Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı



Yüklə 305,74 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü305,74 Kb.
#67823

background image
İlham Rəhimli. 3 cilddə. II cild 

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 



Teatrın 1873 - 2012-d illər arasındakı yaradıcılıq yolunun salnaməsi 

3 cilddə  II cild 

1937-1969 

 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ayn- ayn dövrlərinə aid elmi-nəzəri 

tədqiqatlar apanlıb, kitablar nəşr olunub. Professor İlham Rəhimlinin üç cilddən ibarət bu kita-

bında ilk dəfə olaraq sənət ocağının tarixi peşəkar milli teatrın təşəkkül günündən çağdaş 

durumuna qədərki dövr xronoloji ardıcıllıqla araşdırılıb. Oxucu hər ilin teatr prosesinin inkişaf 

mərhələləri və real mənzərəsi ilə salnamə prinsipləri əsasında tanış ola bilər. Həmin ildə 

kollektivin hazırladığı tamaşaların dəqiq tarixi, ifaçıların siyahısı verilib. Yarımçıq qalan işlər 

diqqətə çatdırılıb. Truppaya daxil olan və kollektivdən ayrılan sənətkarlar barədə məlumatlar var. 

Kitablarda tamaşaların proqramları premyera münasibəti ilə çap olunan nüsxələr əsasında verilib. 

Ona görə də proqramda adı gedən, lakin tamaşada çıxış etməyən aktyorlar xüsusi qeyd və ya 

aydınlıq bölümləri ilə təqdim olunub. Müəllif teatrın tarixində əsəri ilk dəfə oynanılan 

dramaturqlar barədə də qısa məlumat verib.Üç cilddən ibarət kitablarda geniş mənada peşəkar 

milli teatr prosesinin (1873 — 1919), həmçinin 1919-cu ildə Dövlət təsisatına keçən Azərbaycan 

Dövlət Akademik Milli Dram Teatrının 1919 - 2012-ci illərdəki inkişaf mərhələlərinin geniş 

panoramının tarixi, elmi-nəzəri prinsipləri, üslub axtarışları, poetika səciyyələri, janr 

xüsusiyyətləri özünün bədii-estetik səciyyəsini tapıb.    İstər təhlil prinsipinə, istər tədqiqat 

dəqiqliyinə və istərsə də tarixi əhatəliliyinə görə Akademik teatr haqqındakı üç cilddən ibarət 

kitab öz fundamentallığına, nəzəri-estetik təhlil siplərinə görə çox orijinal və dəyərli elmi 

əsərlərdir. 

  

 



Yüklə 305,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə