Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 

67 


...nəyə oxşayır? 

Identifikasiya, analogiya və 

metaforanın yaradılması 

...haqqında biz artıq nə 

bilirik? 

Əvvəllər mənimsənilmiş 

biliklərin aktivləşdirilməsi 

...  ...  əvvəllər öyrəndiyimizlə 

necə əlaqədardır? 

Əvvəllər mənimsənilmiş 

biliklərin aktivləşdirilməsi 

Izah edin, nə üçün?... 

Analiz  

Izah edin... necə? Analiz 

 

...mənası nədən ibarətdir? Analiz 



 

Nə üçün... əhəmiyyətlidir? 

Əhəmiyyətin analizi  

... ilə ... arasındakı fərq nədən 

ibarətdir? 

Müqayisə-qarşılaşdırma 

... və ... bir-birinə  nə ilə 

oxşayır? 

Müqayisə-qarşılaşdırma 

...gündəlik həyatda necə 

tərbiq etmək olar? 

Real aləmdə tətbiq 

...əksinə hansı arqumenti 

göstərmək olar? 

əks arqumentasiya  

... hansı yaxşıdır və ya nə 

üçün? 

Qiymətləndirmə 



və onun 

əsaslandırılması  

Məsələnin həllinin mümkün 

yolları hansılardır? 

Ideyaların sintezi  

...əsasında... və ...müqayisə 

edin 

Müqayisə-qarşılaşdırma  



Sizin fikrinizcə, səbəb 

hansıdır və nə üçün? 

Səbəb-nəticə 

əlaqələrinin 

analizi 

...siz bu hökmlə razısınız?  

Qiymətləndirmə 

və onun 


əsaslandırılması  

Siz öz cavablarınızı  nə ilə 

əsaslandıra bilərsiniz? 

Qiymətləndirmə 

və onun 

əsaslandırılması 

Sizin fikrinizcə, ... 

məsələsinə necə baxa bilər? 

Başqalarının nöqteyi-

nəzərinin araşdırıması  

 

68

 (33, 128-129) 



Ana dili dərslərində müəllim “Uşaq nəyi 

bilir?”sualına cavab axtarmaqdansa “Uşaq biliklərə 

yiyələnərkən başını necə  işlədir? Məntiqi varmı? Təfəkkürünü 

inkişaf etdirmək üçün ona hansı qayğını göstərmək lazımdır?” 

tipli suallarının ətrafında düşünməlidir. 

Alimlər qeyd edir ki, Albert Eynşteyn məktəbdə 

çoxundan pis oxuyurmuş. Bəzən fizika və riyaziyyatdan 2 

alırmış. Amma XX əsrin  ən böyük alimi oldu. Belə  çıxır ki, 

gələcək alimin təfəkkür qabiliyyəti o zaman müəllimlərin 

diqqətindən yayınıb. Onlar şagirdlərini mövcud məlumatları nə 

qədər bilməsi ilə qiymətləndiriblər. 

Hər bir uşaq istedaddır. Lakin onların hərəsində bir 

cəhət daha üstündür. Müəllim və ibtidai məktəblər üçün dərslik 

yazan alimlər insan intellektinin bütün cəhətlərini hərəkətə 

gətirməyi bacaran tapşırıqlar hazırlamalıdır.  

Mövcud dərsliklərdə diqqətimizi cəlb edən bəzi 

nümunələr var. “Inteqrativ oxu və yazı” seriyasından buraxılan 

“1



sinfinin uşaqları” adlı  vəsaitdə  şagird intelektinə  təsir edə 

biləcək bir neçə nümunə diqqəti cəlb edir.  



 

                                  ORXANIN EYNƏYI  

Həkim Orxana eynək verdi.  

Orxan oxuyanda kitabı gözlərinə lap yaxın tuturdu.  

Indi Orxan eynək taxır və yaxşı görür. 

Atası Orxanı göz həkiminə apardı. 

Bu mətnə belə tapşırıqlar verilmişdir: 

1. Şəkillərə əsasən mətni düzgün ardıcıllıqla yaz. 

 

2. Sualları cavablandır. 



Orxanın problemi nə idi?  

Kitabı gözlərinə çox yaxın tuturdu. 

Problemin həlli nə idi?  




 

69 


Problem necə həll olundu?  

Göründüyü kimi bu tapşırığı oxuyan uşaq  əvvəlcə 

hekayədəki cümlələri məntiqi ardıcıllıqla düzməyə  səy 

göstərəcək. Həmin cəhət onun məntiqi bacarığına, başqa sözlə 

intellektinə  təsir edəcəkdir. Tapşırıqda həmçinin  şagird 

problem, problemi yaradan səbəb, problemin aradan 

qaldırılması yolu kimi məsələlərlə üzləşir. Bu, bir tərəfdən 

oyun xarakterli olduğu üçün cəlbedicidir. Digər tərəfdən 

problemin həll olunması yolları barədə düşünən uşağın ağlına, 

zəkasına təsir göstərir.  

Kim nəyi xoşlayır? Tapşırığı da şagird intellektinə 

yönəlmişdir:  

Sinfimizdə  hərə bir şey xoşlayır. Aysel kukla ilə 

oynamağı sevir. Orxan yaxşı velosiped sürür. Kamran tənəffüsə 

çıxan kimi uşaqlarla gizlənqaç oynayır. Səadət isə rəqs etməyi 

sevir.  


Müəllimimiz deyir ki, dərslərimizi də sevməliyik.  

1. Şəkillərin altında uşaqların adlarını yaz. 

2. Altından xətt çəkilən hansı söz mənaca fərqlidir? 

Sevir 


Oynayır 

Xoşlayır 

2.  Hansı adda iki sait yanaşı gəlir? 

3.  Kamran 

4.  Aysel  

5.  Səadət  

4. Cədvəli doldur. 

 

Kim  



Nəyi sevir  

 Gizlənpaç oynamağı 

Səadət  

 

 Velosiped 



sürməyi 

Aysel  


 

 

70



Mən  

 

Mətnin sonunda verilən cədvəl üzərində düşünərkən 



uşaq özünü müstəqil bir şəxsiyyət hesab edir. Axı o, cədvəli 

müstəqil doldurur. Suallara özü cavab verir. Ağlını işə salmağı, 

hekayədəki obrazların xasiyyətini düzgün 

müəyyənləşdirməlidir. Buna görə  də hekayəni təkrar-təkrar 

oxuyur, düşünür, məntiqi nəticələr çıxarır. 

“8 Mart” hekayəsində isə  məntiq lap son cümlədə 

gizlənib. Onu başa düşmək üçün çox diqqətcil olmaq lazımdır.  

Martın 8-i idi. Selcan, Orxan və Aysel parkda 

görüşdülər. Orxan dedi: 

- Mən bu gün paltarımı özüm geyindim. Anama 

əziyyət vermədim.  

- Mən isə  səhər yeməyimi özüm hazırladım, - deyə 

Aysel qürrələndi. – Anamı belə təbrik etdim.  

Uşaqlar Selcana baxdılar. O yavaşca dilləndi: 

- Mən səhər oyanan kimi anamın üzündən öpdüm. 

- Elə bu? – Orxanla Aysel bir ağızdan soruşdular. 

- Hə də... Axı mən hər gün paltarımı özüm geyinirəm, 

səhər yeməyini də özüm hazırlayıram. 

 

1. Selcanın dediyi caümlələrin altından xətt çək. 



2. “Dilləndi” sözünü hansı sözlə əvəz etmək olar?  

Dinlədi 


Söylədi 

Dinmədi 


3. Sən  ananı “8 Mart günü” münasibətilə necə təbrik 

edərdin? 

Bu tapşırıq modeli sözü duymaq və yerində  işlətmək 

bacarığına yönəldilmişdir. “Selcanın dediyi cümlənin altından 

xətt çək” tapşırığı hekayənin ideya-məzmununun açılmasına 

xidmət göstərir.  Şagird həmin sözlərə diqqət yönəldəndə 

məlum olur ki, Selcan o biri uşaqların yalnız “8 Mart günü” 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə