Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə37/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   33   34   35   36   37   38   39   40   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
149 
Bəzən  əməli keyfiyyətlər ruhi və cismani keyfiyyətlərə 
dönəcək. Məsələn, cəmiyyətin iqtisadi yöndə nizamını 
pozan sələm yeyənlər elə psixi xəstəliyə düçar olacaqlar 
ki, yerlərindan qalxmağa qadir olmayacaqlar.
1
 
Dövlətli və xəsis möhtəkirlər ətrafındakı məhrum və ac 
insanlara rəhm etməyərək yığıb saxladıqları, hətta 
özlərinin də istifadə etmədikləri, ancaq mühafizə etdikləri, 
öldükdə isə qoyub getdikləri sərvətlər ağır zəncirlər 
şəklində onların boynuna sarılacaq.
2
 
Əməllərin təcəssümü barəsində yuxarıda qeyd 
olunanlardan başqa bəzi ayələr də vardır. O cümlədən: 
1. Onlar (dünyada) etdikləri bütün əməllərin (öz 
qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç 
kəsə haqsızlıq etməz!
3
 
2. (O gün dünyada etdikləri) pis əməllərinin cəzası 
onların gözünə görünəcək və istehza etdikləri (əzab) 
onları saracaqdır!
4
 
3. O gün insanlar əməllərinin özlərinə göstərilməsi 
üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!
5
 
4. Kim (dünyada) zərrə  qədər yaxşı  iş görmüşdürsə, 
onu görəcəkdir. Kim də  zərrə  qədər pis iş görmüşdürsə, 
onu görəcəkdir.
6
 
                                                 
1
 “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq cin 
vurmuş dəli kimi qalxarlar.” (Bəqərə surəsi, 275) 
2
 “Onların xəsislik etdikləri  şey qiyamət günü boyunlarına dolanacaqdır.” 
(Ali-İmran surəsi, 180) 
3
 Kəhf surəsi, 49. 
4
 Casiyə surəsi, 33. 
5
 Zilzal surəsi, 6. 
6
 Zilzal surəsi, 7-8. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
150 
Bu ayə insanın əməlin savab və ya cəzasını yox, əməlin 
özünü görəcəyini deyir. Bundan yuxarıdakı ayələr də 
belədir.  Əlbəttə, bütün bu ayələri  əməllərin  əvəzini 
görmək və ya əməl dəftərini görmək kimi təfsir etmək də 
mümkündür. Lakin bu cür təfsir ayənin zahiri mənasıyla 
zidd olacaq. Bundan başqa bu cür təfsir etməyə  əlimizdə 
əsas da yoxdur. 
Əlavə olaraq İslami mənbələrdə də bizi bu yolla ayələri 
təfsir etməkdən çəkindirən rəvayətlər vardır. Həmin 
rəvayətlər yaxşı  və pis olmasından asılı olmayaraq 
əməllərin necə mücəssəm olacağından danışır. 
Əməllərin təcəssümü mümkündürmü? 
Burada mühüm bir sual irəli gəlir ki, bu məsələ elmi 
qaydalara uyğun gəlirmi? Bu sualın cavabı bir neçə  qısa 
müqəddiməyə diqqət etdikdən sonra aydınlaşır. 
1. Bilirik ki, cahan maddə  və enerjidən mürəkkəbdir. 
Göylərdə  və yerdə müşahidə etdiyimiz hər  şeydə bu 
ikisini yanaşı görürük. Əvvəllər belə  təsəvvür olunurdu 
ki, bu ikisinin arasında keçilməz sədd vardır. Maddə 
həmişə maddə olmuş və həmişə də belə qalacaq. Enerji də 
həmçinin. Lakin təbiət elmlərinin inkişafı  nəticəsində 
cahanın bu iki kök təməlinin sirləri kəşf olundu. Məlum 
oldu ki, bu iki cəhət bir-birinə çox yaxındır və bir-birinin 
var olmasına hər biri səbəb ola bilər. 
Elm və texnologiyanın müqabilində maddənin  ən son 
kiçilmiş halı kimi müqavimət göstərən atom sonda 
kəşflərə tabe oldu və məlum oldu ki, atom zərrəsi sıxılmış 
enerji kütləsindən başqa bir şey deyil. Bundan sonra 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
151 
maddənin enerjiyə dönməsi məsələsinin mümkünlüyü 
qəbul olundu. 
Adi və  təbii halda atom şüaları buraxan radiaktiv 
cismlərin mövcudluğu  sübut etdi ki, atomun bölünməsi 
üçün həmişə güclü atom reaktorlarına ehtiyac yoxdur, 
əksinə dünyada olan atomlardan çoxu öz-özünə  tədricən 
bölünmə qabiliyyətinə malikdir. 
Atomlar bölünüb enerji olduqları kimi enerji də dönüb 
maddə ola bilərmi? 
Əlbəttə, bu günümüzün elmi hələ belə bir şey edə 
bilməmişdir. Lakin bunu inkar etməyə  də  dəlilimiz 
yoxdur. Biz maddə  və enerjinin bir-birinə çox yaxın 
olduqlarını qəbul etmişiksə, birinin digərinə dönməsini də 
mümkün hesab edə bilərik. Bu yöndə heç bir maneə gözə 
çarpmır. 
2. Bizim əməllərimiz enerjinin müxtəlif hallarına 
çevrilir. Məsələn, sözlərimiz səs enerjilərimizdir ki, dil və 
dodağın mexaniki enerjiləri ilə qarışıb birlikdə beyin 
enerjilərinə birləşirlər. Yaxşı, ya pis olan bütün 
əməllərimiz də həmçinin. 
Bu enerjilər bizim ətrafımıza yayılır, kənar cismlərin 
birindən digərinə  dəyməklə  əbədi təsir qoyur, təbiət 
aləminin dəftərinə  əbədi həkk olurlar. Əvvəllər də 
dediyimiz kimi burada yox olmaqdan söhbət gedə bilməz, 
yalnız bir haldan başqa hala dönmək mümkündür.  
Sonda elə bir gün gəlib çatır ki, zahirən yox və 
unudulmuş hesab etdiyimiz bu enerjilər bir yerə toplanır, 
yenidən cana gəlir, aşkara çıxır və yox olmadıqlarını 
göstərirlər. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
152 
Bunlara əsasən əməllərin təcəssüm tapma məsələsi elmi 
yollarla da qəbul olunur. Bu mövzu özü göstərir ki, o 
cahanın həya tərzi bu dünya ilə çox fərqlidir. 
Fikirləşin,  əgər  əməllərin təcəssümü elə bu dünyada 
baş versəydi necə olardı. Məsələn, bir söyüş əziyyət verən 
bir varlıq kimi bizim yanımızda olsaydı, ya günahsız 
insanın üzünə vurulan bir sillə, başqasından zorla alınan 
haqq eybəcər bir varlıq  şəklində bizimlə yanaşı olsaydı, 
həyatımız necə olardı?  Əlbəttə, deyəcəksiniz ki, belə 
olsaydı, insanlar bəlkə onların qorxusundan səhv addım 
atmaz, yaxşı işlərə tərəf gedərdilər. 
Lakin nəzərə almaq lazımdır ki, bu surətdə bizim 
ruhumuzda və canımızda heç bir təkamül baş 
verməyəcək, əksinə bir növ əməli cəbr baş verəcəkdi. Yəni 
sanki insanlar zorla bir xeyriyyə işinə cəlb olunacaqlar ki, 
burada da heç bir əxlaqi və  mənəvi təkamül mümkün 
deyil. Ona görə  də bu məqamda yalnız ağıl və  İlahi 
peyğəmbərlərin təlimləri kifayətdir. 
Hər bir halda əməllərin təcəssüm tapması  məsələsinə 
inanmaq tərbiyəvi cəhətdən insanda çox böyük təsir 
qoyur, onu yaxşılıqlara təşviq edir, pis işlərdən çəkindirir
fədakarlıq tələb edən işlərə ürəkdən bağlanmaq hissini 
oyadır. Diqqət edin! 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə