Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə35/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
140 
Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf 
qaytarılırsınız.»
1
 
5. Yerin şahidliyi: Məhz o gün yer öz xəbərlərini açıb 
söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə 
danışmasıdır. Yaxud da o elə dilə  gələrək danışar). Ona 
görə ki, sənin Rəbbin ona vəhy etmişdir.
2
 
6. Mələklərin  şahidliyi: (Həmin gün) hər bir kəs bir 
sürükləyənlə  və  (əməllərinə  şəhadət verəcək) bir şahidlə 
gələcəkdir.
3
 
Şəhadətin keyfiyyəti 
Yuxarıda deyilən  şahidlərin  şəhadəti təbii ki, bu 
dünyadakı kimi deyil. Bu şahidlik heç bir yalanı olmayan 
əməli  şəhadətdir. Məsələn, bəzən deyirik ki, filankəsin 
ötən gecə yatmaması gözlərinin halından bilinir. Yaxud, 
bir nəfərin qorxması  rənginin qaçmasından və  səsinin 
titrəməsindən məlum olur, ya birinin təzə libaslar geyinib 
evini səhmana salması qonaq gözlədiyini göstərir. Buna 
əməli şəhadət deyilir. Sözsüz ki, burada heç bir yalandan 
söhbət gedə bilməz.  
Bəzən bir müttəhim  şahidlərin onun əleyhinə olan 
bütün sözlərini inkar etdiyi zaman ittiham olunduğu 
əməli təsdiq edən bir lent yazısı, ya şəkil sübut kimi ortaya 
qoyulduqda onu inkar etməyə yer qalmır. Bu ona görədir 
ki, bu formada müttəhimin əməlinin sübutu  təbii və əməli 
şahidlik yolu ilədir. Bu şahidliyi nə müttəhim, nə  də 
başqası inkar edə bilər.  
                                                 
1
 Fussilət surəsi, 21. 
2
 Zəlzələ surəsi, 4-5. 
3
 Qaf surəsi, 21. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
141 
Unutmamalıyıq ki, bizim ruhumuz və cismimiz ömür 
boyu etdiyimiz əməllərin, dediyimiz sözlərin  əsrarəngiz 
arxividir. Yəni, ömrümüz boyu yediyimiz yeməklər 
qanımızda, sümüyümüzdə, cismimizdə istisnasız olaraq 
təsir qoyduğu kimi əməllərimiz də ruh və cismimizdə öz 
əksini tapır. Bir yalan, bir xəyanət, başqalarının haqqına 
olan təcavüz, zalımcasına bir şəhadət və bu kimi bütün 
əməllər bizim ruhumuzda və cismimizdə  təsir qoyur ki, 
qiyamət məhkəməsində  həmin təsirləri oxumaq tam 
sürətdə mümkündür.  
Əgər bir cəmiyyət belə bir həqiqətə diqqət edib həqiqi 
mənada iman gətirərsə öz əməl və rəftarlarına hakim olar. 
Belə bir məada iman gətirmək insanın tərbiyəsində 
fövqəladə təsirə malikdir.  
b) Hesab və kitab 
Yuxarıda deyildiyi kimi, əməllərin hesabatı da bu 
dünyadakından fərqli  şəkildədir. Zalım və saleh 
olmasından asılı olmayaraq hər kəs başdan ayağa yazılı 
bir kitabədir. Üzərində  gəzilən yer, məskən qərar verilən 
evin divarları  və s. hər biri ayrı ayrılıqda  əməl dəftəri 
hesab olunur. Bunların hamısı salehlərin sağ, zaləmların 
sol  əlinə veriləcək, Quran ayələrinə  əsasən  əsla inkar 
oluna bilməyəcək  əməl dəftərləridir.  Əlbəttə, bunu 
təsəvvür etmək bu günümüz üçün çox çətindir. Buradan 
başqa bir müşkül də  həll olur. O da Qurani Kərimdə 
deyilən “Allah tez hesab çəkəndir”
1
 ifadəsidir. Çünki 
orada hamının hesabı aydındır. Bu hesab hər kəsin 
                                                 
1
 Bəqərə, 202. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
142 
vücudunda yaxşı  və pis əməllərin təsirlərindən yaranan 
əlamətlərdən ibarətdir.  
Bəzən bu həqiqəti daha aydın başa düşmək üçün sadə 
bir misala ehtiyac olur. Məsələn, adi avtomobillər istehlak 
zamanı boyunca uzun uzadı yollar qət edir. Bu zaman 
sürücü indiyədək qət etdiyi məsafəni bilmir. Lakin 
avtomobilin kilometr sayğacına baxdığımız zaman onun 
qət etdiyi məsafə  dəqiqliklə  məlum olur. Buna əsasən 
deyirik ki, adi hesablamalarda səhv ehtimalı vardır. Bu 
hesablamalar barmaq sayı ilə, ya elektron hesablayıcılarla 
da ola bilər. Lakin bu dünyada heç bir səhvə yol 
verməyən bir hesablama da mövcuddur. Məsələn, ağac 
gövdəsinin qatlarının, eləcə  də buz təbəqələrinin hər biri 
onun yaşını göstərən dəqiq hesabdır. Qiyamət hesabı isə 
bunlardan da daha dəqiqdir.  
c) Əməllərin çəkilməsi 
İslami mətnlərdə  əməllərin çəkilməsi mövzusu çox 
qeyd olunmuşdur. Bəziləri belə fikirləşirlər ki, mizan və 
tərəzi mövzusu orada da bu dünyadakı kimidir. Elə ona 
görə  də bu tərəzidə  nəyin çəkilməsi barədə söhbət açıb 
fərdlərin özləri, əməl dəftərləri, yoxsa əməllərin təcəssüm 
tapıb çəkiləcəyi  mövzusunda müzakirələr aparıblar. 
Halbuki biz Quranda mizan və çəki barədə daha geniş bir 
mənanın olduğunu görürük: 
“Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!”
1
 
“Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. 
Biz onlara birlikdə kitab və ədalət tərəzisi nazil etdik.”
1
 
                                                 
1
 Rəhman surəsi, 7. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
143 
Hər bir millət içində  dəyərlərin ölçülməsi və 
müəyyənləşməsi üçün miqyas və ölçülər mövcuddur və 
belə demək olar ki, həmin millətlərin taleyini bu miqyas 
və ölçülər təyin edir. Məsələn, “elm və alim” məfhumu 
maddi texnologiya dünyasında bir cürdür, peyğəmbər və 
vəhy insanları arasında başqa cür. Bu gün alim o kəsə 
deyilir ki, onun beyin fəzası daha geniş, təbiət və onun 
sirlərindən daha çox məlumatlı, bu məlumatlardan daha 
faydalı istifadə bacarığı vardır, uzun müddət ömrünü elm 
ocaqlarında keçirmiş  və çoxlu imtahanların öhdəsindən 
gəlmişdir. Bu surətdə onun elminin nəyə xidmət etdiyinin 
də  fərqi yoxdur. İstər insanların xidmətində olsun, istər 
onların məhvinə  səbəb olacaq silahların.  İstər heroin 
istehsalına xidmət etsin, istər insan hüquqlarını müdafiə 
edən vəkillik karyerasına. 
Lakin bu kəlmə  İlahi rəhbərlərə (Həzrət  Əli (ə) kimi) 
aid olan məktəblərdə tamam başqa bir məna kəsb edir. Əli 
(ə) buyurur: “Alim o kəsdir ki, insanların himayəçisi 
olsun, elmi onların nicatı yolunda işlətsin. İnsanların dərd-
qəmini tanıyan, lakin onlara sirdaş olmayan kəs alim 
adına layiq deyil.” Başqa bir yerdə buyurur: “Allah təala 
alimlərdən  əhd-peyman almışdır ki, zalımların zülmü və 
məzlumların məzlumiyyəti qarşısında sükut etməsinlər.”
2
 
Əsas mövzudan uzaq düşməyək. Dedik ki, millətlər 
içində ölçü miqyasları müxtəlif sahələrdə bir-birindən 
fərqlənir. Onların xpşbəxtlik və  bədbəxtlik yolları da 
həmin bu miqyaslara görə  dəyişir.  İlahi peyğəmbərlərin 
                                                                                                         
1
 Hədid surəsi, 25. 
2
 Nəhcül-bəlağə, 3-cü xütbə. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə