Elmi metod: müşahidə,nəzəriyyə,yenə də müşahidə



Yüklə 9,68 Kb.
tarix11.04.2018
ölçüsü9,68 Kb.
#37026

Ad:

Soyad:


Qrup:

Kurs:1


Fakültə:Biznes və Menecment

Müəllim:

Mövzu: Elmi metod:müşahidə ,nəzəriyyə ,yenə də müşahidə

Elmi metod:müşahidə ,nəzəriyyə ,yenə də müşahidə

Elm” (İng. science) sözü “öyrənmək” anlamına gələn Latın mənşəli “scire”dən törəmişdir. • Bu günkü mənada “elm” sözü “öyrənmək prosesidir.



ELM VƏ ELMİ METOD

Müşahidə prosesi fenomenlərin ortaq tərəflərinin müəyyən edilərək ümumiləşdirilməsini də doğurur.

Ümumiləşdirmələr fenomenlərin səbəbnəticə əlaqələri dəsti içində toplanmasına və bundan çıxış edərək elmi nəticələr əldə edilməsinə kömək edir.

Səbəb-nəticə əlaqələrinin ya olduğu kimi, ya da müəyyən təcrübə və ya müşahidə yolu ilə test edildikdən sonra ortaya qoyulması elmi çərçivənin müəyyən edilməsi təmin edilir.

Səbəb-nəticə əlaqələrinin ortaya qoyulmasının bir neçə yolu vardır:

Hipotez: müəyyən bir səbəb-nəticə əlaqəsinin hələ təcrübə və ya yetərli qədər müşahidə ilə ispatlanmamış ifadəsidir.

Elmi qanun: səbəb-nəticə əlaqələri üzərində qurulan, təcrübə və ya müşahidələrlə ispatlanan, ya da rədd edilməyən hipotezlərdir

Nəzəriyyə: Bir çox səbəb-nəticə əlaqəsinin birlikdə müəyyən bir disiplin formasında birləşdirilməsindən meydana gələn biliklərin məcmusudur



Elmi metodun zəruri mərhələləri aşağıdakılardır: – Müşahidəyə açıq şəkildə bir problemin ifadə edilməsi; – Problemin bir hipotez çərçivəsində ifadə edilməsi

Hipotezin təcrübə və ya müşahidələrlə test edilməsi, başqa sözlə doğruluğunun sınanması və ya yalnışlığının göstərilə bilməsi; – Əldə edilən nəticələrin şərh edilməsi və elmi bir qanunun ortaya qoyulması;

Test edilmiş hipotez və qanunlar üzərində oturdulmuş bir nəzəriyyənin inkişaf etdirilməsi.

Sosial elmlərlə dəqiq elmlər arasında elmi metod baxımından aşağıdakı fərqlər vardır: – Sosial elmlərdə fərziyyələrdən daha çox istifadə edilir;

Sosial elmlər müxtəlif fərziyyələrə əsaslanan abstraktlaşdırma metdodundan geniş şəkildə istifadə edir;



Dəqiq elmlərdə hipotezlər əsasən təcrübə metodu ilə test edildiyi halda, sosial elmlərdə müşahidə metodundan istifadə edilir.
Yüklə 9,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə