Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə14/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
55 
barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının 
uclarını da) düzəltməyə qadirik!
1
 
Bu ayələrdə  hər iki məhkəmə yanaşı olaraq zikr 
olunmuşdur. 
Müəmmalara cavab 
Əgər bu həyatla ölümdən sonrakı  həyat arasında 
əlaqəni kəssək, hər  şey müəmmaya çevriləcək və “nə 
üçün?” suallarına cavab tapa bilməyəcəyik. 
Bir cücənin nəzərində olan aləm 
Maraqlı olar ki, həyat, keçmiş, gələcək anlayışını, 
həmçinin varlıq aləmi məfhumunu hələ yumurtadan 
çıxmayan və  kənar aləmi görməyən bir cücənin nəzərləri 
ilə araşdıraq: 
“Ah, necə kiçik zindandır. Heç əl-ayağımı  tərpədə 
bilmirəm. Niyə cahanın yaradanı təkcə məni yaradıb, niyə 
dünyanı bu qədər kiçik və dar edib? Bu kiçik zindan onun 
nəyinə lazımdır ki? Onun hansı müşkülünü həll edəcək? 
Bilmirəm bu zindanın divarlarını nədən düzəldiblər. Necə 
də möhkəm və keçilməzdir. Ola bilər yoxluğun dəhşətli 
dalğasının içəri sirayət etməməsi üçün belədir. Bilmirəm. 
Mənim ilk sarı qidam artıq bitib, indi ağ qida ilə 
bəslənirəm. O da tezliklə bitəcək, acından öləcəyəm. 
Ölümümlə  də dünya bitəcək. Bu cahanın yaradılışı necə 
də boş, mənasız və məqsədsizdir. 
Amma yenə  şükr etməyə yer var. Mənə böyüklük 
iftixarı verib, təkcə  məni yaradıb. Mən cahanın 
seçilmişiyəm. 
                                                 
1
 Qiyamət surəsi, ayə 1-4. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
56 
Bu cahanın mərkəzi mənim qəlbimdir, onun şimalı, 
cənubu,  şərqi və  qərbi isə  bədənimin tərəfləridir. Bunu 
təsəvvür edəndə qürur hissi keçirirəm. Amma nə faydası, 
burda başqa biri yoxdur ki, bu iftixarı görüb bu seçilmiş 
varlığa “afərin” desin. 
Bir müddət hava soyuq oldu (ana toyuq yumurtanın 
üstündən qalxdiğına görə).  Şiddətli soyuq zindanı 
tamamilə  əhatə etdi, iliyimə  qədər işlədi.  İndi bu soyuq 
məni öldürəcək. Yoxluq aləmi olan zindanın çölündən 
içəri işıq düşür. Dünyanın sonu olduğunu düşünürəm. Bu 
soyuq da, bu əziyyətverici işıq da məni hövsələdən çıxarır. 
Eh, bu yaradılış, necə bihudə, ötəri, mənasız oldu. 
Zindanda doğulub elə orda da ölmək. Başqa heç nə. Başa 
düşmədim, hardan gəlmişəm, niyə gəlmişəm. 
Deyəsən təhlükə aradan getdi (toyuq yenidən 
yumurtanın üstündə oturur). Sümüklərim isindi, məni 
incidən o işıq da yox oldu. İndi necə rahatam. Bəh-bəh, 
həyat necə ləzzətlidir. 
Aa, deyəsən zəlzələ oldu (toyuq yumurtaların istiliyini 
tənzimləmək üçün onları yerbəyer edir). Qorxulu və  ağır 
zərbələrin səsi sümüklərimi titrədir. Budur dünyanın 
sonu. Divarlara çırpılıram... 
Yenə sakitlik oldu, zəlzələ bitdi. Hər şey öz yerindədir 
indi. Təkcə zindanın qütbləri dəyişdi, indi şimal cənub 
olub, cənub da şimal. Yaxşı  oldu  sanki.  Neçə müddət idi 
ki, başım isti idi, ayaqlarım soyuq. İndi tarazlaşdı hər ikisi. 
Demək bu zəlzələ yox, həyat və yaşayış təminatı imiş. 
(Bir neçə gün belə keçir.) Qida tamamilə bitdi, hətta 
zindanın divarına yapışan kiçik tikələri də hərisliklə yeyib 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
57 
bitirdim. Təhlükə! Bu dəfə ciddidir. Artıq yeməyə heç nə 
yoxdur. Hə, bu dünyanın sonudur artıq. Ölüm artıq bir 
neçə addımlıqda məni gözləyir. 
Eybi yox, qoy ölüm. Amma məlum olmadı bu cahanın 
və zindanlıq olan bu tənha varlığın yaradılışında məqsəd 
nə idi. Necə  də  mənasız və  məqsədsizdir. Zindanda göz 
açıb, orda da göz yummaq. Mən ki bu yaradılışa razılıq 
verməmişdim. Məcburən yaradılmışdım... 
Aclıq mənə güc gəlir, qüvvəm tükənir. Ölüm bir 
addımlıqdadır. Heç olmasa bu zindan yox olmaqdan yaxşı 
idi... 
Fikrimə bir şey gəlir. Sanki biri içimdən fəryad qoparıb 
deyir: Dimdiyinlə zindanın divarına möhkəm vur! 
Təhlükəli deyilmi? Məgər bunu etmək olar? Bu, bir 
intihardır. Dünyanın sonudur, bu da ölümlə  həyat 
arasında olan sərhəd. Amma yox, bəlkə başqa şey olacaq. 
Mən ki ölümə məhkumam, qoy ölüm. 
Yenə içimdən fəryad qopur: Divarı sındır! 
Çarəm yoxdur, bu fəryada tabe olmalıyam. (Bu zaman 
cücə dimdiyi ilə divara vurmağa başlayır.) 
Möhkəm vur, qorxma! Bir az da möhkəm! 
Divar sındı. Lətif və  həyat verən bir nəsim gəldi. Bəh-
bəh, yenidən cana gəldim. Bu zindanı tamamilə dağıtmaq 
lazımdır. 
Aa, nə  qəşəng, nə ürəyə yatandır. Necə geniş aləmdir. 
Nə gözəl ulduzlar var. Hələ parlaq aya bax. Gözlərim 
onun nurundan yanır. Nə gözəl gül-çiçəklər var.  Necə 
mehriban anam var. Nə dadlı və rəngarəng yeməklər var 
burda. Hələ gör nə  qədər mənim kimi varlıqlar var. Mən 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
58 
bu  əzəmətli cahanda necə  də kiçiyəm. Mən də elə 
düşünürdüm ki, dünyanın mərkəziyəm. Bu əzəmətin 
qarşısında mən bir zərrə toz kimiyəm. 
İndi başa düşürəm ki, o zindan yox, bir məktəb idi, 
məni bu cahana hazırlamaq üçün tərbiyələndirirdi.  İndi 
həyatın mənasını başa düşürəm. Necə planlar var imiş
mənim heç xəbərim yox. İndi deyə bilərəm ki, mənim 
miqyaslarım, ölçdüklərim bu əzəmətin qarşısında necə 
kiçikmiş. Olduğum o kiçik zindan böyük bir silsilənin bir 
hissəsi imiş, mən isə hər şeyin onunla başlayıb, onunla da 
bitəcəyini zənn edirdim. İndi başa düşürəm ki, mən 
kiçicik bir cücəyəm, təsəvvür etdiyimdən çox-çox kiçik. 
Bu, bir cücənin nəzərində varlıq aləminin mənzərəsi idi. 
Yaşadığımız bu aləmin mənzərəsi ondan sonra 
gələcək aləmin müqabilində belə olacağını nə 
bilmək olar? 
Tarix boyu materialist məktəbləri tərəfindən  insanın 
yaradılışı, ümumiyyətlə varlıq aləmi barədə çoxlu iradlar 
deyilib.  İnsanın bu dünyada qarşılaşdığı müsibətlər, 
dərdlər, bu dörd günlük həyatda yaranan çətinliklər və s. 
qeyd olunub.bu iradların  ən kamil nümunəsi materialist 
ərəb  şairi tərəfindən bir şerdə deyilir. O, şerinin bütün 
misralarını “anlamıram” ifadəsiylə bitirir. Fars dilli şair 
Bəhməni də  məşhur  şerində eyni tərzdə bu iradları dilə 
gətirir. 
Lakin düşünürük ki, onların bu iradlarının çoxu maddi 
cahan barədə  məhdud mütaliələr, eyni zamanda onu 
ölümdən sonrakı  həyatdan ayırdıqlarına görədir. bu 
iradlar yumurtadan hələ  çıxmamış bayaqkı cücənin 
iradlarına bənzəyir. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə