Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

79 


 

1. Mətni düzgün ardıcıllıqla yaz.  

2. 3-cü cümlədə nöqtələrin yerinə hansı söz uyğun 

gəlir: 


a)Mələməyə 

b)Banlamağa 

c)Hürməyə 

3. Mətnin məzmununa hansı atalar sözü uyğundur 

a)Artıq tamah baş yarar  

b)It hürər, karvan keçər 

c)It itin ayağını basmaz 



4. Hansı sözdə 1-ci hərfi dəyişməklə “övladın övladı” 

mənasını verən söz yaratmaq olar? 

a)Küçük             b)dəvə                 c)karvan 

5. dəvə - karvan 

Qoyun – sürü  

At - ... 

Nöqtələrin yerinə hansı söz uyğun gəlir? 

a)dəstə           b)naxır             c)ilxı  

Tapşırığın ikinci bəndi “hürmək” sözünü tapmaq 

üçündür. Bu da məntiqi bacarıqdır. It mələyə bilməz. It 

banlamaz. O hürər. 

Üçüncü bəndində verilən atalar sözləri də mühüm 

əhəmiyyət kəsb edir. Həmin atalar sözlərini yada salan uşaq “it 

hürər, karvan keçər” nümunələrini ona görə yadında saxlayır ki, 

bu hekayə həmin atalar sözünün mahiyyətini öyrətməyə xidmət 

edir.  Şagird həmin atalar sözünü mətnlə  əlaqələndirməklə 

dinlədiyini dərk etmək bacarığına nail olur.  

Dördüncü bölmədə “dəvə-nəvə” sözləri qarşılaşdırılır. 

Müəllim həmin sözün əvvəlinə “dövlətdə dəvə, övladda nəvə” 

deyimini də  əlavə edə bilər. Mətnlə bağlı verilən tapşırıqlar 

sözləri düzgün anlamaq və yerində  işlətmək bacarığına 

ünvanlanıb. Bu tapşırığı düzgün yerinə yetirən şagird anlayır ki, 

 

80



çoxlu dəvəyə “karvan”, çoxlu qoyuna “sürü”, çoxlu ata “ilxı” 

deyirlər.  

 

Ana dili və oxu dərsləri prosesində sual və 

tapşırıqların xarakteri haqqında aşağıdakıları bilmək 

zəruridir: 

*Dərsin mövzusunu müəyyənləşdirmək prosesinə 

şagirdləri cəlb etmək çox vacibdir. Qoy motivasiya prosesində 

onlar yaxından iştirak etsinlər. Dərsin sonrakı  mərhələlərində 

bu, şagirdlərin fəallığının təminatçısı olacaq.  

*Tapşırıqlar düşünülmüş olmalıdır. Onları  şagird 

intellektinə ünvanlamaq lazımdır. 

* “Siz filan şeyi bilirsinizmi?” “Filan hadisə necə 

olur?”, “Orada kim təqsirkar idi” və s kimi uşaq təfəkkürünə 

və fantaziyasına qida verməyən suallar mənasızdır. Belə 

suallara  şagird “hə”, “bəli”, “qətiyyən”, “əlbəttə” kimi 

cavablar verəcək. Bu cavablar digər şagirdlərin fikri fəallığını 

azaldacaq. Sualların  əvvəlində “Sənin fikrincə”, “necə 

düşünürsən”, “əgər belə olsaydı”, “sən olsaydın”, “nəyə 

görə”, “nə üçün” sözləri ilə başlayan suallar düşündürücüdür, 

şagirdi axtarışa cəlb edir.  

*Şagirdlərin söylədikləri hər hansı bir fikri anlamağa 

çalışmaq, ən bəsit cavabların içindəki qığılcımdan istifadə edib 

onu təqdir etmək lazımdır. Belədə şagirddə mükaliməyə girmək 

meyli güclənir, özünə inam yaranır.  

*Analogiyalardan istifadə etmək  əhəmiyyətlidir. Bir 

tezisi başqası ilə tutuşdurmaq, müqayisə etmək  şagird 

intellektinə təsir edir. 

*Oxu prosesində  əsas ideyanı tapmaq üçün şagirdə 

danışmaq, fikrini izah etmək imkanı yaratmaq lazımdır. 

Müəllimin müdaxiləsi hər hansı fikri qabaqcadan deməsi sinfi 

susduracaq, müzakirə dayanacaq. Buna görə müəllim sona 



 

81 


qədər fikrini söyləməməli, axıra yaxın öz düşüncələrini 

şagirdlərin fikirləri ilə əlaqələndirməlidir.  

*Yadda saxlayaq ki, müəllim  şagirdlər üçün yeganə 

bilik mənbəyi kimi qala bilməz. Buna görə  də  şagird oxunan 

əsərdəki problemlərlə bağlı başqa mənbələrdən araşdırmalar 

aparmağa, məlumat toplamağa cəlb edilməlidir.  

 

 

                  

 

 

            

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

 

 

   

                   

 

82



                YENI TIPLI TAPŞIRIQLARIN ƏSAS                                       

                                  MAHIYYƏTI  

 

 



Müasir təhsilin tələb etdiyi tapşırıqların mahiyyətini 

dərk etmək üçün onu ənənəvi tapşırıqlarla müqayisə etmək 

lazımdır  

 

                          

                           ƏNƏNƏVI TAPŞIRIQLAR  

                

             Ibtidai  təhsil yarandığı gündən tapşırıqlar mövcuddur. 

Tapşırıqlar  əsasən sinifdə öyrənilən mətnin daha da 

möhkəmləndirilməsinə xidmət edir. Yaddaşa əsaslanan ənənəvi 

təhsildə tapşırıq  əzbərlənməsi və yadda saxlanması vacib olan 

qaydaların təkrarlanmasına xidmət göstərir. Bu tapşırıqlar daha 

çox öyrətməyə, yaddaşa istiqamətlənir. Məsələn: 

 1.Oxuyun.  Qarşı-qarşıya yazılmış sözlərə sual verin. 

Onların arasındakı məna fərqini deyin.  

2. Oxuyun. Nöqtələrin  əvəzinə “Lənkəran” sözünü 

əlavə edib köçürün. 

“Lənkəran” sözünün dəyişməsinə fikir verin. Qəbul 

etdiyi  şəkilçinin altından xətt çəkin. Bu şəkilçilər nə üçün 

sözdəyişdirici şəkilçilər adlanır?  

3.Köçürün. Kökün altından xətt çəkin.  

Belə tapşırıqlar qrammatik qaydaları öyrətməyə 

xidmət göstərsə  də  şagirdi fəallaşdıra bilmir. Bu tipli 

tapşırıqlarda 8-10 yaşlı uşağı cəlb edən oyun elementləri, fikri 

qabiliyyətlərin inkişafına sitimul verən cəhətlər olmadığı üçün 

onları öyrənmək uşağa çətinlik törədir. Tapşırıqları  həll edib 

qurtaran ən istedadlı uşaq belə ağır bir yükdən xilas olmuş kimi 

görünür. Dərslik müəllifləri konkret proqramdan çıxış edərək 

həmin yolla getdiklərini başa düşmək çətin deyil. Lakin ibtidai 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə