Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

 

97 


Təcrübə göstərir ki, ibtidai sinif şagirdlərinə dilin 

qrammatikasından daha çox onun poetikasını öyrətmək 

lazımdır. Poetika isə obrazlı sözün qavranılması ilə bağlıdır. 

Biz sözün ifadə etdiyi poetik mənanı  şagirdə çatdırmaqla 

onların bədii təfəkkürünün inkişafına təkan vermiş olarıq.  

Bu məqsədlə nankorun aqibəti (IV sinif) mətnidəki 

obrazlı sözləri  şagirdlərə seçdirmək qərarına gəldik.  Əvvəlcə, 

obrazlı söz anlayışını başa saldıq. Bu, xeyli çətin, amma çox 

maraqlı oldu. Dərsin sonuna qədər xeyli ifadə seçsək də  işi 

sona çatdıra bilmədik. Onun evdə davam etdirilməsini 

tapşırdıq. Məqsədimiz valideynləri də bu işə cəlb etmək idi. 

Nəticədə çox böyük bir siyahı alındı: 

1) Beş tümənə anasının əlini də, dilini də kəsmək; 

2. Əli gətirmək; 

3) Özünə yer vermək

4) Ayağını qazmaq; 

5) Şirin dili işə salmaq; 

6) Çörəyi dizinin üstündə olmaq; 

7) Qurdgöz cavan; 

8) Üstünə ayaq açmaq; 

9) Çörək itirmək; 

10) Sabahına arxalanmaq; 

11) Altdan-altdan iş görmək; 

12) Işi düz gətirmək

13) Qızıl-gümüş gözünü tutmaq; 

14) Ağlı başından çıxmaq; 

15) Insanlığı tapdamaq; (62, 119) 

Sözlər seçilib qurtardıqdan sonra obrazlı sözlərin  əsl 

mahiyyətini aşkara çıxarmaq üçün şagirdlərə belə bir tapşırıq 

veririk: 

Bu söz birləşmələrinin həqiqi mənası necə ola bilər, 

onları daha hansı məcazi ifadələrlə əvəz etmək olar? 

 

98

Növbəti dərsin sonunda yenə  də uzun bir siyahı 



yarandı.  

Belə bir cəhəti qeyd etməyə ehtiyac var. Şagirdlər bu 

işə son dərəcə maraq göstərir, yalnız dərsdə deyil tənəffüsdə də 

mübahisə edir, yeni-yeni ifadələr tapırdılar. Bu toplanan 

sözlərdən istifadə edərək belə bir cədvəl düzəltdik. 

 

“Nankorun aqibəti”  

Mətndə obrazlı 

verilən ifadələr 

Həmin ifadələrin 

hərfi mənası 

Başqa sözlə ifadəsi 

Beş tümənə 

anasının  əlini də 

kəsərmiş, dilini də 

Anasının  əlini və 

dilini kəsib 

cibindəki beş 

tüməni götürərmiş 

Pulgir, var-dövlət 

hərisi 


Elə ki, əli gətirir... 1. Əli ilə pul 

qazanırmış. 

2. Bəxti gətirib 

çoxlu pul qazanır 

Uğur qazanmaq, 

müvəffəqiyyət  əldə 

etmək. 

Çoxlu dövlətə 



çatmaq 

Özünə yer eləyir... Özünə yataq alır, 

özünə ev alır 

Vəzifə qazanır, 

hörmət qazanır, üzə  

çıxır, özünə gün 

ağlayır 

Başlayır 

eloğlusunun 

ayağının altını 

qazmağa 

Bellə hər gün onun 

ayağının altını 

qazır 


Onun  əleyhinə  iş 

aparır, haqqında 

söz-söhbət yaradır, 

onun düşmənləri ilə 

dostluq edir 

Şirin dili... 

Dilini  yesən  şirin 

dadar 


Yalançı sözlər 

danışır. yaltaqlanır 

Çörəyi dizinin 

üstündə olan  

Çörəyi dizinin 

üstündə saxlayır  

Satqınlıq edir. Dosta 

xəyanət edir. Duz-

çörəyi itirir 



 

99 


Qurdgöz cavan  

Gözləri canavar 

(qurd) gözünə 

oxşayırmış 

Bic, hiyləgər, 

namərd, yağı, 

tamahkar, 

başqasının malına 

göz dikən  

Üstünə ayaq alır  

 

 

Ayağını adamın 



üstünə qoyur  

 

Namərdlik edir. 



Dostunu saymır 

Çörək itirmə 

Əlindən çörəyini 

salıb itirmə  

Yaxşılıq itirir. 

Yaxşılığa qarşı 

pislik edir 

Sabahına 

arxalanma  

Səhərin açılmasına 

güvənir  

Arxası var. 

Gələcəyi parlaqdır 

Altdan-altdan işini 

görür  

Köynəiyinin altında 



iş görmək 

Gizlin iş görmək. 

Arxadan vurmaq 

Işi düz gətirmir  

Iş görəndə əyilir Işi alınmır. Iş görə 

bilmir. Pul 

qazanmır. 

Qızıl-gümüş 

gözünü tutub  

Gözlərini qızıl və 

gümüş doldurub, 

heç nə görmür  

Pullandığı üçün 

harınlayır, heç kəsi 

saymır  

Ağlı başından 

çıxıb  

Başından nə isə 



uçub gedib 

Səfehləyib, çaşıb  

Insanlığı tapdayan  Qarşısına çıxan 

adamların üstündən 

yeriyib gedən  

Insanları 

təhqir 

edib. Adamı adam 



yerinə qoymayıb 

Cədvəli lövhədə yapışdırırıq. Hər kəs özünün “kəşf” 

etdiyi ifadələri cədvəldə tapanda sevinc hissi keçirir

yaradıcılığına, tədqiqatçılığına inanır,  əlbəttə, buradan daha 

əhəmiyyətlisi o idi ki, uşaqlar öz yoldaşlarının “kəşf”lərini 

nəzərdən keçirdikçə sözün onun niyə  ağlına gəlmədiyinə 

 

100


təəssüflənir, özünü gələcək dərslərə daha ciddi hazırlamaq 

qərarına gəlirdi. 

Fikrimizcə, III və IV siniflərdə bu cür tədqiqat 

xarakterli dərsləri rübdə 1 və ya 2 dəfə keçirmək olar. (62, 120) 

Yazı  mədəniyyətini inkişaf etdirmək üçün onu illərlə 

təkmilləşdirmək lazımdır.  Şagirdə yazının sirrini başa 

salmaqdan ötrü redaktə etmək bacarıqları da açılamaq zəruridir.  

Bakının 13 saylı məktəbində müəllim işləyərkən belə 

təcrübələrdən istifadə edərək maraqlı  nəticələr  əldə etdim. IV 

sinfin dərsliyində bir nümunəni götürdüm və cümlələrin 

üzərində özüm redaktə  işi apardım. Redaktənin nəticələrini 

cədvəl  şəklində  uşaqlara təqdim etdim. Məqsədim onlara 

redaktənin sirrini öyrətmək, məna dəyişməmək şərti ilə sözləri 

ixtisar edib, cümləni lakonik şəklə salmağın yollarını  dərk 

etdirmək idi. Həmin cədvəl belə idi:  

 

“DOST DOSTA TƏN GƏRƏK”  

Üslub üzərində işləyirik  

 

Kitabda belə 

gedib №1 

Belə yazsaq necə 

olar №2 

Hansı yaxşıdır  

Onlar 


şərt 

qoymuşdular ki, 

hər nə tapsalar bir 

yerdə yesinlər  

Onlar 

şərtləşmişdilər ki, 



tapdıqlarını bir 

yerdə bölüşdürüb 

yesinlər  

№1 


№2  

Bir gün şir bir 

öküzə, canavar bir 

qoyuna, tülkü isə 

bir toyuğa rast 

gəldi 


Bir gün onlar öküzə, 

qoyuna və toyuğa 

rast gəldilər 

№1 


№2   

-  Şir ağa, öküz 

sənin, çünki sən 

Şir ağa, hamıdan 

böyüksən, öküz 

№1 


№2   


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə