Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   2   3   4   5   6   7   8   9   10   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
27
Fəhmi təkcə Bakı  məclislərində deyil, Azərbaycanın uzaq 
rayonlarına belə gedib məclislərdə  iştirak edərdilər.  Əli 
Fəhmi xatırlayırdı ki, bir dəfə  Şeyxin dəvəti ilə uzaq ray-
onların birində  məclisdə oldum. Məclisdə daha bir neçə 
mötəbər ruhani iştirak edirdi. Ev sahibi Şeyxin arzusuna 
müvafiq olaraq bizim üçün süfrəni bağda, təbiətin qoy-
nunda salmışdı. Ev sahibinin qohumlarından biri isə bizə 
çay süzürdü. Mən iki stəkan içib özlüyümdə ”bəsdir” dey-
ib stəkanı ona qaytardım. Lakin O, mənə dalbadal çay 
süzməkdə idi. Əlacsız qalıb dedim: 
-“Mən nə edim ki, sən mənə daha çay süzməyəsən”        
Cavab verdi ki:  
-“İçmirsən qoy çay yerində qalsın. Bizim yerdə adət 
belədir”. 
Bəli Əli Fəhmi belə bir insan idi. O, heç kimin xətrinə 
dəymək istəməzdi. 
Əli Fəhmi mərd, vətəninə ürəkdən bağlanan bir in-
san idi. Böyük vətən müharibəsi illərində hamının cəbhə-
də vuruşduğu zaman kiminsə müxtəlif vasitələrlə  hərbi 
xidmətdən özünü yan verməsi onun ürəyini ağrıdırdı. 
Cəbhədən yayınmaq üçün ona çoxlu pul təklif edənlər də 
olurdu. Bir dəfə Sabirabadda belə bir hadisə baş verir. Bir 
nəfər hərbi xidmətdən yayınmaq üçün özünü karlığa qoy-
ur. Həkimlərin səyi heç bir nəticə vermir, onu inadından 
döndərə bilmirlər.  Əli Fəhmini köməyə çağırırlar. O, xəs-
təni müayinə edir, gülümsəyir. Onun yalandan özünü 
karlığa vurduğunu hiss edir. Xəstənin yalanını  qəribə  və 
sadə bir üsulla açmağa nail olur. Stolun üstündən elektrik 
naqili qoyurlar. Arxada isə bir zəng və iki düymə quraşdı-


Yeqzar Cəfərli  
 
 
28 
rırlar. Düymələrin biri elektrik cərəyanına, digəri isə  zə-
ngə qoşulur. Həkim xəstənin  əlini naqilə yapışdırır və 
görünməsin deyə arxaya keçib hər iki düyməni eyni vax-
tda basır. Xəstəni elekrik vurduğundan əlini dərhal naqil-
dən çəkir. Bu iş ikinci dəfə təkrar olunur. Yalançı kar yenə 
əlini elektrikdən çəkir. Üçüncü dəfə zəng düyməsi basılır, 
amma cərəyan buraxılmır. Xəstə bu dəfə də əlini naqildən 
çəkəndə məsələ aydınlaşır. Əli Fəhmi ona “sən kar deyil-
sən, dur get birbaşa hərbi komissarlığa”-deyir. Biz alimin 
Sabirabadla bağlı xatirələrini  əldə edə bilmədik. Çünki, 
onunla bir yerdə həkim kimi çalışan insanların heç biri bu 
gün həyatda yoxdur. 
 
Əli Fəhmi və BDU (keçmiş ADU) 
 
1949-cu ildə Əli Fəhmi Sabirabaddakı təyinat müddə-
tini başa vurub ailəsi ilə birlikdə doğma Sabunçuya dönür. 
Dövlət Sosial Təminat idarəsində    və eyni zamanda 12 
nömrəli polikilinikada həkim, axşamlar isə tibb bacıları 
hazırlayan məktəbdə müəllim kimi çalışır. Az sonra bu 
məktəbdə dərs hissə müdiri təyin olunur. Qeyd etdim ki
Əli Fəhmi ərəb və fars dillərini hələ kiçik yaşlarından öy-
rənmişdi. Həkim işləsə  də daim klassik poeziyanı öyrən-
məklə ciddi surətdə  məşğul olurdu. Şərq  ədəbiyyatına 
olan sonsuz marağı onu öz ixtisasını dəyişməyə sövq edir. 
1952-ci ildə O, S.M.Kirov adına Azərbaycan Dövlət Uni-
versitetinin Azərbaycan  Ədəbiyyatı Tarixi fakültəsinə da-
xil olub, 1957-ci ildə həmin fakültənin qiyabi söbəsini fərq-
lənmə diplomu ilə bitirir. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
29
Akademik Fuad Qasımzadə xatırlayır, ”Atam ona 
dövlət imtahanında əla qiymət verir və aspiranturada sax-
lanmasını  təklif edir. Dövlət imtahan komissiyasının 
üzvləri, respublikanın adlı sanlı alimləri buna etiraz edir-
lər.” Mirzə Feyzulla, bu lap ağ oldu. Qiyabiçiliyə əla qiy-
mət, özü də aspiranturada saxlamaq?”-Atam “İnsafınız ol-
sun, sizi günah etməməyə, Alaha xoş getməyə çağırıram. 
Qiyabiçi olanda nə olar. Müstəsna hallar da olur. Əli Fəh-
mi bizdən də artıq bilir. Onun ərəb və fars dillərini 
mükəmməl bilməsinə, ərəb, fars və türk xalqları ədəbiyya-
tını, islam mədəniyyətini, Qurani-kərimi, hədisləri bilmə-
sinə söz ola bilməz. Alimdir, özü lap mükəmməlindən”. 
Hamı razılaşır, atamın fikrini qəbul edir”. Qiyabi aspiran-
turada təhsil alan Əli Fəhmi ona dərs deyən müəllimlərlə 
çiyin-çiyinə ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafed-
rasında müəllim kimi işləyir. Burada Qədim dövr ədə-
biyyatı, XIX əsr ədəbiyyatı və Mətnşünaslıqdan dərs deyir, 
qəzəllərin elmi təhlilini verirdi. Aspiranturada oxuyarkən 
fakültə elmi şurasının qərarına  əsasən professor Feyzulla 
Qasımzadənin elmi rəhbərliyi ilə ona “Seyid Əzim  Şirva-
ninin həyat və yaradıcılığı” mövzusunda namizədlik dis-
sertasiyası tapşırılır. Əli Fəhmi mövzunu işləyib tamamla-
maq  ərəfəsində idi, lakin, az sonra məlum olur ki, həmin 
mövzu digər bir aspirant tərəfindən işlənilir. Aşağıda bu 
barədə  Əli Fəhminin universitet rəhbərliyinə müraciətini 
veririk. 
 


Yeqzar Cəfərli  
 
 
30 
S.M.Kirov adına ADU-nun rektoru, 
Akademik Ş. Mehdiyev yoldaşa, 
Filoloji fakültə, Azərbaycan ədəbiyya-
tı tarixi kafedrasının aspirantı  
ƏLİ Fəhmi Ələkbərov tərəfindən: 
 
Ə  R  İ  Z  Ə 
 
Mən 1958-ci il yanvar ayının 15-dən hal-hazıra qədər 
Azərbaycan ədəbiyyatı kafedrasının aspirantıyam. Rəhbə-
rim prof. F. Qasımzadədir. Mənim 3 illik təhsil müddətim 
bu il yanvar ayının 15-də qurtarır. 
Mən aspiranturaya daxil olandan sonra, kafedranın 
və elmi şuranın təsdiqindən sonra “S.Ə.Şirvaninin həyat 
və yaradıcılığı” mövzusunda dissertasiya üzərində  işlə-
məyə başladım. Dissertasiyadan 3 fəsil, 4 vərəqi yazıb qur-
tarmışdım. Lakin sonradan məlum olmuşdur ki, başqa bir 
aspirant yoldaş həmin mövzuda işləməkdədir. 
Kafedra və elmi şuranın qərarına  əsasən mövzum 
dəyişdirilmişdir. “S.Ə.Şirvaninin sənətkarlığı” üzərində 
işləməyə başlamışam, hal-hazırda demək olar ki, qurtar-
mışdır. 
Lakin hələlik onu təkmilləşdirməmiş,  şairin fars di-
vanı üzərindəki tədqiqat işimi başa çatdırmamışam. Bu-
nun da səbəbi aşağıdakılardır: 
1.Mövzu iki dəfə dəyişdirilmişdir. 
2.S.Ə.Şirvaninin sənətkarlığı məsələsinə həsr edilmiş 
dissertasiyam, nisbətən çətin mövzulardandır. Bu məsələ 
ədəbiyyatşünaslığımızda çox az işlənmişdir.  


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə