Həyata keçirilməsi Slayd 1 Giriş



Yüklə 87,25 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü87,25 Kb.
#50633


 

Page 1 of 21 

 

       Dünya səviyyəli layihələrin təhlükəsiz və etibarlı şəkildə 

həyata keçirilməsi 

 

 

 



Slayd 1 - Giriş 

 

 



Cənab Sədr,  

Hörmətli qonaqlar,  

Xanımlar və cənablar! 

BP  şirkətinin  Xəzər  regionunda  Azərbaycan  və  tərəfdaşlarımız  adından 

operatorluq  etdiyi  uğurlu  layihələrdən  danışmaq  üçün  bu  gün  burada 

olmaqdan məmnunluq duyuram. 

Təqdimatımı 20 ildən artıqdır ki davam etməkdə olan bu uğurlu tərəfdaşlığın 

möhtəşəm tarixçəsi ilə başlamaq istərdim. 



 

 


 

Page 2 of 21 

 

Slayd 2 – Möhtəşəm tərəfdaşlığın tarixçəsi  

 

Tərəfdaşlığımız Azərbaycanın müstəqillik qazanmasından üç il sonra başlayıb. 

20  ildən  artıq  müddət  ərzində  biz  Azərbaycan  hökuməti,  SOCAR  və 

tərəfdaşlarımız ilə birlikdə dünyanın ən uğurlu biznes tərəfdaşlıqlarından birini 

qurmuşuq. 

Bu  tərəfdaşlıq  bir  çox  dünya  səviyyəli  əlamətdar  hadisələrə  və  nailiyyətlərə 

şahidlik edib. Məsələn: 

 



1994-cü ildə müqavilənin imzalanmasından üç il sonra AÇG-dən ilk neft 

hasil edilib; 

 

Qaz  ehtiyatları  aşkar  edildikdən  yeddi  il  sonra  Şahdəniz  yatağından  ilk 



qaz hasil edilib; 

 



Ceyhan  terminalında  ilk  tankerin  yüklənməsi  ilə  neft  sənayesindəki  ən 

möhtəşəm  mühəndis  layihələrindən  biri  olan  BTC  boru  kəməri  işə 

düşüb. 

BTC  yenicə  olaraq  10  illiyini  qeyd  edib.  Biz  operator  kimi  və  eləcə  də 



Azərbaycan,  SOCAR  və  BTC  tərəfdaşları  bu  əlamətdar  tarixlə  qürur 

duymalıdır, belə ki, bu müddət ərzində BTC vasitəsilə təhlükəsiz və problemsiz 

şəkildə 2,2 milyard barel xam neft nəql olunub və Ceyhan terminalında 2900 

tanker yüklənərək təhlükəsiz qaydada dünya bazarlarına göndərilib. 

Bu  möhtəşəm  tarix  cəlb  edilmiş  bütün  tərəflərin  sıx  əməkdaşlığı,  tranzit 

ərazisinə  malik  ölkələrin  hökumətlərinin  dəstəyi  və  razılığı,  əməliyyatların 




 

Page 3 of 21 

 

təhlükəsiz,  məsuliyyətli  və  səmərəli  şəkildə  həyata  keçirilməsi  ilə  nələrə  nail 



oluna biləcəyini göstərir. 

 

 


 

Page 4 of 21 

 

Slayd 3 – Xəzərdə BP-nin iri dəniz əməliyyatları 

 

Bu  slaydda  mən  sizə  öz  nəhəng  dəniz  əməliyyatlarımızın  möhtəşəm 

tarixçəsindən danışacağam. Bu tarixçə 1997-ci ildə Səngəçalda yeni terminalın 

açılması  və  Çıraq  platformasının  işə  düşməsi  ilə  başladı.  Həmin  vaxtdan 

etibarən,  biz  öz  tərəfdaşlarımızla  birlikdə  Xəzərdə  iri  layihələrin  həyata 

keçirilməsində  unikal  nailiyyətlərə  imza  atmışıq.  İşlənmə  fazaları  ərzində  biz 

orta  hesabla  Çıraq  platformasından  ilk  neft  hasil  edildikdən  etibarən  hər  3 

ildən bir böyük bir layihə həyata keçirmişik. (

2005-ci ildə Mərkəzi Azəri, 2005-

ci ildə həmçinin Qərbi Azəri, 2006-cı ildə Şərqi Azəri, 2006-cı ildə Şahdəniz 1, 

2008-ci ildə Dərinsulu Günəşli və 2014-cü ildə Qərbi Çıraq)  

Hazırda bizim nəhəng dəniz əməliyyatları sisteminə ümumilikdə doqquz dəniz 

platforması  daxildir.  Və  biz  həm  də  SOCAR-a  məxsus  olan  üç  qazma 

qurğusundan,  “Dədə  Qorqud”,  “Heydər  Əliyev”  və  “İstiqlal”  adına  qazma 

qurğularından istifadə edirik. 

Başqa  heç  bir  yerdə  BP-nin  əməliyyatlarında  bu  qədər  çox  platformalar  və 

qazma  qurğuları  yan-yana  düzülərək  vahid  komanda  şəklində  eyni 

əməliyyatları həyata keçirmir – bu dəniz əməliyyatlarımızın nəhəng miqyasını 

göstərir  və  biz  qürur  duyuruq  ki,  bütün  bunlar  təhlükəsiz  şəkildə  və  ətraf 

mühitin qeydinə qalmaqla yerinə yetirilir. 

 

 

 




 

Page 5 of 21 

 

Slayd 4 – Regionda BP-nin quruda həyata keçirdiyi iri əməliyyatlar 

 

Quruda  biz  Xəzər  dənizindəki  neft-qaz  yataqlarını  birbaşa  dünya  bazarlar  ilə 

birləşdirən  nəhəng  ixrac  sisteminə  malikik.  Ümumilikdə  quruda  biz  ümumi 

uzunluğu 3300km təşkil edən üç boru kəməri sisteminə və Qara dənizdə və 

Aralıq dənizində iki dəniz ixrac sisteminə operatorluq edirik. 

Bizim qurudakı sistemimizə həmçinin dünyanın quruda yerləşən ən böyük neft 

və qaz terminallarından biri olan, Səngəçal terminalı da daxildir. Bizim bütün 

dəniz  platformalarımız  mürəkkəb  sualtı  boru  kəməri  infrastrukturu  vasitəsilə 

bu  terminala  birləşir  və  terminal  fəaliyyətə  başladığı  vaxtdan  etibarən  orada 

bir irimiqyaslı genişlənmə işləri həyata keçirilib və ikinci genişlənmə işləri isə 

hazırda davam edir. 

Dünyanın ən böyük iki sənaye infrastrukturu layihələri olan BTC və CQBK boru 

kəmərləri dünya standartlarına uyğun şəkildə fəaliyyət göstərir. BTC fəaliyyətə 

başladığı  ilk  gündən  etibarən  onun  təhlükəsizlik  və  istismar  etibarlılığı  üzrə 

göstəriciləri mükəmməl olub və Azərbaycan üçün və operator kimi bizim üçün 

qürur mənbəyidir. 

Digər  faydalarından  əlavə,  bu  boru  kəmərləri  həm  də  öz  marşrutu  boyunca 

yerləşən yerli icmalar üçün bizim sponsorluq etdiyimiz yüzlərlə davamlı inkişaf 

layihələrindən faydalanmağa imkan yaradır. Və bütün bu işlər təbii landşafta 

minimal təsirlərlə həyata keçirilmişdir. 

 



 

Page 6 of 21 

 

 

Slayd 5 – AÇG 20-ildən artıq uğurlu tarixçə 

 

AÇG  layihəsi  20  ildən  artıq  təhlükəsiz,  etibarlı  və  səmərəli  şəkildə  həyata 

keçirilən  əməliyyatları  ilə  möhtəşəm  tarixçəyə  malikdir.  Dünya  miqyasında 

AÇG öz təhlükəsizlik, etibarlılıq və səmərəlilik göstəricilərinə görə dünyanın ən 

yaxşı idarə edilən nəhəng yataqlarından biri kimi tanınır. 

AÇG üzrə hasilat və emal qurğuları BP-dəki ən böyük qurğular sırasındadır. Bu 

qurğular vasitəsilə bu vaxtadək 2,7 milyard barel neft hasil edilib. Bu qurğular 

həmçinin istismara yararlılıq vəziyyətinə görə son dərəcədə yüksək göstəriciyə 

nail olub. 2010-cu ildən etibarən qurğuların icra göstəricisi orta hesabla 97%-

dən  yüksək  olub.  AÇG  əməliyyatlarının  miqyasını  və  mürəkkəbliyini  nəzərə 

alsaq,  bu,  sənayedə  aparıcı  bir  göstəricidir.  Və  bu,  yalnız  BP-də  deyil, 

ümumilikdə sənayedə bütün standartlar üzrə mükəmməl göstəricidir. 

Bütün bunlara necə nail olmuşuq? İlk növbədə, operator olaraq inanırıq ki, biz 

düzgün 


layihələndirmədən, 

düzgün 


avadanlıqlardan, 

düzgün 


texnologiyalardan,  düzgün  siyasətlərdən,  standartlardan  və  mexanizmlərdən 

və ən əsası da düzgün işçi heyətindən istifadə etmişik. 

Məsələn, qumun idarə edilməsi sahəsini götürək. AÇG məhsuldar laylarındakı 

zəif qumdaşı qatları quyudan qumun çıxmasına səbəb olur ki, bu da hasilatı 

azalda  və  qurğulara  ziyan  vura  bilir.  BP-nin  qum  təzahürü  ilə  effektiv 

mübarizə texnologiyası yüksək debitli quyuların qazılması ilə yanaşı qurğuların 




 

Page 7 of 21 

 

mühafizə olunmasında son dərəcədə əhəmiyyətli rol oynayıb. Biz hazırda cari 



hasilatımızın  50%-ni  qumlu  kollektorlarda  həyata  keçirməklə  qumun  idarə 

olunması sahəsində ekspertik. 

Və  yaxud  başqa  bir  misal  kimi,  qabaqcıl  model  əsaslı  optimallaşdırma  və 

vəziyyətə nəzarət sistemlərimizi göstərə bilərik. Bunlardan istifadə etməklə biz 

quyu  göstəricilərimizi  optimallaşdırırıq  və  avadanlığın  texniki  bütövlüyünə 

nəzarət edirik ki, bu da bizə problemləri erkən mərhələdə aşkar etməyə imkan 

verir. 

 

 




 

Page 8 of 21 

 

Slayd 6 – Xəzərin möhtəşəm qazma tarixçəsi 

 

AÇG  və  Şahdəniz  yataqlarındakı  qazma  göstəriciləri  bu  sahədə  dünyanın  ən 

uğurlu  nailiyyətlərindən  biridir.  Qeyd  etmək  istəyirəm  ki,  Xəzər  hövzəsi 

sənayedə  mövcud  olan  ən  mürəkkəb  çətinliklərdən  bəzilərini  özündə 

cəmləşdirir.  Buna  görə  də,  bu  dünya  səviyyəli  layihələrin  həyata  keçirilməsi 

üçün sərt qazma şərtlərinin öhdəsindən gələ biləcək bacarıqlı işçi qüvvəsi və 

qabaqcıl texnologiyalar tələb olunub. 

Faktiki  olaraq,  dünyanın  ən  mürəkkəb  quyularından  bir  çoxu  AÇG  yatağında 

qazılıb. Bu vaxtadək, BP şirkəti bu mürəkkəb qazma mühitində 150-dən artıq 

quyunu  təhlükəsiz  şəkildə  qazaraq  istifadəyə  verib.  AÇG  yatağında  bizim 

qazma işləri üzrə təcrübəmizin nəhəng miqyasını təsvir etmək üçün sadəcə bir 

rəqəmi diqqətinizə çatdırmaq istəyirəm: 

 

Biz  750  kilometrdən  artıq  qazma  işi  aparmışıq  –  bu  rəqəm 



Bakıdan  Azərbaycanın  ən  gözəl  rayonlarından  biri  olan  Quba 

rayonundakı Şahdağ ərazisinədək olan məsafənin üç mislinə bərabərdir! 

Mən həm də  Şahdəniz  yatağındakı qazma  işlərinin çətinliklərindən danışmaq 

istərdim.  Bu  çətinliklər  həmin  yatağın  AÇG  yatağına  nisbətən  daha  dərin 

sularda  yerləşməsi  ilə  bağlıdır  –  belə  ki,  Şahdəniz  yatağı  550  metrədək  su 

dərinliyində  yerləşir  və  kollektorda  14000  funt/kv.  düymədək  yüksək 

təzyiqlərə rast gəlinir.

 



 

Page 9 of 21 

 

Hazırda mövcud olan texnologiyalar 15000 funt/kv. düym ilə məhdudlaşır və 



siz  təsəvvür  edin  ki,  biz  Şahdəniz  yatağında  həyata  keçirdiyimiz  qazma 

əməliyyatlarında texnologiyaların məhdudiyyətlərinə meydan oxuyuruq. 

Biz  7300m  dərinliyə  malik  olmaqla  bu  vaxtadək  Xəzərdə  qazılmış  ən  dərin 

kəşfiyyat quyusu da daxil olmaqla Şahdəniz yatağında 125 kilometr təhlükəsiz 

və  səmərəli  şəkildə  qazma  aparmışıq.  Məmnuniyyətlə  demək  istəyirəm  ki, 

bütün  bu  səylər  öz  bəhrəsini  verib  –  belə  ki,  BP-nin  bütün  dünya  üzrə 

portfelindəki ən məhsuldar 10 quyudan beşi Şahdəniz yatağında yerləşir. 

 

 




 

Page 10 of 21 

 

Slayd 7 – Yatağın mürəkkəbliyi 

 

AÇG  yatağında  hasilatı  optimallaşdırmaq  və  layın  neft  verimini  maksimuma 

çatdırmaq üçün biz hər il mümkün qədər çox sayda quyu qazmalıyıq. Hazırda 

bizim AÇG-də qazma işi apardığımız altı hasilat platformamız var. Buna görə 

də,  hər bir qazma qurğusunun faydalı iş əmsalını maksimuma çatdırmaq son 

dərəcədə mühüm əhəmiyyət kəsb edir. 

AÇG yatağı da mürəkkəbdir. Orada çoxsaylı süxur-kollektorlar və dinamik flüid 

kontaktları  (dinamik  fazalararası  kontaktlar)  mövcuddur.  Hər  bir  quyunu 

düzgün  vaxtda  düzgün yerdə  yerləşdirmək son  dərəcədə  mühüm  əhəmiyyət 

kəsb edir. Və quyu qazıldıqdan sonra isə, onu mümkün qədər uzun müddətə 

işlək vəziyyətdə saxlamağımız vacib rol oynayır. 

Bu mürəkkəb geoloji mühitdə demək olar ki iyirmi illik qazma təcrübəsindən 

əldə  etdiyimiz  biliklər  dünyada  yataqların  işlənməsi  tarixində  ən  uğurlu 

layihələrdən birinin gerçəkləşməsində vacib amil olmuşdur. 

İlbəil biz öz təcrübələrimizdən Xəzərdə fəaliyyət göstərmək üçün tələb olunan 

yanaşmaları,  metodları  və  prosedurları  öyrənmişik.  Şübhəsiz  ki,  bu  təcrübə 

Azərbaycanın  əvvəlki  nəsil  neftçilərinin  qazandığı  təcrübəyə  əsaslanıb. 

Xüsusən də, mən Azərbaycanın ilk kəşfiyyatçı geoloqlarını və onların SOCAR-

dakı müasir varislərini nəzərdə tuturam. 

Bütün  bunların  nəticəsində  quyuların  qazılması  daha  tez  və  daha  səmərəli 

şəkildə  həyata  keçirilib.  Sadəcə  bir  misal  çəksək,  son  üç  il  ərzində  bizim 



 

Page 11 of 21 

 

10.000  futu  qazmaq  üçün  sərf  etdiyimiz  vaxt  azalaraq  78  gündən  50  günə 



enib. Bu müddət ərzində bizim qeyri-məhsuldar qazma vaxtımız da 24%-dən 

13%-ə  düşüb.  Bunlar  böyük  nəticələrdir  və  qazma  işini  daha  sürətli  deyil, 

daha  ağıllı  aparmaqla  əldə  olunub.  Həmin  nailiyyətlər  bu  mürəkkəb 

formasiyalardakı  örtücü  laylar,  gərginlik  amilləri  və  geoloji  xüsusiyyətlər 

haqqında mövcud olan dərin biliklərə əsaslanır! 

Bu  nəticələri  əldə  edərkən  biz  mürəkkəb  çətinliklərin  öhdəsindən  gəlməyə 

kömək  edən  texnologiyalardan  geniş  şəkildə  istifadə  etmişik.  Və  bundan 

əvvəlki slaydda qeyd etdiyim ki, dünyanın  ən çətin və mürəkkəb quyularının 

bir çoxu AÇG-də qazılıb.  

Bu çətinliklərin öhdəsindən gəlmək üçün istifadə olunan texnologiyalara bariz 

nümunə kimi Böyük İnhiraflı Maili Qazma texnologiyasını göstərmək olar. Bu 

vaxtadək, biz təxminən 60 böyük inhiraflı maili quyu qazmışıq və bu metodla 

qazdığımız quyların konturxarici məsafəsi 3km-dən artıq olub. 

Bu quyulardan ən uzaq məsafəyə qazılan quyunun konturxarici məsafəsi Çıraq 

platformasından  6,4  km  təşkil  edir.  BP  əməkdaşının  hazırladığı  bu  kreativ 

slayddan da göründüyü kimi, bu məsafə Bakıdakı Bayraq Meydanı ilə Heydər 

Əliyev Mərkəzi arasında olan məsafə qədərdir. 

Biz  əminik  ki,  bu  texnologiya  qarşıdan  gələn  onilliklər  ərzində  bizə  bu  çox 

nəhəng yataqdan çıxarılan resursları maksimuma çatdırmağa imkan verəcək. 

 

 



 


 

Page 12 of 21 

 

Slayd 8 – Şahdəniz 2 

 

 

Və indi mən Xəzərdəki növbəti böyük bir işlənmə layihəsinə keçmək istəyirəm 



–  yəni,  Şahdəniz  yatağının  işlənməsinin  ikinci  mərhələsindən  danışacağam. 

Yatağın özünü 1999-cu ildə aşkar etdikdən və 2006-cı ildə isə həmin yataqdan 

ilk  qaz  hasil  etdikdən  sonra  BP  şirkəti  indi  artıq  diqqəti  Şahdəniz  Mərhələ  2 

çərçivəsində qaz ehtiyatlarının növbəti hissəsinin işlənməsinə yönəldib. 

Şahdəniz  Mərhələ  2  çərçivəsində  Xəzərdə  sualtı  hasilat  texnologiyası  tətbiq 

ediləcək  və  dünyanın  bir  sıra  ən  yüksək  debitli  quyularını  ərsəyə  gətirmək 

üçün qabaqcıl qazma həllərindən istifadə olunacaq. 

Xüsusən  də,  Şahdəniz  Mərhələ  2  çərçivəsində  6000  metrdən  artıq 

dərinliklərdə 26 hasilat quyusunun qazılması nəzərdə tutulub. Bu quyulardan 

səkkizi artıq qazılıb. 

Bu quyular ildə  16  milyard  kubmetr  qaz  hasil  edəcək ki,  bu  da  Azərbaycan, 

Gürcüstan, Türkiyə və Cənubi Şərqi Avropadakı bazarlara nəql ediləcək. 

Bundan  əlavə,  Şahdəniz  Mərhələ  2  layihəsi  Xəzərdəki  ehtiyatları  ilk  dəfə 

olaraq  Avropanın  qaz  bazarı  ilə  birbaşa  birləşdirəcək  Cənub  Qaz  Dəhlizinin 

təməl daşı olacaq. 

 



 

Page 13 of 21 

 

 

 




 

Page 14 of 21 

 

Slayd 9 – Cənub Qaz Dəhlizi 

 

Cənub  Qaz  Dəhlizi  altı  ölkənin  ərazisindən  keçən  dörd  nəhəng  layihədən 

ibarət olmaqla, 11 səhmdarı və çoxsaylı qaz alıcılarını özündə birləşdirən, 45 

milyard  dollar  dəyərində  investisiya  layihəsidir.  Bu  layihə  ölçüsünə,  əhatə 

dairəsinə və miqyasına görə dünyanın ən böyük enerji layihələrindən biridir və 

hazırda dünyada ən böyük tikinti layihəsidir. 

BP  şirkəti  SOCAR  ilə  yanaşı  bu  böyük,  uzunmüddətli,  genişlənən  qaz  dəyəri 

zəncirinin bütün hissələrinə sərmayə yatırır. 

Cənub  Qaz  Dəhlizi  Xəzərdə  çəkilən  500  kilometr  uzunluğundakı  sualtı  boru 

xəttindən  əlavə  3500km  məsafəni  qət  edəcək  bir  sıra  birləşdirilmiş  boru 

kəmərlərindən  ibarətdir.  Səngəçal  terminalı  yeni  emal  və  kompressiya 

qurğuları  inşa  edilməklə  genişləndirirlir.  Marşrut  boyunca  qazı  nəql  etmək 

üçün  altı  kompressor  stansiyasına  ehtiyac  olacaq.  Boru  kəməri  Türkiyədə 

dağlıq ərazilərdən keçməklə dəniz səviyyəsindən 2700 metr yüksəyə qalxacaq 

və Adriatik dənizini keçərkən dəniz səviyyəsindən 800m aşağıda suyun altı ilə 

uzanacaq. 

Bu  layihəyə  Şahdəniz  Mərhələ  2,  Cənubi  Qafqaz  Boru  Kəmərinin 

Genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru 

Kəməri  (TAP)  daxildir.  Bu  layihələr  2020-ci  ilə  qədər  Xəzərdəki  yeni  qaz 

mənbəyinin Avropaya çatdırılmasını nəzərdə tutur. 




 

Page 15 of 21 

 

2013-cü ildə yekun investisiya qərarı verildikdən etibarən əhəmiyyətli irəliləyiş 



əldə  edilmişdir  –  istehsal-montaj,  tikinti  və  torpaqların  ayrılması  işləri  qrafik 

üzrə davam edir. 

Layihə  çərçivəsində  quyular qazılıb  və  quraşdırılıb  və qazla bağlı öhdəliklərin 

yerinə yetirilməsi istiqamətində görülən işlər qrafik üzrə davam edir. 

 

 



 

Page 16 of 21 

 

Slayd 10 – SD2 building the future, offshore 

 

Şahdəniz  Mərhələ  2  çərçivəsində  dəniz  qurğuları  ilə  bağlı  işlərə  uğurla 

başlamışıq. 

Biz  hər  iki  tikinti  sahəsində,  yəni  Amek-Tekfen-Azfen  (ATA)  və  Bakı  Dərin 

Özüllər  Zavodu  ərazisindəki  istehsalat  sahələrində  mobilizasiya  işlərini 

təhlükəsiz şəkildə başa çatdırmışıq. 

Bu  vaxtadək  biz  hər  iki  sahədə  işlərə  9,5  milyon  adam-saat  sərf  etmişik  və 

çox yaxşı təhlükəsizlik göstəricisinə nail olmuşuq. 

BDÖZ  sahəsində  iki  böyük  dayaq  blokundan  birincisinin  tikintisi  qrafik  üzrə 

davam edir və biz sualtı qurğuların tikintisinə qrafikdən öncə başlamışıq. 

ATA sahəsində hər iki göyərtənin tikintisi davam edir və biz planı qabaqlayırıq. 

Bu  göyərtələrin  hazırlanması  üçün  mühəndis  işləri  ilk  dəfə  olaraq  ölkə 

daxilində ATA konsorsiumu tərəfindən yerinə yetirilib və çox uğurlu olub. 

 

 




 

Page 17 of 21 

 

Slayd 11 – SD2 building the future, onshore 

 

Qurudakı qurğularda həyata keçirilən işlər xeyli irəliləyişlə davam edir. 

Qurudakı  qurğuların  tikintisi  işləri  uğurla  başlayıb  və  görülən  ilkin  işlər  xoş 

təəssürat yaradır. 

İlkin  tikinti  mərhələsində  biz  tikinti  sahəsində  yeni  istehsalat  obyektləri  inşa 

etmişik.  Bu,  bizə  imkan  verəcək  ki,  növbəti  on  səkkiz  ay  ərzində  təxminən 

15000  ton  polad  konstruksiya  və  16000  ton  boru  hazırlayaq.  Biz  həmçinin 

işləri dəstəkləmək və 5000 nəfər insanın sahədə işləməsinə imkan yaratmaq 

üçün ofis obyektlərinin, yeməkxanaların, paltar-dəyişmə obyektlərinin və 600 

nəfərlik  düşərgənin  tikinti-quraşdırma  işlərini  başa  çatdırmışıq.  Yeraltı  boru 

xətlərinin və beton özüllərin quraşdırılması işləri davam edir və yer üstündə ilk 

polad konstruksiyalı stellajların və saxlama çənlərinin tikinti-quraşdırma işləri 

davam edir. 

Bu,  heç  bir  qeydə  alınmalı  hadisə  baş  vermədən  təxminən  7  milyon  adam-

saat işin yerinə yetirilməsi ilə möhtəşəm başlanğıc olmuşdur. 

Cənubi  Qafqaz  Boru  Kəmərinin  Genişləndirilməsi  (CQBKG)  Layihəsi 

çərçivəsində əlavə olaraq ildə 16 milyard kubmetr qazı nəql edə bilmək üçün 

mövcud CQBK-yə paralel şəkildə 489km uzunluğunda yeni 48 düymlük boru 

kəməri dövrəsi inşa edilməklə mövcud CQBK sistemi genişləndiriləcək. CQBKG 

layihəsinə  həmçinin  bir  sıra  qurğuların  tikintisi  daxildir.  Bunlar  Gürcüstanda 

yerləşən və  hər  birinin  quraşdırılmış gücü  129  MVt olan  iki  yeni  kompressor 



 

Page 18 of 21 

 

stansiyasından, iki aralıq ərsinləmə stansiyasından (biri Azərbaycanda və biri 



Gürcüstanda olmaqla), altı 48 düymlük bağlayıcı siyirtmə stansiyasından (biri 

Gürcüstanda və beşi Azərbaycanda olmaqla), beynəlxalq sərhədlərdə yerləşən 

təzyiq  azaltma  və  ölçmə  stansiyalarından,  Gürcüstan-Türkiyə  sərhədində 

yerləşən  TANAP-a  birləşmə  qovşağından  ibarətdir.  CQBKG  layihəsinin  icrası 

ümumilikdə  təhlükəsiz  layihələndirmə  və  keyfiyyətli  inşaat  prinsiplərinə 

əsaslanır. 

2015-ci  ilin  may  ayında  ilk  qaz  üzrə  BP-nin  operatorluq  etdiyi  layihələr 

çərçivəsində (Şahdəniz Mərhələ 2 və CQBKG) layihə işləri üzrə təxminən 40% 

irəliləyiş əldə olunub, bütün əsas müqavilələr üzrə 12500 nəfərdən artıq insan 

işlərə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. 

 

 



 

Page 19 of 21 

 

Slayd 12 – Yerli neft sənayesinin irsi 

 

Bizim  bu  layihə  üçün  gördüyümüz  işlər  Azərbaycanın  enerji  sənayesi  üçün 

uzunmüddətli irs miras qoyacaq. 

Biz  ATA  və  BDÖZ  tikinti  sahələrində  infrastrukturun  modernləşdirilməsi 

işlərinə  180  milyon  dollardan  artıq  investisiya  qoymuşuq  ki,  bu  da  tikinti-

quraşdırma sahələrinin məhsuldarlığını artırır. 

Biz  həmçinin  işçi  qüvvəsinin  təliminə  və  səriştələrinin  inkişaf  etdirilməsinə 

ciddi  şəkildə  sərmayə  yatırırıq,  yeni  təlim  obyektləri  inşa  edirik  və  ilk  dəfə 

olaraq  sualtı  konstruksiyaların  tikintisinin  bütövlüklə  Azərbaycan  daxilində 

həyata  keçirilməsinə  imkan  yaratmaq  üçün  qaynaq,  müayinə  və  örtükləmə 

sistemləri üzrə ən müasir texnologiyalara investisiya qoyuruq. 

Yerli  şirkətlər  də  bu  layihələrdən  əhəmiyyətli  dərəcədə  faydalanmışdır  – 

Azərbaycan  şirkətləri  ilə  dəyəri  5,5  milyard  dollardan  artıq  olan  yeni 

müqavilələr imzalanıb. 

 

 

 



 


 

Page 20 of 21 

 

Slayd  13  –  Yüksək  vətəndaş  məsuliyyətli  şirkət  olmaqdan  qürur 

duyuruq 

 

Azərbaycandakı 20 illik fəaliyyətimiz ərzində öz başlıca vəzifələrimizdən əlavə 



biz həm də ölkənin potensialların yaradılması istiqamətindəki səylərinə dəstək 

olmaq  üçün  çox  saylı  işlər  görmüşük.  Bu  sahədə  gördüyümüz  işlər  icmaları, 

müəssisələri,  dövlət  təşkilatlarını,  universitetləri,  məktəbləri,  mədəniyyət  və 

idman təşkilatlarını əhatə edib. 

Biz  ölkədəki  fəaliyyətimizlə  və  Azərbaycanda  çoxsaylı  inkişaf  sahələrinin 

dəstəklənməsində  gördüyümüz  işlərlə  qürur  duyuruq.  Bu  vaxtadək  biz  öz 

tərəfdaşlarımızla  Azərbaycanda  təkcə  bacarıqların  inkişaf  etdirilməsi  və 

potensialların  yaradılmasına  dəstək  olmaq  üçün  təxminən  70  milyon  dollar 

sərmayə yatırmışıq. 

Bizim  inkişaf  proqramlarımız  əsasən  təhsil  və  təlim,  mədəniyyət  və  idman, 

ətraf mühitin mühafizəsi, yerli icmalar və müəssisələr üçün iqtisadi imkanların 

yaradılması  və  qonşuluğumuzdakı  yerli  infrastrukturun  yaxşılaşdırılması  kimi 

sahələrə dəstək göstərilməsinə yönəlib. 

Bundan  əlavə,  biz  öz  investisiyalarımızda  yerli  resurslardan  istifadəni 

maksimuma  çatdırmaq  istiqamətində  də  əhəmiyyətli  işlər  görmüşük. 

Təxminən  3000  nəfər  ixtisaslaşmış  yerli  kadr  BP  şirkətində  işləyir  və  on 

minlərlə insan dolayı şəkildə bizim layihələrdə işə cəlb olunub. 



 

Page 21 of 21 

 

Biz bunları təkbaşına həyata keçirməmişik. Bütün bu işlər həyata keçirilərkən 



biz 

Azərbaycan 

hökumətindən, 

SOCAR-dan, 

tərəfdaşlarımızdan, 

podratçılarımızdan, təchizatçılarımızdan və yerli icmalardan əhəmiyyətli dəstək 

almışıq.  

10 gündən də az bir müddətdə biz ilk Avropa Oyunlarına ev sahibliyi edəcək 

Azərbaycan  ilə  bu  həyəcanı  birgə  yaşayacağıq.  Biz  Bakı  Oyunlarının  Rəsmi 

Neft və Qaz Tərəfdaşıyıq. Bu, bizim 2012-ci ildə Londonda keçirilmiş Olimpiya 

və  Paralimpiya  Oyunları  ilə  tərəfdaşlıq  təcrübəmizə  əsaslanır.  Bundan  əlavə, 

biz  ən  qabaqcıl  Azərbaycan  Olimpiyaçıları  və  Paralimpiyaçılarına  sponsorluq 

edərək onlara və onların məşqçilərinə elit təlimlər təşkil edirik. Və biz ölkənin 

dünya  səviyyəli  tədbirləri  keçirmək  potensialını  artırmaq  üçün  Oyunlar 

Akademiyasını dəstəkləyirik. Biz Oyunlara cəlb olunmaqdan qürur duyuruq və 

Azərbaycan  idmançılarını  doğma  meydanlarda  alqışlamağı  səbirsizliklə 

gözləyirik. 

Yekun  olaraq  qeyd  etmək  istəyirəm  ki,  neft-qaz  sənayesində  heç  vaxt  bir 

yerdə  dayanmaq  olmaz.  Biz  inanırıq  ki,  fəaliyyətimizi  əməkdaşlıq  və 

tərəfdaşlıq ruhunda davam etdirəcəyik və biz bunu birlikdə gerçəkləşdirəcəyik. 

İndi  isə,  dünyanın  ən  böyük  layihələrindən  biri  olan  və  Xəzər  regionundan 

Avropaya qaz nəql edəcək ŞD2/CQBKG çərçivəsində əldə edilmiş irəliləyişləri 



əyani şəkildə görmək üçün sizi qısa video-çarxa baxmağa dəvət edirəm. 

 

Yüklə 87,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə