A M E A -nın İnsan Hüquqları İnstitutunun
Elmi Şurasının дәгап ilə çap olunur.
Elmi məsləhətçi:
Aytən Mustafayeva
hüquq elmləri üzrə fəlsəfə doktoru,
M illi Məclisin deputatı
Elmi redaktor
İradə Hüseynova
tarix üzrə elmlər doktoru, professor,
Əməkdar Müəllim
Rəyçilər:
Nizami
Cəfərov
filologiya üzrə elmlər doktoru,
professor, A M E A -nın müxbir üzvü,
M illi Məclisin deputatı
Aydın Mirzəzadə
siyasi elmlər üzrə fəlsəfə doktoru,
M illi Məclisin deputatı
ISBN 978-9952-453-22-3
Əhədova S.A. Müasir dünyada mədəniyyətlər-
arası münasibətlər. Bakı: "Elm , 2014, 348
s.
655 (07) - 2014
© "Elm" nəşriyyatı, 2014
Elmi redaktordan
ÖN SÖZ
M
illi mədəniyyətlərin inkişaf perspektivlə
rinin, ümumdünya mədəni proseslərin,
mədəniyyətlər arasındakı münasibət və əlaqələrin
öyrənilməsi bütün dövrlərdə mühüm əhəmiyyət
kəsb edən məsələlər olmuşdur. Lakin xalqlar,
dövlətlər, ölkələr arasında siyasi, iqtisadi,
mədəni
əlaqələrin getdikcə genişlənməsi, qloballaşma və
inteqrasiya proseslərinin daha da dərinləşməsi ilə
səciyyələnən müasir dövrümüzdə bu məsələlər
daha da aktual xaräkter daşımağa başlamışdır.
Dövrümüzün çağırışları və beynəlxalq mü
nasibətlərdə baş verən köklü dəyişikliklər milli
mədəniyyətlər qarşısında bir sıra yeni həlli vacib
məsələlər qoyur. Qloballaşma prosesləri təkcə
mədəniyyətlərin qarşılıqlı uzlaşması və qarşılıq
lı zənginləşməsi ilə müşayiət olunmur, xalqların
və ölkələrin mədəni özünəməxsusluğuna ciddi
təhlükələr yaradır. Milli mədəniyyətlərin, milli-
mənəvi dəyərlərin gələcək taleyi indi bütün bəşə
riyyəti düşündürən problemlərdən birinə çevril
mişdir. Belə şəraitdə beynəlxalq səviyyədə mə
dəni dialoqun qurulması qlobal gündəliyin əsas
məsələsini təşkil edir.