Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

 
65 
daşınır. Ölkənin keçmiş balıqçı  məntəqələrində yeni limanlar 
tikilmiş, köhnə limanlarda isə yenidənqurma işləri aparılmışdır. 
Ölkənin  ən iri portları Abu-Dabi, Min ər-Rəşid və  Cəbəl-
Əlidir. Bu portların inkişafına və  təkmilləşdirilməsinə, yükləmə-
boşaltma avadanlıqlarının alınmasına 100 minlərlə vəsait sərf edilir. 
Min  ər-Rəşid və  Cəbəl-Əli portlarının həm də tranzit əhəmiyyəti 
vardır. Körpülərin sayına görə (102) hər ikisi dünyanın ən iri portları 
sırasına daxildir. Bu portlar dünyanın 120-dən artıq ölkəsi ilə 
müntəzəm gəmi yolu xəttinə malikdir. 2005-ci ildə Min ər-Rəşid və 
Cəbəl-Əli portları birlikdə  təqribən 5,5 min gəmi qəbul etmişdi. 
Ölkədə birinci yer tutan Min ər-Rəşid portunun yük dövriyyəsi ildə 
15 mln. tonu ötüb keçmişdir. Dubayda iri tankerlərin təmiri 
müəssisəsi fəaliyyət göstərir. 
Ölkədə neft və qaz yataqlarını portlarla, neftemalı  və 
mayeləşdirilmiş  təbii qaz istehsal edən müəssisələrlə  və  həmin 
müəssisələri  şəhərlərlə birləşdirən ümumi uzunluğu 2000 km-dən 
artıq olan onlarca boru kəmərləri çəkilmişdir. 
Daxili yük daşınmasında avtomabil nəqliyyatının rolu getdikcə 
artır. Federasiyanın tərkibinə daxil olan əmirliklərin paytaxt şəhərləri 
bir-birilə yüksək keyfiyyətli avtomobil magistralları ilə 
birləşdirilmişdir. Avtomobil yollarını ümumi uzunluğu 500 min km-
dən artıqdır. Ölkədə dəmir yolu yoxdur. 
BƏƏ-də beynəlxalq  əhəmiyyətli bir neçə hava limanı vardır. 
Abu-Dabi, Dubay və Şərcanın hava limanları ildə təxminən bir neçə 
mln. sərnişinə xidmət edir. Yerli əhəmiyyətli təyyarə meydanları 
əsasən  İngiltərəyə  məxsus olan keçmiş  hərbi hava bazalarında 
yaradılmışdır.  Əmirliklər hava nəqliyyatı vasitəsilə qonşu  Ərəb 
ölkələri, həmçinin London, Beyrut, Tehran, Bakı, Moskva, Qahirə və 
digər şəhərlərlə müntəzəm əlaqə saxlayırlar. 
Xarici ticarət. BƏƏ-nin başlıca ixracat məhsulları neft və ya 
mayeləşdirilmiş qaz, alüminium, sement, gübrə, xurma, mirvari və 
tütündür.  İdxalatının  əksər hissəsini maşın və avadanlıq, nəqliyyat 
vasitələri, yarımfabrikatlar, tikinti materialları, həm də əhali arasında 
geniş istehlak xarakteri daşıyan sənaye və  ərzaq məhsulları  təşkil 
edir. Ölkənin ticarətində, xüsusilə geri ixracın əhəmiyyəti böyükdür. 
Geri ixracın 75 faizi Səudiyyə Ərəbistanı, Qətər, Ürdün və Bəhreynə 
istiqamətləndirilir. Bu ölkələrə başlıca olaraq minik və yük 
avtomobilləri, tütün məmulatları, qaz turbinləri, qaldırıcı və yükləmə-
 
66
boşaltma mexanizmləri daşınır. 
Əmirliklərin xarici ticarətinin 45 faizi neft və neft 
məhsullarının payına düşür. Ölkənin ixrac etdiyi məmulatların dəyəri 
1993-cü ildəki, 23,6 mlrd. ABŞ dollarından 2005-ci ildə təqribən 60,0 
mlrd. dollara qədər artmışdır.  İxracatda Yaponiya (29.1 faiz), Koreya 
Respublikası (14,2 faiz), Hindistan (5,4 faiz), Oman (3,7 faiz), İran 
(2,2 faiz) kimi ölkələr üstünlük təşkil edir. 
İxrac olunan məmulatların dəyəri artdığı kimi idxal olunan 
məmulatların da dəyəri artır. Məsələn, 1999-cu ildə idxalatın dəyəri 
27,5 mlrd. olduğu halda, 2004-cü ildə bu rəqəm 33,1 mlrd. dollara 
çatmışdır. 
Ölkənin idxal-ixrac əməliyyatlarında ABŞ (6,9 faiz), Almaniya 
(6,7 faiz), Yaponiya (6,5 faiz), Fransa (6,3 faiz), Çin (6,1 faiz), Böyük 
Britaniya (5,9 faiz), Koreya Respublikası (5,5 faiz) ilə  əməkdaşlıq 
daha sıxdır. 
BƏƏ-nin dünya ölkələri ilə iqtisadi əlaqələrinin mühüm 
forması xarici ölkələrə böyük miqdarda kapital qoyuluşudur. Bütün 
bunlar da ölkəyə  gəlir gətirir. Bununla yanaşı 1971-ci ildə Abu-
Dabidə yaradılmış  Ərəb  İqtisadi  İnkişaf fondu adlanan təşkilatda 
BƏƏ  fəal iştirak edir. Bu fonddan Asiya və Afrikanın müxtəlif 
ölkələrinə göstərilən köməkliklər bir neçə mlrd. dolları ötüb 
keçmişdir. Ölkənin pul vahidi federal dirhəmdir. 
Maliyyə sistemi. Federasiyanın yaranmasına qədər onun 
tərkibinə daxil olan Əmirliklərin maliyyə sistemi 
müəyyənləşdirilməmişdi.  Əmirliklərin xəzinəsinin o vaxtkı 
mədaxilini  əhalidən yığılan vergi, töycü, gömrük haqqı, nadir 
hallarda isə Böyük Britaniya hökuməti tərəfindən verilən vəsait təşkil 
edirdi. Bu vəsaiti isə  əmirliklərin hakimləri istədikləri kimi 
xərcləyirdilər. 
Keçmiş Müqaviləli Oman şeyxlərinin milli valyutaları yox idi. 
Burada pul vahidi kimi hind rupisindən istfadə olunurdu. Kağız pul-
lar da Böyük Britaniyanın Şərqi Ərəbistan protektoratları üçün xüsusi 
buraxılışını sübut edən nişanə qoyulurdu. Pul dövriyyəsində 
Səudiyyə rialı, İraq rialı, ingilis funt sterlinqi, ABŞ dolları və s.-dən 
istifadə edirdilər. 1959-cu ildə Hindistanın milli Bankında Böyük 
Britaniyanın Şərqi Ərəbistan protektoratları üçün «Qalf rupi» xüsusi 
pul vahidi buraxılmışdır. 
1969-cu ildə hind rupisinin və onun ardınca «Qalf rupinin» de-


 
67 
valvasiyası ilə  əlaqədar Müqaviləli Omanın  şeyxləri bu valyutadan 
imtina etmişdi və «Qalf rupi» Səudiyyə  Ərəbistanı rialı ilə  əvəz ol-
undu. Təqribən 2 ildən sonra aydın oldu ki, bu valyutadan istifadə 
edilməsi Əmirliklərdə Səudiyyə Ərəbistanının mövqeyini gücləndirir. 
Elə buna görə  də ingilis müdiriyyətinin təkidi ilə  Səudiyyə rialı 
dövriyyədən yığıldı  və yeni pul vahidinə keçildi. Yeni pul vahidi 
Qətər və Dubay rialı adlanırdı. Adından göründüyü kimi bu pul, həm 
Qətər rialından fərqlənirdi, həm də o vaxtlar Müqaviləli Oman 
şeyxləri arasında Dubayın ticarət – maliyyə  mərkəzi kimi rolunun 
yüksək olduğunu göstərirdi. Müqaviləli Omanın tərkibinə daxil olan 
əmirliklərin bütün maliyyə sisteminə əvvəllər olduğu kimi «Britiş of 
Midl İst» şirkəti rəhbərlik edirdi. 
1971-ci ildə federasiyanın yaradılmasından sonra əmirliklər 
ümumi pul vahidinin qəbul edilməsi barədə razılığa gəlmişlər. 
Dirhəm federasiyanın yeni pul vahididir. O, 1973-cü ilin 18 mayında 
dövriyyəyə buraxılmışdır. 
Neftdən əldə edilən gəlirlərin getdikcə artması, milli iqtisadiy-
yatın inkişafı, yerli əhalinin gəlirinin, həm də daxili yük 
dövriyyəsinin və xidmət sahələrinin genişlənməsi ilə əlaqədar ölkədə 
pul kütləsi getdikcə çoxalır. Ölkə daxilində kağız pul kütləsi nə qədər 
çoxalsa da, eyni zamanda BƏƏ-nin milli bankının hesabında olan 
xarici valyuta və qızılın artması dirhəmin alıcılıq qabiliyyətinin sabit 
saxlanılmasına imkan verir. 
Federasiyada  ən iri banklar Dubay əmirliyindədir. Onun fed-
erasiyada iri maliyyə mərkəzinə çevrilməsi heç də  təsadüfi deyildir. 
Bu  əmirlik 10 illərlə keçmiş Müqaviləli Omanda ticarət, ticarət-
nəqliyyat və maliyyə mərkəzi olmuşdur. Əmirliyin maliyyə fəaliyyəti 
«neft çiçəklənməsi» dövründə daha da güclənmişdir. Abu-Dabinin 
digər əmirliklərə nisbətən «neft dollarlarına» daha tez nail olmasına 
baxmayaraq, burada maliyyə fəaliyyəti ləng getmişdir. 
 1980-ci  ildə Abu-Dabi və Dubay əmirləri neftdən  əldə 
etdikləri gəlirin 50 faizini federal büdcəyə keçirəcəkləri barədə öz 
aralarında müqavilə imzalamışlar. Bu addım, federasiya iqtisadi 
inteqrasiyanın güclənməsi üçün Dubayın siyasətində əsaslı dəyişiklik 
idi. Bununla da federasiyanın 2 ən iri əmirliyi arasında uzun müddət 
davam edən başlıca ziddiyyət aradan qaldırılmış oldu. Hazırda 
ölkənin ümumi xərclərinin 1/4 federal büdcədən keçir. Federal büdcə 
gəlirinin 85 faizini ölkədə başlıca mövqe tutan və federasiya 
 
68
əhalisinin yarıdan çoxu cəmləşən Abu-Dabi və Dubay əmirliklərinin 
payına düşür. 
 Federal büdcənin yarıya qədəri cari xərclərə və sosial-iqtisadi 
inkişafa sərf edilir. Büdcənin hər il 20 faizə qədəri ölkənin müdafiə 
əhəmiyyəti daşıyan silahlı  və  hərbi polis qüvvəllərinin ehtiyacları 
üçün xərclənir. Müstəqillik  əldə etdikdən sonra nisbətən iri 
əmirliklərin bir neçə il federal ordu ilə yanaşı xüsusi orduları mövcud 
olmuşdur. Həmin ordularda xidmət edən hərbi qulluqçuların geyim 
formaları da müxtəlif idi. Federasiyanın bütün sahələrdə, o cümlədən 
hərbi sahədə  də inteqrasiyanın güclənməsi ilə  əlaqədar 1976-cı ildə 
əmirliklərin silahlı qüvvəlləri (quru, hərbi hava və hərbi dəniz) vahid 
orduda birləşmişdir. 
 Hərbi xərclərin böyük bir hissəsi silah, hərbi texnika alın-
masına, müdafiə  və  təhlükəsizlik qüvvəllərinin təşkilinə  sərf edilir. 
Qərb ölkələrindən alınan silahlar hesabına, ölkə özünün müasir hərbi 
texnika ilə təchiz olunmuş silahlı qüvvəllərini yarada bilmişdir. 
 
 
 FƏLƏSTİN MUXTARİYYƏTİ 
 
Coğrafi mövqe.  Fələstin Aralıq dənizi hövzəsinin  şərqində 
yerləşir. Sahəsi iki ayrıca hissədən ibarətdir: Urdun çayının Qərb sa-
hili (ərazisi 5,9 min kv.km). Qəzza sektoru [sahəsi 0,4 min kv.km] və 
Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah 
və Xevron şəhərləri yerləşir. Bu hissə üç tərəfdən: şimalda, qərbdə və 
cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu - 307 km), şərqdə 
isə Urdun ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km). 
Qəzza sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur. 
(sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir. 
(sərhədin uzunluğu – 11 km), şərqdə isə  İsraillə qonşuluqdadır. 
(sərhədin uzunluğu 51 km). 
Əhali. 2005-ci ilin ortalarına olan məlumatlara görə  Qərb sa-
hili ərazisində 2,5 mln nəfər yerli əhali yaşayırdı. Bundan əlavə Qərb 
sahildə  təqribən 200 min, Şərqi Qütsdə isə 190 minə yaxın israilli 
məskunlaşmışdır. Qəzza sektorunda 2005-ci ildə 1,4 mln. nəfər yerli 
sakin və 5 mindən çox İsrail vətəndaşları  məskunlaşmışdır. 2005-ci 
ilin avqust ayından  İsrail hökuməti Qəzza zolağına köçürülənləri 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə