Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 

75 


*** 

Boz atın boz torbasın boş as başından, apar, islat gətir 

yaş as başından. 

*** 


Cüt dükcə, cük-cük dükcə, üç cüt dükcə. 

*** 


Bu mis nə pis mis imiş, bu mis kaşan misi imiş.  

*** 


Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan 

da. 


“Məntiqi təfəkkür yalnız elmi fəaliyyətdə deyil, 

həyatın bütün sahələrində insana lazım olan vərdişdir. 

Məsuliyyətli anlarda düzgün qərar çıxarmaq, disput və 

diskusiyalarda öz mövqeyini asanlaşdırmaq, arqumentləri elə 

ardıcıllıqla düzmək ki, qarşı tərəf “hə” deməyə  məcbur olsun-

bütün bunlar istənilən şəxsə həyatda lazım olan bacarıqlardır və 

onların əsasında məntiq durur. Yaxşı olardı ki, bu bacarıq orta 

məktəbin aşağı siniflərdindən başlayaraq  şagirdlərə  aşılansın. 

Onu da qeyd etmək lazımdır ki, məntiqi təfəkkür bir çox 

biliklərin  əzbərçiliklə deyil, məntiq süzgəcindən keçirməklə 

qavranılmasına kömək edir və bu yolla qazanılmış bilik insan 

hafizəsindən uzun müddət silinmir”.  (11-4,5) 

Bu fikirlər haqlıdır.  Şagird intellektini inkişaf 

etdirmək üçün ən güclü vasitə tapşırıqlardır və II sinfin 

“Azərbaycan dili” dərslikləri belə tapşırıqlarla zəngindir. Əsas 

məsələ onlardan bacarıqla istifadə etmək və şagird intellektinin 

inkişafına nail olmaqdır. Məsələn, sözün tərkibi haqqındakı 

aşağıdakı tapşırıqlara nəzər salaq.  

1. Mətni oxu və altından xətt çəkilən sözləri cədvəlin 

müvafiq sütunlarına yaz.  

Bizim müəllimimiz çox ciddi adamdır. O qədər 

tələbkar və  zəhmlidir ki, heç gülümsəməyini də görməmişik. 

 

76

Amma bir dəfə o, Ələkbərin yerinə yetirdiyi ev tapşırığına 



ürəkdən güldü.  

Ev tapşırığında ad bildirən beş söz tapıb onlardan 

hərəkət bildirən sözlər düzəltmək lazım idi. Məsələn,  

Yağ-yağlamaq, ot-otlamaq, bel-belləmək 

 

Ələkbər isə fikrinə gələn bütün sözləri çevirmişdi: 



Kitab-kitablamaq, kağız-kağızlamaq, 

şalvar-


şalvarlamaq 

Əgər “kor” sözü ad bildirən söz olsaydı,  Ələkbər bu 

sözü də məharətlə korlayardı. 

Bir yekəpər adam möhkəm acmışdı, yemək istəyirdi. 



O, bir kömbə alıb yedi, amma doymadı. Birini də alıb yedi, 

yenə doymadı. Üçüncüsünü alıb yedi, amma yenə  də yemək 

istəyirdi. 

Onda o, bir qoğal alıb yedi və doydu. Əlini alnına 

vurub dedi: 

- Əcəb axmağam! Nahaq yerə kömbəyə bu qədər pul 

verdim. Gərək əvvəlcədən bir dənə qoğal alaydım.  

Söz ehtiyatı  



Kömbə - iri, girdə, qalın çörək 

Suallar  

1.  Yekəpər adam bir qoğal yeyən kimi niyə doydu? 

a)Çünki qoğal yağlı olur. 

b)Çünki iştahası pozulmuşdu. 

c)Çünki ondan əvvəl üç kömbə yemişdi. 

2. Hansı atalar sözü mətnin məzmununa uyğun gəlir? 

a)Ağıl gücdən üstündür 

b)Dəvəcə boyun olunca, düyməcə ağlın olsun. 

c)Ağıllı düşməndən qorxma, axmaq dostdan qorx. 

3. Sonuncu cümlədəki “dənə” sözünü hansı sözlə əvəz 

etmək olar? 




 

77 


nəfər             cüt           ədəd  

4.Hansı söz əsər qəhrəmanının xarakterinə uyğun 

deyil? 

axmaq,        acgöz,        zalım  



2.  Adamın nitqindəki hansı sözlər əks mənalıdır? 

a)kömbə - qoğal  

b)nahaqca-əvvəlcədən 

c)verdim-alaydım 

 

         DOSTLAR MEŞƏDƏ  

Əli, Kərim, Anar və Tural meşədə  gəzintiyə 

çıxmışdılar. Onlar nə etdilər, necə əyləndilər? Hərəkət bildirən 

sözlərin yerini düzgün müəyyən etsən, bunu biləcəksən. 

1-ci cümlədə  hərəkət bildirən sözlərin yeri dəyişik 

düşüb. 


Onları öz yerinə qoymaqla cümləni yenidən yaz. 

1.  Əli odunu soydu, Kərim ocağı doğradı, Anar əti 

qaladı, Tural kartofu yardı. 

2-ci və 3-cü cümlələrdə boşluqlara müvafiq hərəkət 

bildirən sözləri qoy. 

Oturdular, çəkdilər, yedilər, bişirdilər 

2. Dostlar xörəy...ocağın ətrafında.... 

Xörəyi boşqablara ..... , ləzzətlə 

Yoruldular, yollandılar, oynadılar – sözlərini 3 boş 

yerdə işlət. 

3. Onlar axşama qədər meşədə                           ...çox 

... gün batanda evə.... 

4. Aşağıdakı atalar sözlərində əks mənalı sözlərin yeri 

səhv düşüb. Onları düzgün işlətməklə atalar sözlərini yenidən 

yaz. 

 Cavan danışanda qoca susar. 



Yayın qarı, qışın barı. 

 Düz oturaq, əyri danışaq.  

 

78

Məntiqi tapşırıq  



 

Cümlələri düzgün ardıcıllıqla oxusan bir hekayə 

alınacaq: 

 

1) Siçan ona inanmadı. 

2) Bir dəfə pişik siçanı aldatmaq istədi. 

3. Axı asan bir işdən ötrü siçana qoğal verməzlər. 

4. Ona dedi ki, yuvadan çıxsan, sənə qoğal verərəm. 

1. Cümlələrin düzgün ardıcıllığını müəyyən et. 

a)2, 4, 1, 3  

b)1, 4, 2, 3  

c)4, 3, 1, 2  



2. 3-cü cümlədə neçə ad bildirən söz var? 

a)2            b)3             c)4 

3. Hansı cümlədə əlamət bildirən söz var? 

a)1             b)2                 c)3                    d)4 

4. Hansı cümlədə hərəkət bildirən söz daha çoxdur? 

1                2                  3                       4 

1. Sözlərdən biri dad bildirir. 

a)Yaşıl              b)turş               c)soyuq  

2. Sözlərdən biri ad bildirir 

a)Ağıllı              b)kəndli           c)ləzzətli 

3. Hansı söz həm say, həm də hərəkət bildirir? 

a)üç                 b)yüz                   c)min  

4. “Tək”, “vahid”, “yeganə” sözlərini hansı sayla əvəz 

etmək olar? 

a)Bir                b)beş               c)yüz  

 

Karvan və küçük  

1. Dəvələr isə səssizcə yollarına davam etdilər. 

2. Yolla bir dəvə karvanı gedirdi 

3. Küçük ona... başladı. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə