Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

87 


2. Hansı  sırada nöqtələrin yerinə eyni hərf 

yazılmalıdır? 

A) qana..., sədaqə..., mana... 

B) seç...i, əs...ər, ...übrə 

C) nö...tə, mə...səd, tə...sir 

3. Sözlərdən birində “q” samiti fərqli tələffüz olunur. 

A) əxlaq                       B) aşıq                           C) aşiq 

4. Hansı sözün sonunda “d” yazılmalıdır? 

A) alı...             B) kən...               C) xala... 

5. Bir sözdə nöqtələrin yerinə “m” hərfi yazılmalıdır. 

A) şə...bə          B) tə...bəl               C) kö...bə 

6. sözlərdən birində “t” samiti tələffüz olunmur.  

A) neftçi          B) oktyabr                  C) xətkeş 

7. “Sənət” kimi tələffüz etdiyimiz söz necə 

yazılmalıdır ki: 

- “peşə” mənasını versin? 

- “rəsmi kağız” mənasını versin? 

Bu tapşırıq samitlərdən düzgün istifadə olunması 

bacarığına xidmət göstərir. Samitlərin yazılışı sözün sonunda 

təhrif edilir. Onun deyilişi ilə yazılışında “t” və “d”, “x” və “q” 

samitləri fərqli olur. Samitlər yanaşı gələndə biri fərqli tələffüz 

olunur.  

Məksəd – məqsəd 

Şafdalı – şafralı 

Kənd – kənt  

Ocax – ocaq 

Qulax – qulaq 

Papax – papaq  

Maksud – maqsud  

Sonda gələn və ya qoşa işlənən samitlərin düzgün 

yazılışı  şagirdin yazılı nitqinin savadlı olmasında mühüm 

əhəmiyyət daşıyır.  



 

 

88



Tapşırıq 3  

1. Nöqtələrin yerinə müvafiq sözlər işlətməklə ad, 

əlamət, hərəkət bildirən sözləri təyin et. 

Xəlil bu çətin məsələni beş dəqiqəyə həll etdi. 



Xəlil, məsələ, dəqiqə...bildirən sözlərdir. 

Çətin sözü...əlamətini bildirir. 

Beş sözü dəqiqəni...bildirir. 

Həll etdi sözü... hərəkətini bildirir. 

2. Verilmiş cümlədəki sözlərlə bağlı fikirlərin doğru, 

yoxsa yanlış olduğunu müəyyən et.  

Üç ay dincəldikdən sonra uşaqlar doğma məktəbə 

qayıtdılar.  

Üç say bildirən sözdür. Uşaqların sayını bildirir.  

Doğma  əlamət bildirən sözdür. Məktəbin  əlamətini 

bildirir. 



Dincəlmək  hərəkət bildirən sözdür. Uşaqların 

hərəkətini bildirir.  

Qayıtdılar hərəkət bildirən sözdür. Məktəbin hərəkətini 

bildirir.  



Ay, uşaqlar, məktəb ad bildirən sözlərdir.  

Bu tapşırıq səs və söz anlayışının izahına aiddir. Səslər 

sözü, sözlər cümləni yaradır. Lakin səsin cümləyə çevrilməsi 

prosesini anlamaq bacarığını yaratmaq üçün uşaq başa 

düşməlidir ki, söz səsdən fərqlidir. Təklikdə  səs məna ifadə 

etmir, amma müxtəlif səslər birləşib mənası olan sözləri yarada 

bilir. Söz ad bildirə bilər, onun vasitəsi ilə ad, əlamət, hərəkət 

bildirmək olar. Beləliklə  səsin sözə  və sözlərin cümləyə 

çevrilməsi maraqlı bir prosesdir. 

Hər söz bircə  məfhumu ifadə edə bilər. O təklikdə 

mənaca statikdir, dəyişməzdir, gücsüzdür. Lakin sözlər 

birləşəndə  tərkibindəki enerji hərəkətə  gəlir. Onlar bir-birinə 

güc verir, biri digərini izah edir, möhtəşəm olur. Sözün 

obrzlılığı da bu zaman yaranır. Bu prosesi anlatmaq çox 




 

89 


vacibdir. Ibtidai sinifdə ikən adi sözün obrazlı sözə çevrilməsi 

prosesini anlatmağın  əhəmiyyəti çox böyükdür. Prinsipcə bu, 

sözün poetikasını öyrətməkdir. Bu isə dilin mahiyyətini 

anlatmağın ən önəmli yoludur.  



Tapşırıq 4 

1.  “Şagird dəftərini müəllimə göstərdi” camləsində 

canlı və cansız varlıqları bildirən sözləri tap.  

2. Cütləri müəyyən et. 

1 uzun                                                meyvə 

2 şirin                                                 yarpaq  

3 ətirli                                                 dağ 

4 yaşıl                                                 çay 

5 uca                                                   gül  

 

3. Cütləri müəyyən et. 



1 odun                                                yemək 

2 süd                                                   yumaq 

3 çörək                                                yarmaq 

4 paltar                                                ələmək                      

5 un                                                      içmək  

4. Hansı sözlərin birləşməsi səhvdir? 

A) maraqlı hekayə 

B) uca dağ  

C) qalın dəniz 

Ç) sıx meşə      



 

Tapşırıq 5  

1. Bu iki cümlənin mənasını araşdır. 

1. Camal gedər, kamal qalar (atalar sözü) 

2. Camal gedər, Kamal qalar. 

Bu cümlələrin deyilişində fərq varmı? 

Cümlələrdəki hası sözün yazılışında fərq var? 

 

90

Bu fərq cümlələr arasıda hansı  məna fərqinə  səbəb 



olur? 

2. Hansı söz yerindən asılı olmayaraq həmişə böyük 

hərflə yazılır? 

A) Azad 


B) Bayram 

C) Babək 

3. Hansı söz yerindən asılı olmayaraq həm böyük, 

həm də kiçik hərflə yazıla bilər? 

A) Türkiyə 

B) Qərənfil 

C) Fatma  

Ceyran, Maral, Tərlan, ... 

4)Hansı söz ardıcıllığı tamamlayır? 

A) Rəna 


B) Durna  

C) Ayı  


Bu tapşırıqlar kurikulumun 4.1.5. şagird sözləri 

qrammatik mənasına görə qruplaşdırır, alt standartına 

müvafiqdir. Qrammatik məna deyəndə sözün ümumi leksik 

mənası  yəni ad, əlamət və ya hərəkət bildirməsi və sadə, 

düzəltmə və mürəkkəb olması, cümlədə rolu, şəkilçi vasitəsilə 

dəyişməsi nəzərdə ttutulur. Buna görə də bu tipli tapşırıqlardan 

istifadə olunması xüsusi əhəmiyyət kəsb edir. “Mürəkkəb 

sözlər”, “düzəltmə sözlər”, “kök”, “şəkilçi” kimi anlayışları 

yaxşı mənimsətmək üçün belə tapşırıqlar şagirdlərdə bacarıqları 

inkişaf etdirir.  



 

Tapşırıq 6  

1.  Hansı söz yerindən asılı olaraq həm  əlamət, həm 

ad bildirir? 

A)   mürəkkəb           B) böyük           C) bahar  

2. Cümlələrdən birində əlamət bildirən söz var 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə