Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “İqtisadi nəzəriyyə” kafedrasının Müəllimi Abbasova Sevda İsmayıl q



Yüklə 46,3 Kb.
səhifə1/5
tarix13.09.2023
ölçüsü46,3 Kb.
#121777
  1   2   3   4   5
m-1


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
İqtisadi nəzəriyyə” kafedrasının
Müəllimi Abbasova Sevda İsmayıl q
Abbasova-1975@bk.ru
050 427 39 78
MÖVZU-1. İNSTİTUTSİONAL İQTİSADİYYATA GİRİŞ


1.İnstusionlizmin tarixi və müasirlik.
2.Yeni institusional nəzəriyyə
3. İnstitusional iqtisadi nəzəriyyənin fəlsəfi əsasları. Praqmatizm fəlsəfəsi.
4.F.Mirovskinin DMD burulğan modeli


1.İnstusionlizmin tarixi və müasirlik.

İnstitusional iqtisadiyyat – iqtisadi davranış qaydaları haq­qında biliklər sahəsidir: bu biliklər həmin qaydaların “necə iş­ləməsi”, necə formalaşması və dəyişməsi, onların yaradılması, də­yişdirilməsi, onlara riayət edilməsi və onların pozulmasının han­sı xərclərlə və faydalarla bağlı olması haqqındadır. “İnsti­tut­lar əhəmiyyətə malikdir” – Nobel mükafatı laureatı D.Nortun bu qısa fra­zasında XX əsrdə iqtisadçıların baxış­la­rın­da baş vermiş çev­rilişin mənası ifadə edilmişdir. İnstitut» termini (latınca institum – təsisat) iqtisadçı alimlər tərəfindən hüquq elmindən əxz olunmuşdur. Bu kateqoriyanın mahiyyətini həm hüquqi normalar, həm də onların arasındakı əlaqələrin qurulması qaydaları təşkil edir. Bu əlaqələrin qurulması, hüquq subyektləri arasındakı münasibətlərə dayanıqlı xarakter vermək məqsədi ilə müvafiq təşkilati strukturların və nəzarət orqanla-rının yaradılmasına təkan verir.


«İnstitutsional iqtisadi nəzəriyyə» termini ilk dəfə V.Hamilton tərəfindən 1918-ci ildə Amerika iqtisadi assosiasiyasının iclasında işlənilmişdir. O, qeyd etmişdir ki, institutsionalizm iqtisad elmini birləşdirə biləcək yeganə nəzəriyyədir, ona görə ki, o, iqtisadi sistemin ayrı-ayrı hissələrinin sistemin özünə olan nisbətlərini xarakterizə edir.
1. İnstitutsionalistlər nəzəriyyəyə praktiki istiqaməti versələr də, o, təkcə iq-tisadi siyasətin aparılmasına dair təkliflərlə kifayətlənməməlidir.
2. İnstitutsionalizm psixologiya, sosiologiya və antropologiya kimi elmlərin ideya və məlumatlarını fəal olaraq istifadə edərək, institutların və insanların davranışındakı cəhətlərin dərin təhlilinə çalışır.
3. İnstitutlar – istənilən iqtisadi sistemin vacib elementləri olduğundan, iq-tisadçıların əsas vəzifəsi iqtisadi prosesləri institutların prizmasından təhlil olu-naraq öyrənilməsindən ibarətdir.
4. İqtisadiyyat – açıq və təkamülə meyl edən bir sistem olduğundan, institutsionalistlər təbii mühitin və texnoloci nailiyyətlərin təsirlərini nəzərə alaraq, geniş sosial, mədəni və siyasi münasibətləri öyrənməyə cəlb olunurlar.
5. Fərdi agentin öz faydalılığını maksimumlaşdıran insan kimi xarakterizə edilməsi institutsionalistlər tərəfindən qeyri-real və səhv fikir kimi qəbul olunur. İnstitutsionalistlər insana xüsusi varlıq kimi baxmırlar və onu institutsional sferadan kənarda təsəvvür etmirlər.
Bir qayda olaraq, iqtisadiyyat fundamental ictimai elm olsa da, onda mütləq dövlət – siyasi idarəetməsinin tətbiqi problemləri yer alır. İqtisadiyyatın tətbiqi xarakteri, ilk növbədə, konkret qiymətləndirmə və göstəricilərin zəruriliyində özünü göstərir.
İnstitutsionalistlər (T.Murdal və b.) öz ifadələrində sosial elmlərdə qiymətləndirilmiş vacibliyindən bəhs etmişlər. O, (T.Murdal) qeyd edirdi: «Qiymətləri ört-basdır etmək üçün qiymətləndirmədən imtina etmək ağılsızlıq və risklidir». Lakin bu o demək deyildir ki, pozitiv və normatif ifadələr məntiqi olaraq fərqlənlirilə bilməz.
Murdal üçün faktlar və qiymətləndirmələr eyni şey deyildir. Qiymətləndirmələr avtomatik olaraq meydana çıxmırlır, yəni bunlar təsadüfi informasiya əsasında yaranmırlar. Sosial elmlərdə faktlar həmişə qiymətləndirmələrlə təhrif olunurlar, yəni faktlar və qiymətləndirmələr qeyri-ekvivalent anlayışlardır.
İqtisadi siyasəti özündə, ilk növbədə, praktiki sahəni əks etdirir. Buna baxmayaraq alimlər siyasətçilərin nəzərinə çatdırmışdılar ki, hər bir siyasət nəzəri əsaslara malik olmalıdır. Müasir dövrdə həm doğru, həm də səhv siyasi hərəkətlər nəzəri cəhətdən əsaslandırılmalıdırlar. Siyasətin legitim və məntiqi olması üçün güclü nəzəri fundamentlər olmalıdır. Bu o deməkdir ki, hər hansı siyasi fəaliyyətin mahiyyətini qiymətləndirmədən əvvəl, həmin fəaliyyətin əsasında duran qüvvələr və strukturlar müəyyən olunmalıdır.
Prinsipcə, elmin tamamilə pozitiv və normativ fərqləndirilməsinə dərinliklərdə yer tutan pozitiv nəzəriyyədə faktın ehtirafını onun qiymətləndirilməsində (etirafından) ayırmaq qəti mümkün deyildir.
Qeyd etmək lazımdır ki, institutsionalizmin rolunun praktiki nəticələrlə müəyyən olunmasına edilən istənilən cəhdlər bir sıra problemlərlə üzləşir. İnstitutsionalistlər, bir qayda olaraq, bazar iqtisadiyyatını tənqid edir və iqtisadiyyatı dövlət müdaxiləsinin müxtəlif formalarını təklif edirlər. Lakin qeyd etmək lazımdır ki, neoklassiklərin də bir sıra oxşar mövqedə duran nümayəndələri vardır. Neoklassik nəzəriyyə tərəfdarları, bildiyiniz kimi, standart metodoloci prinsiplərə üstünlk verirdilər (rassionallıq, maksimallaşma və tarazlıq). Əgər bütün bazar əleyhdarlarını institutsionalist adlandırsaydılar, şübhəsiz ki, neoklassiklərin çoxu institutsionalist olardılar.
Neoklassik nəzəriyyənin bir çox nümayəndələri, o cümlədəen L.Valras, A.Marşal və başqaları sosialist və ya sosial-demokrat ideyalarına rəğbətlə yanaşırdılar.
L.Valras, məsələn, özünü «sosialist-alim» adladırırdı. Öz əsərlərində o qiymət tənzimlənməsinin, habelə təbii inhisarlarla, o cümlədən torpağa da dövlət mülkiyyətinin iqtisadi üstünlüklərini nümayiş etdirməyə çalışırdı. A.Marşal isə Viktorian dövründə İngiltərə yoxsulluq problemlərini nəzərdən keçirirdi.
Bəzi neoklassiklər isə sosialist və radikal ideyaları daha da inkişaf etdirirlər. Məsələn, N.Fişer «Böyük durğunluq» dövründə qiymətəlrin artmasına yönəldilən dövlətin əlavə reflyasiya tədbirlərinə tərəf çıxırdı. Başda Lange olmaqla bir sıra iqtisadçılarsa 1930-cü illərdə neoklassik alətlərdən istifadə edərək, sosialist planlaşdırılması nəzəriyyəsinin üstünlüyünü sübut etməyə çalışırdılar.
Bir qədər sonra, ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin tərəfdarları olan K.Errou və F.Kayt da özlərinin müxtəlif intervensionist və sosial-demokratik strategiyalara simpatiyalarına nümayiş etdirməyə başladılar.
Hazırda mühafizəkar və liberal neoklassik iqtisadçıların sayı artmaqdadır. Neoklassik nəzəriyyə kifayət qədər geniş siyasi enerciyə malik olduğundan, onun tərəfdarlarının siyasi mənsubiyyətini müəyyən etmək çox çətindir. Əgər tədqiqatçı sərvətlərin bölgüsündə daha çox bərabərliyə can atırsa, onu nə dərəcə institutsionalist adlandırmaq olar. İnstitutsionalistəlr bölgünün elementar prinsipinə arxalanan yeganə cərəyan deyildir. Əslində neoklassik nəzəriyyə çərçivəsində bu prinsipinin əleyhinə çıxmağa gətirə biləcək heç nə yoxdur. Həqiqətdə isə, XX əsrin əvvəllərində bəzi iqtisadçılarr nekolassikaya sərvətin yenidən bölüşdürülməsinə təkan verən bir nəzəriyyə kimi baxırdılar. Əgər fərdlər gəlirlərin son faydalılığının azalması ilə qarşılaşarlarsa, onda gəlirlərin bərabərləşdirilməsi ümumi faydalılığın artırılmasına xidmət etmiş olar. Lakin bu eqoistlər prinsipinin əksinə olaraq, bir çox neoklassiklər Pareto-səmərəliliyə daha çox üstünlük verirlər.
Qeyd etmək lazımdır ki, neoklassik nəzəriyyə daha çox insanların fərdiçiliyə meylli olmalarına əsaslanır və siyasi fərdiçilik ideologiyası bu baxımdan çox diqqətəlayiqdir.



Yüklə 46,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə