Guam demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzvü olan



Yüklə 69,48 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü69,48 Kb.
#12239


"GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzvü olan 

dövlətlərin   hökumətləri arasında beynəlxalq multimodal yük daşımaları haqqında" 

Sazişin təsdiq edilməsi barədə

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

 



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. 2007-ci il iyunun 19-da Bakı şəhərində GUAM - Demokratiya və İqtisadi   İnkişaf 



Naminə  Təşkilatın  2-ci  Zirvə  Toplantısında  imzalanmış  "GUAM  -  Demokratiya  və 

İqtisadi 

İnkişaf 

Naminə 


Təşkilatın 

üzvü 


olan 

dövlətlərin  hökumətləri   arasında  beynəlxalq  multimodal  yük  daşımaları  haqqında" 

Saziş təsdiq edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı şəhəri, 1 oktyabr 2007-ci il

 

             № 399-IIIQ



 

  

GUAM Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın

 

üzvü olan dövlətlərin hökumətləri arasında beynəlxalq

 

multimodal yük daşımaları haqqında

 

S A Z İ Ş

 

Bundan sonra "Tərəflər" adlandırılan Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - 



GUAM-ın (DİİT-GUAM) üzvü olan dövlətlərin hökumətləri,

 

beynəlxalq  yük  daşımalarının  DİİT-GUAM  üzv  dövlətləri  arasında  ticari-iqtisadi 



əlaqələrin məqsədyönlü inkişafına yardım edən vasitələrdən biri olduğunu etiraf edərək,

 

ətraf  mühitin  qorunması,  daşımaların  iqtisadi  səmərəliliyinin  yüksəldilməsi,  yanacaq-



enerji  resurslarının  istifadəsinin  azaldılması,  nəqliyyat  təhlükəsizliyinin  təmin  edilməsi, 

nəqliyyat  sisteminin  buraxılış  qabiliyyətinin  artırılması  məqsədilə  yüklərin  daşınması  üçün 

istifadə  edilən  nəqliyyat  növlərinin  seçimində  yük  sahibləri  üçün  alternativlərin 

yaradılmasının zəruriliyini dərk edərək,

 

beynəlxalq  yük  daşımalarının  həyata  keçirilməsi  üçün  multimodal  daşımaların  geniş 



seçim təklif etdiyinə əmin olaraq,

 

aşağıdakılar barədə razılığa gəldilər:



 

Maddə 1


 

Ümumi müddəalar

 

1.



       

Bu  Saziş  dəmir  yolu,  dəniz,  çay,  bərə  keçidi  və  avtomobil  nəqliyyatı nın  qarşılıqlı 

əlaqəsi ilə  multimodal  daşımalar  həyata  keçirən  nəqliyyat  təşkilatları,  multimodal daşımalar 

üzrə operatorlar, yükgöndərənlər, yükalanlar, yük sahibini təmsil edən digər hüquqi və fiziki 

şəxslər  arasında  münasibətləri  tənzimləyir,  daşımanın  hər  bir  iştirakçısının  hüquqlarını, 

vəzifələrini və məsuliyyətini müəyyən edir.

 



2.

       


Bu  Saziş  DİİT-GUAM  üzv  dövlətlərinin  iştirakçısı  olduqları  digər  beynəlxalq 

müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.

 

3.

       



Bu  Saziş  DİİT-GUAM  üzv  dövlətlərinin  ərazilərində  olan  göndərmə  və ya  təyinat 

məntəqələri  arasında  dəmir  yolu,  dəniz,  çay,  avtomobil  nəqliyyatından  istifadə  etməklə, 

Tərəflərin  birinin  dövlətinin  ərazisində  qeydə  alınmış daşıyıcılar  tərəfindən  Tərəflər  arasında 

və  onların  ərazilərindən  tranzitlə  həyata  keçirilən  beynəlxalq  multimodal  yük  daşımaları 

sahəsində tətbiq olunur.

 

M a d d ə   2



 

Təriflər

 

Bu Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaları daşıyır:



 

1.

       



"Multimodal daşımalar" - iki və ya daha artıq nəqliyyat növü ilə həyata keçirilən yük 

daşımalarıdır.

 

2.  "Multimodal  daşımaların  operatoru"  -  multimodal  daşımaları  həyata  keçirmək 



məqsədilə  öz  adından  yük  sahibi  (yükgöndərən)  və  nəqliyyat  təşkilatları  ilə  müqavilələr 

bağlayan və göstərilən daşımaların təşkilinə görə məsuliyyət daşıyan hər hansı bir hüquqi və ya 

fiziki şəxsdir.

 

3.  "Multimodal  daşıma  müqaviləsi"  -  multimodal  daşıma  üzrə  operator  və  ya  digər 



daşıyıcı  ilə  yük  sahibi  (ekspeditor)  arasında  yükün  iki  və  ya  daha  artıq  nəqliyyat  növü  ilə 

çatdırılmasına dair bağlanmış müqavilədir.

 

4.  "Multimodal  daşımalarda  nəqliyyat  vahidi"  -  multimodal  yük  daşımalarının  həyata 



keçirilməsində istifadə olunan nəqliyyat vasitələri və konteynerlərdir.

 

5. "Multimodal daşımalar üçün terminal" - multimodal daşımaların nəqliyyat vahidlərinin 



yüklənməsi  və  boşaldılması  və  nəqliyyat  növlərinin  dəyişdirilməsi  məntəqələrində  onların 

qısamüddətli saxlanması, eləcə də gömrük və digər nəzarət növləri və Tərəflərin dövlətlərinin 

milli  qanunvericiliklərinə  uyğun  olaraq  malların  və  nəqliyyat  vasitələrinin  rəsmiləşdirilməsi 

üçün zəruri olan binalar, tikililər, mühəndis-texniki vasitələr və kommunikasiyalar (dəmir yolu 

stansiyaları, avtoterminallar, dəniz, çay, aviasiya və avtomobil limanları, yük gömrük anbarları) 

kompleksinə malik olan ərazidir.

 

6. "Yükgöndərən"  - yüklərin yükalana çatdırılması məqsədilə onları digər şəxslərə və ya 



müəssisələrə  (daşımalar  üzrə  ekspeditor,  daşıyıcı  /operator)  təhvil  verilməsini  həyata  keçirən 

hər hansı bir hüquqi və ya fiziki şəxsdir.

 

7. "Yükalan" - çatdırılmış yükləri almağa səlahiyyəti olan şəxsdir.



 

8.  "Daşıyıcı"  -  operatorla  bağlanmış  daşıma  müqaviləsinə  əsasən  yüklərin  təyinat 

məntəqəsinə  çatdırılmasına  görə  üzərinə  öhdəlik  və  məsuliyyət  götürmüş,  yüklərin 

daşınmasını  və  onların  yükalana  və  ya  daşıma  müqaviləsində  göstərilmiş  digər  şəxsə  təhvil 

verilməsini  (ötürülməsini)  həyata  keçirən,  Tərəflərin  dövlətlərinin  ərazisində  qeydiyyata 

alınmış hüquqi və ya  fiziki şəxsdir.

 

9.  "Ekspeditor"  -  yük  daşımalarının  təşkil  olunması  və/və  ya  yükgöndərənin  tapşırığına 



əsasən müvafiq xidmətlərin göstərilməsini təmin edən vasitəçidir.

 

Maddə 3



 

Məqsədlər

 

1. Bu Sazişin məqsədləri aşağıdakılardır:



 

a)

      



DİİT-GUAM-a üzv olan dövlətlər arasında iqtisadi münasibətlərin, ticarət və nəqliyyat 

əlaqələrinin inkişaf etdirilməsi;

 



b)

      


multimodal 

yük 


daşımaları 

üzrə 


xidmətlərin 

göstərilməsinə 

lazımi 

şəraitin  yaradılması;



 

c)

      



multimodal  daşıma  müqaviləsinin  yerinə  yetirilməsi  zamanı  daşıyıcılara  və 

multimodal daşıma üzrə operatorlara dair vahid tələblərin müəyyənləşdirilməsi;

 

ç) yük daşımalarının iqtisadi səmərəliliyinin artırılması;



 

d)

      



hərəkətin  təhlükəsizliyinin,  yüklərin  toxunulmazlığının  və  ətraf  mühitin 

mühafizəsinin təmin edilməsi;

 

e)

   



ayrı-ayrı nəqliyyat növləri arasında eyni rəqabət mühitinin yaradılması;

 

ə) 



nəqliyyat 

siyasətinin, 

habelə 

nəqliyyat 



sahəsində 

hüquq 


normalarının uyğunlaşdırılmasının təmin edilməsi.

 

2. 



Multimodal 

daşımalar 

sahəsində 

yaranan 


münasibətlər 

Tərəflərin 

milli 

qanunvericiliyinə əsasən tənzimlənir. Tərəflərin səlahiyyətli orqanları beynəlxalq müqavilələrə, 



bu  Sazişə,  habelə  digər  normativ  hüquqi  aktlara  uyğun olaraq,  öz  səlahiyyətləri  daxilində 

hüquqi  və  fiziki  şəxslər  tərəfindən  icrası  məcburi  xarakter  daşıyan  dəmir  yolu,  çay,  dəniz, 

avtomobil  nəqliyyatı,  bərə əlaqələri  və  yük  terminallarının  iştirakı  ilə  multimodal  yük 

daşımaları  qaydalarını,  multimodal  daşımaların  həyata  keçirilməsi  zamanı  yarana  bilən 

münasibətləri tənzimləyəcək digər normativ hüquqi aktları qəbul edirlər.

 

M a d d ə   4



 

Multimodal yük daşımalarının təşkili

 

1.



       

Bu  Sazişlə  müəyyən  olunmadığı  hallarda  multimodal  yük  daşımalarının həyata 

keçirilməsi  qaydası,  bu  cür  daşımaları  tənzimləyən  beynəlxalq  hüquq normalarına  və 

Tərəflərin milli qanunvericiliyinə əsasən müəyyən edilir.

 

2.

       



Multimodal daşımalarda aşağıdakılar iştirak edə bilərlər:

 

 



 

a)

        



multimodal  daşımaların  müvafiq  əməliyyatlarının  yerinə  yetirilməsi  üçün  açıq 

olan dəmir yolu stansiyaları;

 

b)

   



dəniz və çay limanları (bundan sonra - limanlar);

 

 



 

c)

       



yük terminalları;

 

         ç) bərə kompleksləri;



 

d)

   



multimodal daşımalarda yük vahidlərinin daşınması üçün gəmilər.

 

3. Multimodal  daşımalar  üçün  terminallar  Tərəflərin  müvafiq  orqanları  tərəfindən 



müəyyən  edilir.  Tərəflərin  müvafiq  orqanları  terminalların  siyahısı  barədə  bir-birinə 

məlumatların verilməsini həyata keçirirlər.

 

Maddə 5


 

Multimodal daşıma üzrə operatorun hüquqları, vəzifələri və məsuliyyəti

 

1.



       

Multimodal  daşıma  üzrə  operator  qəbul  etdiyi  yükün  daşınmasının  təşkilini  təmin 

etməyə borcludur.

 

2.



       

Multimodal  daşıma  üzrə  operator  yükgöndərən  (yük  sahibi),  yükalan  və  daşıyıcı 

qarşısında Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

 

3.



       

Multimodal  daşımalar  sahəsində  sığortalanma  Tərəflərin  milli  qanunvericiliyinə 

uyğun olaraq həyata keçirilir.

 

Maddə 6



 

Yük sahibinin (yükgöndərənin) hüquqları, vəzifələri və məsuliyyəti

 



Yük  sahibinin  (yükgöndərənin)  və  yükalanın  hüquqları,  vəzifələri  və  məsuliyyəti 

Tərəflərin  iştirakçısı  olduğu  beynəlxalq  sazişlər  və  həmin  Tərəflərin milli  qanunvericiliyi  ilə 

müəyyən edilir.

 

Maddə 7



 

Mübahisələrin həll edilməsi

 

Bu  Sazişin  müddəalarının  şərhi  və  ya  tətbiqi  ilə  bağlı  yarana  bilən  hər hansı  bir  fikir 



ayrılığı  və  mübahisələr  Tərəflər  arasında  danışıqlar  və  məsləhətləşmələr  yolu  ilə  həll 

ediləcəkdir.

 

M a d d ə  8



 

Səlahiyyətli orqanlar

 

1.            Bu Sazişin həyata keçirilməsi çərçivəsində səlahiyyətli orqanlar aşağıdakılardır:



 

Gürcüstan tərəfindən - Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi;

 

Ukrayna tərəfindən - Ukraynanın Nəqliyyat və Kommunikasiya Nazirliyi;



 

Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi;

 

Moldova Respublikası tərəfindən - Moldova Respublikasının Nəqliyyat və Yol Təsərrüfatı 



Nazirliyi.

 

2.            Tərəflər müvafiq səlahiyyətli orqanın müəyyənləşdirilməsinə aid hər hansı bir 



dəyişiklik barədə bir-birini məlumatlandırmalıdırlar.

 

M a d d ə   9



 

Multimodal daşımaların dəstəklənməsi və stimullaşdırılması

 

1.



       

Multimodal  daşımaların  üstün  cəhətləri  nəzərə  alınmaqla,  Tərəflər  öz milli 

qanunvericiliklərinə  uyğun  olaraq,  bu  növ  daşımaların  dəstəklənməsi  istiqamətində 

təxirəsalınmaz tədbirlərin görülməsinə dair özlərinin dəmir yolu administrasiyaları, limanları, 

gəmiçilik  şirkətləri,  avtonəqliyyat  müəssisələri və  multimodal  daşımalar  üzrə  operatorlar 

arasında razılıq əldə edilməsi istiqamətində lazımi tədbirlər görürlər.

 

2.

       



Tərəflər  özlərinin  milli  qanunvericiliyinə  əsasən,  nəqliyyat  müəssisələri  və 

multimodal  daşımalar  üzrə  operatorlar  tərəfindən  dəmir  yolu,  avtomobil,  çay  və  dəniz 

nəqliyyatı  ilə  həyata  keçirilən  multimodal  daşımaların  stimullaşdırılmasına,  inkişafına  və 

rəqabət qabiliyyətinin artırılmasına kömək göstərirlər.

 

3.

       



Tərəflər 

multimodal 

daşımaların 

həyata 


keçirilməsində 

istifadə 

olunan infrastrukturun  inkişafı  məqsədilə  özlərinin  dəmir  yolu  və  avtomobil  müəssisələrinə, 

habelə limanlarına lazımi dəstək və kömək göstərirlər.

 

4.

       



Tərəflər özlərinin milli qanunvericiliyinə əsasən multimodal daşıma zamanı yüklərin 

sərhəddə  yoxlanılması  prosesinin  tezləşdirilməsi  üçün  zəruri tədbirlər  görür,  həmçinin 

multimodal  daşımaların  gömrük  rəsmiləşdirilməsinin  sərhəd  keçid  məntəqələrindən 

multimodal daşıma terminallarına keçirilməsinə yardım edirlər.

 

5.

   



Tərəflər  beynəlxalq  multimodal  daşımaların  inkişaf  etdirilməsi  üçün  əlverişli  şəraitin 

yaradılması məqsədilə qarşılıqlı əməkdaşlıq edir və bir-birlərinə yardım göstərirlər.

 

6. Tərəflərin müvafiq dövlət orqanları bu Sazişin yerinə yetirilməsinə və tətbiqinə, habelə 



multimodal daşımalara dair məlumatların qarşılıqlı mübadiləsinə kömək göstərirlər.

 

7.  Tərəflər  multimodal  daşıma  terminallarında  yüklərin  daşınması  və  emal  edilməsinə 



dair razılaşdırılmış tarif siyasətinin həyata keçirilməsinə lazımi şərait yaradırlar.

 

 



 


Maddə 10 

Fövqəladə hallar 

Multimodal  daşımalar  zamanı  fövqəladə  hallar  yarandıqda,  Tərəflər  ölkələrinin  milli 

qanunvericiliyinə  müvafiq  qaydada  tədbirlər  görəcəklər.  Tərəflər  yaranmış  fövqəladə  hallar 

barədə dərhal bir-birini məlumatlandırır və daşımaların yerinə yetirilməsi üçün təxirəsalınmaz 

tədbirlərin görülməsi istiqamətində qərarlar qəbul edirlər.

 

M a d d ə   1 1



 

Əlavə və düzəlişlərin edilməsi

 

Bu Sazişə  istənilən  düzəliş  və  əlavələrin  edilməsi  Tərəflərin  qarşılıqlı  razılığı  əsasında 



Protokol  tərtib  edilməklə  rəsmiləşdirilir.  Tərtib  olunmuş  Protokol  bu  Sazişin  ayrılmaz  tərkib 

hissəsi olaraq, bu Sazişin 12-ci maddəsinə uyğun olaraq qüvvəyə minir.

 

M a d d ə   1 2



 

Qüvvəyə minmə

 

Bu  Saziş  onun  qüvvəyə  minməsi  üçün  zəruri  olan  dövlətdaxili  prosedurların  yerinə 



yetirilməsi  barədə  Tərəflərin  diplomatik  kanallarla  sonuncu  yazılı bildirişinin  Depozitariyə 

təqdim  edildiyi  tarixdən  30  (otuz)  gün  sonra  qüvvəyə  minir.  Depozitari  Sazişin  qüvvəyə 

minməsi barədə Tərəfləri məlumatlandırır.

 

M a d d ə   1 3



 

Sazişə qoşulma

 

1.



       

Bu  Saziş  Depozitarinin  bütün  Tərəflərdən  diplomatik  kanallar  vasitəsilə  aldığı  razılıq 

əsasında istənilən dövlətin ona qoşulması üçün açıqdır.

 

2.



       

Bu  Sazişə  qoşulan  dövlət  üçün  Saziş,  onun  qoşulması  və  bütün  dövlətdaxili 

prosedurların  yerinə  yetirilməsi  barədə  sənədin  Depozitariyə  təqdim  edildiyi  tarixdən  30 

(otuz)  gün  sonra  qüvvəyə  minir.  Sazişə  qoşulan  dövlət Depozitarini  öz  səlahiyyətli  orqanı 

haqqında məlumatlandırır.

 

Ma d d ə  14



 

Sazişin qüvvədə olma müddəti

 

1.



       

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.

 

2.

    



Tərəflərdən  hər  hansı  biri  diplomatik  kanallarla  Depozitariyə  yazılı  bildiriş 

göndərməklə bu Sazişin qüvvəsini ləğv edə bilər. Bu cür ləğvetmə Depozitari tərəfindən yazılı 

bildirişin alındığı tarixdən 6 (altı) ay sonra qüvvəyə minir.

 

 



M a d d ə   1 5

 

Sazişin Depozitarisi

 

1.

 



Bu Sazişin Depozitarisi DİİT-GUAM-ın Katibliyidir.

 

2.



       

Depozitari Tərəflərə Sazişin təsdiq edilmiş nüsxələrini təqdim edir. Depozitari Tərəflərə 

bu  Sazişə  hər  hansı digər dövlətin  qoşulması,  hər  hansı  Tərəfin  və  ya  bütün  Tərəflərin  Sazişi 

ləğv etməsi barədə məlumatı verir.

 

2007-ci il 19 iyun tarixində Bakı şəhərində rus dilində bir nüsxədə imzalanmışdır.



 


Azərbaycan Respublikası                                                                                             Moldova Respublikası

 

Hökuməti adından                                                                                                        Hökuməti adından

 

(imza)                                                                                                                           (imza)

 

Gürcüstan                                                                                                            Ukrayna Nazirlər Kabineti

 

Hökuməti adından                                                                                                                    adından

 

(imza)                                                                                                                                (imza)



 

  

 



Yüklə 69,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə