Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə36/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   33   34   35   36   37   38   39   40   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
144 
risalət səbəblərindən biri də insanlara onların islahı üçün 
miqyas və meyarların öyrədilməsidir. Yuxarıda qeyd 
olunan Hədid surəsinin 25-ci ayəsi də    bu  həqiqətə 
işarədir. 
Buradan görünür ki, mizan mənəvi ölçü vasitəsi kimi 
də istifadə olunur. Maraqlıdır ki, Həzrət  Əlinin (ə) 
ziyarətnamələrindən birində oxuyuruq: “Salam olsun 
sənə, ey əməllərin mizanı!” bu, bir insanın mizan və 
meyar olduğuna işarədir. çünki hər kəs iman, əməl, təqva, 
ədalət cəhətdən ona bənzəməklə öz həqiqi ölçü və 
dəyərini tapa bilər. Belə ki, o, insanların insani dəyərlərə 
malik olması üçün dəqiq tərəzi və kamil ölçü hesab edilir. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
145 
MÜKAFAT VƏ CƏZA 
Ölümdən sonrakı aləmdə baş verəcək mükafat və cəza 
məsələsindən doğru nəticələrin çıxarılmaması onu 
qaranlıq məqamları çox olan bir müəmmaya çevirmişdir. 
Məadda mükafat və cəza məsələsi haqqında sual doğuran 
çoxlu məqamlar mövcuddur. Bunlar da məsələyə doğru 
izah verilməməsindən qaynaqlanır. 
Məsələn, bəziləri soruşurlar: Bizim günahlarımızın 
Allaha nə ziyanı vardır ki, bizi onlara görə  cəzalandırır? 
Biz pis iş görmüşük, amma O, böyük, alim və qadirdir. 
Niyə bizi cəzalandırır? Onda bizimlə Onun arasında nə 
fərq vardır? Böyüklük edib bizim günahlarımızdan keçsin. 
Bundan başqa kafirlər içində hətta ən zalımları belə ən çox 
yüz il asi olub zülmə  əl atırlar, bəs nə üçün milyon illər, 
hətta bəzən əbədi olaraq cəzalanırlar? 
Adətən bir əməlin  əvəzini ödətmək ya intiqam 
hissindən irəli gəlir, ya başqalarına ibrət vermək üçün, ya 
da həmin əməl sahibinin özünün tərbiyələnməsi üçün. 
Ölümdən sonrakı həyatda baş verəcək mükafat və cəza 
məsələsinə bu üçündən heç birini aid etmək olmaz. Çünki 
intiqam hissi Allahdan uzaq olan bir xüsusiyyətdir. Belə 
ki, intiqam (təsəvvür olunanın  əksinə olaraq) qüdrət 
əlaməti deyil, əksinə insan ruhunun zəifliyinin 
nişanəsidir.  İntiqam yaralı ruhlara bir məlhəmdir, yaxud 
başqa sözlə, narahat, gücsüz və  xəstə ruhlara aramlıq 
gətirən bir amildir. Buna görə  də  İlahi cəzalar intiqam 
səbəbindən ola bilməz. Günahkar insanın, ya başqalarının 
tərbiyələnmə 
məsələsi də doğru deyil. Çünki 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
146 
tərbiyələnmək bu dünyaya aiddir. Demək ölümdən 
sonrakı  cəzalar bu dünyaya aid olan cəza qanunlarından 
fərqli xüsusiyyətləri ehtiva edir. 
Bütün bu qarışıq suallara bir həqiqəti dərk etməklə 
cavab vermək olar. Ölümdən sonrakı aləmdə baş verəcək 
bütün cəzaların sərçeşməsi insanın öz günahlarının onun 
ruhuna və cisminə  təsirinin nəticəsi və onların təcəssüm 
tapmasıdır. 
Ayə  və  rəvayətlərdə bu cahanla o aləmin rabitəsinin 
keyfiyyəti barəsində dəqiq, eyni zamanda maraqlı ifadələr 
görürük ki, bu bəhsin qaranlıq məqamlarına aydınlıq 
gətirə bilər. Məsələn,  Şura surəsinin 20-ci ayəsində 
oxuyuruq: “Biz axirət  əkininin barını istəyənin bəhrəsini 
artırarıq.” Bu ayədəki “əkinin barı” ifadəsi məaddakı 
mükafat və cəzanın insanın bu dünyada qazandıqlarından 
başqa bir şey olmadığını bildirir. 
Cinn surəsinin 15-ci ayəsində deyilir: “(Haqq yoldan) 
çıxanlar Cəhənnəm üçün odun olacaqlar.” Göründüyü 
kimi onlar özləri və əməlləri od şəklində aşkar olacaq. 
Saffat surəsinin 39-cu ayəsində isə deyilir: “Siz ancaq 
etdiyiniz əməllərin cəzasını alacaqsınız.” 
Bütün bu ifadələrdən açıq-aydın anlaşılır ki, o aləmdə 
qarşılaşacağımız bu dünyada qurucu, ya dağıdıcı 
enerjimizlə icra etdiyimiz yaxşı  və ya pis əməllərimizdir. 
Bu  əməllər bizim əməl dəftərimizdə qeyd olunub 
saxlanılıb və nəticədə həmin gün yeni bir qiyafədə aşkara 
çıxacaq. Bu əməllərin yenidən aşkara çıxması ya bizə fərəh 
verəcək, ya da yandıracaq. Hər iki halda onlar bizimlə 
olacaq və əsla ayrılmayacaqlar. Onlar bu dünyanın başqa 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
147 
şeyləri kimi aradan getmir və  İlahi  əmrlə bizim özümüz 
kimi əbədiyaşar olurlar. Əməllərin bu formada qayıdışına 
əslində  əməllərin təsiri və ya nəticəsi adını da vermək 
olar. 
Maraqlıdır ki, rəvayətlərdə deyilir: “Dünya axirətin 
əkin yeridir.” Burada işlənən “əkin” kəlməsindən də 
aydın olur ki, orada biçəcəklərimiz bu dünyada etdiyimiz 
pis, ya yaxşı əməllərimizin toxumlarından əmələ gəlib və 
təkamül nəticəsində yeni bir formada qarşımıza çıxıb. Öz 
yolumuzun üstünə bir neçə tikan toxumu səpib bir neçə 
ildən sonra tikanlıqların içi ilə oradan keçəndə 
düşünməliyik ki, bunun səbəbkarı elə biz özümüz 
olmuşuq. Eyni məqamda gül toxumu səpib sonradan 
gülüstan içindən keçib gedə bilərdik. Nə birinci halda 
kimsə bizə zülm edib, nə  də ikinci halda nəyisə peşkəş 
tapmışıq. Hər iki halda öz etdiklərimizin nəticəsini 
görmüşük. 
İndi özümüzdən soruşaq,  əgər  əbədi olaraq bu 
tikanlıqlar bizi incidəcəksə, ya bu gülüstan əbədi olaraq 
bizə  ləzzət verəcəksə, burada başqa biri müqəssirdirmi? 
Bunun  ədalətlə ziddiyyəti vardırmı?  Şikayət edə 
bilərikmi?  Əgər ölümdən sonrakı aləmin mükafat və 
cəzaları barədə bu istiqamətdə düşünüb nəticə çıxarsaq, o 
zaman heç bir sual, ya qaranlıq məqam qalmayacaq. 
Diqqət edin! 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
148 
ƏMƏLLƏRİN TƏCƏSSÜMÜ 
Məadda  əməllərimiz necə cana gəlib, hər biri bir 
surətdə təcəssüm tapır? 
O cahanın xüsusiyyətlərindən və bu dünya ilə  aşkar 
fərqlərindən biri də  əməllərin təcəssüm tapması 
məsələsidir. 
Yaşadığımız bu dünyada əməl və sözlərimizi ötəri və 
tez gəlib gedən, məhv olan hesab edirik. Düşünürük ki, 
hərəkətlərimizin tarixdə qalması, hardasa həkk olması 
mümkün deyil. Mümkündür ki, mahir bir fotoqraf bir 
cinayətin işləndiyi zaman həmin anı çəkib saxlasın, yaxud 
biri kiminsə  səsini yazıb saxlasın. Bu şəkil, ya səs tarixdə 
qalacaq, lakin cinayət bir anda baş verib bitəcək. 
Amma bilməliyik ki, ötəri hesab etdiyimiz, bir anda baş 
verib bitən hər  əməlimiz, sözümüz məadda müstəqil 
varlıq şəklində gələcək, bizimlə olacaq. Etdiyimiz zülmlər 
qara buludlar kimi ətrafımızı saracaq
1
, yetimlərin malları 
atəş
2
, iman isə nur
3
 şəklində təcəssüm tapacaq. 
                                                 
1
 Peyğəmbərdən rəvayət olunur: “Zülm Qiyamətdə insan üçün zülmətə 
çevrilər.” (Səfinə, zülm bölməsi) 
2
 “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri 
qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə 
girəcəklər.” (Nisa surəsi, 10) 
3
 “O gün mömin kişilərin və qadınların (səmimi etiqadları  və dünyada 
etdikləri yaxşı  əməllər müqabilində nail olduqları iman) nurunun onların 
önlərindən və sağ  tərəflərindən axıb  şölə saçdığını görəcəksən.” (Hədid 
surəsi, 12) 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə