Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

 

11 


tapşırıqların verilməsi bu prosesin əsas elementidir. Kitabda 

köhnə metodika ilə müasir sual və tapşırıqları qısaca müqayisə 

etməklə fərqi aydınlaşdırmağa çalışmışıq.                          

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



              

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

12



   KURRIKULUMU ÖYRƏNƏK  

Bu gün təhsil ictimaiyyətində “Ibtidai siniflər üçün 

milli kurrikulum” sənədinə münasibətdə  fərqli meyllər hiss 

olunur. Bu sənədin  əsas mahiyyətini dərk edənlər onun 

konseptual bir sənəd olduğunu etiraf edir və göstərirlər ki, bu, 

təhsilimizdə yeni mərhələdir. Irəliyə doğru atılan çox mühüm 

bir addımdır. 

Bir şey tam aydındır. Elmin bütün incəliyini bilən ən 

görkəmli alim belə özünü yaxşı müəllim hesab edə bilməz. 

Çünki böyük alim olmaq hələ yaxşı müəllim olmaq demək 

deyil. Kurrikulum bizə öyrədir ki, şagirdə elmi məlumatların 

çox verilməsi işin ancaq başlanğıcı ola bilər. Halbuki uşağa 

elmi biliklərin çox-çox verilməsinin də elə bir faydası yoxdur. 

Çünki  şagirdin yadında saxladığı  və ya əzbərlədiyi elmi 

məlumat ona müəyyən bacarıqların yaranmasında kömək edə 

bilər. Elmi məlumatın özü bacarıq deyil, bacarıqlara çatmaq 

üçün vasitədir. 

Ana dili kurrikulumu şagird bacarıqlarını  məzmun 

xətləri  əsasında müəyyənləşdirir. Ana dili üçün (“Oxu”da 

buraya daxildir) məzmun xətləri belə müəyyənləşir.  

1. Dinləyib danışma və anlama 

2. Ifadəli oxu 

3. Gözəl yazı 

4. Dil qaydalarının mənimsənilməsi 

Göründüyü kimi ibtidai sinif şagirdindən dörd bacarıq 

tələb olunur: 

 Dinləyib-danışma, dinləyib-anlama, gözəl ifadəli oxu 

və yazı bacarıqları. Bunlar nitq bacarıqlarıdır. Məzmun 

xətlərindəki dil qaydaları isə bu bacarıqlara yiyələnmək üçün 

şagirdin  əlində sehrli çıraqdır. Biz yalnız dil qaydalarını 

öyrətməklə şagirdə ana dilinin gözəlliyini, füsunkarlığını təlqin 

edə bilmərik.  Əgər  şagird dil qaydalarını öyrəndikdən sonra 

dayanıb dursa çəkilən zəhmət hədər gedəcəkdir. Buna görə də 



 

13 


müəllim  şagirdə qaydaları  əzbərlətməklə  hələ  işin az hissəsini 

görmüş olur. 

Hər bir ibtidai sinif müəllimi ilk bacarıqları 

öyrədərkən orta məktəbi qurtarana qədər bu şagirddən hansı 

bacarıqları gözlədiyini təxmin etməyi bacarmalıdır. Sonu 

görmək bacarığı  həqiqi ibtidai sinif müəlliminin  ən mühüm 

keyfiyyətidir. 

Ana dili sahəsində  əlimizdə olan Kurrikulum I-IV 

siniflərdə aşağıdakı təhsil komponentlərini müəyyənləşdirir: 

1.  Ayrı-ayrı  təhsil pillələri üçün (ibtidai, əsas, orta) 

hər bir məzmun xətti üzrə təlim nəticələri 

II. Məzmun standartları 

III. Fənlərarası və fəndaxili inteqrasiya 

IV  Təlim texnologiyaları 

V   Qiymətləndirmə 

Təhsilin məzmunu  əsas bilik və bacarıqların 

yaradılmasıdır. Məzmunu konkretləşdirmək məqsədilə 

strategiyalarda onun xətlərinin dürüst xətləri verilmişdir. 

Məzmun xətti təlimin bütün mərhələlərindən keçir.  

Oxu, yazı, dinləyib-anlama və danışma məzmun 

xəttinin bel sütunu hesab olunur. Onları nitq bacarıqları kimi də 

təsnif etmək olar. Nitq bacarıqları şagirdin həm yazılı, həm də 

şifahi nitqini əhatə edir. Əslində ibtidai sinifin bütün məqsədi 

elə budur. Dil qaydaları həmin məqsədə çatmaq üçün vasitədir. 

Deməli biz dil qaydalarını ona görə mənimsədirik ki, uşaq nitq 

bacarıqlarına yiyələnsin. Başqa sözlə, dil qaydalarını  əzbər 

bilmək  şagirdin bacarığı deyil, vəzifəsidir. Bu çox incə bir 

məqamdır. Indiyə  qədərki təhsilimizin  əsas qüsurlarından biri 

qrammatik qaydaların  əzbərlənməsinin  şagird nailiyyəti hesab 

edilməsi idi. Buna görə də ibtidai məktəbin ana dili kitablarında 

saysız-hesabsız qrammatik məfhumları 

əzbərlətməyə 

yönəldilən tapşırıqlar olurdu. Bu tapşırıqları  mənimsəyən 

 

14



azyaşlı  uşaqların özləri də heç biri nitq bacarığına nail ola 

bilmirdi.  

“Dinləyib anlama və danışma” bir komponenet kimi 

iki hissəyə ayrılır. Dinləyib anlamaq və dinləyib danışmaq. 

Bunların hər biri müstəqil bacarıqdır. Dinləyib danışmaq yalnız 

bir məfhumu  əhatə edir. Amma dinləyib anlamaq anlayışının 

altında bir neçə mühüm bacarıq gizlənir. Anlamaq məfhumu 

çox mənalıdır. Uşaq anladığını müxtəlif növ yazılarla,  şəkil 

çəkməklə, verilmiş  şəkilləri süjetə uyğun düzməklə ifadə edə 

bilər.  


Dinləmə sadəcə  eşitmə deyil, şüurludur. Dinləmə  və 

oxu bacarıqlarını  uşaq anlamaq yolu ilə qazanır. II sinfin 

“Azərbaycan dili” dərsliyinin müəllifləri anlamanı və dinləməni 

mühüm  şagird nailiyyəti hesab edərək göstərirlər ki, şagird 

dinləmə  və oxu bacarıqlarına yiyələnməklə nail olur və yazı 

bacarıqlarını dinləməklə anlayır...(63, 7) Vacib şagird 

nailiyyətlərindən biri də dinlədiyini, oxuduğunu, gördüyünü, 

düşündüyünü anlamaqdır. Buna danışma və yazı vasitəsilə nail 

olmaq mümkündür. (63, 7)  

Ibtidai sinifdə dinləmə  vərdişlərinə nail olmaq üçün 

müəllim müxtəlif tapşırıq formalarından istifadə edir.  

Yadda saxlayaq ki, dinləmək bacarığını 

yaratmaqla gələcək ziyalının çox mühüm bir keyfiyyətinin 

əsasını qoymuş oluruq.  

Oxuyub anlama bacarığı görkəmli pedaqoq 

V.A.Suxomlinskini daim düşündürürdü. O yazırdı:  

“Kitab uşaqların mənəvi həyatında o zaman böyük rol 

oynayır ki, uşaq yaxşı oxumağı bacarsın. “Yaxşı oxumaq” nə 

deməkdir? Bu, hər  şeydən  əvvəl, elementar bacarığa – oxu 

texnikasına malik olmaq deməkdir. Mən çalışırdım ki, fərdi oxu 

uşağın mənəvi tələbatı olsun. 1-ci və 2-ci siniflərdə şagird hər 

1-2 həftə üçün kitabxanadan kitab alır, onu ucadan oxuyurdu. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə