Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

 

15 


Bunsuz möhkəm, sabit oxumaq bacarığı tərbiyə etmək mümkün 

deyil.  


Hər bir şagirdin artıq 2-ci sinifdə qeyd kitabçası-“söz 

mücrüsü” meydana çıxdı. Buraya uşağa maraqlı görünən sözlər 

yazılırdı (sonra mən uşaqlara sözün mənasını və ya emosional 

boyasını izah edirdim). 3-cü və 4-cü siniflərdə, ayrı-ayrı 

sözlərdən başqa, “söz mücrüsü”nə ifadələr, cümlələr yzılırdı. 

Oxumaq (mütaliə) mənəvi zənginlik mənbəyi kimi 

oxumaq bacarığından ibarət deyildir. Uşaq sürətlə, səhvsiz 

oxuya bilər, lakin bu hələ o demək deyildir ki, kitab (çox vaxt 

belə olur) onun üçün əqli, əxlaqi və estetik inkişafın zirvəsinə 

aparan cığıra çevrilmişdir. Oxumağı bacarmaq-sözün mənasına 

və gözəlliyinə, onun ən incə çalarlarına həssas olmaq deməkdir. 

Yalnız o şagird “oxuyur” ki, söz onun şüurunda oynayır, 

təlatümə  gəlir,  ətraf aləmin rənglərini və melodiyalarını  əks 

etdirərək bərq vurur”. (Səh 225, 226)  

Oxu bacarıqları  şifahi və yazılı nitqin inkişafına 

xüsusi təsir edir. Oxu və danışıq vərdişləri yaratmaq üçün 

müəllim sərbəst mövzulardan istifadə etməlidir. Imla və inşa 

mətnlərinin  əhəmiyyətini qeyd etməklə yanaşı göstərmək 

istəyirik ki, bu gün məktəblilər üçün ən çox inkişafetdirici yazı 

nümunələri esselərdir.  

Sərbəst danışıq və gözəl nitq üçün ailədə, məktəbdə, 

istirahət və gəzintiyə gedəndə gördüklərini həm yazılı, həm də 

şifahi şəkildə çatdırması şagird bacarıqlarına xüsusi təkan verir.   

Avropa təhsil sistemində tapşırıqlar vahid bir məqsəd 

daşıyır: şagird bacarıqlarının yaranması və inkişaf etdirilməsinə 

təsvir etməsi Ana dili dərslərində  şagird qrammatik 

məfhumları, qaydaları,  əzbərləmədən mənasına,  quruluşuna, 

intonasiyasına və s. cəhətlərinə görə sözləri seçməyi bacarır. Bu 

təhsilin  əsas istiqaməti ona yönəlmişdir ki, uşaq dil 

bacarıqlarına yiyələnsin. Məsələn,  şagird nitq bacarıqlarına 

yiyələnə bilsə o, sözün qrammatik funksiyasını, dil qaydalarını 

 

16



əzbərləmədən belə duymağı bacaracaqdır. Prof. A.Rəhimov 

göstərir ki, uşaqlarda başqalarının nitqini dinləmək bacarığının 

aşılanmasına diqqət yetirilməlidir. Bu məqsədlə onlara 

əvvəlcədən bəzi tapşırıqlar verilməlidir. Adətən  şagirdlər 

tapşırıqların hamısını yadlarında saxlayaraq müşahidə etməyi 

bacarmırlar. Ona görə  də sinifdəki  şagirdləri bir neçə qrupa 

ayırıb, birinciyə-göy, hava və günəş, ikinciyə-ağaclar, 

yarpaqlar, otlar və çiçəklər; üçüncüyə-heyvanlar, quşlar və 

həşəratlar; dördüncüyə-insanların  əməyinə, danışanın  şəxsi 

münasibət bildirməsi, onun davranışı; beşinciyə-müxtəlif ifadə 

vasitələrindən necə istifadə etmələri üzrə tapşırıqlar vermək 

olar.  


Ana dili şagirdlərdə 4 nitq bacarığınının inkişaf 

etdirilməsini nəzərdə tutur: dinləmə, danışma, oxu və yazı. 

Şagirdlərin oxu və yazı bacarıqlarını  ədəbi dilin normalarına 

uyğun inkişaf etdirmək, ana dili fənninin qarşısında duran əsas 

məqsəddir. Bu məqsədə çatmaq üçün yalnız dil qaydalarını 

öyrənmək kifayət deyil. Əslində oxu dərslərinin Azərbaycan 

dili fənni ilə birgə tədrisi çox əhəmiyyətlidir. Prof. Y.Kərimov 

bu məsələyə münasibət bildirərək yazır: “Təəssüf ki, hələ 

Azərbaycan dili kimi inteqrativ bir fənni yalnız qrammatika ilə 

məhdudlaşdırmağa çalışır,  şagirdlərə qayda və  tərifləri 

əzbərlətməklə, onların  şəkilçiləri yadda saxlamalarını  təmin 

etməklə kifayətlənirlər. Halbuki, ibtidai siniflərdə, 

ümumiyyətlə, orta təhsil sistemində dilimiz daha çox praktik 

xarakter daşıyır,  şagirdlərin  şifahi və yazılı nitqinin inkişafına 

xidmət edir. Azərbaycan dili tədris prosesində çox böyük 

inteqrativ əhəmiyyətə malikdir. Gündən-günə şagirdin nitqində 

bütün elm sahələrinə aid sözlər toplanır. Bunlar quruca söz 

deyil, onların arxasında maddi qabığa malik olan anlayışlar 

durur. Hər bir söz ümumiləşdirməklə  təfəkkürün inkişafının 

güclü vasitəsi, onun silahı rolunu oynayır. Ictimai hadisə olan 

dil vasitəsilə bütün fənləri, elmləri öyrənmək mümkün olur. 



 

17 


Deməli, dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də güclü 

inteqrasiya vasitəsidir.  

III sinifdə Azərbaycan dilinin hər hansı sahəsi, 

qrammatik tərif və qayda imkan daxilində  ədəbi nümunələr 

əsasında təqdim olunmalıdır ki, şagirdlər dilimizin gözəlliyini, 

incəliyini, öyrətdiklərinin işlənmə yerini dəqiq hiss edə 

bilsinlər”. (50, 3) 

Müasir təlim ana dili fənninin qarşısına yeni tələblər 

qoyur. Bu fənnin tapşırıqları elə olmalıdır ki, şagird hazır 

bilikləri  əzbərləməsin, qrammatik qaydaları  və qanunları 



mənimsəsin. Dili öyrənmək hazır bilikləri öyrənmək deyil, onu 

mənimsəmək bacarığıdır. Hələlik dünya işığı görən I və II 

siniflər üçün Azərbaycan dili dərslik kompleksləri, bir-iki dərs 

vəsaiti mövcuddur. Ən başlıcası ibtidai sinflər üçün fənn 

kurrikulumları meydana gəlmişdir. Bu isə çox mühüm bir 

hadisədir. Kurrikulum bizə hansı səmtə gedəcəyimizi göstərən 

bir sənəddir.  

 

Son illərdə çap olunan tapşırıqların nəzəri cəhətləri  

I sinfin tapşırıqlarının dərsliklərin və dərs vəsaitlərinin 

içərisində “Altun kitab” nəşriyyatının çap etdiyi “Əlifba” 

maraqlı bir kitabdır. Bu kitabda əsas cəhət sual və tapşırıqların 

müasir tələblərə uyğun qoyuluşudur. Kitabda diqqəti cəlb edən 

yazı bacarıqlarının inkişafı, dinləyib-anlama və danışma, hərfin 

tanıdılması, oxu bacarıqlarının inkişafı, dil qaydaları, mətnlə iş 

və s. məsələlərdir.  

Kitabın müəllifləri R.Ismayılov və G.Orucovadır. 

Dərsliyin əsas istiqamətini şərh edən müəlliflər göstərir ki, orta 

məktəbdə ana dilinin tədrisi şagirdlərdə əsas nitq bacarıqlarının 

(dinləmə, danışma, oxu, yazı) inkişafına yönəlməlidir. Dinləmə 

və danışma  şifahi, oxu və yazı isə yazılı nitq bacarıqlarına 

aiddir. Bu bacarıqlardan hər birinin ünsiyyətdə öz rolu var.  

 

18



Ibtidai təhsilə başlayan uşaq müəyyən qədər dinləmə 

və danışma bacarıqlarına malik olur. O, bu bacarıqları  məişət 

səviyyəsində böyüklərin köməyi ilə təbii şəkildə əldə etmişdir. 

Məktəbə qədər uşağın bildikləri, əsasən, dinləmə yolu ilə əldə 

edilmişdir və o, bu bilkilərini danışma yolu ilə nümayiş etdirir. 

Sözsüz ki, tədris prosesində bu bacarıqların sistemli şəkildə, 

müəyyən qaydalara söykənərək inkişaf etdirilməsinə ehtiyac 

vardır. Oxu və yazı bacarıqları isə, adətən, təhsilin ilk 

pillələrində formalaşmağa başlayır.  

Dünya təcrübəsi göstərir ki, tədrisin səmərəli təşkili 

üçün təhsil-tərbiyə müəssisələri, müəllimlər və  şagirdlər 

mümkün qədər çox əlavə  tədris resursları ilə  təmin 

olunmalıdırlar. Təqdim etdiyim bu vəsait də belə resurslardan 

biridir. Vəsaiti fərqləndirən  əsas cəhətlərdən biri şagirdlərdə 

nitq bacarıqları ilə yanaşı, analitik, məntiqi, tənqidi, yaradıcı 

təfəkkürün formalaşdırılması və inkişaf etdirilməsidir.  

“Əlifba” kitabının müəllifləri müəllimlərin 

kurrikulum sənədi ilə tam tanış olmadıqlarını  nəzərə alaraq 

onlar üçün bir səhifədən ibarət tövsiyə vermişlər. Həmin 

tövsiyələr həcminin yığcamlığına, fikirlərinin aydınlığına və 

dəqiqliyinə görə diqqəti cəlb edir. Vəsaitin müəllifləri  əlifba 

təliminin sonunda əldə olunacaq şagird nailiyyətlərini aşağıdakı 

kimi qruplaşdırırlar: 

*Dinləmə. Dinlədiyi mətnlə bağlı suallara cavab verir, 

özü sual verir, fikir, münasibət bildirir. 

*Danışma. Süjetli şəkillər  əsasında kiçik mətnlər 

qurur, düşündüklərini izah edir, ona tanış olan mövzular 

haqqında danışır. Sözləri müvafiq anlayış qrupuna aid etmək və 

əlamətlərini sadalamaqla izah edir.  

*Oxu. Kiçikhəcmli mətnləri düzgün və ifadəli oxuyur, 

mətn üzrə müxtəlif tapşırıqları yerinə yetirməklə onun 

məzmununu qavradığını nümayiş etdirir.  




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə