Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

Yeqzar Cəfərli  
 
 
56 
Özünü humanist, demokratiyanın təntənəsi hesab edən 
ABŞ Afrikanın acından qırılan  əhalisinə yardım etmək-
dənsə, İraqda və Əfqanıstanda heç bir əsas olmadan dinc 
müsəlman əhalini qırır. Hakim dövlətlərin məzlum  xalq-
ları itaətə gətirmək üçün hərbi xərclərin daim artırılmasın-
dan hiddətlənən  Əli Fəhmi iştirak etdiyi konqreslərin bi-
rində etdiyi çıxışında deyirdi: “Böyük və kiçik müharibə-
lər, böhranlar, avara hərbi xərclər nəticəsində ABŞ-  İsrail 
eləcə  də digər dövlətlər məzlum xalqlara 6 triyon 600 
milyard dollar ziyan vurmuşlar. Hərbi xərclərə bu qədər 
vəsait xərcləndiyi bir zamanda  yer kürəsinin 1 milyard 
yarım əhalisi ehtiyac içərisində boğulur. Milyonlarla insan 
acından ölür. Olmazmı    bu  milyonların bir hissəsi  acları 
ölümdən xilas etmək işinə  sərf edilsin?. Olar, lakin onlar 
bunu etmirlər”. Əli Fəhmi üzünü ABŞ və İsrail işğalçıları-
na tutub soruşurdu? “Görəsən  bu tifil uşaqları qırmaqdan 
utanırsınızmı?, Anaların naləsi siz cəlladları yandırmırmı?  
Canilər bu cinayətdə yaxa qurtara biləcəklərmi?,  Əlbəttə 
yox”.  
Zənnimcə burada söhbət heç də hansısa bir yaşayış 
məntəqəsinin ya İsrailin, ya da Fələstinin əlində qalmasın-
dan getmir. Məsələ müsəlman-xristian məsələsidir. Dini-
mizin misionersiz yayılması, Allahın böyük təbii sərvətləri 
müsəlman ölkələrinə bəxş etməsi, görünür Qərbi ciddi na-
rahat edir. Lakin hələlik Qərb bunu çox da açıq qabarda 
bilmir. Qərbin müsəlman dünyasını birbaşa hədəf götür-
məsi onu müsəlman dünyası ilə qarşı qarşıya qoya bilər. 
Ona görə  də  hələlik Türkiyə  hədəf götürülüb. Məqsəd 
Türkiyəni  əvvəl islam dünyasından ayırmaqla bunların 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
57
arasında parçalanma yaratmaqdır. Məhz buna görə də bi-
zə türk-islam birliyi bu gün başqa dövrlərdə olduğundan 
daha çox vacibdir. O zaman açıq  şəkildə erməni müsəl-
man münaqişəsi mövcud olmadığından Əli Fəhmi beynəl-
xalq konqreslərdəki çıxışlarını  əsasən,  İsrail və Amerika 
təcavüzünə qarşı yönəltmişdi. Lakin qeyd etdik ki, mövzu 
çox aktual olduğundan onu hazırda ölkəmizin qarşısında 
ən böyük problem olan Qarabağ problemi ilə əlaqələndir-
məyi lazım bilirəm. Bütün dünyada özünə ikrah oyadan 
ermənilər qəddar olduqları  qədər də fitnəkardırlar. Alla-
hın ibadətxanaları olan kilsələri belə öz çirkin məqsədləri-
nin yuvalarına döndərmişlər. Belələri üçün Əli Fəhmi  Qu-
rani-Kərimin Bəqərə surəsinin 108-ci ayəsini misal gətirir-
di. “Allah evlərində fitnə  fısad törədənlərdən daha zalım 
kim ola bilər?. Belə şəxslər üçün dünyada rüsvayçılıq axi-
rətdə isə böyük əzab vardır”. Əli Fəhmi ümidvar olduğu-
nu bildirirdi ki, “Biz bir müsəlman olaraq həmin ayələrin 
hökmünə inanır və günahkar zalımların tezliklə  bəlaya 
uğrayacaqlarına və rüsvay olacaqlarına  əminik”. Erməni-
lər tarixi torpaqlarımızı  işğal etməklə özlərinə  vətən 
düzəltmiş, indi Böyük Ermənistan yaratmaq xülyası ilə 
yaşayırlar. Lakin onlar bilməlidirlər ki, “Ətəkdən kəsib 
qola tikməkilə köynək olmur”. 
Zaqafqaziya Müsəlmanları konqresinin iclaslarında 
Əli Fəhminin etdiyi bütün çıxışlar nikbinliklə sona çatır. 
“Biz arzu edirik ki, insan insana dost yoldaş və qardaş ol-
sun. Bütün insan cəmiyyəti bərabərhüquqlu, əminəmanlıq 
şəraitində yaşayıb yaratsınlar. Dünyaya yenicə  qədəm 
qoyan körpələr ana laylasından xumarlansınlar, güllə, top 


Yeqzar Cəfərli  
 
 
58 
səsi onları onları diksindirməsin. Gənclərimiz nahaq yerə 
öz qanlarını axıtmasınlar, öz həyat yolunu başa vurmaqda 
olan ağbirçəklər, qocalar rahat nəfəs alsınlar, oğul və  nə-
ticə nisgili görməsinlər. Biz bunu istəyirik. Bunu arzu edi-
rik, bunun uğrunda mübarizəyə qaxmalıyıq”.  
 
 
Əli Fəhmi və C. Məmmədquluzadənin” 
Ölülər” əsərinin tamaşası 
 
İncəsənət də həyat kimi daimidir 
Şalyapin 
 
Klassik ədəbiyyatımı-
zın nəhəng simalarından 
biri,  görkəmli yazıçı, 
dramaturq, nasir və 
böyk  ədib olan C. Məm-
mədquluzadənin 100 il-
lik yubileyi bütün ölkə 
miqyasında 1966-cı ildə 
təntənəli  şəkildə qeyd 
olundu. Bu silsilə tədbir-
lərin davamı kimi o za-
man M.Əzizbəyov adına 
Akademik Dram Teatırı-
nın kollektivi böyük dra-
maturqa öz töfvəsini ver-
mək üçün onun “Ölülər” 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
59
əsərinə yeni səhnə həyatı verməyi qərara aldılar. 
Bildiyimiz kimi “Ölülər” əsəri Azərbaycan səhnəsində 
dəfələrlə oynanılmışdır və hər dəfə tamaşaya qoyulandan 
sonra böyük mübahisələrə  səbəb olmuşdur.  Əsərin quru-
luşçu reıissoru o zaman  Əməkdar incəsənət xadimi olan 
Tofiq Kazımov özündən əvvəl tamaşaya qoyulmuş bütün 
“Ölülər”-i ətraflı təhlil edərək elə bir tamaşaya nail olmaq 
istəyirdi ki, böyük ədibin 100 illik yubileyinə layiq olsun. 
Bildiyimiz kimi tamaşada təkcə rejissorun bacarığından 
asılı olmayan rollar da vardır ki, bu da Şeyx Nəsrullah ro-
ludur.  Şeyxin dilində  çətin anlaşılan çoxlu qəliz  ərəb və 
fars sözləri olduğundan bu rolun ifası  həm rejissordan 
həm də aktyordan böyük məharət tələb edirdi. Hər  şey 
şeyxin bu rolu necə oynamasından,  ərəb və fars sözlərini 
necə  tələffüz etməsindən asılı idi. Bu məqsədlə Respubli-
kada  ərəb və fars dillərinin  ən gözəl bilicisi, ADU-nun 
Azərbaycan  ədəbiyyatı tarixi kafedrasının baş müəllimi 
Əli Fəhmi teatra dəvət olunur. 
Əsəri oxuyan və ya ona tamaşa edən çoxları elə bilirdi 
ki, Şeyx Nəsrullahın ifasında səslənən ərəb və fars sözləri 
heç bir məna ifa etməyən söz yığınıdır. Lakin Əli Fəhmi 
bu fikirləri alt üst edərək bildirir ki, bu ərəb və fars sözlə-
rinin hər birinin ayrılıqda bir mənası vardır. Şeyx Nəsrul-
lah isə sadəcə  fırıldaqçı  İsfahan lotusu deyil, dövrünün 
yaxşı din təhsili görmüş bir şeyxidir.  Hacı Həsən rolunun 
ifaçısı M.Şeyxzamanov və Hacı Baxşəli rolunun ifaçısı Sa-
dıq Hüseynov birgə yazdıqları xatirələrində qeyd edirlər 
ki, ”Bu günə qədər biz və eləcə də “Ölülər” əsəri və tama-
şası haqqında elmi əsər və rəy məqalələri yazanların əksə-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə