Problemin müasir vəziyyəti



Yüklə 199,91 Kb.
səhifə1/3
tarix30.12.2023
ölçüsü199,91 Kb.
#164042
  1   2   3
rustem


Problemin müasir vəziyyəti: Neft və qazın istismarında istifadə olunan avadanlıqlar günbəgün yenilənir. Bu inkişafı təmin edənlərdən biri də neft – mədən avadanlıqlarıdır. Hal – hazırda ölkəmizdə və dünyada neft-qaz sənayesi yüksək sürətlə inkişaf etməkdədir.
Müasir zamanda bir çox yeni avadanlıqların icad edilməsinə baxmayaraq, bəzi avadanlıqlar var ki, onlar hələ də istismardadı və öz işini yetərincə görə bilir. Belə avadanlıqlardan biri də, fırlanğıcdır. Günümüzdə bir çox bu cür avadanlıqlar istifadə olunur ki, onlar da, bir müddət işlədikdən sonra öz keyfiyyətini itirməyə başlayır və təmirə ehtiyacı olur.
Verilmiş buraxılış işi fırlanğıcların təmir texnologiyasına və onların lülə səthinin bərpası texnologiyasına həsr edilmişdir. Burada fırlanğıclar barədə əsas məlumatlar, onların detallarının sıradan çıxma səbəbləri, onların iş şəraiti və konstruksiyaları barədə məlumat verilmişdir.
Məhz elə fırlanğıcın lüləsinin sıradan çıxması kimi, istismar şəraitində olan avadanlıqların və hissələrin 90 %- indən çoxunda sıradan çıxma hallarının səbəbi kimi təmasda olan hissələrin yeyilməsi ilə baş verir.Bu prosesi mümkün edən şəraitin yaradılması, yəni, təmir sexinin layihələndirilməsidir. Fırlanğıcın lüləsinin bərpası üçün olan təmir sexlərinin layihələndirilməsinin də, xüsusi qaydaları – standartları var. Şübhəsiz ki, bütün bunlara riayət olunduqda təmir həm maksimum keyfiyyətli, həm də, minimum təhlükə ilə yerinə yetiriləcək.
Problemin aktuallığı: Təmir sexlərinin düzgün layihələndirilməsini aktual edən, təmirin strukturu, təşkili və ardıcıllığıdır. Sexin təhlükəsizlik tədbirlərindən asılı olaraq, həmçinin işin keyfiyyəti də dəyişir.
Təhlükələr var ki, layihələndirmə zamanı onların maksimum qarşısı alınmalıdır. Belə halda təmir prosesi zamanı istisna halların sayı minimuma enəcək. İlkin olaraq qarşısı alınmalı olan, işçi heyətinin əmək fəaliyyətinin qorunmasıdır. Onlar bütün fiziki zərərlərdən mütləq şəkildə qorunmalıdır, çünki texnologiya inkişaf etsə də, fırlanğıcların lülələrinin qüsurları hələ də öz aktuallığını qoruyub saxlayır.

Yüklə 199,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə