Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə34/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
136 
bütün insanlar dirilərsə, yer üzündə necə  sıxlıq  əmələ 
gələcək. Amma məad yalnız ruhani olarsa, belə bir çətinlik 
meydana gəlməyəcək. Ona görə ki, ruhlar aləmində belə 
sıxıntı yaşanmaz. 
Cavab 
Bu iradı irəli sürən kəs bir məsələdən sanki xəbərsizdir. 
Quranda açıq-aşkar deyildyi kimi cahanın sonunda hər 
şey bir-birinə dəyəcək, Günəş sönəcək, Ay qaranlığa qərq 
olacaq, dağlar, toz zərrələri  kimi  havaya  səpələnəcək. 
Sonra bu dağılmış dünyanın yerinə yeni bir dünya 
qurulacaq. Yeni insanların həyatı yeni dünyada baş 
tutacaq. Bu qayda ilə  də yer üzünün sıxlığı  məsələsi 
ümumiyyətlə araya gəlməyəcək. Çünki o zaman yer indiki 
halında olmayacaq ki, biz də onun sıxlığından narahat 
olaq. Gələn bəhslərdə bu barədə geniş məlumat veriləcək. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
137 
BÖYÜK HESAB GÜNÜNÜN 
ŞAHİDLƏRİ 
Hesab günü heç bir istisna olmadan hamının iştirak 
edəcəyi bir məhkəmədir. Lakin dediyimiz kimi bu 
məhkəməni lazımınca bəyan etmək qüdrətində deyilik. 
Xüsusilə, başqa bir aləmin həyatı barədə, yaşadığımız 
həyatla tamamilə  fərqlənən yeni bir həyat haqqında söz 
demək çətindir.  
Kitabın  əvvəllərində deyildiyi kimi bu hal eynilə ana 
bətnində olan iki körpənin bu dünya barəsində olan 
təsəvvürləri kimidir. Onlar bir birinə bu dünyanı necə 
təsvir etmək gücündədirlərsə, bizim də o dünya barəsində 
olan təsəvvürlərimiz həmin həddədir.  
Ölümdən sonrakı aləmin bu dünya ilə nisbətdə 
böyüklüyü bu dünyanın ana bətni ilə nisbətdə olan 
böyüklüyü kimidir. Belə olan halda bu dünyanın 
kəlmələri ilə o aləmi kamil surətdə  təsvir edə bilməmək 
təəccüblü deyil. Sadəcə ümumi surətdə bunu deyə bilirik 
ki, o aləmdə bütün insanlar mühakimə olunacaq, lakin bu 
mühakimənin necə baş tutacağını  dəqiq bilmirik. 
 
Qiyamət meydanında hər bir kəsin öz əməl dəftəri ilə, 
şahidləri ilə birlikdə hazır olması, məsələn, mələk 
cinsindən olan hakimlərin qarşısına çıxmaları, mühakimə 
olunmaları, müttəhimlərin özünü müdafiə etmələri, 
hökmün çıxarılması və sonunda mütləq hakim olan Allah 
tərəfindən bu mühakimınin imzalanması, hükmləri 
oxunan insanların cənnət və  cəhənnəm mələklərinə 
tapşırılaraq son mənzilə yola salınması kimi təsəvvürlər 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
138 
yersizdir. Çünki bizim gördüyümüz və  eşitdiyimiz 
mühakimə formaları bu dünyaya məxsus olan, axirət 
aləmi ilə çox az cəhətdən bənzərliyi olan məhkəmələrdir.  
Əməl tərəzisindən söz düşəndə belə başa 
düşülməməlidir ki, guya əməlləri tərəzinin bir gözünə 
qoyub digər gözünə  çəki daşlarını  yığmaqla onun həqiqi 
çəkisi ölçülür və  çəkisi məlum olandan sonra hesablama 
maşınları ilə hesablanılıb təhvil verilir. Qeyd etdiyimiz 
kimi, söhbət bu dünya ilə tamamilə  fərqlənən bir aləm 
barəsindədirsə, burada mənaları  kəlmələrlə tam ifadə 
etmək mümkün deyil. Bu, bir həqiqətdir.  Əlbəttə, bu 
həqiqəti bəhanə  gətirib o aləmin məsələləri barədə yersiz 
təfsirlər etmək, qeyri müəyyənlikdən sui istifadə edib 
yersiz mənalar ifadı etmək olmaz. O aləm barədə bütün 
deyilənlər dəlillərə  əsaslanmalıdır. Elə bizim bu 
dünyamızda qədim zamanlarda işlənən bir kəlmə müasir 
dövrdə tamam başqa bir məna ifadə edir. Məsələn, 
qədimdə “çıraq” kəlməsini neft, ya yağla yanan, nəticədə 
zəif işıq saçan bir əşyaya deyirdilərsə, müasr zamanda 
məlum olduğu kimi bu kəlmə tamam başqa bir əşyaya 
deyilir.  Əgər bu dünya zaman baxımından bir kəlmənin 
mənalarını dəyişirsə, bu dünya ilə o dünya arasında olan 
kəlmə  və  məna bağlılığı daha fərqli olacaq. Bu 
müqəddimədən sonra qiyamət günü ilə  əlaqədar olan 
kəlmələrin mənalarına diqqət edək: 
a) Məadın şahidləri 
 Quran  ayələrində bu böyük məhkəmə üçün müxtəlif 
şahidlərin olacağı qeyd olunur: 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
139 
1. Allahın  şahidliyi: Hər hansı halda və  işdə olsan, 
Onun tərəfindən Qurandan hər hansı bir hissəni oxusan 
və (boynunda ilahi vəzifə olan siz bəndələr) hər nə  iş 
görsəniz, ona məşğul olduğunuz zaman Biz orada hazır 
və sizə  şahidik. Və  nə yerdə  və  nə göydə  zərrə  ağırlığı 
qədər də bir şey sənin Rəbbin(in zat, qüdrət və elminin 
əhatəsin)dən gizli deyildir. Və ondan (zərrədən) nə kiçik 
və  nə böyük bir şey yoxdur ki, aşkar kitabda (əşyaların 
həqiqətlərinin  əks olunduğu və Allah dərgahına yaxın 
olanların gözləri önündə  aşkar olan bir lövhədə) qeyd 
edilməmiş olsun.
1
 
2. Peyğəmbərlərin  şahidliyi: Buna görə  də  hər 
ümmətdən (onların iman, küfr, itaətkarlıq və 
itaətsizliklərinə 
şahidlik etmək üçün) bir şahid 
(peyğəmbərlərini) gətirəcəyimiz və  səni də bunlara (bu 
ümmətə, yaxud o şahidlərə)  şahid gətirəcəyimiz zaman 
(sənin və camaatın halı) necə olacaq?!
2
 
3. Dil, əl və ayağın şahidliyi: O gün ki, dilləri, əlləri və 
ayaqları onların ziyanına, (dünyada) etdiklərinə  şəhadət 
verəcəklər.
3
 
4. Dərinin  şahidliyi: Onlar öz (bədənlərinin günahda 
birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim 
əleyhimizə  şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi 
hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. 
                                                 
1
 Yunus surəsi, 61. 
2
 Nisa surəsi, 41. 
3
 Nur surəsi, 24. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə