Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   2   3   4   5   6   7   8   9   ...   45

Yeqzar Cəfərli  
 
 

dönmədi. Ardıcıl axtarışlar apardı. Bir tələbənin görə bi-
ləcəyi işdən qat-qat çox iş görə bildi. Bu işdə ona ürək-di-
rək verdik. Xüsusən də son dövrlərdə  səhhətində pro-
blemlər yaşayan  Şöhrət ordenli Xalq şairi Zəlimxan Ya-
qub, “Kredo” qəzetinin baş redaktoru, məhsuldar publi-
sist, gözəl şair və qayğıkeş insan kimi tanıdığımız Əli Rza 
Xələfli kimi xalq adamları Yeqzarı sarsılmağa qoymadıq. 
O, öz işinə davam etdi. Nəticədə Əli Fəhmi dünyasının bir 
sıra məqamlarını əks etdirən bu kitab dünyaya gəldi.  
Əlimdəki kitabı müəllif iki hissəyə bölür. ”Xatirələr-
də yaşayan Əli Fəhmi” adlanan birinci bölməsində ustadı-
mızın  həyatını  ətraflı tədqiq etməklə yanaşı,  onun Aka-
demik Teatr, Azərbaycanfilm kinostudiyası, Azərbaycan 
televiziyası  və radiosundakı fəaliyyətini və BDU (keçmiş 
ADU)-dakı  fəaliyyətini, burada bir müəllim kimi  necə 
böyük  şöhrət qazanmasını  ətraflı  işıqlandırmışdır. Bu 
məqsədlə o, alimin onlarla tələbəsi ilə görüşmüş  və onla-
rın bir neçəsinin xatirələrini qələmə almışdır. Poeziyanın 
vurğunu olan gənc müəllif kitabın demək olar ki, hər bir 
fəslində ya bir şer parçası, ya da bir hikmətli kəlamdan is-
tifadə etmişdir. Bu isə müəllifin kitabın məsuliyyətini də-
rindən dərk etməsi və öz üzərində gərgin işləməsinin nə-
ticəsidir.  
Kitabın “Böyük Şərqşünas alim” adlanan ikinci böl-
məsində isə müəllif Əli Fəhminin əldə olan əsərlərini, yə-
ni, onun Füzuli, Nəsimi və S.Ə.Şirvani yaradıcılığına aid 
yazdığı  məqalə  və monoqrafiyaları  (əlyazmalar nəzərdə 
tutulur) öz bildiyi, başa düşdüyü tərzdə incələmişdir. Bu 
işin çətinliyini müəllifin özü də kitabın bir neçə yerində 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
7
etiraf etmişdir. Burada qeyd etmək istəyirəm ki, müəllifin 
zəhməti həqiqətən də alqışlanmağa layiqdir. Çünki bu 
əsərlərin tədqiqi araşdırıcıdan xüsusi bacarıq tələb edir. 
Müəllifin ərəb dilinə bələd olması bu ağır işin öhdəsindən 
qismən də olsa gəlməsinə  şərait yaratmışdır. Müəllifin 
qarşıdakı  məqsədi isə  Əli Fəhminin  əlyazmalarını ayrıca 
kitab halında çap etdirmək, gələcəkdə onların üzərində el-
mi araşdırmalar aparmaqdır. Bu işdə  gənc dostumuza 
uğurlar arzulayırıq. 
Redaktordan 
 
 
 
 
 
 
 
 
 
 


Yeqzar Cəfərli  
 
 

 
 
Kitabın  ərsəyə  gəlməsində  mənə verdikləri böyük 
mənəvi dəstəyə görə    sevincimə sevinc qatan, kədərimə 
şərik olan, uğurlarıma mənim özümdən daha çox sevinən, 
fəxr ediləsi, qürur duyulası, həyatda arxam, dayağım olan 
atam  İsfəndiyar müəllimə, “Azərbaycan Universiteti“-nin 
rektoru, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, 
professor Akif Musayevə, Xalq şairi, Şöhrət ordenli Zəlim-
xan Yaquba, Filologiya elmləri namizədi, əməkdar mədə-
niyyət işçisi Elxan Məmmədliyə, Pedaqoji elmlər doktoru, 
professor Fərahim Sadıqova, Pedaqoji elmlər namizədi Al-
lahverdi Eminova, Salman Mümtaz adına Azərbaycan 
Respublikası dövlət  Ədəbiyyat və incəsənət arxivinin di-
rektoru Maarif Teymura, “Kredo” qəzetinin baş redaktoru 
Əli Rza Xələfliyə, “Azərbaycan” universitetinin Azər-
baycan filologiyası  və Jurnalistika kafedrasının müdiri 
Ülviyyə Rəhimovaya dərin minnətdarlığımı bildirirəm. 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
9
Çölləri, düzləri gözəlləşdirər, 
Çiçək halallığı, gül halallığı. 
Tanrım, dolaşdırma mən gedən yolu, 
Yaz mənim bəxtimə yol halallığı. 
Z.Yaqub. 
 
Ömür yaşam tərzinə görə mənalandırılır, növlərə ay-
rılır. Məsələn, həyatını yaxşı başa vuranların ömürləri mə-
nalı ömür, şərəfli ömür, ləyaqətli ömür və s. adlandırılır. 
Ömrünü  şərəfsizcəsinə başa vuran, var-dövlət düşgünü 
olan, sağlığında heç kəsin işinə yaramayan, yalnız özü 
üçün yaşayan canlı ölülər də vardır. Bu kimi insanlar haq-
qında “Onlar öz ömürlərini şərəfsizcəsinə başa vurdular”-
deyirik. Belələri sağlığında heç bir hörmət və ehtirama 
layiq olmadıqları kimi, ölümlərindən sonra da dərhal unu-
dulur, xatirələrdən silinir. Amma, yaxşı  əməlləri ilə  hələ 
sağlığında özünə ölməzlik abidəsi ucaldan insanlar da 
vardır. Bu qəbildən olan insanlar adətən iti düşüncəyə ma-
lik olur, yaşadığımız dünyanın fani, müvəqqəti, axirət 
dünyasının isə  əbədi olduğunu başqalarından daha yaxşı 
görür, başa düşürlər.  
Biz peyğəmbərlərin və görkəmli insanların həyat ta-
rixçəsinə nəzər salsaq görərik ki, onların heç biri var-döv-
lət hərisliyində olmayıb, özlərindən sonra yalnız gözəl 
əməllər qoymaq qayğısına qalmışlar. Süleyman peyğəm-
bər dünyanın  ən böyük var-dövlətinə sahib idi. Bütün 
bunlardan imtina edib, öz zəhməti ilə yaşamırdımı? Ya-
xud, dünyanın birinci müəllimi Aristotel (Ərəstun) ixtiya-
rında böyük hökmdar sarayları olmasına baxmayaraq, tə-


Yeqzar Cəfərli  
 
 
10 
ləbələrinə dərsi Afinanın Lidney bağında açıq havada ke-
çərdi. Belə insanlar təkcə sərvətlərini deyil, ömürlərini be-
lə insanlarla paylaşardılar. 
Ömürdən pay olmur deyirlər. Bu sözlərlə razılaşa bil-
mirəm. Hər kəs öz ömrünü özü yaşayacaqsa, bu ömrü və-
təninə, xalqına həsr etməyəcəksə belə ömürü mənalı ömür 
saymaq olarmı? Yox. Zənnimcə insan öz ömrünü özü ya-
şamaqla yanaşı onu başqaları ilə də paylaşmalıdır. Yalnız 
bu zaman insan əbədiləşir, xatirələrdə iz qoyur. Böyük Ni-
zami:  
Yüz il sonra sorsan bəs o hardadır, 
Hər beyti səslənər burda, burdadır.  
-deməklə adının dünya durduqca yaşayacağına işarə 
etmirdimi? Deməli, insan üçün daha gərəklisi ölümdən so-
nrakı ömürdür ki, hər bir yaradıcı fərd özünün ömrünün 
məhz ölümdən sonrakı hissəsində əbədi yaşamasını təmin 
etmək haqqında hələ sağlığında düşünməlidir. Təsadüfi 
deyildir ki, ölməz Hind abidəsi “Kəlilə  və Dimnə”-ni 
böyük çətinliklə  İran sarayına gətirmiş  Təbib Bərzuy bu 
xidməti müqabilində ona bağışlanmış  hər cür var-dövləti 
rədd etmiş  və Sasani şahı I Xosrov Ənuşirəvan Adildən 
özü haqqında kitaba bir fəsil  əlavə olunmasını xahiş et-
mişdi. Beləliklə  də adının tarixdə  əbədi qalmasını  təmin 
etmişdi. Digər bir misal: Böyük Fars şairi  Ə.Firdovsi 
özünün yaratdığı ölməz ”Şahnamə“  əsəri haqqında yaz-
mışdı. 
Möhtəşəm binalar xarab olacaq, 
Küləkdən yağışdan hər şey solacaq. 
 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə