Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   28

 

19 


*Yazı.  Oxuduğu sözləri, cümlələri, kiçikhəcmli 

mətnləri və əzbər bildiyi kiçik şeir parçalarını yazıya köçürür.  

*Dil qaydaları. Ilkin (empirik) fonetik (sait, samit 

səslər, heca, əlifba sırası) leksik (ad, hərəkət,  əlamət bildirən 

sözlərin fərqləndirilməsi), morfoloji (tək və  cəm anlayışı), 

sintaktik (məqsəd və intonasiyaya görə cümlənin növləri) 

biliklərini konkret nitq materialına tətbiq edir.  

Bəs müasir dərs necə olmalıdır? Müəllim  şagirdlə 

necə davranmalıdır? Danışma, oxu, yazı  vərdişlərinə I sinif 

şagirdlərini necə yiyələndirmək olar? Bu suala da kitabda cavab 

tapmaq mümkündür.  

Danışma bacarığını inkişaf etdirmək üçün sinifdə hər 

bir 


şagirdin özünüifadəsi üçün dəstəkləyici 

şərait 


yaradılmalıdır. Bunun üçün aşağıdakılar tövsiyə olunur: 

*Problemlər personlaşdırılmalıdır, uşaqlara tez-tez 

“Sən olsaydın, nə edərdin?” sualı verilməlidir. Belə olduqda 

problem uşağın  şəxsi müstəvisinə keçir və onda danışmaq 

həvəsi yaranır.  

*Uşaqlara daha çox açıq tipli düşündürücü suallar 

verilməlidir. Bu suallar “Səncə...” sözü ilə başlasa, yaxşı olar. 

Hər bir uşaq hiss etməlidir ki, onun fikri ətrafdakılar üçün 

əhəmiyyətlidir.  

*Hər bir şagird fikrinə, yanlış olsa belə, hörmətlə 

yanaşılmalıdır. Bu prinsipə müəllim özü də riayət etməli, 

şagirdlərə  də bunu aşılamalıdır. Yanlış danışmaq yox, heç 

danışmamaq pislənməlidir.  

*Verilən suallar müvafiq yaş qrupunun maraq 

dairəsinə yaxın olmalıdır. 

*Suala cavab vermək üçün şagirdə fürsət, cəsarət və 

kifayət qədər vaxt verilməlidir. Nə  qədər ki danışmaq istəyir, 

onun sözü kəsilməməlidir.  

 

 

20



Oxu məzmun xəttinin inkişafını iki mərhələyə bölmək 

olar: 


*Oxu texnikasının formalaşdırılması 

*Şüurlu oxu 

 

I mərhələdə aşağıdakı bacarıqlar formalaşdırılır: 



*Şəkil adlarının səs-heca sxemi əsasında oxunması, 

*Şagirdin təsəvvüründə  səs-hərf assosiativ əlaqəsinin 

yaradılması, 

*Səs-heca sxemində hərfin, hecanın yerinin müəyyən 

edilməsi, 

*Sözlərin hecalarla oxunması 

 

Şüurlu oxu bacarığı ilə  uşaqlarda mütaliə  vərdişi 



formalaşdırılır. Bu isə öz növbəsində  aşağıdakı bilik və 

bacarıqların inkişafına yol açır: 

*söz ehtiyatının zənginləşdirilməsi; 

*nitq mədəniyyətinin formslaşdırılması  və inkişafı 

(orfoqrafik normalarla tanışlıq, sözlərin məna çalarlarını 

anlamaq və yerli-yerində işlətmək və s.); 

*əldə edilən bilik və  məlumatların sistemləşdirilməsi 

və analitik təfəkkürün inkişafı (hekayə xəritəsinin tərtibi); 

*tənqidi təfəkkürün inkişafı,  şəxsi və sosial dəyərləri 

qiymətləndirmə (hadisə  və  qəhrəmanlara münasibətin 

bildirilməsi); 

*yaradıcı  təfəkkürün inkişafı (“Mən qəhrəmanın 

yerinə olsaydım nə edərdim?” “Mən hekayəni necə 

bitirərdim?”); 

*məlumat mənbələrindən istifadə; 

*müqayisəli təhlil.            (48, 198-199) 

    

Dərsin təşkili  şagird maraqlarına uyğun olmalıdır. 



Müasir dünyada texnologiyaların inkişafı kitaba və  təhsilə 


 

21 


marağı xeyli azaldıb. Uşaqları  məktəbə  cəlb etmək üçün 

müxtəlif üsullardan istifadə olunur. Məsələn, Rusiya 

şəhərlərinin birində  uşaqları  məktəbə  cəlb etmək üçün sinif 

otaqlarının  əvəzinə köhnə  təyyarə salonlarından istifadə 

edilmişdir. Bu maraqlıdır. Təyyarə salonu uşaqlar üçün yenidir 

və şübhəsiz bir müddət onları məktəbə cəlb etmək mümkündür. 

Lakin həmin salon da adiləşəndən sonra şagirdlər əvvəlki kimi 

məktəbdən uzalaşacaqlar.  

Müasir təhsil bunu nəzərə alaraq dərsləri  şagirdlərin 

maraqlarına uyğun təşkil edir. Bu gün yaşı 80-nə  və ya 90-na 

çatan insanlar da stolüstü oyunlara maraq göstərirlər. Heç kəs 

həmin oyunda uduzmaq istəmir. Bu insan psixologiyasının çox 

maraqlı bir məqamıdır. Insanın oyun prosesində “uduzmaq” 

qorxusu və ya “qələbə çalmaq” ehtirası daim onu izləyir. Uşaq 

da belədir. Bu psixologiya onda anadangəlmədir. Ibtidai 

siniflərin oxu dərslərini həmin psixologiyanı  nəzərə alaraq 

təşkil etmək faydalıdır. Müasir dərslərin çoxunun “oyun 

xarakteri”ndə olması da bununla izah edilir. Təsadüfi deyil ki, 

bir sıra dərs metodları müəyyən qaydalara əsaslanan oyunlardır. 

“Hə”, “Yox” oyunu, “Dioloji tapmaca”, “Koma oyunu”, 

“Oğrunu tut”, “Kim daha çox”, “Kim daha cəld” oyun dərslər 

buna misal ola bilər. Oxu dərslərinə müəllimin ağıllı 

müdaxiləsi xüsusi əhəmiyyət kəsb edir, çünki anlama daha çox 

oxu dərslərində həyata keçirilir. 

Həm köhnə  həm də müasir dərsliklərimizdə kifayət 

qədər müdrik hekayələr, nağıllar, publisistik əsərlər, şeirlər və 

təmsillər vardır. Lakin həmin  əsərlərin heyrətamiz məzmunu, 

ibrətamiz ideyaları olsa da əsərlərin ideya məzmununun 

uşaqlara çatdırılması birtərəfli yalnız müəllim nitqinə 

əsaslandığı üçün şagird onu  qavraya bilmir. Qavradığını isə 

hazır aldığına görə tez unudur. Əsas məsələ şagirdin məzmunu, 

sözaltı  mənalar, kinayə  və rişxənd kimi bədiilik meyarlarını 

eşitməsi və başa düşməsi deyil, onu anlaması bacarığa 

 

22



çevirməlidir. Buna görə  də  şagirdə hazır fikir və mülahizələr 

söyləməkdənsə  həmin keyfiyyətləri ona “kəşf etdirmək” 

lazımdır. Dərsi elə qurmaq lazımdır ki, oxunan bədii parçanın 

hər sözü, hər ifadəsi şagird tərəfindən dönə-dönə oxunsun, daha 

doğrusu şagird özü onu oxumaq məcburiyyəti qarşısında qalsın. 

Bunun üçün çox maraqlı təlim priyomları mövcuddur.  

“Oxu”nun  əhəmiyyətini böyük pedaqoqlar dərindən 

duymuşlar. V.A.Suxomlinski yazır: “Oxu dünyaya pəncərədir, 

təlimin ən mühüm alətidir, oxu cəld və sürətli olmalıdır-yalnız 

o zaman bu alət işə hazır olacaqdır. (Suxomlinski. 67, 129) 

Müasir tipli dərsliklərimizdə “aşağıdakı cümlələrin 

hansı  mətndə yoxdur” və ya “aşağıdakı cümlələrin hansı 

mətndə var” kimi tapşırıqlar geniş yer tutur. Belə tapşırıqlar 

şagirdi məcbur edir ki, mətni təkrar-təkrar oxusun, mənimsəsin 

və ona lazım olanı “kəşf etsin”. 

Bu tapşırıq metodu şagirdin mətn üzərində  işləməsi 

üçün ona impuls verir. 

Elmi bilikləri şagirdlərin özünün “kəşf etmə”si barədə 

müasir təlim texnologiyasının tələbini Suxomlinski hələ 50 il 

əvvəl belə izah edirdi: “Əgər şagird təlimdə hər şeyə asanlıqla 

nail olursa, onda tədruicən fikir tənbəlliyi tərbiyə olunur ki, bu 

da öz növbəsində insanı pozur, onda həyata yüngül münasibət 

formalaşdırır. Nə  qədər qəribə olsa da, əgər təlim uşağın 

qarşısında onun gücünə uyğun çətinliklər yaratmırsa, fikir 

tənbəlliyi çox vaxt qabiliyyətli uşaqlarda inkişaf edir. Fikir 

tənbəlliyi daha çox aşağı siniflərdə, qabiliyyətli uşaq başqaları 

üçün müəyyən gərgin  əmək tələb edən biliyi asanlıqla 

mənimsədikdə, əslində bekar qaldıqda inkişaf edir. Şagirdlərin 

işsiz qalmasına yol verməmək – bu da özünəməxsus tərbiyə 

vəzifəsidir”. ( Səh 67,127)  

Müəllim  əsas ideyanın gizləndiyi bir və ya bir neçə 

sözün altından xətt çəkib həmin sözlərin  ətrafında düşünmək 

üçün müxtəlif suallar verə bilər. Məsələn,  



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə