Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 

55 


II sinfin Azərbaycan dili dərsliyində say bildirən 

sözlər səhifəsi var. Burada verilən elmi məlumata və 

tapşırıqlara diqqət edək.  

Varlığın nə  qədər olduğunu bildirmək üçün ad 

bildirən sözdən  əvvəl say bildirən söz işlənir. Say bildirən 

sözlər “neçə?”, “nə qədər?” suallarına cavab verir. Məsələn: 



Atam bağda beş nar ağacı əkmişdi.  

Bu cümlədə “beş” sözü nar ağaclarının sayını bildirir. 

Elə say bildirən sözlər var ki, varlığın sayını  dəqiq göstərmir. 

Məsələn: 



Məktəbin həyətində xeyli adam toplaşmışdı.  

 Bu  cümlədə “xeyli” sözü adamların çox olduğunu 

bildirsə də konkret sayını göstərmir.  

Say bildirən sözlər bəzən hərəkətə  də aid ola bilər. 

Məsələn: 

Vüqar çox çalışdı, amma məsələni həll edə bilmədi.  

Bu cümlədə “çox” sözü Vüqarın nə qədər çalışdığını, 

yəni hərəkətin miqdarını göstərir.  

Sözlük  


Qeyri-müəyyən – dəqiqləşdirilməmiş, konkret 

olmayan  



Miqdar – say  

1.  Hansı tapmacada say bildirən sözlər daha çoxdur? 

A                                              B 

Altı inci, mirvari,                 Bir küpüm var, saçaqlı, 

Üstü inci, mirvari,              Yeddicə deşiyi var: 

Arasında bir yarpaq.            Üçü cütdü, biri tək. 

2. Hansı cavab ikinci tapmacaya aiddir? 

A) baş 


B) dişlər və dil 

3. Ikinci tapmacada “cüt deşiklər” və “tək deşik” 

dedikdə nə nəzərdə tutulur? 

 

56



Bu tapşırıqda müəyyən dəqiqləşmələr aparmağa 

ehtiyac var. Əvvala “xeyli” sözü kimi “çox” da qeyri 

müəyyəndir. Miqdar sözünün izahı kimi “say” sözünün 

verilməsi də qeyri dəqiqdir. Çünki miqdar sadəcə say deyil

dəqiq saydır. 3, 5, 15 və s. dəqiq rəqəmlər miqdar sayına 

adiddir. Say isə ümumi addır. 

Lakin bu mətnin tapşırıqları  həm cəlbedici, həm də 

düşündürücüdür. Xüsusilə sayların tapılmasını  tələb edən 

tapmaca nümunələri diqqəti cəlb edir. Şagird tapmacaların 

hansında “say” bildirən sözləri tapmaqla yanaşı bu 

tapmacaların cavabı üstündə  də düşünməlidir. Bu vəzifəni 

yerinə yetirmək üçün kitabda “açar suallar” verilir. Ikinci və 

üçüncü suallar tapmacanın cavabını açmağa xidmət edən açar 

rolunu oynayır. Mövzunun ciddiliyini və müəyyən mənada 

yeknəsəqliyini nəzərə alaraq verilən ev tapşırıqları daha 

cəlbedicidir.  

Ev tapşırıqları  

1. Mətndə say bildirən sözləri tapın və altından xətt 

çəkin. 

Müəllim Ayselə sual verir: 



- Sənə dörd dənə dovşan verirəm. Üçünü də atan alıb 

gətirir. Sənin neçə dovşanın olur? 

- Doqquz.  

- Niyə? 


- Ona görə ki, evdə də             dovşanım var.  

2. Sonuncu cümlədə boşluğun yerinə hansı sözü 

yazmaq lazımdır? 

Iki 


Üç 

Beş 


3. Əgər “dovşan” sözünü “corab” sözü ilə əvəz etsək, 

mətndə “dənə” sözünün yerinə hansı sözü işlətmək düzgün 

olardı? 



 

57 


dəst 

ədəd 


cüt 

4. Mətn haqqında deyilənlərdən hansı düzgündür? 

a) Müəllim bilmək istəyirdi ki, Ayselin evdə neçə 

dovşanı var.  

b) Müəllim Ayselin toplama əməli üzrə biliklərini 

yoxlamaq istəyirdi. 

c) Aysel riyaziyyatı pis bildiyindən suala düzgün 

cavab vermədi. 

5. Verilmiş sözləri müvafiq boşluqlarda yaz.  

Nəfər, dəstə, kiloqram, cüt   

Bir          gül               altı         düyü 

Üç           ayaqqabı     doqquz           adam  

 Bu  tapşırıq dilin qrammatik funksiyalarını izah 

etməkdən daha geniş  mətləblərə toxunur. Xüsusilə tapşırığın 

ikinci sualına diqqət edək. “Əgər “dovşan”sözünü “corab” sözü 

ilə  əvəz etsək, “dənə” sözünün yerinə hansı sözü işlətmək 

doğru olardı?” cavablar verilir. Şagird onlardan ən doğru 

olanını seçməlidir. Lakin bu seçim sayın qrammatik mənasını 

tapmağa deyil, sözün yerində  işlənməsi, məna çalarının 

mənimsənilməsi probleminə toxunur.  

Tapşırığın V bölümü də çox uğurludur. Şagird “cüt”, 

“nəfər”, “kilo”, “dəstə” sözlərini də yerində  işlətmək üçün 

düşünür. Beləliklə tapşırıq nəinki sözün qrammatik mənasını 

açır, həm də poetikasını öyrədir. 

“Oxu” dərslərinin  əsas məqsədlərindən biri sözün 

mahiyyətini dərk etmək, çoxmənalı sözləri yerində  işlətmək 

bacarığını öyrətməlidir. Dərslikdəki “bayatılar” bölməsinə 

diqqət edək: 

Yadda saxla 

 

58

Bayatı 4 misradan ibarət  şeirdir. 1-ci, 2-ci və 4-cü 



misraları qafiyələnir. Bayatılar çox vaxt “əzizinəm” və ya “mən 

aşiq” sözləri ilə başlanır.  

Şüurlu oxu 

Əzizinəm, din barı, 

Danış barı, din barı. 

Igidə tab gətirməz 

Yağı tikən min barı. 

1. Bayatıda ifadə olunan əsas fikir nədən ibartdir? 

A) Insan gərək həmişə danışıb-gülsün. 

B) Düşmən gələndə barının üstünə çıxmaq lazımdır. 

C) Igidlərimiz düşmənin müqavimətini qıracaqlar. 

2. Bayatıdakı “barı” sözü hansı misrada “hasar”, 

hansılarda “heç olmazsa” mənasında işlənib? 

Dil qaydaları 

3. Sonuncu misradakı “yağı” sözü hansı sözlə eyni 

mənalıdır? 

A) dost              B) düşmən            C) mərd 

4. Ikinci misradakı “din” sözü bayatıdakı hansı sözlə 

eyni mənalıdır? 

A) tab gətirmək B) tikmək                               C) 

danışmaq 

5. Sonuncu misradakı “min” sözü: 

A) say bildirən sözdür; 

B) hərəkət bildirən sözdür

C) ad bildirən sözdür. 

6. Hansı sözün mənalarından biri hərəkət, digəri ad 

bildirir? 

A) min           B) din              C) barı  

Sözün mahiyyətini öyrətmək üçün verilən suallar çox 

düşündürücüdür. Bu tapşırıqların üzərində  işləyərkən  şagird 

sözün ifadə etdiyi ən dəqiq mənası haqqında axtarış aparır.  



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə