Microsoft Word usaq-huquqlari-haqqinda-bmt-konvensiyasinin-usaq-alverine-usaq-fahiseliyine-ve-usaq-pornoqrafiyasina-dair-faku



Yüklə 81,27 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü81,27 Kb.
#38501


"Uşaq  hüquqları  haqqında"  BMT  Konvensiyasının  Uşaq  alverinə,  uşaq 

fahişəliyinə  və  uşaq  pornoqrafiyasına  dair  Fakultativ  Protokoluna 

qoşulmaq barəsində 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I.  Azərbaycan  Respublikası  "Uşaq  hüquqları  haqqında"  BMT  Konvensiyasının  Uşaq 

alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokoluna qoşulsun. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Heydər ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 aprel 2002-ci il 



№ 285-IIQ

 

  



 

 

 

 

 


 

"Uşaq hüquqları haqqında" Konvensiyanın Uşaq alverinə, 

uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair 

FAKULTATİV PROTOKOLU 

  

Bu Protokolun iştirakçısı olan dövlətlər, 



Uşaq hüquqları haqqında Konvensiyanın məqsədlərinə nail olunmasına və onun, xüsusilə 

1,  11,  21,  32,  33,  34,  35  və  36cı  maddələrinin  müddəalarının  həyata  keçirilməsinə  dəstək 

vermək üçün  iştirakçı  dövlətlərin  uşağın  uşaq  alveri,  uşaq  fahişəliyi  və  uşaq 

pornoqrafiyasından müdafiəsinə zəmanət verilməsini təmin etmək məqsədi ilə həyata keçirməli 

olduqları tədbirlərə daha geniş xarakter verməyi məqsədəuyğun hesab edərək, 

həmçinin,  Uşaq  hüquqları  haqqında  Konvensiyada  uşağın  iqtisadi  istismardan  və  onun 

sağlamlığı üçün təhlükəli ola biləcək və ya onun təhsil almasına mane ola biləcək yaxud onun 

sağlamlığına və ya fiziki, əqli və mənəvi, əxlaqi və sosial inkişafına mənfi təsir göstərə biləcək 

işlərin gördürülməsindən müdafiə olunması hüququnun tanındığını nəzərə alaraq, 

uşaq  alveri,  uşaq  fahişəliyi  və  uşaq  pornoqrafiyası  məqsədi  ilə  uşaqların  beynəlxalq 

qaçaqmalçılıq yolu ilə daşınmasının geniş və artan miqyasından ciddi narahatlıq keçirərək, 

uşaq  alveri,  uşaq  fahişəliyi  və  uşaq  pornoqrafiyasına  birbaşa  stimul  yaratdığına  görə 

uşaqlar üçün  daha  təhlükəli  olan,  geniş  yayılmış  və  davam  etməkdə  olan  seks-turizm 

praktikasından dərin narahatlıq keçirərək, 

azyaşlı  qız  uşaqları  da  daxil  olmaqla,  bir  sıra  xüsusilə  müdafiəsiz  uşaq  qruplarının  cinsi 

istismar riskinə daha çox məruz qalmalarını və cinsi cəhətdən istismar olunan uşaqlar arasında 

azyaşlı  qız  uşaqlarının  payının  müqayisə  olunmayacaq  dərəcədə  yüksək  olması  faktını  etiraf 

edərək, 


 İnternetdə  və  inkişaf  etməkdə  olan  digər  texnologiyalar çərçivəsində  uşaq 

pornoqrafiyasının  əlçatan  olmasının  getdikcə  artmasından  narahat  olaraq  və  İnternetdə  uşaq 

pornoqrafiyası  ilə  mübarizəyə  dair  Beynəlxalq  Konfransa  (Vyana,  1999cu  il),  xüsusilə  onun 

uşaq pornoqrafiyasının istehsalı, yayılması, ixracı, ötürülməsi, idxalı, qəsdən saxlanılmasının və 

onun  reklamının  bütün  dünyada  cinayət  əməli  kimi  tanınmasına çağıran  və  hökumətlərlə 

İnternet  sənayesi  arasında  daha  sıx  əməkdaşlıq  və  tərəfdaşlığın  mühüm  əhəmiyyətini 

vurğulayan qərarına istinad edərək, 

uşaq  alveri,  uşaq  fahişəliyi  və  uşaq  pornoqrafiyasının  ləğv  edilməsinə  natamam  inkişaf, 

yoxsulluq,  iqtisadi  bərabərsizlik,  qeyri-bərabərhüquqlu  sosial-iqtisadi  struktur,  bədbəxt 

ailələrin mövcudluğu, təhsilin aşağı səviyyəsi, şəhərlər və kənd yerləri arasında miqrasiya, cinsi 

əlamətlərə  görə  ayrı-seçkilik,  böyüklərin  məsuliyyətsiz  cinsi  davranışı,  ənənəvi  təcrübənin 

ziyanlı növləri, silahlı münaqişələr və uşaqların qaçaqmalçılıqla daşınması daxil olmaqla, bütün 

belə  təzahürlərə  dəstək  verən  amilləri  nəzərə  alan  əhatəli  yanaşma  tərzi  seçilməsinin  qəbul 

edilməsinin təkan verəcəyi fikrində olaraq, 

uşaq  alveri,  uşaq  fahişəliyi  və  uşaq  pornoqrafiyasına  olan  istehlak  tələbinin 

azaldılması üçün  ictimaiyyətin  məlumatlandırılma  səviyyəsinin  yüksəldilməsinə  səy 

göstərməyi zəruri hesab edərək və eyni zamanda bütün iştirakçılar arasında qlobal tərəfdaşlıq 

münasibətlərinin  möhkəmləndirilməsinin  və  həmçinin  milli  səviyyədə  hüquqtətbiqedici 

tədbirlərin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyinə əmin olaraq, 

Uşaqların  müdafiəsi  və  dövlətlərarası övladlığa  götürmə  sahəsində  əməkdaşlıq  haqqında 

Haaqa Konvensiyası, Beynəlxalq uşaq oğurluğunun mülki hüquqi aspektləri haqqında Haaqa 

Konvensiyası, Valideynlərin məsuliyyəti məsələlərində və uşaqların müdafiəsi üzrə tədbirlərdə 

yurisdiksiya, tətbiq olunacaq hüquq, tanıma, hüquqtətbiqetmə və əməkdaşlıq haqqında Haaqa 



Konvensiyası  və  Beynəlxalq  Əmək  Təşkilatının  Uşaq  əməyinin  ən  ağır  formalarının  qadağan 

olunması və kökünün kəsilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında 182 saylı Konvensiyası 

daxil olmaqla, uşaqların müdafiəsi sahəsindəki beynəlxalq hüquqi aktları nəzərə alaraq, 

Uşaq  Hüquqları  haqqında  Konvensiyanın  hər  yerdə  dəstəklənməsindən  ruhlanaraq  və 

bunu uşaq hüquqlarının təşviqi və müdafiəsi işinə geniş miqyasda bağlılığın sübutu sayaraq, 

1996cı il  avqustun  27-31-də  keçirilmiş Kommersiya  məqsədi  ilə  uşaqların  cinsi  istismarına 

qarşı Ümumdünya  Konqresində  qəbul  olunmuş  Uşaq  alveri,  uşaq  fahişəliyi  və  uşaq 

pornoqrafiyasının  qarşısının  alınması üzrə  Fəaliyyət  Proqramının,  eləcə  də  Bəyannamə  və 

Fəaliyyət Planının müddəalarının və müvafiq beynəlxalq orqanların bu məsələ üzrə digər qərar 

və tövsiyələrinin yerinə yetirilməsinin vacib əhəmiyyətini dərk edərək, 

uşaqların  müdafiəsi  və  ahəngdar  inkişafı üçün  hər  bir  xalqın  ənənələrinin  və  mədəni 

dəyərlərinin mühüm əhəmiyyətini lazımi şəkildə nəzərə alaraq, 

aşağıdakılar barədə razılığa gəldilər: 

  M a d d ə   1  

İştirakçı  dövlətlər,  bu  Protokolda  nəzərdə  tutulduğu  kimi,  uşaq  alveri,  uşaq  fahişəliyi  və 

uşaq pornoqrafiyasını qadağan edəcəklər. 

M a d d ə   2

 

Bu Protokolun məqsədləri üçün: 



(a) uşaq alveri uşağın hər hansı bir şəxs yaxud şəxslər qrupu tərəfindən mükafat və ya hər 

hansı digər haqq müqabilində başqa bir şəxsə yaxud şəxslər qrupuna verilməsi vasitəsi olan hər 

hansı akt və ya əqd deməkdir; 

(b)  uşaq  fahişəliyi  mükafat  və  ya  digər  haqq  forması  müqabilində  uşaqdan  seksual 

xarakterli fəaliyyətdə istifadə olunması deməkdir; 

(c)  uşaq  pornoqrafiyası real  və  ya  modelləşdirilmiş  aşkar cinsi hərəkətlər edən  uşağın  hər 

hansı vasitələrlə istənilən təsviri yaxud əsasən uşağın cinsi orqanlarının başlıca olaraq seksual 

məqsədlər üçün istənilən təsviri deməkdir. 

M a d d ə

 

3



 

1. Hər bir iştirakçı dövlət belə cinayətlərin milli və ya transmilli səviyyədə yaxud fərdi və ya 

mütəşəkkil  surətdə  törədilməsindən  asılı  olmayaraq,  heç olmazsa,  aşağıdakı  əməllərin  və 

fəaliyyət növlərinin onun kriminal və ya cinayət hüququ ilə tam şəkildə əhatə olunmasını təmin 

etməlidir: 

a) 2ci maddədə müəyyən edilmiş uşaq alveri kontekstində: 

(i)  uşağın  istənilən  vasitələrlə  aşağıdakı  məqsədlər üçün  təklif  edilməsi,  verilməsi  və  ya 

alınması: 

a. uşağın cinsi istismarı; 

b. uşaq orqanlarının mükafat müqabilində verilməsi; 

c. uşaqdan məcburi işləri gördürmək üçün istifadə edilməsi; 

(ii) vasitəçilik qismində, övladlığa götürmə ilə bağlı tətbiq olunan beynəlxalq hüquqi aktları 

pozmaqla uşağın övladlığa götürülməsinə razılıq verməyə qeyri-qanuni vadaretmə; 

b)  2ci  maddədə  müəyyən  olunmuş  uşaq  fahişəliyi  məqsədi  ilə  uşağın  təklif 

edilməsi, ötürülməsi yaxud verilməsi, qəbulu; 

c)  2ci  maddədə  müəyyən  olunmuş  uşaq  pornoqrafiyası  məqsədi  ilə  onun  paylanması: 

yayılması,  idxalı,  ixracı,  təklif  edilməsi,  satışı  və  ya  yuxarıda  göstərilən  məqsədlər üçün 

saxlanılması. 




2. İştirakçı dövlətin milli qanunvericiliyinin müddəaları nəzərə alınmaqla, belə əməllərdən 

hər hansı birini törətmək cəhdinə, həmçinin belə əməllərin törədilməsində yardım etməyə və ya 

birgə iştiraka münasibətdə də tətbiq edilir. 

3. Hər bir iştirakçı dövlət, ağırlıq dərəcəsindən asılı olaraq, belə cinayətlər üçün lazımi cəza 

tədbirləri müəyyən edir. 

4. Öz milli qanunvericiliyinin müddəalarını nəzərə almaqla, hər bir iştirakçı dövlət müvafiq 

hallarda  bu  maddənin  1ci  bəndində  nəzərdə  tutulmuş  cinayətlərə  görə  hüquqi  şəxslərin 

məsuliyyətinin  müəyyən  olunması üçün  tədbirlər  görür.  İştirakçı  dövlətin  hüquq  prinsipləri 

nəzərə  alınmaqla,  hüquqi  şəxslərin  bu  məsuliyyəti  cinayət  məsuliyyəti,  mülki  və  ya  inzibati 

məsuliyyət ola bilər. 

 5.  İştirakçı  dövlətlər  uşağın övladlığa  götürülməsinə  aidiyyəti  olan  bütün  şəxslərin  tətbiq 

edilən  beynəlxalq  hüquqi  aktların  müddəalarına  müvafiq  şəkildə  hərəkət  etmələrini  təmin 

etmək üçün bütün lazımi hüquqi və inzibati tədbirləri görürlər. 

M a d d ə   4

 

1. Hər bir iştirakçı dövlət 3cü maddənin 1ci bəndində göstərilmiş cinayətlər onun ərazisində 



və  ya  bu  dövlətdə  qeydiyyata  alınmış  dəniz  yaxud  hava  gəmisinin  göyərtəsində  törədildiyi 

zaman  belə  cinayətlərə  münasibətdə öz  yurisdiksiyasının  müəyyən  olunması üçün  zəruri 

tədbirlər görür. 

2.  Hər  bir  iştirakçı  dövlət  aşağıdakı  hallarda  3cü maddənin  1ci  bəndində  göstərilmiş 

cinayətlərə  münasibətdə öz  yurisdiksiyasının  müəyyən  edilməsi üçün  zəruri  tədbirlər  görə 

bilər: 


(a) güman olunan cinayətkar bu dövlətin vətəndaşı və ya onım ərazisində adi yaşayış yeri 

olan şəxs olduqda; 

(b) zərər çəkmiş şəxs bu dövlətin vətəndaşı olduqda. 

3. Hər bir iştirakçı dövlət həmçinin güman olunan cinayətkarın onun ərazisində olduğu və 

cinayətin onun vətəndaşlarından biri tərəfindən törədilməsini əsas gətirərək onu digər iştirakçı 

dövlətə  vermədiyi  hallarda,  yuxarıda  göstərilən  cinayətlərə  münasibətdə öz  yurisdiksiyasının 

müəyyən edilməsi üçün zəruri ola biləcək tədbirlər görür. 

4.  Bu  Protokol  dövlətdaxili  hüquqa  uyğun  həyata  keçirilən  hər  hansı  cinayət 

yurisdiksiyasını istisna etmir. 

M a d d ə   5

 

1.  3cü maddənin  1ci  bəndində  göstərilmiş  cinayətlər  iştirakçı  dövlətlər  arasında  mövcud 



olan istənilən ekstradisiya müqaviləsinə, ekstradisiyanı nəzərdə tutan cinayətlər qismində daxil 

edilmiş  hesab  edilir  və  həmçinin  sonradan  onlar  arasında  imzalanmış  istənilən  ekstradisiya 

müqaviləsinə, bu müqavilədə müəyyən olunmuş şərtlərə uyğun olaraq ekstradisiyanı nəzərdə 

tutan cinayətlər qismində daxil edilir. 

2.  Əgər  ekstradisiyanı  müqavilənin  mövcudluğu  ilə  şərtləndirən  iştirakçı  dövlətə,  onunla 

ekstradisiya müqaviləsi olmayan digər iştirakçı dövlət tərəfindən ekstradisiya barədə müraciət 

edilərsə,  o  belə  cinayətlərə  münasibətdə  bu  Protokolu  ekstradisiya üçün  hüquqi  əsas  kimi 

qiymətləndirə bilər. Ekstradisiya müraciət edilmiş dövlətin qanunvericiliyində nəzərdə tutulan 

şərtlərə uyğun həyata keçirilir. 

3.  Ekstradisiyanı  müqavilənin  mövcudluğu  ilə  şərtləndirməyən  iştirakçı  dövlətlər öz 

aralarındakı  münasibətlərdə  belə  cinayətləri,  müraciət  edilən  dövlətin  qanunvericiliyində 

nəzərdə  tutulmuş  şərtlərə  uyğun  olaraq,  ekstradisiyanı  nəzərdə  tutan  cinayətlər  kimi 

qiymətləndirirlər. 

4. Belə cinayətlər iştirakçı dövlətlər arasında ekstradisiya üçün o halda nəzərdə tutulur ki, 

həmin cinayətlər yalnız onların baş verdiyi yerdə deyil, həm də 



 4cü maddəyə uyğun olaraq öz yurisdiksiyasını müəyyən etməli olan dövlətlərin ərazisində 

baş vermiş olsun. 

5.  Əgər  ekstradisiya  haqda  müraciət  3cü maddənin  1ci  bəndində  göstərilən  cinayətlərdən 

biri  ilə  əlaqədar  edilmişdirsə  və  müraciət  olunan  iştirakçı  dövlət  cinayətkarın  vətəndaşlığına 

əsaslanaraq  onu  təhvil  vermir  və  ya  verməyəcəksə,  bu  dövlət  cinayət  təqibinin  başlanması 

məqsədi ilə işin öz səlahiyyətli orqanlarına verilməsi üçün lazımi tədbirlər görür. 

M a d d ə

 

6



 

1.  İştirakçı  dövlətlər  3cü maddənin  1ci  bəndində  göstərilmiş  cinayətlərə  münasibətdə, 

onlarda olan sübutların alınmasına yardım göstərmək də daxil olmaqla, başlanmış təhqiqat və 

ya cinayət təqibi yaxud ekstradisiya prosesi ilə əlaqədar bir-birinə maksimum kömək edirlər. 

2.  İştirakçı  dövlətlər,  aralarında  mövcud  ola  bilən  qarşılıqlı  hüquqi  yardım  haqqında 

istənilən müqavilə və ya razılaşmanı rəhbər tutaraq, bu maddənin 1ci bəndindəki öhdəliklərini 

yerinə  yetirirlər.  Belə  müqavilələrin  və  ya  razılaşmaların  olmadığı  təqdirdə,  iştirakçı 

dövlətlər öz dövlətdaxili hüquqlarına uyğun olaraq bir-birinə yardım edirlər. 

M a d d ə

 

7



 

İştirakçı dövlətlər öz milli hüquqlarının müddəalarına uyğun olaraq: 

(a) müvafiq hallarda aşağıdakıların alınması və müsadirə edilməsini təmin edəcək tədbirlər 

görürlər: 

(i)  əmlak,  yəni  bu  Protokolda  nəzərdə  tutulmuş  cinayətlərin  edilməsi üçün  və  ya 

edilməsindən istifadə edilən vasitələr və digər alətlər; (ii) bu cür cinayətlərin edilməsi ilə əldə 

olunan gəlir; 

(b) digər iştirakçı dövlətin (a)(i) yarımbəndində göstərilmiş əmlak və ya gəlirlərin alınması 

yaxud müsadirəsinə dair bir-birinə müraciətlərini yerinə yetirirlər; 

(c)  belə  cinayətlərin  icrası üçün  istifadə  olunan  yerlərin  müvəqqəti  və  ya  daimi 

bağlanmasına yönəldilmiş tədbirlər görürlər. 

M a d d ə

 

8

 



1.  İştirakçı  dövlətlər,  bu  Protokolla  qadağan  edilən  praktikanın  qurbanı  olmuş  uşaqların 

hüquq  və  maraqlarının  müdafiəsi üçün,  cinayət  mühakimə  icraatının  bütün  mərhələlərində, 

xüsusən aşağıdakı yollarla lazımi tədbirlər görəcəklər: 

(a) zərər çəkmiş uşaqların müdafiəsizliyinin etiraf edilməsi və onların xüsusi ehtiyaclarının, 

o  cümlədən  onların  şahid  kimi  xüsusi  ehtiyaclarının  tanınması  prosedurlarının 

uyğunlaşdırılması; 

(b) zərər çəkmiş uşaqlara onların hüquqları, rolu və onların işləri üzrə məhkəmə icraatının 

məzmunu, müddəti və gedişi barədə məlumat verilməsi; 

(c) şəxsi maraqlarına toxunulan hallarda, zərər çəkmiş uşaqların fikirlərinin, ehtiyaclarının 

və problemlərinin məhkəmə icraatı zamanı milli qanunvericiliyin 

 prosessual normalarına uyğun olaraq təmsil edilməsi və baxılmasının təmin edilməsi; 

(d) uşaqlara məhkəmə icraatının bütün mərhələlərində lazımi dəstək verilməsi üçün xidmət 

göstərilməsi; 

(e)  lazımi  hallarda,  zərər çəkmiş  uşaqların  şəxsi  həyatının  və  şəxsiyyətinin  qorunması  və 

zərər çəkmiş  uşağın  şəxsiyyətinin  müəyyən  edilməsinə  gətirib çıxara  biləcək  məlumatın 

arzuedilməz yayılmasının qarşısını almaq məqsədi ilə, milli qanunvericiliyə müvafiq tədbirlərin 

görülməsi; 

(f) lazımi hallarda, zərər çəkmiş uşaqların, eləcə də onların ailələrinin və onlar adından çıxış 

edən şahidlərin hədə-qorxu və qisasdan müdafiəsinin təmin edilməsi; 



(ç) zərər çəkmiş uşaqlara kompensasiya verilməsinə dair işlər üzrə qərarların çıxarılmasının, 

sərəncam və qətnamələrin icrasının həddən artıq ləngidilməsinə yol verilməməsi. 

2.  İştirakçı  dövlətlər  zərər çəkənin  həqiqi  yaşına münasibətdə  şübhə  olduğu  halda  cinayət 

təhqiqatının,  o  cümlədən  zərər çəkənin  yaşının  müəyyənləşdirilməsi  məqsədi  ilə  təhqiqatın 

başlanmasına mane olunmamasını təmin edirlər. 

3.  İştirakçı  dövlətlər  bu  Protokolda  nəzərdə  tutulan  cinayətlərin  qurbanı  olmuş  uşaqlarla 

rəftar zamanı, cinayət mühakimə icraatı sistemində uşağın ən ümdə maraqlarının qorunmasına 

birinci növbədə diqqət yetirilməsini təmin edirlər. 

4.  İştirakçı  dövlətlər  bu  Protokola  uyğun  olaraq  qadağan  edilmiş  cinayətlərin  qurbanları 

olan  uşaqlarla  işləyən  şəxslərin  lazımi  hazırlıq,  xüsusən  hüquqi  və  psixoloji  hazırlıq 

keçmələrinin təmin edilməsiüçün tədbirlər görürlər. 

5. İştirakçı dövlətlər lazımi hallarda bu cür cinayətlərin qarşısını alan fəaliyyətlə və/və ya bu 

cür  cinayətlərin  qurbanlarının  müdafiəsi  və  reabilitasiyası  ilə  məşğul  olan  şəxslərin  və/və  ya 

təşkilatların təhlükəsizliyi və toxunulmazlığının təmin edilməsi üçün tədbirlər görürlər. 

6.  Bu  maddənin  heç bir  müddəası  ittiham  olunanın  ədalətli  və  qərəzsiz  məhkəmə 

araşdırması hüququna xələl gətirən və ya ona zidd olan şəkildə təfsir olunmur. 

M a d d ə

 

9



 

1.  İştirakçı  dövlətlər  bu  Protokolda  göstərilən  cinayətlərin  qarşısının  alınması  məqsədi  ilə 

qanunlar,  inzibati  tədbirlər,  sosial  strategiya  və  proqramlar  qəbul  edir  və  ya  onları 

möhkəmləndirir,  tətbiq  edir  və  təbliğ  edirlər.  Belə  hərəkətlərə  məruz  qalma  baxımından 

xüsusən zəif olan uşaqların müdafiəsinə xüsusi fikir verilir. 

2. İştirakçı dövlətlər bu Protokolda göstərilmiş cinayətlərin acı nəticələri və onların qarşısını 

almaq üçün  tədbirlər  haqda  ictimaiyyətdə,  o  cümlədən  uşaqlar  arasında  bilgilərin  bütün 

müvafiq  vasitələrdən  istifadə,  tədris  və  təlim  yolu  ilə  genişləndirilməsinə  kömək  edirlər.  Bu 

maddədəki öhdəliklərini  yerinə  yetirmək üçün  iştirakçı  dövlətlər  ictimaiyyətin  və  xüsusilə 

uşaqların  və  zərər çəkmiş  uşaqların  bu  cür  informasiya-maarifləndirmə,  tədris  və  hazırlıq 

proqramlarında, o cümlədən beynəlxalq səviyyədə iştirakını təşviq edirlər. 

3.  İştirakçı  dövlətlər  bu  cür  cinayətlərin  qurbanlarına  müvafiq  yardımın  göstərilməsi 

məqsədi ilə, o cümlədən bu qurbanların tam sosial reinteqrasiyası və 

 onların  tam  fiziki  və  psixoloji  müalicəsi  də  daxil  olmaqla,  bütün  mümkün  tədbirləri 

görürlər. 

4. İştirakçı dövlətlər bu Protokolda göstərilmiş cinayətlərin qurbanları olan bütün uşaqların 

ayrı-seçkilik  olmadan,  hüquqi  məsuliyyət  daşıyan  şəxslərdən çəkdikləri  zərərə  görə 

kompensasiya almaqüçün lazımi prosedurlardan istifadə imkanını təmin edirlər. 

5.  İştirakçı  dövlətlər  bu  Protokolda  göstərilmiş  cinayətləri  təbliğ  edən  materialların 

istehsalının  və  yayılmasının  təsirli  şəkildə  qadağan  edilməsinə  yönəldilmiş  lazımi  tədbirlər 

görürlər. 

M a d d ə

 

1   0


 

1. İştirakçı dövlətlər uşaq alveri, uşaq fahişəliyi, uşaq pornoqrafiyası və uşaq seks-turizmi ilə 

əlaqədar  əməllərin  törədilməsində  təqsirli  olan  şəxslərin  qarşısının  alınması,  aşkar  edilməsi, 

təhqiqat  aparılması,  cinayət  təqibi  və  cəzası  məqsədi  ilə çoxtərəfli,  regional  və  ikitərəfli 

razılaşmalar  yolu  ilə  beynəlxalq  əməkdaşlığın  möhkəmləndirilməsi üçün  bütün  zəruri 

tədbirləri görürlər. İştirakçı dövlətlər həmçinin öz orqanları, milli və beynəlxalq qeyri-hökumət 

təşkilatları  və  beynəlxalq  təşkilatlar  arasında  beynəlxalq  əməkdaşlığa  və  əlaqələndirməyə 

dəstək verirlər. 




2. İştirakçı dövlətlər zərər çəkmiş uşaqların fiziki və psixoloji bərpasına, sosial reinteqrasiya 

və  repatriasiyasına  kömək  göstərməyə  yönəldilmiş  beynəlxalq  əməkdaşlığın  inkişafına  dəstək 

verirlər. 

3.  İştirakçı  dövlətlər  uşaq  alveri,  uşaq  fahişəliyi,  uşaq  pornoqrafiyası  və  uşaq  seks-

turizminin  obyektləri  qismində  uşaqların  köməksizliyini  artıran  yoxsulluq  və  inkişaf 

səviyyəsinin  aşağı  olması  kimi  əsas  səbəblərin  aradan  qaldırılması  məqsədi  ilə  beynəlxalq 

əməkdaşlığın möhkəmləndirilməsinə dəstək verirlər. 

4.  Müvafiq  imkanları  olan  iştirakçı  dövlətlər  mövcud çoxtərəfli,  regional,  ikitərəfli  və  ya 

digər proqramlar çərçivəsində maliyyə, texniki yaxud digər yardım göstərirlər. 

M a d d ə   1 1

 

Bu  Protokolda  heç bir  şey  uşaqların  hüquqlarının  həyata  keçirilməsinə  daha  artıq  zəmin 



yaradan və: 

a)  iştirakçı dövlətlərin qanunvericiliyində; 

b)  bu  dövlət üçün  qüvvədə  olan  beynəlxalq  normalarda  nəzərdə  tutulan  müddəalara 

toxunmur. 

M a d d ə

 

1 2



 

1. Hər bir iştirakçı dövlət həmin Protokolun bu iştirakçı dövlət üçün qüvvəyə minməsindən 

sonra  iki  il  müddətində Uşaq Hüquqları üzrə  Komitəyə  bu Protokolun müddəalarının  həyata 

keçirilməsi  ilə  əlaqədar özünün  gördüyü tədbirlər  haqqında  əhatəli  məlumatı  əks  etdirən 

məruzə təqdim edir. 

2.  Əhatəli  məruzə  təqdim  olunduqdan  sonra  hər  bir  iştirakçı  dövlət  Konvensiyanın 

44cü maddəsinə uyğun olaraq Protokolun həyata keçirilməsinə aid 

 olan  istənilən  əlavə  məlumatı  Uşaq  Hüquqları üzrə  Komitəyə  təqdim  etdiyi  məruzələrə 

daxil edir. Protokolun digər iştirakçı dövlətləri beş ildən bir məruzə təqdim edirlər. 

3.  Uşaq  Hüquqları üzrə  Komitə  iştirakçı  dövlətlərdən  bu  Protokolun  həyata  keçirilməsinə 

aid əlavə məlumat ala bilər. 

M a d d ə

 

1 3


 

1.  Bu  Protokol  Konvensiyanın  iştirakçısı  olan  və  ya  onu  imzalamış  istənilən  dövlətin 

imzalanması üçün açıqdır. 

2.  Bu  Protokol  ratifikasiya  olunmalıdır  və  Konvensiyanın  iştirakçısı  olan  və  ya  onu 

imzalamış  istənilən  dövlətin  qoşulması üçün  açıqdır.  Təsdiqnamələr  və  ya  qoşulma  haqqında 

sənədlər saxlanılmaqüçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilir. 

M a d d ə

 

1 4



 

1.  Bu  Protokol  onuncu  təsdiqnamənin  və  ya  qoşulma  haqqında  sənədin  saxlanılmaq üçün 

verilməsindən 3 ay sonra qüvvəyə minir. 

2.  Bu  Protokol  onu  ratifikasiya  edən  və  ya  Protokolun  qüvvəyə  minməsindən  sonra  ona 

qoşulan hər bir dövlət üçün belə dövlətin öz təsdiqnaməsini və ya qoşulma haqqında sənədini 

saxlanılmağa verməsindən bir ay sonra qüvvəyə minir. 

M a d d ə

 

1 5



 

1.  İstənilən  iştirakçı  dövlət  istənilən  zaman  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə 

yazılı  bildiriş  göndərməklə  Protokolu  denonsasiya  edə  bilər;  Baş  katib  bu  barədə 

Konvensiyanın  digər  iştirakçı  dövlətlərini  və  Konvensiyanı  imzalamış  bütün  dövlətləri 

məlumatlandırır.  Denonsasiya  belə  bildirişin  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi 

tərəfindən alındığı tarixdən bir il keçdikdən sonra qüvvəyə minir. 




2.  Belə  denonsasiya,  iştirakçı  dövləti  denonsasiyanın  qüvvəyə  minməsi  tarixinədək 

törədilmiş istənilən cinayətə münasibətdə bu Protokolla nəzərdə tutulan öhdəliklərindən azad 

etmir. Eyni zamanda belə denonsasiya heç bir halda onun qüvvəyə minməsi tarixinədək artıq 

Komitənin müzakirəsində olan istənilən məsələnin sonrakı müzakirəsi üçün maneə törətmir. 

M a d d ə

 

1 6



 

1.  İstənilən  iştirakçı  dövlət  düzəliş  təklif  edə  və  onu  Birləşmiş  Millətlər  Təşkilatının  Baş 

katibinə təqdim edə bilər. Sonra Baş katib düzəlişə baxılması və ona səs verilməsi məqsədi ilə 

iştirakçı dövlətlərin konfransının çağırılmasına münasibət bildirilməsi xahişi ilə təklif olunmuş 

düzəlişi  iştirakçı  dövlətlərə çatdırır.  Belə  məlumatın  verildiyi  tarixdən  başlayaraq  dörd  ay 

müddətində iştirakçı dövlətlərin ən azıüçdə biri belə konfransın çağırılmasına tərəfdar çıxarsa, 

Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı çağırır. Konfransda 

səsvermədə  iştirak  edən  və  iştirakçı  dövlətlərin  əksəriyyəti  tərəfindən  qəbul  olunan  istənilən 

düzəliş təsdiq olunmaq üçün Baş Assambleyaya təqdim edilir. 

 2.  Bu  maddənin  1ci  bəndinə  uyğun  olaraq  qəbul  edilmiş  düzəliş  Birləşmiş  Millətlər 

Təşkilatının  Baş  Assambleyası  tərəfindən  təsdiq  olunmaqla  və  iştirakçı  dövlətlərin üçdə  iki 

səs çoxluğu ilə qəbul edilməklə qüvvəyə minir. 

  3. Düzəliş qüvvəyə mindikdə, onu qəbul etmiş dövlətlər üçün məcburi olur, digər iştirakçı 

dövlətlər üçün  isə  bu  Protokolun  müddəaları  və  onlar  tərəfindən  qəbul  edilmiş  əvvəlki 

düzəlişlər məcburi olaraq qalır. 

M a d d ə   1 7

 

1. İngilis, ərəb, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu 



Protokol saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilməlidir. 

2.  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  bu  Protokolun  təsdiq  olunmuş  surətlərini 

Konvensiyanın  iştirakçısı  olan  bütün  dövlətlərə  və  Konvensiyanı  imzalamış  bütün  dövlətlərə 

göndərir. 



  

 

Yüklə 81,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə