Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə39/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   33   34   35   36   37   38   39   40   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
157 
Məlumdur ki, ayədəki istisna əzabın bitməsini 
bildirmir,  əksinə Allahın qüdrətini göstərir. Yəni bu işin 
Allahın əlində olmamasını güman etməyin, hər şey Onun 
qüdrəti ilədir. 
Buna sübut ayədəki “tükənməz bəxşiş” ifadəsidir. 
Bundan başqa  əgər kimsə kafirlərin  əzabının 
davamiyyəti barədə 
şəkk-şübhədədirsə, yaxşı 
iş 
sahiblərinin mükafatının davamiyyətində  əsla tərəddüd 
etməyə yer yoxdur. Bu da bizim dediklərimizə bir 
sübutdur. 
Mühüm bir sual 
Burada hər kəsin zehnində bir sual işarəsi yarana bilər 
ki, Allahın işində bu cür bərabərsizlik necə yarana bilər? 
Necə qəbul etmək olar ki, 70, ya ən çoxu 100 il yaşayan 
və bu müddətdə yaxşı, ya pis işlər görən insan əbədi 
olaraq necə mükafat, ya əzab görə bilər? Bu məsələ 
mükafat barədə o qədər də mühüm deyil, çünki mükafat 
nə qədər çox olsa, onu verənin kəraməti və fəzlidir. Amma 
günah işlər müqabilində əzabın əbədi olması ədalətlə düz 
gəlmir.  Ən çoxu 100 il günah və küfrdə olan bir nəfər nə 
üçün  əbədi cəhənnəmdə qalıb işgəncə  çəkməlidir? Məgər 
bu işdə  ədalət olmamalıdırmı? 70 il günah edən elə 70 il 
də əzab çəkməməlidirmi? 
Qaneedici olmayan cavablar 
Bu sualın cavabının çətinliyi səbəb olmuşdur ki, bəziləri 
“əbədilik” ifadə edən ayələri başqa mənalara yozmuş  və 
elə təfsir etmişlər ki, onların fikrincə ədalətin ziddinə olan 
bu məna ayələrdən anlaşılmasın: 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
158 
1. Bəziləri deyirlər: “Əbədi” kəlməsi məcazi mənada 
işlənmişdir. Bu kəlmədən məqsəd uzun müddətli əzabdır. 
Bu, eynilə ona bənzəyir ki, əgər birinə ömrünün sonuna 
kimi həbs hökmü oxunubsa, onun barəsində deyərlər: “o, 
əbədi məhkumiyyət alıb.” Halbuki dünya zindanlarının 
heç birində  əbədiyyət deyilən bir məfhum yoxdur, ömür 
bitdikdə həbsin müddəti də bitir. 
2. Bəziləri isə deyir: Cəhənnəm həmişə eyni halda 
qalmayacaq, bir gün gələcək ki, o da sönəcək. 
3. Bəziləri ehtimal verirlər ki, zaman ötdükcə  və 
cəhənnəmdəkilər bir müddət  əzab çəkdikdən sonra onlar 
üçün bu hal adiləşəcək və  əzabın ağrısını hiss 
etməyəcəklər. 
 
Əlbəttə, qeyd etdiyimiz kimi bu cavabların hamısı 
“əbədilik” sualının qarşısında aciz qalmaqdan irəli 
gəlmişdir, əks halda müəyyən bir dəstə üçün əzabın əbədi 
olması barədə olan ayələr inkar oluna bilməz. 
İradın həlli 
Bu iradı həll etmək üçün əvvəlki bəhslərə qayıtmalı və 
o aləmin mükafat və cəzaları ilə başqa mükafat və cəzaları 
müqayisə etməkdən çəkinməliyik. Nəticədə məlum olacaq 
ki, əbədilik məsələsi heç cür ədalətlə zidd gəlmir. 
Bəhsin izahı üçün üç məsələyə diqqət etməliyik: 
1.  Əbədi  əzab yalnız üzərinə nicat qapılarını bağlayan, 
bilə-bilə  fəsada, küfrə, nifaqa qərq olan, bununla da 
qəlbini və canını günahla möhürləyən, həqiqətdə günah 
və küfr rəngi alan kəslərə aiddir. Quranda oxuyuruq: 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
159 
“Günah qazanan və qazandığı günahlara əhatə olunan 
şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.”
1
 
2. Cəzanın da günah müddəti qədər olmalı olduğunu 
deyənlər yanılırlar. Çünki günahla əzabın rabitəsi zaman 
baxımından deyil. Bu, keyfiyyət məsələsidir. Deməli 
əzabın zaman baxımından müddəti günahın keyfiyyətinə 
bağlıdır, nəinki müddətinə. 
Məsələn, bir kəs bir an içində birini öldürür və  cəza 
olaraq ömür boyu həbs cəzası alır. Göründüyü kimi 
günahın müddəti bir andır, amma cəzası bir ömür. Demək 
burada kəmiyyət deyil, keyfiyyət nəzərdə tutulur. 
3.  Əvvəl də demişik ki, məadın mükafat və  cəzaları 
əməlin təbii əsərləri və günahın xasiyyətləri əsasında olur. 
Başqa sözlə desək, günahkarların o aləmdə o əzablar və 
işgəncələr öz əməllərinin nəticəsi və təsiridir. 
Quranda oxuyuruq:  
“Bu gün heç kəsə heç bir haqsızlıq edilməyək. Siz ancaq 
etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
2
 
“(O gün dünyada etdikləri) pis əməllərinin cəzası 
onların gözünə görünəcək və istehza etdikləri (əzab) 
onları saracaqdır!”
3
 
“Hər kəs pis əməllə  gəlsə, (bilsin ki) pis əməllər 
edənlərə ancaq əməllərinin cəzası verilər!”
4
 
Bundan  əvvəl də  əməllərin təcəssümü məsələsində bu 
barədə söhbət açmışıq. 
                                                 
1
 Bəqərə surəsi, 81. 
2
 Yasin surəsi, 54. 
3
 Casiyə surəsi, 33. 
4
 Qəsəs surəsi, 84. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
160 
Bu üç məsələni bildikdən sonra qarşıya çıxmış iradın 
həlli o qədər də çətin görünmür. Ona cavab vermək üçün 
aşağıdakı suallara cavab vermək kifayətdir: 
Fərz edin, bir nəfər bir həftə  ərzində spirtli içkilər 
içməklə  mədəsini xəstəliyə düçar edir və  nəticədə 
ömrünün sonuna kimi bu dərdlə yaşayır.  Əməl ilə onun 
nəticəsi arasında olan bu hal ədalətsizlikdirmi?  Əgər bu 
insanın ömrünü adi qaydada 70-80 il yox, məsələn min il, 
ya daha çox təsəvvür etsək və bu müddət boyu həmin 
insan  əziyyət çəksə,  ədalətin ziddinə bir şey baş 
verəcəkmi? Həm də  əvvəldən ona bu barədə  məlumat 
verilmiş  və o da bunun xətərli olduğunu bilirdisə, irad 
etməyə yer qalırmı? 
Yuxarıdakı  bəhslərdə tikan və ya gül toxumu səpən 
insanın misalını yəqin xatırlayırsınız. 
Deməli bunlar hamısı  əməllərin təsiridir və  kəmiyyət 
baxımından bərabərlik olmasa da ədalətlə heç bir 
ziddiyyəti yoxdur. 
Deyilənlərdən belə  nəticə alırıq: Mükafat və  cəzaların 
insanın öz əməlinin nəticəsi olduğunu qəbul etdikdən 
sonra kəmiyyət və keyfiyyət məsələsi nəzərdə olmaz. 
Bəzən üşaq vaxtı görülən bir iş bütün ömür boyu əzaba 
düçar edir və  bəzən kiçik bir iş xeyir və  bərəkət 
mənbəyinə çevrilir. (Yanlışlıq olmasın, biz kiçik iş dedikdə 
zaman baxımından nəzərdə tutulur, əks halda əbədi əzaba 
səbəb olan günahlar keyfiyyət baxımından  əsla kiçik 
deyil.) 
Günah, küfr, tüğyan insanın bütün vücudunu əhatə 
etdikdə, onun qol-qanadını, qəlbini, canını amansızcasına 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə