Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə33/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
132 
məsələsində “filan bədən günah edib”, ya “filan bədən 
savab iş görüb” demirik. Biz sadəcə bunu deyirik ki, ruh 
bədənsiz kamil həyat sürə bilməz. Buna görə  də ruh öz 
əsli cisminə qayıtmalı  və öz kamil həyatını davam 
etdirməlidir. 
Bu iradın cavabında aldığımız nəticə bu oldu ki, 
(şəxsiyyətin vəhdəti məsələsi həll olduqdan sonra) 
müəyyən hissələrin iki bədəndə olması mükafat və  cəza, 
savab və  əzab məsələsində heç bir müşkül yaratmır. 
Bununla da çoxlarının fikrini məşğul etmiş
1
 “yeyən və 
yeyilən” iradı  həll olunan bir məsələdir. Yəni Quranın 
dediyi kimi həmin bu bədənlə cismani məadı  qəbul 
etməklə bu irada rahatlıqla cavab vermək olar. (Əgər bu 
bəhsdə qaranlıq məqamlar qaldısa, bir daha əvvəldən 
oxumağınız rica olunur.) 
 
2. Yerdəki maddələrin azlığı 
Cismani məad mövzusunda irəli sürülən iradlardan 
digəri budur ki, əgər Qiyamət günü bütün insanlar həmin 
bu bədənlə qayıtsalar, o zaman yer üzünün torpaq ehtiyatı 
onların hamısına kifayət etməz. Bu surətdə bütün 
insanların bədənlərinin yenidən yaradılışı üçün torpaq 
çatışmamazlığı ilə qarşılaşacağıq.  Əgər bu insanların 
indiki kimi olmayacağını, kiçik həcmli insan formasında 
yenidən diriləcəyini desək, çox qəribə  və inanılmaz 
görünəcək. 
                                                 
1
  Bəlkə  də elə buna görə onlar cismani məad məsələsində  şəkk-şübhəyə 
düşmüşlər. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
133 
Cavab: Bu sözü deyənlər həqiqətdə qaranlığa bir ox 
atmışlar ki, təəssüflər olsun hədəfə çatmamışdır. Məgər 
yaxşı olmazmı, hesabatla bağlı olan belə bəhslərdə əlimizə 
kağız-qələm alıb icmalı surətdə də olsa hesablama aparaq 
və belə yanlış düşüncələrdən xilas olaq? 
İndi kağız-qələm götürüb hesablayaq: 
Deyirlər ki, insanın bədəninin 65-70%-i sudur. Buna 
görə də bir insanın bədəninin digər hissəsi onun təxminən 
1/3 hissəsini təşkil edir. Yəni 60 kiloqram ağırlığında 
bədənə malik olan bir insanın yalnız 20 kiloqramlıq hissəsi 
sudan başqa maddələrdən (torpaqdan və s.) ibarətdir, 
qalan hissəsi isə sudur. İndi hesablayaq görək 1
 
m

torpaq 
neçə insanın bədəninin düzəlməsinə yetər? Asanlıqla 
anlaşılır ki, bu qədər torpaq 100 nəfərdən çox insan üçün 
yetərlidir.  Əgər torpağın xüsusi çəkisini suyun iki qatı 
qədər hesablasaq, o zaman torpağın çəkisi 2.000 kq olacaq 
ki, onu da 20-ə bölsək (hər insana düşən torpaq payı), 100 
rəqəmini alacağıq.  
Deməli 1km
3
 
torpaq 100 milyard insanın bədənini 
düzəltməyə yetər. Başqa sözlə desək, bu qədər torpaq yer 
kürəsinin insanlarının 25 misli qədərdir. Bu da yer 
üzünün çox cüzi hissəsini təşkil edir. 
İndi həmin bu hesabatı zaman üfüqündə davam 
etdirək. Bir insanın orta ömür həddi nə  qədərdir? Başqa 
sözlə, bir insan nəslinin tamamilə aradan gedib başqa bir 
nəslin onun yerinə  gəlməsi üçün nə  qədər zaman 
lazımdır? Bu, əlli ildən çox deyil. Əlbəttə,  əvvəllər bu 
müddət daha çox olub. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
134 
İndi yuxarıda aldığımız 25 rəqəmini 50-ə vuraq. 1.250 
cavabını alırıq. Deməli, 1km
3
 torpaq 1.250 il müddətində 
bütün yer üzünün gəlib-getmiş insanları üçün yetərlidir. 
Buna  əsasən,  əgər bəşər həyatının bütün dövrlərini 
məsələn, 12.500 il fərz etsək, həmçinin fərz etsək ki, heç bir 
insanın digər bir insanın bədəninin bir hissəsi olmayıb, o 
zaman 10 km
3
 torpaq bütün insanların yenidən yaranması 
üçün bəs edər. 
Əgər son araşdırmalara görə, insanın yer üzərindəki 
həyatını 2.500.000 il fərz etsək belə, bu surətdə 2.000 km
3
 
torpaq kifayət edər. Bu da yenə yer üzünün çox cüzi 
hissəsini əhatə edəcək. 
Deyilənlərdən nəticə aldıq ki, bu iddia necə  də  əsassız 
və dəlilsizdir. 
3. Məad hansı bədənlə baş verəcək? 
Cismani məad barəsində qarşıya çıxan iradlardan biri 
də insanın bir ömür boyu dəyişikliklərə məruz qalan hansı 
bədəninin məadda qayıdacağı məsələsidir. İnsanın bədəni 
məsələn yetmiş illik ömründə  əgər on dəfə  dəyişikliyə 
məruz qalırsa və hər bir bədənlə yaxşı və pis işlər görürsə, 
bu surətdə bu bədənlərin ya hamısı, ya da biri qayıdacaq 
ki, bunu da seçmək üçün heç birinin üstün cəhəti yoxdur. 
Bundan  əlavə, hər bədənin özünə  məxsus etdiyi əməlləri 
vardır ki, başqa dövrün bədəni ilə bu baxımdan tam fərqli 
ola bilər. Nəticədə əgər məad yalnız ruhani cəhətdən olsa, 
bu iradların heç biri qarşıya çıxmaz. 
Cavab 
Bu sualın cavabını elə sualın özündə tapmaq olar. 
Deyildiyi kimi hər bir bədən özündən  əvvəlki bədənin 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
135 
bütün xüsusiyyətlərini özündə saxlayır. Deməli sonuncu 
bədən ömür boyu baş vermiş bütün əməllərin icraçısı 
hesab olunur. Çünki onların varisi və canişini, hətta 
onların bütün xüsusiyyətlərini ehtiva edən və özündə 
saxlayan yeganə bədən odur. 
Buna  əsasən,  əgər məadda sonuncu bədən qayıdarsa, 
bu, bütün bədənlərin qayıtması anlamına gəlir.  
Qeyd olunduğu kimi bir neçə Quran ayəsi də  məadda 
sonuncu bədənin qayıdacağını bildirir: 
Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı  dərhal 
qəbirlərindən öz Rəbbinə doğru tələsərlər.
1
 
Allah qəbirdə olanların hamısını dirildəcək
2
 
Bu və başqa ayələrdən asanlıqla anlaşılır ki, məad 
sonuncu bədənlə baş verəcək. Ağıl da bunun belə 
olacağına hökm edir. Çünki bütün ömür boyu dəyişən 
bədənlərin məcmusunu anladan, həqiqətdə  həmişə ruhla 
yanaşı olan, hər cəhətdən onunla eynilik təşkil edir. Ruh 
da yalnız onunla kamil surətdə yaşaya bilər. Buna əsasən 
də bu baxımdan irad etməyə heç bir yer qalmır. 
4. Qiyamət harada olacaq? 
Cismani məad barəsində irəli sürülən bütün iradlar həll 
olduqda daha bir irad da qalır. Həmin irad budur: Bəşər 
yer üzünə  gələndən indiyə kimi bütün insanlar məadda 
dirilərsə, o zaman yer  üzünə sığmaz. Çünki hətta indi də 
dünyanın bəzi məntəqələrində  cəmiyyət sıxlığı müşahidə 
olunur və  bəzi təşkilatlar insanların bu sürətdə artımı ilə 
mübarizə metodları düşünürlər.  İndi təsəvvür edin, əgər 
                                                 
1
 Yasin surəsi, 51. 
2
 Həcc surəsi, 7. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə