Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 

83 


siniflər və litseylər üçün hazırlanan kitablarda bəzən daha 

böyük qüsurlara rast gəlirik. A.Ibrahimovanın “Azərbaycan 

dili” adlandırdığı  və “Nurlan” nəşriyyatının 2004-cü ildə çap 

etdiyi kitabda sual vermək və elə oradaca onun cavabını 

vermək bir prinsip kimi götürülmüşdür. Məsələn: 

1. Orfoqrafiya nədən bəhs edir? 

- Düzgün yazılış qaydalarından  

2. Düzgün tələffüz qaydalarından hansı bölmədə bəhs 

olunur? 

- Orfoepiyada 

3. Heca nəyin vasitəsilə yaranır? 

- Sait səslərin 

4. Qalın saitlər  hansılardır?  

- a, ı, o, u  

5. Incə saitlər hansılardır? (4s, 4) 

e, ə, i, ö, ü  

Müəllif kitabını “yeni tipli çalışmalar” adlandırır. 

Əlbəttə, köhnə çalışmalardan fərqli olaraq burada müəyyən 

testlər, çalışmalar vardır. Lakin müəllif “yeni tipli çalışmalar”ın 

mahiyyətini dərk etmədiyi üçün kitab yenə  də yaddaşa 

əsaslanan, məlumat bolluğunda uşağı qərq edən köhnə sual və 

tapşırıqlardan fərqlənmir.  

Yaddaşa  əsaslanan “Azərbaycan dili”ndəki qüsurlar 

da eyni xarakterlidir, yorucu, şagird intellektinə  təsir etməyən 

tapşırıqlar ibtidai sinfin həm “ana dili”, həm də “oxu” 

kitablarında kifayət qədərdir.  

Aşağıda ibtidai siniflər üçün nəzərdə tutulan 

“Azərbaycan dili” dərsliklərindən seçilmiş tapşırıqları 

diqqətinizə cəlb edirik.  

“Oxuyun, qarşı-qarşıya yazılmış sözlərin məna fərqini 

deyin.  

Məktəb-məktəbin-məktəbli 

Dəmir-dəmirə-dəmirçi 

 

84



Kömürdən-kömürə-kömürdə-kömürçü 

Meşədən-meşəni-meşəyə-meşəlik 

Sözlərini kök və şəkilçiyə ayırıb yazın. Qarşı-qarşıya 

yazılmış sözlərlə mənanın dəyişməsi səbəbini izah edin. 

2. Oxuyun. Qarşı-qarşıya yazılmış sözlərə sual verin. 

Onlar arasındakı məna fərqini deyin. 

Daş-daşlıq, üzüm-üzümçü-üzümlük, süd-südlü 

3. Sözləri kök və şəkilçiyə ayırın. Sözün dəyişməyən 

hissəsi hansıdır? Bəs sözün dəyişən hissəsi hansıdır? 

4. Köçürün, sözlərdə kökün altından xətt çəkin.  

Qışlaq, gülçü, sözlük, otluq, güldan, sözsüz, ətlik, 

pambıqlıq, canlan, birləş, işlə, yağsız, qüvvətlən, hazırlaş, 

başla, adsız, həyətdəki, maraqlı, işsiz, susuz, güllü, sürücü, 

yerli, otlu, əkinçi 

Ayırdığınız  şəkilçilər nə üçün sözdüzəldici  şəkilçi 

adlanır? Sözün kökü nəyə deyilir? 

5. Köçürün, şəkilçilərin altından xətt çəkin. 

Çiçək-çiçəkli-çiçəksiz-çiçəklik 

Baş-başlı-başlıq-başçı 

Ot-otlu-otlaq-otluq 

Birinci cərgədəki sözlərin kökü hansıdır? Bəs ikinci 

və üçüncü cərgədəki? 

6. Oxuyun, eyniköklü sözləri tapıb göstərin. 

1. Bağçada güllük var. Oaradan gül dərdik. Onu 

güldana qoyduq. Quşlar güllü bağçanı çox sevirlər. 2. Dağın 

ətəyində ot göyərir. Qara sürünü otlağa apardı. 3. Sabirlə dənizə 

getdim. Dənizçilər sağlam olurlar.  

Eyniköklü sözlər nəyə deyilir? 

7. Sözləri köçürün. Sözdüzəldici  şəkilçilərin altından 

bir, sözdəyişdirici şəkilçilərin altından iki xətt çəkin. 

Daşın, çəmənlik, duzlu, şəkillər, daşdan, çəməndə, 

duzsuz, işdə, daşlıq, hazırlaş, işlə, otlar, çəməndən, duzlaq, 




 

85 


məktəbli, işlək, duzu, kitablar, həkimlik, qatara, dəftəri, atlı, 

küçəni  


8. Çəmən-çəmənlik, duz-duzlaq sözlərinin hərəsini bir 

cümlədə işlədin. 

Oxuyun, eyniköklü sözləri seçib yazın. 

Bağ, bağlı, bağlıq, bağdan, bağlayır 

Üzüm, üzümçü, üzür, üzümlü, üzümlük 

Dağ, dağlıq, dağlı, dağlayır 

Ot-otluq, otlu, otur 

Hansı söz öz cərgəsindəki digər sözlərlə eyniköklü 

deyil?  

9. Sözlərə -çı, -çi, -çu, -çü şəkilçisinin uyğun 

variantını əlavə edib yeni sözlər düzəldin. 

Əla, əmək, qoruq, üzgü, tütün, dəmir, futbol, voleybol 

Düzəltdiyiniz hər sözü bir cümlədə işlədin. 

(65, 56)   

Bu tipli tapşırıqlar yalnız dil faktorlarını öyrətməyə 

xidmət edir. Qrammatik mənaların mənimsənilməsinə xidmət 

göstərsə  də  şagirddə heç bir bacarıq yaratmır. Onlar süstlük 

yaradır.  Şagird təxəyyülünə qanad vermir. Müasir dərs isə 

fəallaşdırmağa yönəldilməlidir.  

 

                    Müasir tapşırıqlar  

Azərbaycan təhsil sistemi özünün ilk məhsullarını 

verməkdədir. Ibtidai məktəblər üçün nəşr olunan yeni tipli 

dərsliklərdə verilən tapşırıqlar diqqəti cəlb edir. 

Aşağıda II sinfin “Azərbaycan dili” dərsliyindən 

götürülmüş bir neçə sual və tapşırığa diqqət edək. Həmin sual 

və tapşırıqları  ənənəvi tapşırıqlarla müqayisə edin. Onların 

fərqini izah etməyə çalışın.  



 

 

 

 

86



Tapşırıq 1  

Hansı sözü deyəndə bəzən iki saitin arasına “h” samiti 

əlavə olunur? 

A) maarif             B) camaat               C) sual  

2. Hansı sözdə saitlərdən biri tələffüz olunmur? 

A) müəssisə         B) daimi                 C) təbiət 

3. Sözlərdən birində “o” yazılır, “a” deyilir 

A) qoğal B) kollektiv C) kartof 

4. Sözlərdən birində “y” samiti yazılmamalıdır. 

A) qənayət         B) saniyə             C) kinayə 

5. Hansı sözdə bir “ə” hərfi artıq yazılıb? 

A) mənfəət        B) təəccüb            C) təərif 

6. Hansı sözdə saitlərdən biri düzgün yazılmayıb? 

A) taxda          B) mübarizə          C) qəhrəman  

7. Hansı sözdə bir sait buraxılıb? 

Həkim xəstəni malicə etdi.  

Bu tapşırıq sözün deyilişi və yazılış bacarığını 

mənimsətməyə xidmət göstərir. Bəzən biz “o” yazırıq, “a” 

tələffüz edirik. Moskva” yazırıq, “Maskva” deyirik. 

Iki sait yanaşı  işlənəndə  də söz deyildiyi kimi 

yazılmır. Bəzi hallarda saitlər yanaşı  gələndə  tələffüz zamanı 

onların arasına bir samit daxil olur və ya saitlərdən biri tələffüz 

olunmur.  

Ayilə-ailə, məllim – müəllim, təərif – tərif, malicə - 

müalicə  

Bu tapşırıq yazılı nitq bacarıqlarını inkişaf etdirir.  



 

Tapşırıq 2  

1. Nöqtələrin yerinə hansı hərf yazılmalıdır? 

ba...ça  ğ, yoxsa x 

bit...i   k, yoxsa g 

to...qa  q, yoxsa k 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə