Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   2   3   4   5   6   7   8   9   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
15
Əli Fəhmi çox yaşamadı. 56 illik qısa bir zaman çərçi-
vəsində özündən sonra olduqca zəngin irs, unudulmaz 
xatirələr qoyub getdi. Bilmirəm nə sirdirsə Allah hədsiz 
məhəbbətlə sevdiklərini insanların arasında uzun müddət 
qalmağa qoymur, uca dərgahına aparıb müqəddəsləşdirir. 
Əfsus ki, biz bu hikmətin böyüklüyünü dərk edəcək sə-
viyyədə deyilik. Bizə hər şeyi dərk edəcək qədər düşüncə 
verilməyib. İnsan olaraq biz yaranmışların içində çox qəri-
bə və təzadlıyıq. İtirdiyimiz bir əşyanı uzun müddət axta-
rırıq, onunçün təəssüflənirik. Amma, etiraf edək ki, arxaya 
boylanıb itirdiyimiz qiymətli insanlar üçün heç də həmişə 
təəssüflənmirik. Biz onları az qala hər dəqiqə xatırlamalı 
olduğumuz halda unudur, ancaq doğum və anım günlə-
rində xatırlayırıq. 
Əli Fəhminin 90 illik yubileyi dövlət səviyyəsində 
qeyd olunmadı. Lakin, istər sağlığında, istərsə  də 
ölümündən sonra bu dahi şəxsiyyət haqqında kifayət qə-
dər xoş sözlər deyilmişdir. Bir həqiqəti dərk etmək lazım-
dır. Allahın ucaltmaq istədiyi insanları biz istəsək belə en-
dirə bilmərik. Necə də gözəl deyilmişdir: 
Təqdiri qəza qüvvəti-bazu ilə dönməz, 
Bir şam ki haqqdan yana, heç bad ilə sönməz. 
“Dalınca xeyir danışılan adamın adı ölməz” -deyib 
atalar. Bir insana xalqın qiymətindən qiymətli, xalq sevgi-
sindən  şirin bir sevgi ola bilməz. Xalq sevdiyi insanları 
hansı sənətin sahibi olmasından asılı olmayaraq əbədi xa-
tırladır, yaşadır, unudulmağa qoymur. 
Əziz oxucu! Bu kitabın ərsəyə gəlməsində hədsiz çə-
tinliklərlə qarşlaşdım. Lakin həmişə öz yanımda Allahın 
köməyini, Əli Fəhminin ruhunu və bir də xeyirxah insan-
ların dəstəyini hiss etdim. Kitabın hər sözü, hər cümləsi 


Yeqzar Cəfərli  
 
 
16 
haqqında dəqiqələrlə, bəzən saatlarla fikirləşməli oldum. 
Sizin xoşunuza gəlsin deyə,  Əli Fəhminin adına layiq ol-
sun deyə. Təkrardan, şablon ifadələrdən uzaq sözlər yaz-
mağa çalışdım. Xalq şairi S.Vurğun demişkən: “Alnımın 
inci tərini axıdıb, ömrümün iki ilinə yanmayıb”, Azər-
baycan  ədəbiyyatşünaslığının  şah zirvəsində dayanan bu 
görkəmli  şəxsiyyəti sizə bacara bildiyim kimi təqdim  et-
dim. Buna nə qədər nail ola bildiyimi siz oxucuların öhdə-
sinə buraxıram. Təbii ki, qarşınızdakı kitab nöqsanlardan 
heç də xali deyildir. Bir ərəb məsəlində deyildiyi kimi 
“Nöqsansız yalnız uca Allahın kəlamıdır”. Ümidvaram ki, 
mənim tələbə olduğumu və hələlik “Azərbaycan universi-
teti”nin yalnız III kursunda oxumağımı  nəzərə alıb yol 
verdiyim nöqsanlara görə üzrümü qəbul edəcəksiniz. 
Biz gələcəkdə də Əli Fəhmi haqqında axtarışlarımızı 
davam etdirəcəyik. Onun elmimiz üçün olduqca dəyərli 
olan neçə-neçə əsərini tədqiq edəcək, geniş oxucu kütləsi-
nə çatdıracağıq. 
Hörmətli oxucular! Qarşınızdakı kitabda sizi Əli Fəh-
minin həyatı, fəaliyyəti və yaradıcılığı ilə bağlı olduqca 
maraqlı məlumatlar gözləyir. Xalq şairi Nəriman Həsənza-
də demişkən: 
 
Bir az vaxt ayırıb qulaq assanız, 
Kəlamım şirindir darıxmazsınız. 
Müəllifdən 
 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
17
Həkim,  Müəllim, Alim 
 
Əli  Ələkbər oğlu  Əli Fəhmi 1919-cu il fevralın 17-də 
Bakının Sabunçu qəsəbəsində ziyalı ailəsində anadan ol-
muşdur. O, 1926-cı ildə Sabunçu qəsəbə 10 illik məktəbi-
nin birinci sinifinə daxil olmuş, 1936-cı ildə həmin məktə-
bin X sinfini bitirmişdir. Elə  həmin ildə  də Azərbaycan 
Tibb İnstitutuna daxil olmuşdur. 1941-ci ildə O, Tibb İnsti-
tutunu bitirib Sabirabad rayon Poliklinikasına terapevt-
həkim təyin olunur. 1949-cu ilə  qədər orada həkim kimi 
çalışan Əli Fəhmi həm də orta məktəbin X sinifində dil-ə-
dəbiyyat müəllimi kimi çalışır. 1949-cu ildə Bakıya     qayı-
daraq bir neçə il 12 nömrəli poliklinikada  baş həkim, tibb 
bacıları hazırlayan məktəbdə dil-ədəbiyyat müəllimi və 
dərs hissə müdiri vəzifələrində çalışır.  Klassik poeziyaya 
olan sonsuz marağı 1952-ci ildə onu o zaman S.M.Kirovun 
adını daşıyan Azərbaycan Dövlət Universitetinə gətirib çı-
xarmışdır. 1957-ci ildə ADU-nun Azərbaycan  ədəbiyyatı 
tarixi fakültəsini fərqlənmə diplomu ilə bitirmiş  və elmi 
şuranın qərarı ilə Aspiranturada saxlanılmışdır. 1961-si il-
də oranı da fərqlənmə diplomu ilə başa vurub elə o vax-
tdan da ADU-nun Azərbaycan  Ədəbiyyatı Tarixi kafedra-
sında baş müəllim kimi çalışmışdır. 
Sadə bir tərcümeyi halı olan Əli Fəhmi istər bir müəl-
lim kimi oxuduğu mühazirələrlə, istərsə  də  ədəbi məclis-
lərdə etdiyi çıxışları ilə  Ədəbiyyatşünaslıq elminin zirvə-
sində dayanırdı. Universitetdə  O,    Qədim dövr, XIX əsr  
ədəbiyyatı, XX əsr  ədəbiyyatı,  Mətnşünaslıqdan, Jurnali-
stika fakültəsinin tələbələrinə isə  Ərəb  əlifbasını  tədris 


Yeqzar Cəfərli  
 
 
18 
edirdi. ADU-da çalışmaqla O, eyni zamanda Bakı  şəhər 
Sosial Təminat İdarəsində həkim kimi çalışırdı. Hələ Aspi-
ranturada oxuyarkən O, Professor Feyzulla Qasımzadənin 
elmi rəhbərliyi ilə  “S.Ə.Şirvaninin həyat və yaradıcılığı” 
mövzusunda namizədlik dissertasiyası yazır. Lakin, az so-
nra məlum olur ki, həmin mövzu üzərində digər bir aspi-
rant işləyir. Məsələ ilə bağlı O, Universitet rəhbərliyinə, 
Moskova Ali Attestasiya Komitəsinə müraciət etsə  də, 
bunların heç bir nəticəsi olmamış, Kommunist rejiminə 
xas olan süründürməçilik  onu bezdirmiş, nəticədə müda-
fiə etməkdən vaz keçmişdir. 
1959-cu ildə Əli Fəhmi Respublikanın ictimai işlərin-
də  fəal iştirak etmişdir. O, Zaqafqaziya Müsəlmanları 
Konqresinin üzvü kimi  Konqresin müxtəlif şəhərlərdə ke-
çirilən iclaslarında alovlu çıxışlar edir, İsrailin Fələstinə və 
Amerikanın Vyetnama təcavüzünü pisləyirdi. Quran ayə-
lərini  əsas gətirməklə dünya müsəlmanlarını birliyə çağı-
rırdı. 
Əli Fəhminin klassik Şərq ədəbiyyatı ilə bağlı biliyin-
dən  Televiziyada, Radioda, teatr və kinoda da istifadə 
olunurdu. O, uzun müddət o zamankı Radio və Televiziya 
komitəsində (indiki Azərbaycan Televiziya və Radiosu 
Qapalı  Səhmdar Cəmiyyəti)  əruz vəznində yazılmış  çətin 
oxunan qəzəllərin məsləhətçisi olmuşdur. 
1966-cı ildə Böyük ədib C.Məmmədquluzadənin ana-
dan olmasının 100 illiyi münasibəti ilə M.Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrında hazırlanan 
“Ölülər” tamaşasının hazırlanmasına dəvət almış, gör-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə