları, 
əmirin və onun sülaləsinin sarayları yerləşir. Ticarət mərkəzi, 
mehmanxana, klub və kinoteatırların binaları da buradadır. 
Şəhərdə xəstəxana, ali məktəblər, üzgüçülük hovuzu və bir sıra 
başqa idman və istirahət obyektləri tikilmişdir.  Şəhər, demək olar ki, 
avropalaşdırılmışdır.  Əmirliyin hakim dairələri məscidlərin tikintisinə 
xüsusi fikir verirlər. Məscidlər radiolaşdırılmış 
və 
elektrikləşdirilmişdir. BƏƏ-nin başqa  şəhərlərində olduğu kimi Abu-
Dabidə  də yaşıllaşdırma işləri geniş miqyasda aparılır.  Şəhərin yaxşı 
təchiz edilmiş  dəniz limanı  və beynəlxalq aeroportu vardır. Paytaxt 
demək olar ki, BƏƏ-nin bütün yaşayış məntəqələri ilə birləşdirilmişdir. 
Abu-Dabi nəinki ölkənin, həm də  İran körfəzi bölgəsinin iqtisadi, 
siyasi və mədəni həyatında mühüm rol oynayır. 
Əmirliyin daxili ərazilərində əsaslı dəyişikliklər edilir. Onların 
arasında Əl - Büreym vahəsi, xüsusilə Abu-Dabidən 160 km cənubda 
yerləşən əl – Ayn şəhəri sürətlə inkişaf etdirilir. Şəhərdə İES, sement 
zavodu, evtikmə kombinatı  və s. fəaliyyət göstərir.  Əl – Ayn Abu-
Dabidən sonra əmirliyin ikinci işgüzar mərkəzinə çevrilmişdir.  İran 
körfəzi sahilində yerləşən  şəhərin 20 – 25 mərtəbəli binaları  ən 
müasir Qərb memarlıq üslubunda tikilmişdir. 
 
 
 
60
4. İqtisadiyyatı 
 
Neft yataqlarının kəşfinə  qədər Dubay və ondan bir qədər 
geridə qalan Şərca, Müqaviləli Omanın iqtisadiyyatında başlıca yer 
tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz 
məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit 
daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı 
illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. 
Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət 
məhsulları bu əmirliyin  ərazisindən gizli olaraq Cənub və  Cənub-
Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daş-
qaş  və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün 
ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq 
Abu-Dabi  əmirliyi isə neft yataqları  kəşfinə  qədər kasıbçılıq 
içərisində yaşayırdı. 
Abu-Dabidə, Dubayda və  Şərcada neft yataqlarının kəşfi bu 
əmirliklərdə iqtisadi vəziyyətin əsaslı surətdə dəyişməsinə, sosial və 
demoqrafik irəliləmələrə  səbəb olmuşdur. Açıq bazar iqtisadiyyatı 
yolu ilə irəliləyən BƏƏ ötən  əsrin 70-ci illərindən başlayaraq 
regionda zəif inkişaf etmiş dövlətdən yüksək həyat səviyyəsinə  və 
texnologiyalara malik bir dövlətə çevrilmişdir. 
Abu-Dabi əmirliyi neft-qaz çıxarılması və emalı, Dubay ticarət 
kommersiya və  nəqliyyat qovşağı,  Şərca yüngül sənaye və 
kommunikasiya mərkəzi kimi, ölkə bütölükdə xarici turizm mərkəzi 
kimi ixtisaslaşır. 2004-cü ildə ölkənin Ümumdaxili məhsulunun 
(ÜDM) dəyəri 54,0 mlrd. ABŞ dollarını keçmişdir. ÜDM-da 
adambaşına orta göstəricisi 1995-ci ildəki 9985 dollardan 2005-ci 
ildə 23 min dollara qədər artmışdır. Bu göstəricəyə  qədər BƏƏ 
regionda birinci yeri tutur. 
 İkinci Dünya müharibəsindən sonra Küveyt və  Səudiyyə 
Ərəbistanı neft sənayesi ilə  əlaqədar yüksək iqtisadi inkişaf 
səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli 
olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və  Şərca  əmirlikləri 
cəmi 8-10 ilə keçmişdir. Ölkənin belə «sıçrayışında» yerli hakimlərin 
ağıllı  və  məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək 
lazımdır. 
Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək 
dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə