Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə38/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   33   34   35   36   37   38   39   40   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
153 
CƏNNƏT VƏ CƏHƏNNƏM 
Əgər bir ana ilə  bətnindəki körpə arasında danışıq 
əlaqəsi yaratmaq mümkün olsa, ana heç vaxt bu dünyanın 
bir bağını, bir mənzərəsini öz körpəsinə vəsf edə bilməz. 
O cahanın cənnətinin nemətlərini, cəhənnəminin 
əzablarını da vəsf etməklə anlamaq bu dünya əhli olan 
bizə qeyri-mümkündür. Artıq qeyd etdiyimiz kimi bu 
həyat üçün nəzərdə tutulmuş məhdud kəlmələr o həyatın 
həqiqətlərini  şərh edə bilməz. Onlardan danışmaq və 
onları anlamaq üçün başqa kəlmələr, başqa hiss və  dərk 
lazımdır. 
Qurani-Kərim necə də gözəl buyurur: 
“Etdikləri  əməllərin mükafatı olaraq (Allah dərgahın-
da) onlar (möminlər) üçün göz oxşayan (onları 
sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç 
kəs bilməz!”
1
 
Bir hədisdə oxuyuruq: 
“Orada gözlərin heç vaxt görmədiyi, qulaqların heç 
vaxt eşitmədiyi, hətta heç vaxt xəyala gəlməyən nemətlər 
vardır.
2
 
Başqa bir tərəfdən Quran ayələrində  cənnət və onun 
nemətləri haqqında oxuduqlarımızdan görünür ki, onlar 
bu dünyada gördüklərimizlə əsla müqayisə olunmaz: 
                                                 
1
 Səcdə surəsi, 17. 
2
 Səduq, “Mən la yəhzuruhul-fəqih”, cild 1, səhifə 295, hədis 905. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
154 
1. Allahdan qorxub pis əməllərdən çəkinənlərə  vəd 
edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar 
axar, yeməkləri də, kölgələri də daimidir.
1
 
2. Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada 
dadı  dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi 
çönməyən süddən çaylar, içənlərə  ləzzət verən  şərabdan 
nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər 
cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma 
gözləyir.
2
 
3. Cənnət ağaclarının kölgələri üstlərinə düşəcək, 
meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri 
yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
3
 
4. Onlara (gözəl  ətirli, təmiz) möhürlü (qablarda olan) 
şərab (rəhiq) içirdiləcəkdir. Onun (içində rəhiq olan qabın) 
möhürü müşkdür.
4
 
5. (Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində 
(yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri 
istəyən və gözlərini oxşayan hər şey olacaqdır.
5
 
6. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. 
Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.
6
 
7. Onları  Rəbinin yanında  əmin-amanlıq yurdu 
(Cənnət) gözləyir.
7
 
                                                 
1
 Rəd surəsi, 35. 
2
 Muhəmməd (s) surəsi, 15. 
3
 İnsan surəsi, 14. 
4
 Mutəffifin surəsi, 25-26. 
5
 Zuxruf surəsi, 71. 
6
 Hicr surəsi, 47. 
7
 Ənam surəsi, 127. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
155 
8. Onların oradakı (möminlərin Cənnətdəki) duası: 
«Pərvərdigara! Sən paksan, müqəddəssən!», orada 
salamlaşması: «Salam!» duası: «Həmd olsun aləmlərin 
Rəbbi Allaha!» sözləridir.
1
 
9. (Haqq yoldan) çıxanlar isə  Cəhənnəm üçün odun 
olacaqlar.
2
 
Kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və 
daşlardan ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!
3
 
10. O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri 
yandırıb-yaxar.
4
 
 
Dediklərimizdən belə nəticə alırıq ki, ölümdən sonrakı 
cahan və məad bu dünyadan çox geniş və mərhələli, tam 
fərqli anlayışlarla dolu, nemətləri bərəkətli, əzabları dərdli 
bir aləmdir. 
Əbədilik məsələsi 
İnsani xidmətlər və pozğunluqlar kəmiyyət və 
keyfiyyət baxımından eyni olmadığı kimi onların mükafat 
və cəzaları da eyni ola bilməz. Bəşərin cəza qanunlarında 
da məsələn bir qiymətli üzük oğurlayan oğruyla bir evə 
təcavüz edib orada yaşayanları  qətlə yetirməklə cinayət 
işlədən caninin cəzası eyni deyil. 
Hər cəhətdən heablanmış, yanlışlıq ehtimal verilən 
bəşər qanunlarından uzaq olan İlahi mükafat və cəzalarda 
                                                 
1
 Yunis surəsi, 10. 
2
 Cinn surəsi, 15. 
3
 Bəqərə surəsi, 24. 
4
 Huməzə surəsi, 6-7. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
156 
da bu mütənasiblik dəqiq surətdə  həm  əməllər arasında, 
həm də onların mükafat və  cəzaları barədə mövcuddur. 
Qeyd olunduğu kimi, xüsusilə  əməl ilə onun əvəzi 
arasında bir növ təbii və təkvini rabitə mövcuddur. Buna 
görə  də  şəxslərə görə mükafat və  cəzaların bir-birindən 
fərqlənməsi haqqında bəhs olunmağa ehtiyac yoxdur və 
bu, məlum məsələdir. 
Lakin Quran və mötəbər hədis kitabları olan İslami 
mənbələrdən görünür ki, pak və imanlı  fərdlər  əbədi 
cənnətdə qalacaq, vücudları küfrdə  qərq olan bəzi 
günahkar fərdlər isə həmişəlik olaraq cəhənnəmə əzabına 
düçar olacaqlar. Quranın dili ilə buna “xulud” deyilir. 
Lüğətdə isə bu söz bir şeyin öz halında qalmasına deyilir. 
Quranda 25 yerdə “xalidun” kəlməsi işlənib ki, onun 14-ü 
cəhənnəm  əzabının  əbədiliyi barədə istifadə olunub. 
“Xalidin” kəlməsi isə 24 dəfə işlənib ki, onun da 13-ü yenə 
əzaba aiddir. Bəzən də  əbədiliyi bildirən başqa kəlmələr 
işlənmişdir. Məsələn, Hud surəsinin 108-ci ayəsində yaxşı 
əməl sahibləri barədə oxuyuruq: 
“Xoşbəxt olanlar Cənnətdədirlər. Onlar, Rəbbinin 
dilədiyindən əlavə, tükənməz bəxşiş və nemət kimi göylər 
və yer durduqca orada əbədi qalacaqlar.” 
Aqibəti pis olanlar barədə isə ondan bir ayə  əvvəldə 
belə deyilir: 
“Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) 
qalacaqlar. Onların orada ah-fəryad gözləyir. Rəbbinin 
istədiyi istisna olmaqla, onlar orada əbədi-göylər və yer 
durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini 
edəndir.” 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə