Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə1/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   216


 

 



 


G t R t Ş  

Əziz  müəllimlər  və  tələbələr,  hörmətli  oxucular!  Sizin 

mühakimənizə verilən bu dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər 

üçün  «Azərbaycan  tarixi»nin (I  cild)  davamıdır  və  xalqımızın  tarixinin 

çox mühüm bir dövrünü - XX əsri əhatə edir. Ali məktəblər üçün nəzərdə 

tutulmuş  bu  dərslik  son  70-80  ildə  ilk  dəfədir  ki,  yazılır.  Hətta  Sovet 

dövründə  belə,  ali  məktəblər  üçün  Azərbaycan  tarixinə  aid  belə  bir 

dərsliyin olması lazım bilinməmişdir. 

Son iki əsrdə Azərbaycan ikiyə parçalanımş halda yaşamışdır. Şimali 

Azərbaycan  əvvəlcə  Rusiya,  sonra  isə  Sovet  imperiyası  tərkibində 

olmuşdur. Sovet hakimiyyəti illərində XEX-XX əsrlər tarixinin bir sıra 

probleminin  öyrənilməsi  qadağan  edilmişdi.  Belə  məsələlərə  1905- 

1906-cı  illərdə  azərbaycanlılann  ermənilər  tərəfindən  kütləvi  şəkildə 

qıniması,  milli-azadlıq  hərəkatı,  siyasi  partiyalar  və  təşkilatlann 

fəaliyyəti, qəzaların iqtisadi həyatının tədqiqi, Azərbaycan Cümhuriyyəti, 

1918-ci ilin mart soyqırımı və s. daxildir. Azərbaycanın XI rus ordusunun 

işğalçılığına qarşı çevrilmiş müqavimət hərəkatı, 20-ci illərdə baş vermiş 

üsyanlar,  20-30-cu  illərin  siyasi  repressiyalan,  sonrakı  dövrlərdə 

Azərbaycan SSR-in hüquqlarının daha da məhdudlaşdın İması və bir çox 

bu kimi başqa məsələlərin öyrənilməsi tamamilə yasaq edilmişdi. Heç də 

təsadüfi  deyildir  ki,  ulu  öndərimiz  H.Əliyev  1997-ci  ilin  yanvarında 

Respublika  Elmlər  Akademiyasının  müxbir  və  həqiqi  üzvləri,  eləcə  də 

akademiya institutlannın rəhbərləri ilə görüşündə Azərbaycanın XIX-XX 

əsrlər  tarixinin  dərindən  öyrənilməsini  tarixçilər  qarşısında  mühüm  bir 

vəzifə kimi qoymuşdur. Dərslik müəllifləri kitabda yuxarıda göstərilən və 

göstərilməyən  məsələlərə  məhz  bu  konteksdə,  müasir  tələblər 

baxımından yanaşmış və onlan hərtərəfli işıqlandırmağa çalışmışlar. 

Dərslikdə  respublikamızın  müstəqillik  qazanmasına  və  onun  bu 

dövrdəki  fəaliyyətinə  ayrıca  fəsil  həsr  edilmişdir.  Burada  mərhum 

Prezidentimiz H.Əliyevin hakimiyyətə qayıdışına, onun uğurlu daxili və 

xarici siyasətinə, eləcə də digər məsələlərin işıqlandırılmasına xüsusi fikir 

verilmişdir. 




Dərsliyin 

yazılmasında 

Azərbaycan 

tarixşünaslığımn 

nailiyyətlərindən  maksimum  istifadə  edilmişdir.  Hər  fəsil  üzrə  istifadə 

edilmiş ədəbiyyat siyahısı verildiyinə görə, girişdə bu əsərlərin adlannin 

sada-  lanmasına  lüzum  görmədik.  Siyahıda  başlıca  olaraq,  mühüm 

problemlərə həsr edilmiş əsərlərin adlan verilmişdir. Adlan bu siyahıya 

düşməmiş  müəlliflər  bizdən  inciməsinlər.  Əgər  XX  əsrin  tarixinə  həsr 

edilmiş bütün əsərləri kitabda verəsi olsaydıq, onda bu siyahı xeyli yer 

tutmuş  olardı.  Ona  görə  də  müəlliflər  fəsillərə  dair  ədəbiyyat  siyahısı 

tutarkən bu cəhəti nəzərə almışlar. 

Hər  bir  əsərdə  olduğu  kimi,  çox  güman  ki,  «XX  əsr  Azərbaycan 

tarixi» dərsliyinin U cildində də nöqsanlar tapılacaqdır. 

Bir  neçə  müəllif  tərəfindən  yazılmış  bu  dərslikdə  bütün  məsələlər 

heç  də  eyni  dərəcədə  verilə  bilməz.  Mövcud  tarixşünaslıq  indiki 

mərhələdə bir sıra problemin ətraflı şərhinə imkan vermir. Ümidvanq ki, 

dərsliyin  gələcək  nəşrlərində  gözdən  qaçmış  və  nisbətən  zəif  verilmiş 

bəzi hadisələrin əhatəli şəkildə yazılmasına xüsusi diqqət yetiriləcəkdir. 

Ali  məktəblər üçün  nəzərdə  tutulmuş  «XX  əsr  Azərbaycan  tarixi» 

dərsliyinin  bu  nəşrinə  dair  nöqsan  və  qeydlərini  müəlliflərə  çatdıran 

oxuculara dərslik müəllifləri əvvəlcədən öz mirmətdarhğım bildirirlər. 




I   F Ə S İ L  

ŞİMALİ AZƏRBAYCANIN XX ƏSRƏ 

DAXİL OLMASI 

§ 1. İqtisadiyyat və dünya iqtisadi böhranının 

ona təsiri. Neft sənayesində vəziyyət 

XX əsrin başlanğıcında Rusiya imperiyasında sənaye kapitalizminin 

inhisarçı mərhələsi dünya iqtisadi böhranı ilə bir araya düşdü. 

1900-


 

1903-cü  illərdə  Rusiya  imperiyasının  iqtisadiyyatı,  ilk  növbədə 

sənayesi, ağır böhrana düçar olmuşdu. Böhran Rusiyada özünü daha ağır 

şəkildə  büruzə  vermişdi,  ölkədə  3  mindən  artıq  sənaye  müəssisəsi 

bağlanmış,  iki  yüz  mindən  artıq  adam  işsiz  qalmışdı.  Böhran 

müstəmləkələrə,  o  cümlədən  Azərbaycan  iqtisadiyyatına  da  güclü  təsir 

göstərmişdi.  Neft  sənayesinin  bütün  sahələri  bu  təsirdən  sonra,  demək 

olar ki, bərpa oluna bilməmişdi. 

Bu  dö\Tdə  neft  sənayesində  yeni  te.xnikanın  tətbiqi  sahəsində  bir 

sıra irəliləyiş olmuşdu. Elektrik motorlan. daxili yanacaqh mühərriklər və 

qazla işləyən motorlar istismara verilmişdi. Elektrik eneıjisi ilə hərəkətə 

gətirilən maşmlann sayı 2.5 minə yaxın idi. 1911-ci ildə onlann sayı 3 

mini  keçmişdi.  Böhran  ərəfösində  Bakıda  iri  inhisar  birliklərinin 

mədənlərində hasilat sürətlə artırdı. Məsələn, rus burjuaziyası içərisindən 

çıxmış L.E.Nobelə məxsus olan «Nobel qardaşları» şirkəti 

1900-


 

cü ildə 192 milyon pud neft məhsulu satmış və il ərzində onun 

xalis  gəliri  6  milyon  manat  olmuşdu.  Mədənlərdə  hasilatın  artmasına 

baxmayaraq, daxili və xarici bazarlarda ona olan tələbat kəskin şəkildə 

azalmışdı. 1901-ci ilin yazında Bakıda yığılıb qalmış 163 milyon pud neft 

məhsullan  satış  üçün  əlverişli  məqam  gözləyirdi.  Qiymətlər  getdikcə 

aşağı  düşürdü.  İmperiyanın  yanacaq  balansında  neftin  xüsusi  çəkisinin 

yüksək  olmasını  və  neft  ixracının  artmasını  nəzərə  alan  hökumətin 

böhranın  qarşısını  almaq  üçün  gördüyü  födbirlərə  baxmayaraq,  böhran 

illərində neftin qiyməti üç dəfəyə yaxın aşağı düşmüşdü. 




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə