Dünyaya həqiqəti çatdırmaq istəyən tənha insan Cek London



Yüklə 128,99 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü128,99 Kb.
#7829
növüYazı


 

       



Dünyaya həqiqəti çatdırmaq istəyən 

tənha insan - Cek London 

Görkəmli Amerika yazıçısı Cek Londonun 140 illik 

yubileyinə həsr olunmuş metodik vəsait 

 

 



 

Bakı - 2016 




 

Tərtibçi:                             



 

 Təranə Hacıyeva 

Redaktor və buraxılışa məsul:             Zahirə Dadaşova 

 

 



 

 

 



 

 

 



 

Dünyaya  həqiqəti  çatdırmaq  istəyən  tənha  insan  –  Cek 

London:  Cek  Londonun  140  illik  yubileyinə  həsr  olunmuş 

metodik  vəsait  /  tərt.  ed.  T.Hacıyeva;  red.  və  bur.  məs. 

Z.Dadaşova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. 

– Bakı, 2016. – 23s.  

 

 

 



 


 

 



 

        Tərtibçidən: 

Bu vəsait görkəmli Amerika  yazıçısı Cek Londonun 

140  illik  yubileyi  münasibətilə  F.Köçərli  adına  Respublika 

Uşaq Kitabxanası tərəfindən hazırlanmışdır.  

Cek London çox maraqlı, macəra dolu həyat sürmüş, 

şəxsiyyəti  və  əsərləri  ilə  bu  gün  də  geniş  oxucu  kütləsi 

tərəfindən  sevilən  bir  yazıçıdır.  O,  hələ  dünyaya 

gəlməmişdən  taleyinə  qalmaqallı  məşhurluq  yazılmışdı. 

Belə  ki,  1875-ci  ilin  iyununda  San-Fransisko  sakinləri 

qəzetdə belə bir məlumat oxudular: “hamilə gənc qadın odlu 

silahdan gicgahına atəş açaraq intihara cəhd etmişdir”. Buna 

səbəb  isə  uşağın  atasının  hələ  dünyaya  gəlməmiş  körpəni 

məhv etmək tələbi idi. Bu qalmaqalın qəhrəmanları gələcək 

yazıçının anası və atası Flora Uellman və astroloq professor 

Çeni  idilər.  Lakin  xoşbəxtlikdən  bu  hadisə  faciə  ilə 

nəticələnmir,  balaca  Cek  dünyaya  gəlir.  Atası  isə  ömrünün 

sonuna  qədər  Cekin  atası  olduğunu  qəbul  etmir.  London 

soyadını isə ona atalığı Con London verir.  

Cek 

London 


yaradıcılığa 

erkən 


yaşlardan 

başlamışdır. Onun yaradıcılığının erkən dövrlərində qələmə 

aldığı  əsərləri  (“Şimal  Odisseyası”,  “Cənub  dənizlərinin 

nağılları”)  təbiətə  sevgi  ilə,  macəraçı  romantika  ilə  diqqəti 

cəlb  edir.  Onun  həmin  dövrlərdə  yazdığı  əsərlərinin 

qəhrəmanları  şəhərdən  uzaqda  yaşayan  enerjili,  dostluğa 

sadiq  insanlardır.  Onun  bir  şox  əsərlərində  (“Bəyaz  Diş”, 

“Əcdadların  harayı”,  “Maykl,  Cerrinin  qardaşı”)  heyvanlar 

dərin bilgi və sevgi ilə təsvir olunur.  

C.London siyasi görüşlərinə görə bir sosialist idi. O, 

həqiqi  azadlığa  qovuşmağın  yolunu  ictimai  ədalətsizliyə 



 

qarşı mübarizədə görürdü. Yazıçı 1907-ci ildə qələmə aldığı 



“Dəmir daban” əsərində bu fikirlərini inkişaf etdirmişdir.  

200-dən  çox  hekayə,  20  roman  və  3  pyesin  müəllifi 

olan  Cek  Londonun  yaradıcılığı  orijinallığı,  zəngin 

təxəyyülü,  gözlənilməz  gedişləri  və  cəsarəti  ilə  seçilir.  Çox 

qısa,  cəmi  qırx  il  ömür  sürsə  də,  yazıçı  və  onun  insan 

iradəsinin  sarsılmazlığını,  insanın  məğlubedilməzliyini, 

cəsarətini  tərənnüm  edən  əsərləri  hər  zaman  insanlarda 

maraq  doğurmaqdadır.  Bu  əsərlər  heç  şübhəsiz  ki,  gələcək 

nəsillərin  də  sevərək  oxuyacağı  əsərlər  olmaqda  davam 

edəcək.  

Bu vəsaitin yazılmasında məqsəd dahi yazıçının 140 

illiyi  münasibətilə  məktəbli  və  yeniyetmələrdə,  gənclərdə 

onun  haqqında  olan  məlumatı  genişləndirmək, 

təhsil, 


mədəniyyət müəssisələrində keçiriləcək tədbirlərə köməklik 

göstərməkdən ibarətdir. 

 

        I Hissə 

            Həyatı və yaradıcılığı 

Görkəmli  Amerika  yazıçısı,  ictimai  xadim,  əsasən 

macəra  romanları  və  hekayələrinin  müəllifi  kimi  şöhrət 

tapmış Cek  London  (Con Qriffit Çeyni) 12  yanvar 1876-cı 

ildə  San-Fransiskoda  anadan  olmuşdur.  Onun  anası  Flora 

Vellman  musiqi  müəllimi,  atası  Vilyam  Çeyni  astroloq 

olmuşdur. Lakin V.Çeyni ömrünün sonuna kimi Cekin atası 

olduğunu  qəbul  etməmişdir.  1876-cı  ildə  Flora  Vellman 

Vətəndaş  müharibəsi  veteranı  olan  Con  London  adlı  şəxslə 




 

ailə  qurur.  C.London  gələcəyin  yazıçısını  oğulluğa  götürür 



və  ona  öz  adını  və  soyadını  verir  (Cek  Con  adının 

qısaldılmış formasıdır). Həmin illərdə ABŞ-da güclü iqtisadi 

böhran yaşanırdı, minlərlə insan öz iş yerlərini itirirdi. Cekin 

ailəsi  daim  ehtiyac  içərisində  yaşayırdı,  tez-tez  yaşayış 

yerini  dəyişməyə  məcbur  idi.  Nəhayət,  Londonlar  ailəsi 

San-Fransisko 

yaxınlığındakı 

Oklend 


şəhərində 

məskunlaşırlar və balaca Cek burada ibtidai sinifi  başa vura 

bilir.  

Cek  London  erkən  yaşda  əmək  fəaliyyətinə 

başlamışdır.  O,  təhsilini  davam  etdirməklə  yanaşı,  qəzet 

satır,  parkda  pivə  pavilyonlarında  xadimə  işləyir.  On  dörd 

yaşında məktəbi bitirən Cek London konserv fabrikinə fəhlə 

işinə  qəbul  olur.  Lakin  burada  iş  ağır  olduğundan  Cek 

tezliklə  işdən çıxır və  müstəqil şəkildə  balıq, ilbiz tutmaqla 

məşğul  olur.  “Balıqçı  gözətçisinin  hekayələri”  yazıçının 

həyatının bu dövrünə həsr olunmuşdur. 

C.London  1893-cü  ildə  Yaponiya  sahillərinə  və 

Berinq  dənizinə  üzən  sənaye  gəmisinə  matros  düzəlir.  Bu 

səfər  yazıçıya  çoxlu  təəssürat  qazandırır  və  bu  təəssüratlar 

onun  bir  çox  hekayə  və  romanlarının  əsasını  təşkil  edir 

(“Dəniz qurdu” və s.). Dənizçilikdən sonra Cek London bir 

müddət  fabrikdə,  daha  sonra  camaşırxanada  ütüləyici, 

yanğınsöndürən  işləyir  (“Martin  İden”  əsəri  bu  illərdə 

qələmə alınmışdır).  

 

Yazıçının  “Yaponiya  sahillərində  tayfun”  adlı  ilk 



oçerki 12 noyabr 1893-cü ildə San-Fransisko qəzetlərindən 

birində  nəşr  olunur.  Onun  ilk  dəfə  mükafata  layiq  görülən 

bu oçerki ədəbi karyerasının da əsasını qoyur.  



 

 



1894-cü ildə Vaşinqtonda işsizlərin yürüşündə iştirak 

edən  C.London  həbs  olunur  və  bir  ay  həbsxanada  qalır. 

Fiziki  əməklə  həyatda  nəyəsə  nail  olmağın  mümkünsüz 

olması  qənaətinə  gələn  C.London  yazıçı  olmaq  gərarına 

gəlir.  Yürüş  zamanı  o,  ilk  dəfə  sosialist  ideyaları  ilə  tanış 

olur. Bu ideyalar ona çox böyük təsir göstərir. 1895-ci ildə 

Amerika  Sosialist  Əmək  partiyasına  daxil  olan  C.London 

1900-cü  ildən  Amerika  Sosialist  Partiyasının  üzvü  olur. 

Lakin 1914-cü ildə partiyadan xaric olur. 

 

Bütün  bu  macəralardan  sonra  evə  qayıdan  Cek 



təhsilini  davam  etdirməyə  qərar  verir.  Lakin  təhsilin 

tempindən  narazı  olduğundan  məktəbi  tərk  edir  və  özü 

müstəqil  şəkildə  universitetə  hazırlaşır.  İmtahanları  uğurla 

verən C.London Kaliforniya universitetinə daxil olur, amma 

təhsilini  davam  etdirməyə  maddi  vəsaiti  olmadığından 

üçüncü  semestrdən universiteti tərk edir.  

1897-ci ildə əksər insanlar kimi “qızıl qızdırması”nın 

təsirinə  məruz  qalan  C.London  Alyaskaya  gedir.  O,  burada 

qızıl tapmasa da, gələcək yaradıcılığı üçün çoxlu personajlar 

qazanır. Şimal qışının bütün çətinliklərini dadmış Cek 1898-

ci  ildə  San-Fransiskoya  qayıdır.  Alyaskadan  qayıtdıqdan 

sonra,  23  yaşında  ciddi  ədəbi  yaradıcılıqla  məşğul  olmağa 

başlayan C.Londonun ilk şimal hekayələri toplusu “Canavar 

oğlu”  1900-cü  ildə  çapdan  çıxır.  Bu  kitabın  ardınca 

yazıçının yeni kitabları işıq üzü görür:  “Atalarının Tanrısı” 

(1901), “Şaxtanın övladları” (1902), “İnsana inam” (1904), 

“Ay  üzlü”  (1906),  “İtirilmiş  üz”  (1910)  hekayə  topluları, 

“Qarlar  qızı”  (1902),  “Dəniz  canavarı”  (1904)  hekayə 

topluları  və  yazıçıya  böyük  şöhrət  gətirmiş  “Martin  İden” 

(1909)  romanı.  Yazıçı  çox  məhsuldar,  gündə  15-17  saat 




 

işləyirdi.  O,  özünün  çox  da  uzun  olmayan  yazıçılıq  həyatı 



boyunca 40 kitab ərsəyə gətirmişdi.  

Cek  Londonun  yaradıcılıq  metodu  əsasən  onun 

insanı  çətin  həyati  vəziyyətlərdə,  taleyin  sınadığı  anlarda 

göstərmək  cəhdindən  ibarətdir.  Onun  əsərlərində  şəraitin 

realist  təsviri  romantika  və  macəra  ruhu  ilə  uzlaşır. 

C.London  öz  üslubunu  “insana  və  onun  arzularına  inamla 

dolu  ilhamlı  realizm”  adlandırırdı.  Onun  əsərləri  üçün 

xüsusi,  özünəməxsus    poetik  dil  səciyyəvidir.  Yazıçı 

R.Stivenson  və  R.Kiplinqi  özünün  ədəbi  müəllimləri  hesab 

edirdi.  Onun  həyat  fəlsəfəsinin  formalaşmasına  isə 

Q.Spenser, 

Ç.Darvin,  K.Marks,  F.Engels,  müəyyən 

dərəcədə F.Nitsşe böyük təsir göstərmişlər.  

1907-ci  ildə  yazıçı  “Snark”  gəmisi  ilə  dünya 

səyahətinə  çıxır.  Bu  səyahət  7  il  müddətinə  nəzərdə 

tutulmuşdu.  Lakin  yazıçının  xəstəliyi  səbəbindən  1909-cu 

ildə  səyahət  yarıda  kəsilir.  Səyahət  müddətində  “Snarkın 

səyahəti”, “Cənub dənizlərinin  hekayələri”, “Günəşin  oğlu” 

kitabları üçün zəngin material toplayır. Yazdığı əsərlər Cek 

Londona  böyük  sərvət  qazandırır.  Onun  bir  kitab  üçün 

qonorarı  50  min  dollara  çatırdı,  bu  isə  o  dövr  üçün  çox 

böyük məbləğ idi.  

C.Londonun  çoxcəhətli  istedadı  onun  elmi-fantastik 

hekayələr  yazmasında  da  özünü  göstərir.  “Qoliaf”,  “Bütün 

dünyanın  düşməni”,  “Al-qırmızı  taun”,  “Dünya  gənc  olan 

zaman”  və  digər  əsərlər  üslub  orijinallığı,  təxəyyül 

zənginliyi, gözlənilməz gedişləri ilə seçilir.  

1905-ci  ildə  ranço  satın  alan  C.London  kənd 

təsərrüfatı  ilə  məşğul  olmağa  başlayır.  Lakin  bu  iş  sonda 

onun çoxlu borca girməsinə səbəb olur.  




 

Yazıçı  ömrünün  son  illərində  yaradıcılıq  böhranı 



keçirir, buna görə o hətta alkoqoldan hədsiz istifadə etməyə 

başlayır.  

Cek  London  22  noyabr  1916-cı  ildə  vəfat  edir.  O, 

böyrək  xəstəliyindən  əziyyət  çəkirdi  və  ağrılarıının 

sakitləşməsi  üçün  ona  yazılmış  morfidən  zəhərlənərək 

ölmüşdür. Lakin intihar versiyası da geniş yayılmışdır.  

Cek  Londonun  əsərlərinin  motivləri  əsasında  çoxlu 

sayda  filmlər  çəkilmişdir.  Ümumilikdə  onun  əsərlərinin 

yüzdən çox ekran nümunəsi mövcuddur. 

   


Görkəmli şəxsiyyətlər Cek London 

haqqında: 

 

Mən  Cek  Londonda  sakit  gücü,  möhkəm  və  aydın  ağılı, 

məğrur cəsarəti sevirəm. 

 

 



 

 

Leonid Andreyev 



 

 

 

 

yazıçı  

Mən  Cek  London  nəsrinin  əsas  məziyyətini  aydınlığında, 

vəhşi  və  özünəməxsus  poeziyasında,  ifadə  gözəlliyində  və 

xüsusi, özünəməxsus cəlbediciliyində görürəm. 

 

 

 



Aleksandr Kuprin 

 

 

 

yazıçı 

O  –  iradənin  yaradıcı  gücünü  yaxşı  görən,  dərindən  hiss 

edən və iradəli insanları təsvir etməyi bacaran yazıçıdır. 

 

 



 

 

 



M.Qorki 

               

 

 

yazıçı 

 



 

Cek Londonun bəzi povestləri, xüsusilə “Dəmir daban” əsəri 



əsl sosialist ədəbiyyatına aid olunmalı ilk əsərlərdəndir. Mən 

onun yaradıcılığını çox yüksək qiymətləndirirəm.  

 

  

 



 

 

A.V.Lunaçarski  



dövlət xadimi, yazıçı, tənqidçi 

 

    II Bölmə 



Yubiley tədbirlərinin keçirilməsi 

 

Bu  il  XX  əsrin  əvvəlləri  Amerika  realist 

ədəbiyyatının  görkəmli  nümayəndəsi  Cek  Londonun  140 

illik  yubileyidir.    Yazıçının  140  illik  yubileyi  münasibətilə 

kitabxanalarda  maraqlı  tədbirlərin  keçirilməsi  nəzərdə 

tutulmalıdır.  Belə  tədbirlərdən  biri  kitab  sərgisi  ola  bilər. 

Kitab  sərgisi  müxtəlif  başlıqlar  altında  təşkil  oluna  bilər: 

“Cek  London  –  140”,  “Toz  olmaqdansa,  kül  olmağı  üstün 

tutan  dahi  yazıçı”,  “XX  əsr  dünya  ədəbiyyatının 

əvəzolunmaz  siması”,  “Azad  ənginliklərin  insanı”, 

“Fərdiliyin  faciəsi”,  “Əfsanəyə  dönmüş  ömür”,  “Cek 

London: istedadın nəhəngliyi və taleyin ziddiyyətləri” və s. 

Kitab  sərgisində  yazıçının  həm  Azərbaycan,  həm  də  rus 

dillərində  çapdan  çıxmış  kitablarından  istifadə  etmək 

vacibdir. 

“Cek London -140” adlı sərginin nümunəsi aşağıdakı 

kimi ola bilər:  

1.

 



Başlıq: “Cek London – 140” 

2.

 



Cek Londonun portreti 

3.

 



Kitablarının nümayişi 


10 

 

4.



 

Görkəmli  şəxsiyyətlərin  Cek  London  haqqında 

fikirləri 

Yazıçının  özünün  sitatlarından  və  aforizmlərindən  də 

sərgidə  istifadə  etmək  olar.  Aşağıda  belə  sitatlardan 

nümunələr veririk:  

 

Əgər  siz  aydın  düşünsəniz,  aydın  da  yazacaqsınız, 



Əgər sizin fikriniz qiymətlidirsə, əsəriniz də qiymətli 

olacaq.  

 

İnsanın  əsl  təyinatı  mövcud  olmaq  deyil, 



yaşamaqdır.   

 



Həyat  hər  zaman  insana  onun  tələb  etdiyindən  daha 

azını verir.  

 

İnsan  özünü  həqiqi  görkəmdə  görməməlidir,  o 



zaman həyat dözülməz olur.                     

 



İtə atılmış sümük mərhəmət deyil. Mərhəmət – sənin 

də  onun  qədər  ac  olduğun  zaman  onunla  sümüyünü 

bölüşməyindir.  

 



Qadın məğlub olduğu zaman qalib gəlir.    

 



 

Qadının  hücumu  gözlənilməz  və  anlaşılmaz 

davranışlardan ibarətdir.  

 



Tanış olmadığın oyunu oynadığın zaman heç zaman 

birinci gedişi etmə. 

 

Qorxmazlıq  gücün  ifadəsi  deyil,  təcrübə  və  biliyin 



məhsuludur.  

 



Nəhayətdə insana yalnız bircə həyat verilib, nə üçün 

o, lazımınca yaşamasın? 

 

Məhəbbət aclıqdan daha sərt və qəddar bir hissdir.  



 


11 

 

  



Foto Sərgi 

Cek London gölü, Maqadan vilayəti, Rusiya 

 

 

 

 



 


12 

 

 



 Kitablarının nümayişi: 

  

 

Kitabxanada  keçirilən  ənənəvi  tədbirlərdən  biri  kitab 

müzakirəsidir. Kitab müzakirəsində təcrübəli kitabxanaçı və 

orta  və  yuxarı  siniflərdə  təhsil  alan  şagirdlər  iştirak  edirlər. 

Oxuculara  ünvanlanacaq  sualları  kitabxanaçı  öncədən 

hazırlamalıdır.  Suallar  hazırlanan  zaman  əsərin  bu  suallar 




13 

 

vasitəsilə  mümkün  qədər  çox  açılmasına,  əhatə  olunmasına 



çalışmaq lazımdır.  

Cek  Londonun  “Bəyaz  Diş”  kitabı  üzrə  keçiriləcək  sual-

cavabın (viktorinanın) nümunəsini təqdim edirik: 

Sual:  Bəyaz  Diş  haqqında  povestin  müəllifinin  əsl 

adını deyin. 



cavab: Con Qriffit London 

Sual: “Bəyaz Diş” povesti neçənci ildə yazılmışdır? 

cavab: Povest 1906-cı ildə yazılmışdır. 

Sual:  Ev  itlərinin  uzaq  qohumu  hansı  heyvanlar 

hesab olunur? 



cavab: İtlər canavarlardan törəmişlər. 

Sual:  Canavar  balasına  Bəyaz  Diş  adını  kim  və  nə 

üçün verir? 



cavab:  Hindu  Boz  Qunduz  ağappaq  dişlərinə  görə 

ona bu adı verir. 



Sual: Bəyaz Diş və buldoq Çeroki arasındakı döyüş 

nə ilə nəticələnir?  



cavab:  Çeroki  adlı  buldoq  Bəyaz  Dişin  boğazından 

yapışır və az qala onu boğur. Uidon Skott onu xilas edir və 

Smitdən satın alır.  

Sual  :  Uidon  Skotla  görüşənə  qədər  Bəyaz  Dişə 

hansı hiss tanış deyildi?  



cavab: Bəyaz Diş Uidon Skottla görüşdükdən sonra 

onda  sahibinə  sevgi  və  onun  üçün  darıxmaq  kimi  hisslər 

yaşadı. 

Sual:  Hansı  hadisələr  Bəyaz  Dişi  hürməyə  vadar 

etdi? 



14 

 

cavab:  Birinci  dəfə  o,  at  sahibinə  tabe  olmayanda, 

daha  sonra  isə  sahibinin  ayağı  sınarkən  kömək  çağırmaq 

lazım olanda hürür. 



 

Sual:  Şəhərdəki  həyat  Bəyaz  Dişdən  hansı 

keyfiyyətlərə yiyələnməyi tələb edirdi? 



cavab: Sahibinə tabe olmaq. O, özünü əzizləməyə və 

tumarlamağa icazə verir və onun başqa itlərə hücum etməsi 

və ov etməsi qadağan idi. 

Sual:  Uidon  Skott  Bəyaz  Dişdə  inam  hissini  necə 

yaradır?  



cavab:  Bəyaz  Diş  onu  dişləsə  də,  Uidon  Skott  onu 

döymür və onu əlindən ət yeməyə öyrədir, onu tumarlayır. 



Sual: Bəyaz Dişin sahibinə olan sevgisi necə təzahür 

edir? 


cavab: O, başını sahibinə söykəyir, sevindiyi zaman 

quyruğunu bulayır. 



Sual:  Uidon  Skottun  arvadı  Bəyaz  Dişə  hansı  adı 

verir? 


cavab:  Uidon  Skottun  arvadı  ona  Çox  qiymətli 

Canavar adı verir, çünki Bəyaz Diş onları qaçqın cinayətkar 

Cim Xollun hücumundan xilas edir.  

Sual-cavab  gecəsinin  sonunda  kitabxanaçı  əsərlə 

bağlı  nəticə  çıxara  bilər.  Belə  nəticəyə  gəlmək  olar  ki, 

yazıçının  qəhrəmanları  həyatın  və  ölümün,  dostluğun  və 

xəyanətin,  alicənablığın  və  əclaflığın  qiymətini  bilirlər. 

Onlar çətin anda nə etmək lazım olduğunu bilirlər, onlar çox 

danışmırlar,  lakin  onların  əvəzinə  işləri  və  əməlləri,  bəzən 

isə şücaətləri danışır.  

 



15 

 

Kitabxanada  psixoloji  diskussiya  təşkil  etmək  olar. 



Cek  Londonun  yaradıcılığı  əsasında  təşkil  olunmuş  belə 

diskussiyanı  “Zəifi  sıxışdır  və  güclüyə  tabe  ol!  –  həyatın 

qanunu 

budurmu?” 



başlığı 

altında 


keçirmək 

məqsədəuyğundur.    Belə  tədbirin  təşkili  zamanı  bir  neçə 

şair,  yazıçı,  ədəbiyyatşünas,  o  cümlədən  psixoloq  dəvət 

etmək  olar.  Bu  diskussiya  üçün  yazıçının  müəyyən  qədər 

avtobioqrafik olan “Martin İden” əsərini seçmək daha doğru 

olar.  Öncə  aparıcı  çıxış  üçün  dəvət  olunmuş  qonaqları  və 

oxucuları  salamlayır.  Yazıçının  həyat  və  yaradıcılığı,  140 

illik  yubileyi  ilə  əlaqədar  kitabxanada  keçirilən  tədbirlər 

haqqında  qısa  məlumat  verdikdən  sonra  yazarlardan  birini 

və  ya  ədəbiyyatşünas  alimi  əsər  haqqında  danışmağa  dəvət 

edir. 

Məruzəçi:  Cek  Londonun  “Martin  İden”  əsərinin  əsas 

mövzusu  poetik,  mənfəət  güdməyən  şəxsiyyətin  hər  şeyin 

pulu  həll  etdiyi  cəmiyyətlə  bir  arada  ola  bilməməsidir. 

Romanda  hadisələr  iki  bir-biri  ilə  qarşılıqlı  şəkildə  bağlı 

istiqamətdə  inkişaf  edir:  Martinin  Rufa  olan  məhəbbəti  və 

Martinin  cəmiyyətdə  yer  tutmaq,  cəmiyyətin  onun  yazıçı 

kimi  istedadını  qəbul  etməsi  uğrunda  mübarizəsi.  Həm  də 

Martin  İden  tərəfindən  bu  mübarizə  “zanbaq  kimi  solğun 

simalı  qız  –Ruf”  uğrunda  aparılır.  Martinin  dərin,  həssas 

ruhu  məhz  Rufun  obrazında  “uğrunda  yaşamalı,  nələrəsə 

nail  olmalı,  mübarizə  aparmalı  və  ölməli...”  bir  obyekti 

görürdü.  Əgər  Martin  ilk  baxışdan  Rufa  vurulursa,  Ruf  da 

bu  gəncin  qeyri-adi  şəxsiyyətinin  cazibəsinə  düşür.  Martin 

başa düşürdü ki, onunla, sadə matrosla imkanlı ailənin qızı 

olan Ruf arasında uçurum var. Lakin Martin qəti şəkildə bu 

uçurumu keçmək qərarına gəlir. Bunun üçün o, öz üzərində 




16 

 

çox çalışır, müstəqil şəkildə təhsilini artırır və sonda gərgin 



zəhmətdən  sonra  uğur  Martinin  üzünə  gülür.  O,  yazıçılıq 

fəaliyyəti  ilə  məşğul  olur  və  onun  əsərləri  tədricən  uğur  və 

gəlir gətirməyə başlayır. Sanki indi o, istədiyi hər şeyə nail 

olub.  Lakin  Martinin ruhu  bundan heç bir məmnunluq  əldə 

etmir. Onun fikirlərini indi yalnız bir şey məşğul edir – onun 

həyatında nə baş verib, ümumiyyətlə, insan həyatında nə baş 

verir?  Martin  heç  cür  özündə  nəyin  dəyişdiyini  izah  edə 

bilmir.  O  anlaya  bilmir  ki,  niyə  indi,  məşhur  və  zəngin 

olduqdan  sonra  bütün  varlı,  adlı-sanlı  insanlar  onu  nahara 

dəvət edir, onunla ünsiyyətə can atır. 

Sonda 

Martin 


anlayır 

ki, 


insanların 

ona 


münasibətinin  dəyişməsinin  yeganə  səbəbi  –  bank 

hesabındakı pulun  miqdarıdır.  Bunu dərk etdikdən sonra o, 

belə  cəmiyyətdən  cənub  dənizlərindəki  adalara  qaçmağa 

qərar  verir.  Lakin  onun  üzdüyü  gəmidə  də  hamı  ona,  bu 

məşhur şəxsə baxır. “Həyat parlaq işığın xəstə gözlərə təsiri 

kimi  əzablı  olmuşdu.  Bu  işıq  onun  gözləri  qarşısında 

parlayır və göy qurşağının bütün rənglərini əks etdirirdi. Bu, 

onu 


çox 

ağrıdırdı”. 

Martin 

gəminin 


kayutunun 

illüminatorundan  özünü  okeanın  dərinliklərinə  buraxır  və 

həyatla bütün haqq-hesablara son qoyur. 

Sonra söz psixoloqa verilir.  

O,  çıxışında  bu  əsəri  çox  sevərək  oxuduğunu  qeyd  edir  və 

hamını onu oxumağa dəvət edir. Sonra isə əsərdəki bir çox 

psixoloji  nüanslara  toxunur:  Əsər  haqqında  kifayət  qədər 

ətraflı  məlumat  verildi.  Mən  əsərdə  sual  doğuran  bir  sıra 

məsələlərə  toxunmaq  istəyirəm.  Niyə  əsərin  qəhrəmanı 

Martin  İden  öz  qələbəsinin  ən  yüksək  pilləsində  olduğu 

zaman  könüllü  şəkildə  həyatdan  getməyə  qərar  verir? 




17 

 

Martinə  qadına  olan  məhəbbət  hissi  irəli  getməyə  təkan 



verirdi. O elə hesab edirdi ki, Ruf onun hisslərinə qarşılıqlı 

cavab  verir.  Əslində  isə  Rufun  Martinə  olan  hissləri  heç 

zaman  birmənalı  olmamışdı.  Ruf  heç  cür  onun  səylərini 

bölüşmürdü,  onun  yazıçı  olmaqla  bağlı  daxili  tələbatını 

anlamırdı. Rufla özünün həyata bu qədər fərqli baxışlarının 

olduğunu  Martin  çox  gec  başa  düşür.  Məhz  pul,  şöhrət  və 

məşhurluq  Martini  Rufun  gözündə  gülməli  pərəstişkardan 

evlənmək üçün ciddi namizədə çevirir.  

Lakin  Martinin  həyatı  faciəvi  sonluqla  bitir.  Martin 

İdenin  okeanın  qoynuna  atılması  tamamilə  təbii,  sadə  bir 

hərəkət  kimi  təsvir  olunur.  O,  varlıları  əyləndirən  təlxəyə 

çevrilmək  istəmir.  Xilas  olmağın  başqa  yolunu  isə  o, 

görmür. Onun faciəsi də məhz bundadır.  

Tədbirin  sonunda  oxucular,  şagirdlər  əsərlə  bağlı 

onları 

maraqlandıran 



sualları 

görüş 


iştirakçılarına 

ünvanlayırlar.  

Kitabxanada  yazıçıya  həsr  olunmuş  ədəbi-bədii 

gecənin  keçirilməsi  də  məqsədəuyğundur.  Tədbir  iki 

hissədən  ibarət  olur.  Tədbirə  qələm  əhli,  ədəbiyyatşünas 

alimlər,  ədəbiyyat  müəllimləri,  məktəblilər,  oxucular  dəvət 

olunurlar.  Tədbirin  birinci  hissəsi  yazıçının  yaradıcılığı 

ətrafında çıxışlardan ibarət olur. İkinci hissədə isə yazıçının 

qələmə  aldığı  roman,  povest  və  pyeslərdən  parçalar 

səsləndirilir.  



“Həyata  məhəbbət  dolu  cəsur  insan”  adlı  ədəbi-

bədii  gecənin  ssenarisi  nümunə  üçün  təqdim  olunur. 

Tədbirin  keçiriləcəyi  zalın  səhnəsindən  Cek  Londonun 

portreti  asılır.  Yazıçının  aforizmlərindən  biri  portretin 




18 

 

altından  asıla  bilər.  Məsələn,  “İnsanın  əsl  təyinatı  mövcud 



olmaq deyil, yaşamaqdır!”.  

Aparıcılar səhnəyə daxil olur: 

I  Aparıcı:  XX  əsr  Amerika  realist  ədəbiyyatının  görkəmli 

nümayəndəsi  Cek  Londonun  əsərləri  olmadan  həmin 

yüzilliyin  ədəbiyyatını  təsəvvür  etmək  çətindir.  O, 

ədəbiyyatda öz sözünü demiş elə  yazıçılardandır  ki,  zaman 

onun  əsərlərinin  üzərində  öz  hökmünü  itirir.  Onun  yazdığı 

əsərlər  həm  müasirləri,  həm  də  gələcək  nəsillər  tərəfindən 

qəbul  olunmuş,  sevə-sevə  oxunmuşdur.  Təsadüfi  deyil  ki, 

onun  kitabları  yeniyetmə  və  gənclər  tərəfindən  ən  çox 

oxunan, kitabxanalarda ən çox tələb görən kitablar olmuşdur 

və  bu  gün  də  bu  tendensiya  dəyişmir.  Lakin  müəyyən  yaşa 

dolduqdan,  həyat  təcrübəsi  qazandıqdan  sonra  da  biz 

oxucular  yenidən  bu  əsərlərə  qayıdırıq,  çünki  Cek  London 

qələminin  bizdə  oyatdığı  və  zamanla  müəyyən  qədər 

kəskinliyini  itirən    hissləri  –  həyata  romantik  baxışı 

canlandırmaq  ehtiyacı  duyuruq. O, öz kitabları  ilə hər dəfə 

sübut  edir  ki,  insan  ən  ağır  vəziyyətlərdə  belə  köməksiz 

deyil,  hər  şeyi  onun  mənəvi  keyfiyyətləri,  mövqeyi,  iradəli 

və ya iradəsiz olması həll edir.  



II  Aparıcı:  Cek  Londonun  həyatı  cəmi  qırx  il,  yaradıcılığı 

isə  iki  onillikdən  də  azdır.  Lakin  bu  qədər  qısa  müddətdə 

onun  yaratmağa  imkan  tapdığı  əsərlərə  baxdıqda,  bunun 

necə  gərgin  bir  əmək  nəticəsində  mümkün  olduğu  insanı 

heyrətə  gətirir.  Burada  məsələ  yalnız  onun  kitablarının 

sayında  deyil,  halbuki  bu  da  çox  mühüm  göstəricidir.  Belə 

ki, yazıçının hələ sağlığında 50, ölümündən sonra isə daha 7 

kitabı  çapdan  çıxmışdı.  Məsələ,  hər  şeydən  əvvəl  Cek 

Londonun yaradıcılıq axtarışlarının özünəməxsusluğundadır 



19 

 

ki,  bu  özünəməxsusluq  da  onun  yazıçılığının,  bədii 



yaradıcılıq  qabiliyyətinin  mahiyyəti  və  mənası  idi.  Onun 

yazıçı  kimi  yüksəlişi,  məşhurluğu    o  qədər  sürətli,  o  qədər 

parlaq  bir  hadisəyə  çevrilmişdi  ki,  bu  çox  zaman  onun 

müasirlərində  həsəd  hissi  doğururdu.  Lakin  bu  yüksəliş 

yazıçıya  hər  bir  insanın  qatlaşa  bilməyəcəyi  əziyyətlər, 

gərgin zəhmət, iradə bahasına başa gəlmişdi.  



I  Aparıcı:  Məlumdur  ki,  Cek  London  yaradıcılığa  şimal 

hekayələri  ilə  başlamışdır.  Qızılaxtaranlara  qoşularaq 

Alyaskaya  gedən  gənc Cek burada Şimal  qışının  bütün  sərt 

gözəlliyini və hədsiz çətinliyini bilavasitə yaşamışdır. Onun 

burada  yaşadıqları  sözə  çevrilərək  ilk  hekayələrinin 

meydana çıxmasına səbəb olmuşdur. Məhz bu hekayələr də 

Londonu  geniş  oxucu  kütləsinə  tanıdır  və  sevdirir. 

Oxucuları bu əsərlərin yeniliyi, bədii dünyagörüşünün qeyri-

adiliyi  cəlb  edir.    Onun  ilk  hekayələri  1899-cu  ildə  nəşr 

olunur. 1900-cü ildə isə ilk hekayələr toplusu olan “Canavar 

oğlu” çapdan çıxır. Sonrakı illərdə bir-birinin ardınca onun 

yeni  hekayə  topluları  “Atalarının  Tanrısı”,  “Şaxtanın 

övladları”,  “İnsana  inam”  və  digərləri,  həmçinin  “Qarlar 

qızı”,  “Dəniz  canavarı”,  “Dəmir  Daban”,  “Martin  İden” 

romanları çap olunur.  

II Aparıcı: Cek London həm də novator yazıçı idi. Onun ilk 

kitablarının  ən  qiymətli  uğuru  lirik  dolğunluğu  və 

miqyaslılığıdır.  Bu  hekayələr  bu  gün  də  yeni  poetikanın 

həqiqi  novatorluq  nümunələri  kimi  qəbul  olunur.  Onun 

əsərlərinin  daha  bir  diqqətəlayiq  cəhəti  ondan  ibarətdir  ki, 

bu əsərlərdə nəql olunanlar xüsusi sərrastlıq, itiliklə oxucuya 

çatdırılır,  müəllif  özünün  nə  simpatiyasını,  nə  də 

antipatiyasını bildirmir, ümumiləşdirmələr aparmır.  




20 

 

I  Aparıcı:  Yazıçı  ömrünün  son  illərində  böyrək 

xəstəliyindən  əziyyət  çəkirdi.  Ağrılarının  sakitləşməsi  üçün 

həkimlər ona morfi təyin etmişdilər. 1916-cı il noyabrın 22-

si  gecəsi  yazıçının  ağrıları  hədsiz  güclənir.  Buna  görə  o, 

lazım olduğundan artıq morfi qəbul edir. Səhər onu ümidsiz 

vəziyyətdə,  otağında  iki  boş  dərman  şüşəsi  ilə  tapırlar. 

Bunun  nəticəsində  yazıçının  intihar  etməsi  haqqında  söz-

söhbətlər  yaranır.  Bu  məsələ  indiyə  qədər  tam 

aydınlaşmamışdır, mübahisəli olaraq qalmaqda davam edir. 

Lakin  yazıçının istedadının pərəstişkarları o zaman da, indi 

də  bu  mübariz,  iradəli  insanın  intihar  etməsini  qəbul 

etmirlər.  

II  Aparıcı:  Cek  London  çox  gənc  yaşlarında  yazıçı  kimi 

şöhrətin  elə  zirvəsinə  yüksəlmişdi  ki,  artıq  həyatının  son 

illərində  ondan  yeni,  əvvəlkindən  daha  qüdrətli  əsərlər 

gözləyən  oxucularının  tələblərinə  qarşı  bir  qədər 

laqeydləşmişdi. Artıq yazıçı daha az yazırdı, bədii yaradıcılq 

onu  əvvəlki  kimi  cəlb  etmirdi.  Lakin  yazıçılığının  ən 

məhsuldar  dövründə  Cek  London  həm  həcm  baxımından, 

həm də bədii dəyərinə görə o qədər intensiv işləmişdi ki, bu 

əsərlər  nə  qədər  onilliklər  keçsə  də  onun  ədəbiyyat 

tarixindəki möhtəşəm yerini əbədiləşdirmişdir. 



Tədbirin  sonunda  şagirdlər  yazıçının  “Həyat  eşqi” 

hekayəsini bədii qiraət şəklində təqdim edirlər.  

  

 



             

  SON 


 

 



21 

 

 İnternetdə istifadə olunmuş saytlar: 

 

1.

 



www. google.ru 

2.

 



https://ru.wikipedia.org/ 

3.

 



www.londonjack.net.ru/ 

 

 

Ədəbiyyat siyahısı: 

 

 

 

 Əsərləri 

Azərbaycan dilində: 

 

1.

 



Bəyaz  Diş:  povest.  –  Bakı  :    Altun  Kitab,  2012.  – 

112 s. 


2.

 

Hekayələr. – Bakı : Qanun, 2011. – 120 s. – (Dünya 



uşaq ədəbiyyatı) 

3.

 



Martin İden: roman. – Bakı : Şərq-Qərb, 2009. – 399 

s.  –  (Dünya  ədəbiyyatı  klassikləri).  –  Kitab  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Dünya 

ədəbiyyatının  görkəmli  nümayəndələrinin  əsərlərinin 

Azərbaycan  dilində  nəşr  edilməsi  haqqında”  2007-ci  il  24 

avqust tarixli sərəncamı ilə nəşr olunub 

4.

 

Seçilmiş  hekayələri:  Nəsr.  –  Bakı  :  Altun  Kitab, 



2013. – 224 s. - (Hekayə ustaları) 

5.

 



Seçilmiş  əsərləri:  Povestlər  və  hekayələr.  –  Bakı  : 

Öndər nəşriyyat, 2005. – 512 s. 

 

 



22 

 

Rus dilində: 



 

6.

 



Белый Клык: Повесть. – Москва: ОНИКС, 2006. – 208 с. 

ил. – ( Золотая библиотека) 

7.

 

Маленькая  хозяйка  большого  дома:  Роман.  –  Москва: 



АСТ, 2004. – 509 с. 

8.

 



Мятеж на  «Эльсиноре»:  роман.  – Москва:  Дом, 1993.  – 

576 с. – (Звезда приключений) 

9.

 

Сердца  трех:  Роман.  –  Москва:  АСТ:  Астрель:  АСТ 



МОСКВА. – 414[2] с. – (Внеклассное чтение) 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


23 

 

Dünyaya həqiqəti çatdırmaq istəyən tənha insan - Cek 



London. Görkəmli Amerika yazıçısı Cek Londonun 140 

illik yubileyinə həsr olunmuş metodik vəsait 

 

 



Kompyuter yığımı                              Təranə Hacıyeva 

və dizayn:                                  

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 



E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 



F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır: 

Tirajı: 


Pulsuz 

 

 



 

 

 



 

Yüklə 128,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə