Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

 
61 
əmirliklər qısa tarixi müddətdə «neft hay-küyünün» bəhrəsindən 
məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı 
sürətdə dəyişdirə bilmişlər. Ölkə, tikintisi böyük vəsait tələb edən iri 
infrastruktur sahələrini və sənaye müəssisələrinin çoxunu «neft hay-
küyü» dövründə yarada bilmişdir. 1970-ci illərin «neft dollarları 
yağışı» dövründə neft çıxaran digər ölkələrdən fərqli olaraq 
əmirliklərdə lazımsız, lakin «nüfuzlu» obyektlərin, yəni «neft 
erasının piramidası» kimi obyektlərin tikintisinə 
vəsait 
ayrılmamışdır. Burada başlıca olaraq «XXI əsrə sıçrayış» üçün start 
meydançasına çevrilə bilən  əsası  və uzunmüddətli müəssisələrin 
tikintisinə kapital qoyulmuşdur. 
Neft-qaz və onunla əlaqədar olan neft-kimya sənaye 
sahələrinin inkişafına  əsaslanan BƏƏ  qısa müddətdə ölkə 
iqtisadiyyatının təməlini qomuşdur. Ən müasir texnika və avadanlıqla 
təchiz olunmuş neftemalı  və neft-kimya müəssisələri, aliminium, 
sement zavodları, təbii  şəkildə  və neftlə yanaşı  çıxarılan qazların 
mayeləşdirilməsi üzrə müəssisələr, su təmizləyici qurğular, elektrik 
stansiyaları, polad əridən zavodlar, mineral gübrə, yuyucu maddələr 
və s. istehsal edən müəssisələr tikilmiş  və istifadəyə verilmişdir. 
Yüngül və yeyinti sənaye sahələri də sürətlə inkişaf edir. Sənaye 
sahələrinin inkişafı ilə yanaşı, səhrada kənd təsərrüfatı plantasiyaları, 
heyvandarlıq fermaları yaradılmış, geniş avtomobil magistralları 
salınmış, dəniz və hava limanları tikilmişdir. 
BƏƏ-nin milli iqtisadiyyatının özünəməxsus səciyyəvi 
xüsusiyyəti vardır. Bu xüsusiyyət inkişaf etməkdə olan, xüsusilə neft 
və digər xammal ixrac edən ölkələr üçün xarakterikdir. Ümumdaxili 
məhsulun strukturunda 51 faiz sənayenin, 45 faiz xidmət sahələrinin, 
4 faiz isə kənd təsərrüfatının payına düşür. 
Sənayenin aparıcı sahələri. BƏƏ-nin təsərrüfatında milli 
gəlirin 80 faizdən artığı neft və qaz sənayesinin, qalanları isə digər 
sənaye sahələrinin payına düşür. Neft axtarışı və çıxarılması ilə xarici 
şirkətlər məşğul olur. Onların fəaliyyətinə  əmirliklərin dövlət 
şirkətləri nəzarət edir. 
Ölkənin milli sərvəti sayılan neftin aşkar edilmiş ehtiyatı 2005-
ci ilin məlumatlarına  əsasən təqribən 12,95 mlrd. ton və ya dünya 
neft ehtiyatının 10 faizini təşkil edir. Əgər ölkədə indiki həcmədə 
neft və qaz çıxarılsa bu ehtiyatlar XXII əsrin  əvvəllərinə  qədər 
kifayət edər. Neft ehtiyatları başlıca olaraq Dubay və Abu-Dabi 
 
62
əmirliyində cəmlənmişdir. Ölkədə hər il 65-70 mln. ton neft çıxarılır. 
Neft hasilatının 95 faizi iki əmirliyin Abu-Dabi (75 faiz) və Dubayın 
(20 faiz) payına düşür. Neft ixracatından əldə edilən gəlir onun dünya 
bazarındakı qiymətlərindən asılı olaraq dəyişir. Ölkədə ümumi gücü 
ildə 11 mln. tondan artıq olan neftemalı müəssisəsi fəaliyyət göstərir. 
Birləşmiş Ərəb Əmirlikləri OPEK-in (neft ixrac edən ölkələrin 
təşkilatı) digər üzvləri kimi neft ehtiyatlarından səmərəli istifadə edir. 
Çıxarılan neftin dünya bazarı tələbatından artıq olmaması məqsədi ilə 
OPEK neft hasil edən hər bir ölkə üçün norma (kvota) 
müəyyənləşdirir. 
Abu-Dabi, Dubay və digər  əmirliklərdə neftlə yanaşı  təbii 
qazda çıxarılır (ehtiyatı 5,3 trln. kub.m). Neft-qaz və onunla bağlı 
olan neft-kimya sənayesinin inkişafı ilə  əlaqədar  əmirliklərdə iri və 
müasir texniki tələbatlara cavab verən müəssisələr istifadəyə 
verilmişdir. Məsələn, Abu-Dabi əmirliyinin Umm-əl-Nar adasında 
neftemalı zavodu, Das adasında mayeləşdirilmiş qaz istehsal edən 
kompleks tikilmişdir. Dubay və  Şərca  əmirliklərində  də müvafiq 
olaraq neftemalı  və mayeləşdirilmiş qaz istehsal edən müəssisələr 
yaradılmışdır. Ölkənin digər şəhərlərində də neft və qaz ilə əlaqədar 
müxtəlif sənaye sahələri fəaliyyət göstərir. 
Ölkədə əmək qabiliyyəti olan adamların təqribən 50 faizi neft-
qaz sektorunda və ya həmin sektora xidmət sahələrində çalışır. 
Dubay əmirliyindəki alüminium zavodu (illik istehsal gücü 600 min 
ton) istehsal etdiyi məhsulun, demək olar ki, hamısını Yaponiyaya və 
digər ölkələrə ixrac edir. 2005-ci ildə ölkədə  fəaliyyət göstərən 10 
sement zavodu (Abu-Dabi, Dubay, əl-Ayn, Rəs  əl-Heymə  və digər 
şəhərlərdə) birlikdə 7 mln. ton məhsul istehsal etmişdir. Onun 4 mln. 
tonu ölkənin tələbatına, qalanı isə Küveytin İraq ilə münaqişəsi 
zamanı dağılmış binalarının, infrastruktur obyektlərinin və 
müəssisələrinin bərpası üçün sərf edilmişdir. 
Ölkədə fəaliyyət göstərən istilik elektrik stansiyalarında hər il 
təqribən 20-21 mlrd. saat elektrik enerjisi istehsal edilir. Bu da 
ölkənin tələbatını tam ödəyir. 
Ölkədə dövlət bölməsinə  məxsus istehsal ilə yanaşı xüsusi 
bölməyə aid olan milli sənaye sahələri (sement, yeyinti, toxuculuq, 
kağız-selliloz və s.) də inkişaf etdirilir. Yeyinti sənayesində başlıca 
yeri sərinləşdirici içkilər, balıq konservi, un istehsalı tutur. Kustar 
sənətkarlıq, əsas etibarilə xalçaçılıq, yun parça toxuculuğu, zərgərlik 


 
63 
və gümüş üzərində döymə (naxışsalma) inkişaf etmişdir. 
Ölkədə iki iri sənaye bölgəsi: Rusvaye (Abu-Dabidə) və Cəbəl-
Əli (Dubayda) formalaşmışdır. 1985-ci ildə Dubayın 35 km-dəki, 
Cəbəl-Əli bölgəsində sahəsi 100 kv. km olan «Azad iqtisadi zona» 
yaradılmışdır. Bu bölgədə 180-dən artıq orta və kiçik müəssisə 
vardır. Bunların da əksəriyyəti xüsusi bölməyə (ABŞ, Yaponiya) 
məxsusdur. Cəbəl-Əli bölgəsində yüngül sənaye müəssisələri 
(toxuculuq və tikiş) üstünlük təşkil edir. Cəbəl-Əli liamının müasir 
səviyyədə təchizatı, qiymətlərin, o cümlədən su və enerji təminatının 
ucuzluğu, fəhlə qüvvəsinin bolluğu «Azad iqtisadi zonanın»  əsas 
üstünlüyüdür. 
Cəbəl-Əli «Azad İqtisadi zonasının» (AİZ) ixtisaslaşmasında 
ticarət-kommersiya  əməliyyatları (74 faiz), sənaye (22 faiz) və 
xidmət sahələri üstünlük təşkil edir. Cəbəl-Əli AİZ-nın qısa 
müddətdə  əldə etdiyi nailiyyətlər BƏƏ hökumətini yeni AİZ-lar 
yaratmağa sövq edir. İndii ölkədə 9 AİZ fəaliyyət göstərir. Bu gös-
təriciyə görə o, Ərəb ölkələri sırasında birinci yeri tutur. 
Kənd təsərrüfatının aparıcı sahələri. Ölkədə ekstremal təbii 
şərait, ilk növbədə su ehtiyatları  cəhətdən kasadlıq  əkinçilik və 
heyvandarlığın inkişafını uzun müddət ləngitmişdir. Son illər 
şəhərlərə sürətli axın ilə əlaqədar kənd təsərrüfatı bölgələrində əhali 
olduqca seyrəlmişdir. 1980-ci illərin  əvvəllərindən etibarən dövlət 
tərəfindən aparılan tədbirlər sayəsində  kənd təsərrüfatında yararlı 
torpaq sahələri və ərzaq məhsulları istehsalı getdikcə artır. 
Ölkədə becərilən torpaqların sahəsi 1980-ci ildə 4,3 min 
hektardan XXI əsrin əvvəllərində 40 min hektara qədər artırılmışdır. 
Kənd təsərrüfatına zəruri olan təbii su mənbələrinin olmaması ilə 
əlaqədar, ölkədə tikilmiş 22 sutəmizləyici qurğunun çoxu əkin 
sahələrinin suvarılmasına xidmət edir. Dövlət, kənd təsərrüfatının 
inkişaf etdirilməsi üçün fermerlərə pulsuz torpaq sahəsi ilə yanaşı 
təsərrüfata lazım olan bütün texnikanı, gübrələri və s. verir. Hətta ilk 
vaxtlar təsərrüfatın təşkili üçün fermerlərin iki köməkçisinin ikiillik 
əmək haqqının ödənilməsini də öz üzərinə götürür. 
Ölkədə  əsasən yüksək dərəcədə avtomatlaşdırılmış broyler, 
süni iqlim yarada bilən mexaniki qurğularla təchiz edilmiş südçülük 
təsərrüfatı  və istixanalarda tərəvəzçiliklə  məşğul olan təsərrüfatların 
inkişafına daha çox fikir verilir. 
Şərca, Rəs  əl-Heymə  və Umm əl-Qayveyndə vahə  əkinçiliyi 
 
64
mövcuddur. Abu-Dabinin Büreym vahəsi kənd təsərrüfatının inkişafı 
üçün olduqca əlverişlidir. Son illər yeraltı sulardan istifadə etməklə 
burada kənd təsərrüfatı məhsulları istehsalı bir neçə dəfə artırılmışdır. 
Bu vahədə taxılçılıq və heyvandarlıq ilə yanaşı xurma 
plantasiyalarının, üzüm, sitrus meyvələri və  tərəvəz  əkini sahələri 
xeyli genişləndirilmişdir. Vahədə yetişdirilən çiyələk Avropa 
bazarlarında müvəffəqiyyətlə satılır. Füceyrə və Şərca əmirliklərində 
ənənəvi kənd təsərrüfatı  məhsulları ilə yanaşı yüksək keyfiyyətli 
tütün də becərilir. Son zamanlar gülçülüyə diqqət artırılır. Ölkədə 
getdikcə iri təsərrüfatlar formalaşır. 
BƏƏ-nin dağlıq  ərazilərində qoyun-keçi, Rəs  əl-Heymədə 
qara-mal saxlanılır. Sahil bölgələrdə isə balıq və mirvari ovlanılır. 
Kənd təsərrüfatı  məhsullarının ümumi illik yığımı 900 min t. 
çatmışdır. Onun 500 min t. tərəvəz (pomidor, soğan, gül kələm, şirin 
kartof, badımcan, xiyar və s.). 400 min t. isə meyvə təşkil edir. İldə 
orta hesabla 50 min t. çox ət, süd və quş əti istehsal edilir, 70 min t. 
artıq balıq ovlanır. BƏƏ-nin kənd təsərrüfatı  əhalinin tərəvəzə olan 
tələbatını tam təmin edir. Taxıl və  ət məhsullarına olan tələbatın isə 
hələ ki böyük hissəsi idxal hesabına ödənilir. 
Ölkə  həqiqətən «neft hay-küyü» dövründə bağ-bağçaya 
çevrilmişdir. Burada ağac  əkini hər hansı bir Avropa ölkəsində oldu-
ğundan çoxdur. İndi, demək olar ki, elə bir meyvə və tərəvəz yoxdur 
ki, BƏƏ-də yetişdirilməsin. Müstəqillik  əldə olunduqdan sonra 
əmirliklərdə 150 mln. ağac və 30 mln. xurma palması əkilmişdir. 
Turizm son illərdə ölkə iqtisadiyyatın mühüm əhəmiyyət kəsb 
etməyə başlamışdır. Əmirliklərdə turistlərə xidmət göstərən 300-dən 
artıq (o cümlədən yüksək səviyyəli) otel fəaliyyət göstərir. Ölkəyə 
hər il 3 mln. nəfərdən artıq turist gəlir. Xarici turizmdən 2,2 mlrd. 
ABŞ dolları  gəlir  əldə edilmişdir (2005). Turizmin işgüzar və digər 
növləri inkişaf etdirilir. 
Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. 1960-cı illərin 
axırlarına qədər BƏƏ-də yeganə rabitə vasitəsi kabotaj gəmiçiliyi 
(bir ölkənin limanları arasında daşınan yüklər) və qoşqu nəqliyyatı 
idi. Başqa sahələrdə olduğu kimi «neft hay-küyü» dövründə bu 
sahədə  də  əsaslı  dəyişikliklər edilmişdir. Xüsusilə xaricə yük 
daşınmasında başlıca rol oynayan dəniz nəqliyyatı sürətlə inkişaf 
etdirilmişdir. 2005-ci ildə  əmirliklərin ticarət donanmasında irili-
xırdalı 60-a qədər gəmi olsa da yüklərin əsas hissəsi xarici gəmilərlə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə