Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə40/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   33   34   35   36   37   38   39   40   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
161 
odda yandırdıqda, o aləmin nemətlərindən məhrum olub 
əzablara düçar olmaqda təəccüblü heç bir şey yoxdur. 
Bir tərəfdən İlahi peyğəmbərlər, bir tərəfdən də insanın 
öz ağlı ona kifayət qədər məlumat vermişdi. Məgər insan 
ixtiyarı olmadan bu işləri görüb? O, bu əzabları öz əliylə 
qazanmamışdırmı? Buna görə də nə şikayətə yer qalır, nə 
irad etməyə söz, nə də İlahi ədalətə zidd olan bir məqam. 
Burada bir məqam qalır ki, onunla da bu bəhsi 
tamamlayırıq. İmam Sadiqin (ə) bir hədisində oxuyuruq: 
“kafirlər ona görə  əbədi cəhənnəmdə qalırlar ki, 
niyyətləri dünyada əbədi qalacaqları halda bu günahı 
davam etdirmək olub. Cənnət  əhli də ona görə nemətlər 
içində  əbədi qalacaqlar ki, məqsədləri bu dünyada əbədi 
qalacaqları surətdə daim yaxşı  əməl edəcəkləri idi. Buna 
görə  də  hər iki dəstə öz niyyət məqsədləri  əsasında 
əbədilik tapacaqlar.”
1
 
İlk baxışdan bu hədisdə  bəzi iradlar nəzərə  gələ bilər. 
Çünki günaha təkcə niyyət etmək əzaba layiq olmaq üçün 
yetərli deyil. 
Bundan  əlavə günah niyət etmək barədə  bəzi 
rəvayətlərdə deyilir ki, günahı  təkcə niyyət etmək günah 
deyil və  əzabı da olmaz. Lakin diqqətlə baxdıqda 
yuxarıdakı  hədisdə incə  mənalar görəcəyik ki, bizim 
keçmiş bəhslərimizə işarə edir. Çünki əbədi günah niyyəti 
etmək yalnız vücudu günah rəngi almış, hər yerini əhatə 
etmiş kəslərə aiddir. Daha aydın ifadə ilə desək, bu niyyət 
təklikdə heç bir əsər qoymaz, “əbədilik” getirən o insanın 
                                                 
1
 Vəsailuş-şiə, cild 1, səhifə 36, hədis 4. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
162 
ruhunun xasiyyətidir ki, daima günah etmək 
niyyətindədir. günahların  əsərindən bu hala gələn kəs 
Allahdan o qədər uzaqlaşar ki, qayıtmağa yer qalmaz. Bu 
da onun öz əməllərinin nəticəsindən başqa bir şey deyil. 
Behişt və Cəhənnəm haradadır? 
Behişt və  Cəhənnəm indi mövcuddurmu? Yoxsa hələ 
mövcud olmaqdadırlarmı? 
Əgər mövcuddurlarsa, 
haradadırlar?  Əgər indi deyil, sonradan mövcud 
olacaqlarsa, onların yeri harada olacaq? 
Başqa bir tərəfdən biz bəzi Quran ayələrində oxuyuruq 
ki, Behiştin yer və göylər qədər sahəsi vardır. Belə olan 
halda bəs Cəhənnəm üçün yer qalırmı? 
Bu, bizim bəhs etdiyimiz mətləblər önündə canlanan 
suallardır. Lakin onlara cavab verməzdən öncə bir 
məsələyə diqqət etməliyik ki, Quran ayələrindən və 
rəvayətlərdən Behişt və  Cəhənnəm barədə  gələn ifadələr 
üç müxtəlif mənada işlənmişdir: 
1.Dünya behişti; 
2.Bərzəx behişti; 
3.Başqa bir cahanda olan Bərin və  Cənnətul-məva 
behişti. 
Dünya behişti elə bu dünyada olan bağlar və s. 
ibarətdir. Quranda Səba qövmü barədə oxuyuruq:  
Həqiqətən, Səba qövmü üçün onların məskənlərində 
(Allahın qüdrəti və  rəhmətinə dair) bir nişanə var idi. 
(Orada) sağ  və sol tərəfdə iki cənnət (var idi. Onlara 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
163 
dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. 
(Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan.
1
 
Dünya bağlarına “cənnət” kəlməsi ilə işarə etmək təkcə 
bu ayəyə məxsus deyil, digər ayələrdə də bu kəlməyə eyni 
mənada rast gəlinir. 
Böyük ehtimalla Adəmin (ə) olduğu cənnət də elə 
həmin bu dünya bağlarından biridir. Onun behiştdən yer 
üzünə enmə hadisəsi isə bir növ məqam baxımından baş 
vermişdir.
2
 Çünki Adəm (ə) ilk andan etibarən Allahın yer 
üzündə olan nümayəndəsi seçilmişdi. Bu, maddi 
baxımdan. Mənəvi baxımdan da elm və biliyin məqamı 
cənnət bağlarından bir bağ kimi adlandırılmışdır. 
Bərzəx behişti yaxşı  və pis əməl sahibləri üçün 
hazırlanmış nemət, ya əzabdan ibarət bir yerdir ki, dünya 
ilə axirətin arasında qərar tutub. Allah yolunda şəhid 
olanlar barədə oxuyuruq ki, “onlar diridirlər və Allah 
yanında nemətlərdən istifadə edirlər.“
3
 Yaxud şəhid 
öldürülərkən yerə düşdükdə sanki cənnətin qoynuna 
düşür.
4
 Eləcə  də buna bənzər ifadələr vardır ki, bəzi 
insanlar öldükdə sanki cənnətin qoynuna düşürlər.
5
 
Həmçinin ayə  və  rəvayətlərdə ölümdən sonra, məaddan 
əvvəl günahkarların qərarlaşdıqları yer bərzəx cəhənnəmi 
adı ilə tanınır. 
                                                 
1
 Səba surəsi, 15. 
2
 Geniş məlumat üçün “Nümunə” təfsirinin 1-ci cildinə müraciət edin. 
3
 Ali-İmran surəsi, 169. 
4
 Məcməul-bəyan təfsiri, cild 2, səhifə 538. 
5
 Həmin mənbə. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
164 
Bəzən “Cənnətul-məva”, ya “Cənnətu-ədn” adlanan, 
eləcə də cəhənnəmə aid edilən “Əbədi od” adıyla tanınan 
məaddan sonrakı  cənnət və  cəhənnəm isə qiyamətdən 
sonra rəhmət, ya əzabdan ibarət olan və bu cahandan 
daha böyük olan bir yerdir. 
Dediklərimizə baxmayaraq bəzən bu üç mərhələli 
mənanın arasında anlaşılmazlıq meydana gətirilir ki, bu 
da yanlış  nəticələr çıxarmağa yol açır. Ona görə  də bu 
məsələdə diqqətli olmaq lazımdır. 
İndi məsələnin  əslinə qayıdaq. Birinci sual bu idi ki, 
məaddan sonrakı 
cənnət və 
cəhənnəm indi 
mövcuddurmu? 
Şiə  və sünni olmasından asılı olmayaraq məşhur islam 
alimlərindən bir dəstəsi, məsələn, Seyyid mürtəza və 
qardaşı Seyyid Rəzi, həmçinin  əqaid alimlərindən olan 
Əbdul-cəbbar və  Əbu Haşimin  əqidəsinə görə  həmin 
cənnət və  cəhənnəm indi mövcud deyil, sonradan 
yaranacaq. Lakin əksər alimlər onların indi də mövcud 
olduğunu deyirlər.  İslam mənbələrində buna aid dəlillər 
də mövcuddur. O cümlədən: 
1. Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı 
apardığı) digər bir nazilolmada onu (öz gözü ilə  əsl 
qiyafəsində, Allahı isə  qəlbinin gözü ilə) görmüşdü. 
Sidrətul-müntəhanın (göylərin sərhədlərinin axırı  və 
bəndələrin  əməllərinin qalxıb-enmə yerinin sonunda 
yerləşən sidr ağacının) yanında. (Məhşərdə hesab 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə